"Sevincə həsrət qalmış millətin

qarşısını heç nə kəsə bilməz"

 

Artıq dördüncü gündür ki, Qarabağda döyüşlər səngimir, ordumuz erməni ordusuna ağır zərbələr endirir. Hamının ürəyi cəbhə xəttində döyünür və hamı qələbə xəbəri gözləyir. Bəs, bu döyüşlər haqqında ədəbiyyat, incəsənət adamları nə düşünür?

Adalet.az saytı onların fikirlərini sizə təqdim edir:

 

Müğənni Nura Suri: Mənim ən yaralı yerim torpaqların işğal altında olmasıdır. Çünki valideynlərim bu torpaq uğrunda döyüşüblər, anam yaralanıb, ona görə də hələ də torpaqların qayıtmaması şəxsən mənə ikiqat əziyyətdir. Hər bir azərbaycanlı kimi Xocalı faiəsini heç bir zaman unutmuramunutmaram da. Biz heç vaxt qisas almırıq, yəni kimdənsə qisas almaq iddiasında deyilik. Sadəcə, həlak olan günahsız insanların qanı yerdə qalmasın deyə torpaqlarımızı geri qaytarmaq istəyirik. Biz heç kimin torpağına göz dikmirik, üstünə getmirik. Bunu müharibəsiz həll etmək olardı, təssüflər olsun ki, qarşı tərəf bunu anlamır və hər zaman bizi günahlandırmağa çalışır. Bu qədər yalan danışmağın mənası yoxdurbunlar bunu niyə edir, anlamıram. Onlar deyirlər ki, müharibəni dayandırın. Torpaqlarımızı geri qaytarsınlar, belə deyək, hamının əziyyəti yerdə qalmasın, ölənlərin ruhu şad olsun, müharibəni dayandıraq. Bu qədər qaçqınımız var. Bizim kimdənsə artıq istəyimiz yoxdur ki. Bunu başa düşmək bu qədər asanbu qədər bəsitdir. Biz sadəcə öz torpaqlarımızı istəyirik və 30 ildir ki, işğal altındadır.Bizim bu günə kimi əsirlikdə olan insanlarımız var. Heç kim bunu düşünmür. Rus kanallarına baxıram, heç kim bunu müzakirə etmir. Deyiləcək o qədər söz var ki.. Həlak olan körpələrimiz – Zəhra, Ramin...evin içində şəhid olanlar var..  Rus kanalına baxıb əsəbiləşirəm. Bütün bunlar müzakirə olunmur. Halbuki biz Ermənistana yox, onlar bizə hücum edirlər. Müharibə bizim torpaqlarımızda gedir. Biz kimə nəyi sübut etməliyik?

Onlar kordurlar, kardılar? Niyə bütün bunları görmək istəmirlər? Bizi dünyaya başqa cür tanıtmaq istəyirlər. Mənə ən pis təsir edən bax budur ki, hal-hazırda Rusiya tv-lərində bizə qarşı aqressiya yaranıb. Bir şeyi anlamıram ki, bu sifarişi edənlər niyə cəzasız qalırlar?

Dil bilən jurnalistlərimiz, yazıçılarımız belə sifarişli verilişlərdə iştirak etməməlidir və özümüz belə verilişlər hazırlamalı, doğru-düzgün məlumatları xarici dillərdə TV-lərimizdə, youtube-da, sosial şəbəkələrdə yayımlamalı, təbliğ etməliyik.

Bilirsiniz ki, təkcə Kim Kardaşyanın 189 milyon izləyicisi var. Bu rəqəm Rusiyanın əhalisindən çoxdurKim Kardaşyan yalan məlumatlar yayır, bizim haqqımızda mənfi fikir formalaşdırmağa çalışır. Yəni həm də informasiya müharibəsi gedir. Halbuki bir daha təkrar edirəm, bizim torpaqlarımız işğal altındadır, biz öz torpaqlarımız uğrunda döyüşürük. Azərbaycan xalqı çox saf, mərd, dözümlü, mehriban, xeyirxah xalqdır.

Düşünürəm ki, bu məqamda hamımız diqqətli olmalıyıq, ziyalılarımızdan, intellegent təbəqədən yararlanmalıyıq. Bu sahədə də mütləq şəkildə işlər görülməlidir.

