"Bu gün Azərbaycan xalqına qələbə yaraşır"

 

 Sənətkarlar danışdılar

 

Son günlər Azərbaycan Ordusunun göstərdiyi rəşadət tariximizdə yeni səhifəni açır. Bu səhifəni biz yazırıq, bu səhifəni Azərbaycan xalqı yazır. Mövcud vəziyyətlə bağlı Azərbaycanın görkəmli şəxlərinin də fikirlərini öyrənməyə çalışdıq və Adalet.az saytı olaraq onların dediklərini sizə təqdim edirik.

 

Xalq artisti Rasim Balayev: “Neçə gündür ki, sevinc göz yaşları içindəyəm. Əks-hücumları çoxdandır, gözləyirdim. 30 il ərzində mövcud olan başıaşağılığımız aradan qaldırıldı. Bu illərdə hər gün fikirləşirdim ki, görəsən, necə olacaq? Görəsən, öləcəm, torpaqlarımızın işğaldan azad olunmasını görməyəcəm? Bax bu suallar məni yorurdu. Həmişə arzum bu olub ki, ey Allah, bu Qarabağın azadlığını görməyi mənə nəsib elə, ondan sonra canımı alarsan. Allah Cənab Prezidentimizin canını sağ etsin. Hər zaman insanlar deyirdi ki, bizim ordumuz güclüdürsə, niyə gedib torpaqlarımızı almırıq? Daha düşünmürdülər ki, bunun üçün zaman lazımdır, bunun yolları var. Elə-belə heç nə olmur. Bütün dünyaya xain ermənilər sübut etməyə çalışırdılar ki, haqlıdırlar. Bunlar guya Qarabağı azad ediblər. Ermənilər xain millətdirlər. Onların heç vaxt dövlətləri olmayıb.

Üç-dörd gündür, yerə-göyə sığmıram ki, nəhayət bu günü gördüm. Yaxşı yadımdadır, Ağsu rayonunda polis rəisinin müavini erməni idi. O vaxt ağlımıza gəlməzdi ki, onlar nə vaxtsa torpaqlarımızı işğal edərlər. Həmin o erməni müavin Ağsuda camaatda olan silahların alınması üçün taprışıq vermişdi, yalnız 3 erməni kəndində olan ermənilərin əlindən silahlar alınmamışdı. Biz nə bilək ki, bunların məqsədi başqadır. O vaxt rəhbərlikdə olanlar belə düşünmürdülər ki, niyə belə qərar verilib? O vaxt qarışıqlıq idi, vahid ordumuz yox idi.

Dünən Pişikyan (O, Paşinyanı nəzərdə tutur) gördünüz, necə susdu?!  Cənab Prezident danışığı ilə onu bir daha məhv etdi. Pişikyan sözünü deyə bilmədi. Pişikyan söylədi ki, Qarabağ problemi müharibə ilə həll olunmaz. Bu alçağa sual vermək lazımdır ki, ermənilər Qarabağı müharibə ilə işğal etmədi? Bəs biz torpaqlarımızı necə almalıyıq? Danışıqlara razılaşmırsan, biz də əks-hücum əməliyyatı keçirtməliyik. Sonra söyləyir ki, Azərbaycana xaricdən dəstək gəlir. Cənab Prezident yaxşı cavabını verdi, dedi ki, 10 milyonluq Azərbaycan xalqı 2 milyonluq ermənilərə qarşı tək vuruşur. Bu ermənilər görün necə yalançı millətdirlər. Mən kiməsə qarğış etsəm, deyərəm ki, erməni kimi qonşun olsun. Çox riyakar millətdirlər. Allahın izni ilə Qarabağı alaq, amma bundan sonra ermənilərə qarşı 1 yox, 100 dəfə ayıq olmalıyıq. Onların damarında axan qan şeytan qanıdır, çox alçaq millətdirlər. Erməniləri heç vaxt heç nəyə yaxın buraxmamalıyıq. Düzdür, ermənilərin bizə qarşı düşmənçilik siyasəti əvvəllər də olub, lakin biz unutmuşuq. Amma bu dəfə unutmamalıyıq. Bunların xislətinə lənət olsun.

