HƏYAT
HƏQİQƏTLƏRİNİN
ORİJİNAL POETİK
AYNASI
(İstedadlı
şair Fəxrəddin Teyyubun yaradıcılığı
haqqında qeydlər)
Ənənəvi poeziya müstəvisində həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəməxsus orijinallıqla, yüksək fikir tutumu və poetik təravətlə yanaşan istedadlı şairlərdən biri Fəxrəddin Teyyubdur. Onun yaradıcılığı ideya-mənəvi axtarışların siqləti, obrazlı düşüncə zənginliyi ilə yanaşı, həm də milli-mənəvi və etik bütövlüyün poetik məxsusiliyini özündə ehtiva edir. Fəxrəddin Teyyubunbədii nümunələrində mövzu və forma dolğunluğu, emosional ifadə tərzi, poetik vasitələrin rəngarəngliyi, onun sənətkarlıq bacarığının mühüm elementləri kimi təzahür edir. O, səciyyəvi poetik nəfəsə, məxsusi intonasiyaya və seçilən dəst-xəttə malik istedadlı qələm sahibidir. Ərsəyə gətirdiyi poetik əsərlər öz istinad obyektinə, düşüncə miqyasına və bədii qaynaqlarına görə milli lirikamızın maraqlı nümunələri sırasındadır. Şair mövzunun poetik həllində lirik ovqatın səmimiyyətinə, təsvir və ifadə vasitələrinin orijinallığına, hadisələrin dramatizmindən doğan gərginliyə və bədii ümumiləşdirmənin fəlsəfı mahiyyətinə böyük önəm verir.
Sənət müstəvisində ədəbi-bədii nümunənin mahiyyətindəki ictimai-fəlsəfi fıkrin dolğunluğu, poetik özünüifadənin, özünütəsdiqin yetkinliyinə dəlalət edir. Çağdaş poeziyamızda öz səmimi ahəngdarlığı, bədii-ictimai mündəricəsi, forma və məzmun tamlığı, həmçinin poetik ümumiləşdirməsi ilə diqqət çəkən sənət nümunələri sırasında Fəxrəddin Teyyubun"Mən göyün üzündə olaydım gərək” şeirini səciyyələndirmək olar.
Maraqlıdır ki, bu şeirin məzmununa yüksək poetik pafos hakim olsa da, onun ilk misrası kövrək, həzin və dərin fəlsəfı poetikaya xas olan dil estetikasını sərgiləyir.
"Bal dadır anamı gördüyüm yuxu” – bu misra şairin poetik nəfəsinin təravətini təqdim etməklə bərabər, həm də onun poetik ruhunun milli bədii düşüncəmizin ən dərin qaynaqlarından səmərəli bəhrələnməsinin göstəricisidir. Bu şeirin orijinallığı ondadır ki, burada poetik düşüncə çoxqatlı fəlsəfı kod altındadır. İlk baxışda pafoslu səslənən misraların poetik məğzinə varanda, şeirdəki bədii ümumiləşdirmənin fəlsəfi dərinliyi heyranlıq doğurur. Cəmiyyətin ictimai həyatdakı problemlərə mənəvi-əxlaqi aspektdən yanaşaraq, fərdin simasında cəmiyyətin, insanlığın ağrılarını bədii-fəlsəfı məzmunda ehtiva etmək həqiqi istedadın mahiyyətidir.
Demirəm qazancın cəmi mənimdir,
Əlimə keçəni bölüb gedirəm.
Elə bil kədəri, qəmi mənimdir,
Şəhid atasıyla ölüb gedirəm.
və ya:
Tanrının qəlbini oxumaq üçün,
Bilir hansı dağa yağdırır qarı.
Kisəsi
boş qalar bir məmləkətin,
Olsa mənim kimi xəzinədarı.
Fəxrəddin Teyyubunyaradıcılığında
çox vaxt yığcamlıq, lakonizm əsas ideyanın, ədəbi
qayənin açılmasında bədii vasitə kimi
çıxış edir. Onun bir çox
şeirlərində bədii dil orijinal və gözlənilməz
fıkir tutumu, yeni ovqatı, təzə rəng
çalarları, həmçinin emosionallığı və
obrazlılığı ilə yadda qalır.
Tutun
yarpağından öpüb gedirəm,
Yaşıl xatirədir ömrün hər günü.
