“Qələbə bizimlədir”
“Mahnılarım
xalq üçün,
gənclər üçün
yazılıb. O vaxt məqsədimiz o olub ki,
Vətənpərvərlik ruhunda
mahnılar yazaq və ordumuza
dəstək olaq. Məqsədimiz
o olub ki,
gələcək nəsillər bu
mahnıların təsiri altında böyüsünlər və
Vətənpərvər olsunlar”. “Ədalət”
qəzetinin qonağı “Cənab Leytenant”,
“İgid Əsgər”, “Vətən əmanəti”
kimi hərbi-vətənpərvərlik
marşları və mahnılarının müəllifi
Şəmistan Əlizamanlıdır.
-Mahnılarınızın
populyarlıq qazanmasının səbəbini nədə görürsünüz?
-Mahnıların sevilməsinin səbəbini onların sadə və səmimi yazılmasında görürəm. Mahnılar müharibə illərində yazıldığı üçün insanların qəlbinə yol tapıb.
-Şəmistan
müəllim, sizin mahnılarınız bir növ elə əsgər
marşı hesab olunur.
Əsgərlər bu mahnıları çox ifa edirlər. Elə
gənclər də. Mahnılarınızın bu qədər sevildiyini
görəndə hansı hissləri keçirirsiniz?
-Xoş duyğular keçirirəm. Mahnılarım xalq üçün, gənclər üçün yazılıb. O vaxt məqsədimiz o olub ki, Vətənpərvərlik ruhunda mahnılar yazaq və ordumuza dəstək olaq. Məqsədimiz o olub ki, gələcək nəsillər bu mahnıların təsiri altında böyüsünlər və Vətənpərvər olsunlar.
-Bəziləri deyir ki, ordu-cəmiyyət
münasibətlərində açıqlıq
olmalıdır, amma bunun
əksini düşünənlər də var.
Siz bu məsələdə
hansı fikirdəsiniz?
-Müharibə qaydalarına, müharibə qanunlarına uyğun informasiyalar verilməlidir. Xalqımız bir mənbədən informasiya almalıdır, o da ki, Müdafiə Nazirliyinin rəsmi saytından.
-“İgid
əsgər” mahnısından danışaq. Bizdə olan məlumata görə, bu
mahnının çox maraqlı bir tarixçəsi var.
Deyilənlərə görə, bu
mahnın tarixi hərbi hospitaldan
başlayır…
-Sözləri və musiqisi
Şahin Musaoğluya
məxsusdur. 1993-cü ilin mart ayında bu mahnını ifa etmişəm. Azərbaycanın Milli Qəhrəmanı
Yusif Mirzəyevə sağlığında söz
vermişdim ki, bu mahnını oxuyacam və sənə ithaf edəcəm. Sonra Yusif
şəhid oldu və bu mahnını
eşidə bilmədi.
O zaman Qədirli adına xəstəxanada
Yusiflə birlikdə müalicə alırdıq.
Müalicə vaxtı bir
otaqda qalırdıq.
Həmin
xəstəxananın həkimi
Şahin Musaoğlu tez-tez yanımıza gəlirdi. Bir dəfə söylədi
ki, belə bir mahnı yazmışam və başladı zümzümə
etməyə. Bu mahnı Yusifin çox xoşuna gəldi. Sonra gördüm ki, Yusif də bu
mahnını oxuyur, zarafatyana dedim ki, xoşuna gəlirsə, mən oxuyacam və sənə ithaf edəcəm. Sonra da Yusif şəhid oldu və mən də söz verdiyim üçün həmin mahnını oxudum.
-Müharibədə
iştirak etmisiniz. Hansı xatirələriniz var?
-Müharibə ilə bağlı o qədər
xatirələrim var ki. Çoxdur xatirələr. Bilmirəm hansını danışım.
-Bir də mühasirəyə də
düşmüsünüz...
-Mühasirəyə düşüb
çıxmışıq da. Ağdərə uğrunda gedən
döyüşlərdə mühasirəyə düşdük,
sonra kömək gəldi və mühasirədən çıxdıq.
İlk döyüş xatirəsi
budur. Ondan sonra Yusiflə Ağdərədə tanış olduq. Xatirələrdən sual verəndə demədim, ən xoş xatirəm Yusiflə tanış olmağım və dostluq etməyim olub.
-Qarabağ probleminə qayıtmaq istərdim. Siz Qarabağ müharibəsində
bir çox əməliyyatlarda iştirak
etmisiniz. Hazırkı vəziyyət
haqqında nə deyə bilərsiniz?
-Hazırki
durum onu deyir ki, qələbə bizim olacaq. Ordumuzun maneəsiz
irəliləməsi üçün, uğurlu əks-hücum
əməliyyatları aparması üçün hər
şey nəzərə alınıb. Yəni ehtiyat variantlara
qədər hər şey diqqətdən keçirilib. Odur
ki, ordumuz qarşısına qoyulan tapşırıqları
uğurla yerinə yetirəcək və yetirməkdədir.
-Azərbaycan xalqına
çatdırmaq istədyiniz mesaj varmı?
-Ordumuza güvənsinlər.
Ordumuz istənilən döyüş əməliyyatını
yerinə yetirməyə qadirdir və bunu da sübut edir. Ancaq
Müdafiə Nazirliyinin məlumatlarını dinləsinlər
və ordumuza dua etsinlər. İnşaAllah, ordumuz
xalqımızın ümidlərini doğruldacaq. Ordumuzda əhval-ruhiyyə
yüksəkdir və qələbə bizimlədir.
Rövşən Tahir
Ədalət.- 2020.-1 oktyabr.- S.5.