Bu gün şükür Allaha ki, güclü ordumuz var. Bu gün Azərbaycan xalqına qələbə yaraşır.

Xalq artisti Afaq Bəşirqızı: “Çox sevindirici günləri yaşayırıq. Düzdür, balalarımız şəhid olur, amma belə bir deyim var: “Torpaq, uğrunda ölən varsa, Vətəndir”. Əks-hücum olmalı idi, müharibə olmalı idi. Çünki erməni kimi həyasızlardan torpaqlarımızı danışıqlar yolu ilə almaq mümkün deyildi. 30 ildir ki, dözürük. Ancaq danışıqlar, danışıqlar, danışıqlar... Bu danışıqlar da onların xeyrinə olur. Bilirsiniz ki, onların havadarları onları necə müdafiə edirlər, yiyəsizlərə necə yiyə çıxırlar.

Azərbaycan xalqının Vətən sevgisi, qeyrətidir ki, biz bu haqq müharibəsini aparırıq. 90-cı illərdə də bugünkü kimi Azərbaycan oğullarının müharibə istəyi var idi ki, yetər ki, torpaqlarımız işğal olunmasın. Dəfələrlə qeyd edirəm ki, 90-cı illərdə oğullarımız Qarabağ uğrunda can qoydular, nə qədər ailələri qorudular. Canpolad idi, Allahverdi idi, Fred Asif idi, çoxdur, belə oğulların sayı, onları heç vaxt unuda bilmərəm. O oğulların Azərbaycan xalqı, Azərbaycan dövləti üçün elədikləri inanın ki, nə yazıya sığmaz, nə də sözə gəlməz. Təsəvvür edin ki, onlarda o qədər qeyrət, Vətən sevgisi, ana-bacı sevgisi var idi. 90-cı illərdə sadəcə silah çox deyildi. Onda bir quru əl, bir Vətən sevgisi var idi. Allaha çox şükürlər ki, indi müasir silahlarla silahlanmışıq. Allaha çox şükürlər olsun ki, yenilməz, qüdrətli ordumuz var. Bu gün şahidi oluruq, müharibə gedən bölgələrimizdə heç kim evindən çıxmır, heç kim qaçmır. İçi qocalarımız qarışıq hər kəs ordumuza güvənir.

90-cı illərdə hər birimiz əlimizdən gələni edirdik. Mənim əsas yerim Qubadlı, Laçın, Şuşa idi. Mən ora tez-tez gedib gəlirdim. Arif Paşayevin könüllü batalyonu əlindən gələni edirdi. Bugünkü marşın yaranmasının səbəbkarı Laçında olan əsgər idi. Babasının yazdığı sözləri əsgər verdi Cavanşir Quliyev bəstələdi. Düşmən bu gün o mahnını eşidəndə belə əsəbiləşir.

O vaxt gücüm çatan qədər gizlin yollarla özünümüdafiə batalyonlarına köməklik göstərirdim. İndiki ilə o vaxtki ordunun fərqi var. O vaxt heç ordu da deyildi, könüllü batalyon idi. Bilirsiniz, necədir? O vaxt təcrübə yox idi. Bu gün isə qüdrətli ordumuz var.

İndiki anda çox diqqətli olmalıyıq, içimizdə düşmənlər var, odur ki, ehtiyatlı olmalıyıq. Bütün xalqımdan, xalqımın balalarından çox xahiş edirəm, xırda qeybətlərə getməyin, lazımsız söhbətlərə getməyin. Bu qədər qalibiyyət xəbərlərinin qarşısında, şəhid ruhları qarşısında xırda söhbətlərə getməyin.  Kimdənsə incimisiniz, kimdənsə narazısınız, bunların hamısı bu dəqiqə həyət söhbətləridir. Sosial şəbəkələrdə artıq-əskik nəsə yazmaq bizə yaraşmaz. Yadda saxlamaq lazımdır ki, sosial şəbəkələri ermənilər oxuyurlar. Odur ki, diqqətli olmalıyıq”.

 

Rövşən Tahir

 

Ədalət.- 2020.- 1 oktyabr.- S.5.