Səhər
gözlərimə təpib gedirəm,
Titrəyən yarpağın təbəssümünü.
FəxrəddinTeyyub aşağıdakı misralarda
koronovirus dövrünün ən poetik səciyyəsini
özünəməxsus və sənətkar kimi təqdim
edir və bu təqdimatda obrazlı şair düşüncəsi
çox maraqlıdır.
Sükut
içindədir qəmli gecələr,
Nə olsun işıqdan hər tərəf ağdı.
Adama
tamarzı, həsrət küçələr,
Elə bil anası ölmüş uşaqdı.
Pozulub min
sevgi müqaviləsi,
Adamsız solubdur bağçalar, bağlar.
Gözləyir
yolunu hər sevən kəsin,
Məhəbbət qoxulu oturacaqlar.
İstedadli şairin "Pəncərəmdən
baxıram” adlandırdığı bu şeir öz bədii-fəlsəfi
və çağdaş ruhu ilə dəyərli sənət
indeksidir.
Şair bu pəncərədən həm səhərə
baxır, həm də dünyaya... Çünki
"Dünya bir pəncərədir, hər gələn baxar
gedər”. Hansı kontekstden yanaşsan, bu
şeirin poetik enerjisi öz mükəmməlliyini qoruyur.
Çağdaşlıq və yüksək
poetik-fəlsəfi mündərəcə bu şeirin alın
yazısıdır.
Bu misralar onun istedadının, səmimi şair ruhunun
poetik özünütəsdiqi olmaqla yanaşı, həm də
ümumən poeziyamıza yeni çalar, yeni təravət
qatır. Bu misralar istedadlı şairin sənət uğuru
kimi dəyərləndirilməyə layiqdir.
"Alver” adlanan şeirdə bir sıra sözlərindaşıdığı
mənalarantiteza mahiyyətinə uygun
qarşılaşdırılaraq, assosiasiya vasitəsi kimi bədü-fəlsəfi
fikrin əyaniləşməsinə, həm də orijinal
metaforanın yaranmasına vəsilə olmuşdur.
Hərənin
bir yerdən çıxır çörəyi,
Ümidim arzuyla yola gedərmi?
Neynirəm
sinəmdə köhnə ürəyi,
Hərraca çıxarsam pula gedərmi?
Şeirin
məzmununu dolğunlaşdıran bubədii suallar,bədiiifadə vasitəsi kimi yerində
işlənmiş və sənətkar yetkinliyinin
ehtivasıdır.
Qeyd etmək lazımdır ki, Fəxrəddin
Teyyubinşeirlərində mövzu rəngarəngliyi,
müşahidə dərinliyi, bədii axtarış meyilləri
və vətəndaşlıq keyfiyyətləri diqqətdən
yayınmır. Bu baxımdan şairin "Ədəbiyyat qəzeti”nin 19 sentyabr 2020-ci il tarixli sayındaçap
olunanşeirlərində canlı müşahidə dəqiqliyi,
mövzuların bədii həllində poetik elementlərdən
zövqlə istifadə etmək bacarığı və
poetik təfəkkürün obrazlılığı
uğurlu səciyyə daşıyır. Şairin
poetik nümunələrində epitetlər, təşbehlər,
metaforalar, həmçinin obraz zənginliyi
qarşılaşdırılan məfhumların məna və
məzmun genişliyində ehtiva olunur. Sadalanan
bu bədii komponentlər şairin təlqin etmək istədiyi
ideyanın, düşüncənin yüksək poetik ifadəsinə
xidmət edir. Bu şeirlərin
daşıdığı poetik enerji, bədii təravət,
vətəndaşlıq qayəsi, forma və məzmun
harmoniyası ədəbiyyatımızda özünəməxsus
yeri və məqamı olan istedadlı bir şairin
varlığını bir daha təsdiq edir. Şair poeziyanın ədəbiyyatdakı funksiyasını
dərindən dərk etməklə bərabər, həm də
sənətin ideya istiqamətini, vətənpərvərlik məramını
düzgün müəyyənləşdirir.
Fəxrəddinin bütün şeirləri öz həyatiliyi,
səmimi və orijinal poetikası ilə seçilir. Dərinmüşahidə
qabiliyyəti, zəngin təfəkkürü, bədii
sözün təravətini duymaq bacarığı onun fərdi
şair obrazının əsas atributudur. Müasirlik
onun şeirlərinin lokomatividir. O, həyatdakı
reallıqlarınbədii mənzərəsinin rəsminiöz
poetik rəngkarlığı iləsözün
yaddaşında canlandırır. Onun "Bu mən
deyiləm” şeirindəki səciyyəvi məqamlara diqqət
edək.