Xahiş edirəm status və şərhlərdə, paylaşımlarda diqqətli olaq. Bir çox ermənilər bizim adlarla səhifələr açıb ara qatmaq məqsədi ilə paylaşımlar edirlər.

Şair Səhər Əhməd:" Düzü, hisslər burulğanındayam. Görün neçə ildi bu günləri gözləmişik. İlk gün elə bilirdim yuxudur, ayılacam. Tam qələbəni düşünəndə həyəcana dözə bilmirəm. Bir tərəfdən ön cəbhədəki oğullarımız üçün dua edirəm, şəhidlərimizə üzülürəm. Bayaq bir status yazdım ürək nə sevincin, nə kədərin böyüklüyünə dözmür. Amma yüyürən yıxıldığına baxmaz deyiblər. İtkisiz qələbə olmur. Bizə qələbə sevinci yaşadan bütün əskərlərimizin önündə baş əyirəm. Daha az itkiylə tam qələbə arzulayıram millətimə. Biz bu müharibədən qalib çıxmağa borcluyuq."

Aktyor Cavanşir Hadıyev: Bu son 30 ildə heç bu qədər sevinməmişik. Sevincimin həddi-hüdudu yoxdur. Millətimizin bu qədər həmrəy olmağı, ordumuzun uğurları məni o qədər sevindirir ki. Biz artıq özümüzü böyük bir millət kimi hiss etməyə başlamışıq. O hadisələr baş verəndə 21 yaşım vardı, indi 52 yaşım var, başa düşürəm ki, Allah nəhayət, bizə bunu görməyi nəsib edib. Allahın ədaləti bərqərar olur.

Bir dövlət kimi özümüzü bütün dünyaya sübut elədik ki, kiçik dövlət olsaq da, qürurlu xalqıq, qürurlu dövlətik. Bunu bütün dünya görür. Hökmən qeyd etmək istəyirəm ki, türk birliyindən başqa yolumuz yoxdur. Hamımız bir yumruq kimi birləşsək, hər şey alınacaq.

Şəhidlərimiz hamımızın, eləcə də mənim ağrılı yerimdir. Amma yenə də özümdə güc tapıb deyirəm ki, gərək şəhidlər üçün ağlamayaq. Çünki onlar hər kəsin arzuladığı ən yüksək zirvəyə ucalıblar.

Çox heyfslənirəm ki, yaşım çox olduğuna görə Hərbi Komissarlıqdan məni geri qaytardılar. Amma bu döyüşdə istənilən formada kömək etməyə hazıram. Sevinirəm ki, artıq 90-cı illərdə kimi aciz deyilik. Belə bir deyim var, daşları yığmaq vaxtıdır. Baxın, indi biz artıq daşları yığırıq.

Dünən ölkə başçısı İlham Əliyevin “Rossiya 1” kanalındakı çıxışını izlədim. Azərbaycanın mövqeyini çox səlis, dəqiq çatdırdı. İlham Əliyev bu çıxışla onların payını artıqlaması ilə verdi. Artıq təslimçilik mövqeyindən uzaqlaşdıq. Düşmənə aman vermək lazım deyil. Tarix bir daha təkrarlanmamalıdır. Bəlkə də bir müddət əvvəl bütün bu baş verənləri kimsə mənə desəydi, inanmazdım. Amma indi inamımız artıb. Dünyanın ən gözəl dostları bizimlədir. Türkiyənin, Pakistanın bizə dəstəyi danılmazdır. Bu, möhtəşəm bir dostluqdur.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq qürürvercidir. Şəxsən mənim üçün Rəcəb Tayyib Ərdoğan bir qəhrəmana çevrilib.

Şanlı, müzəffər ordumuz inşallah öz tarixi missiyasını çox yaxın bir zamanda yerinə yetirəcək və artıq nəinki inanıram, hətta əminəm ki, Ermənistan ordusu Dağlıq Qarabağdan tamamilə rədd olacaq. Düzdür, bu asan başa gəlməyəcək. Çünki bu illər ərzində onların “qardaş”ları onlara hərb işini öyrədiblər, boş oturmayıblar. Ola bilər ki, onlar güclü müdafiə sistemi qurublar, amma onlarda bir şey yoxdur – özünə inam. Onlar bilirdilər ki, nə vaxtsa bu gün gələcək.

Yazıçı Pərviz Cəbrayıl: Budəfəki hərbi əməliyyatlarla bağlı qısaca belə demək olar: Bu həna, o hənadan deyil. Bu, irimiqyaslı və ustalıqla, hə də tam siyasi iradə göstərilərək üstün hərbi taktikayla hazırlanmış anti-terror əməliyyatıdır. Ordumuzun lazım gəldiyi anda necə ruh yüksəkliyinə, necə peşəkarlığa malik olduğu üzə çıxdı. Sadəcə, bu Ordu inanmalıdır. İnanmalıdır ki, onun arxasında siyasi iradə dayanır və bu dəfə bunu hiss edirlər. Dünyada Azərbaycan Ordusunun qələbəsindən daha asan bir şey təsəvvür edilə bilməz, çünki bu əsgər haqq işi uğurnda döyüşdüyünə inanır, öz torpaqlarını azad etdiyini bilir. Ermənilər isə sadəcə kənar yardımlardan və fürsətdən istifadə edərək özgə torpaqlarını işğal edib, bunu özləri də başa düşür. Paşinyan özübunu bilirçaşaraq boş yerə “Qarabağ Azərbaycanındır” demədi. O, çaşmadı əslində, o sözü ona öz şüuraltısı dedirtdi. Ona görə də qələbənin bizim olacağına heç bir şübhəm yoxdur. Mən həmişə o fikirdə olmuşam ki, bu xalqa sən inam ver, yolunu kəsmə, əliyalın olsa belə, getsin bütün torpaqlarını alsın. Əli yalın olsun, başı boş olmasın, başında boşluq olmasın sadəcə. Sevincə həsrət qalmış millətin qarşısını heç nə kəsə bilməz.

Bu haqq savaşının başlaması bizə bir daha dostumuzun, düşmənimizin kim olduğunu da göstərdi. Zatən bilirdik, ama indi daha aydın göründü. Arxalı köpək qurd basar, deyərlər. İndi gör qurdun arxasında qurd olandaolur!

Bildiyim, əmin olduğum bir şeyvar: bu savaşı dayandırmaq vətənə xəyanətdir! Laçın və Şuşa alınmayana kimi sevinməyin kəm olduğunu düşünürəm. Eynən futbolda olduğu kimi: böyük hesabla uduzan komandanın ard-arda vurduğu qollara sevinmək olar, ancaq tam məğlub etməyənə, irəli çıxıb 90 dəqiqəni bitirməyənə kimi bayram etmək olmaz...

Aktyor Rasim Ñəfər: Hisslərim, emosiyalarım o həddədir ki, heç bilmirəm nə deyim?! Həddindən artıq çox sevinirəm. Bu hadisələr 88-ci ildə başlayanda mənim 10 yaşım vardı. Hər şey o qədər dəqiq yadımdadır ki. Qarabağın işğal olunması və s. Mən həmişə istəyirdim ki, bu döyüşlərdə iştirak edim, çünki əsgərlik dövrümə düşmədi və həmişə hər yerdə deyirdim ki, bu problemi bizdən sonrakı nəsillərə, övladlarımıza qoymamalıyıq. Bunu biz həll eləməliyik . Ya kişi kimi gedib Qarabağı almalıyıq, ya da ki...

Yəni son nəfərimizə kimi döyüşüb torpaqları geri qaytarmağın tərəfindəyəm. Allah qoysa, biz o torpaqları geri qaytaracağıq. Mən ordumuza, komandanlığa inanıram. Baxmayaraq ki, yaşım səfərbərlik üçün uyğun deyil, amma şəxsən böyük məmnuniyyətlə, böyük ruh yüksəkliyi ilə döyüşlərdə iştirak etməyə hazıram, razıyam və gözləyirəm. Mən Cıdır düzündə at çapmaq istəyirəm. Tanrı bizi qorusun, bizə güc versin!

 

Eminquey

 

Ədalət.- 2020.- 1 oktyabr.- S.4.