Mətləbi
qanıram başıma görə,
Necə də dünyanı qarışdırdılar.
Cəzamı
almışam yaşıma görə,
Məni taleyimlə barışdırdılar.
Göylər
ki, səxavət cuvalı deyil,
Payına nə düşüb kimin bəsidi.
Sinif
otağıdı dünya elə bil,
Hamının keçdiyi Tanrı dərsidi.
Şair niyə dünyanı sinif otağına bənzədir? Çünki
"Tanrı dərsi”ni hamı keçməlidir, hamı
ilahi varlığın qüdrətinə şəhadət gətirməlidir,
bu sadəcə öyrənmək deyil, həm də fəhm
etməkdir. Çünki bu bir irfani mətləbdir
və sair bu mətləbi modern üslubda bədii-fəlsəfimüstəvidə
ehtiva edir. Böyük Füzuli demişkən: "Kim nə
miqdar olsa, əhlin eylər ol miqdar söz” – bu mənada, dəyərli
şair Fəxrəddin Teyyubun poetik düşüncələri
Füzuli irfanından su içib desəm, yanılmaram.
Fəxrəddin Teyyubun şeirlərində poetik təravətlə
yanaşı, həm də yaşından, həyat təcrübəsindən
doğan bir müdriklik, könül oxşayan məna zənginliyi
də diqqət çəkir. İstisnasız demək
olar ki, onunbütün şeirlərində həyat həqiqətininbədii
həqiqət müstəvisindəsənətkarlıqla canlandırılmasının
şahidi oluruq. Zaman və insan amilinin
poetik mənzərəsi "Məzuniyyət” şeirində
səmimi poetik detallarlavə ahəngdar intonasiya ilətəqdim
olunur. Bu şeiri həm də həyat məktəbindən
poetik fraqmentlər kimi də səciyyələndirmək olar.
Bu şeirdən tənhalıq qoxusu gəlir və
misralar unudulmağın bədii mənzərəsidir.
Zəng
edib kimisə dəng eləmirəm,
Gileyli misrayla doludu masam.
Daha
doğmalara zəng eləmirəm,
Məni
axtaran kim, mən axtarmasam.
Gərəkli
günlərim qaldı arxada,
Sevinci sevincə qatardı hamı.
Olsaydı
bir medal, orden yaxada,
Mənim kandarımda yatardı hamı.
Dostun dar
günündə qəmə batmışam,
Vermişəm ömrümü xoş ünsiyyətə.
Özüm
öz əmrimə imza atmışam,
Çıxmışam özümdən məzuniyyətə.
Bu şeirin bədii ümumiləşdirməsiçoxorijinal
poetik tapıntı kimi yadda qalır.
İctimai mündəricəli bu şeirin bədii
ümümiləşdirilməsinin poetikasındakı pafos,
publisıstik çalar şairin aşılamaq istədiyi
ideya-məzmunun tamlığına, vətəndaşlıq
qayəsinin dolğunluğuna xidmət edir.
Bu misralar milliözünüdərkə, mənəvi təkamülə
çağırışın poetik əks-sədası
olmaqla yanaşı, həm ədəbi, həm də ictimai-fəlsəfı
əhəmiyyətə malikdir.
İnamla demək olar ki, Fəxrəddin
Teyyubunpoeziyası vətəndaş qayəli, vətəndaş
silqətli poeziyadır. Bu poeziya özündə böyük
ictimai təbəddülatları, lirik qəhrəmanın mənəvi
dünyası ilə onu əhatə edən dünyanın
problemləri arasındakı uyğunsuzluğun inikası olan
konfliktləri əhatə edir.
Onun əsərlərinin lirik qəhrəmanı tənasübü
pozulmuş dünyanın ağrı-acıları ilə
yaşayır və həqiqi vətəndaş kimi buna etiraz
edir, narahatlığını poetik sözün ictimai pafosu
ilə bəyanə gətirir. Məhz bu xüsusiyyətləri,
həm də vətənpərvərlik və ideya-estetik amillərin
geniş inikası, onun poeziyasına yüksək bədii
vüsət, ictimai dəyər, fəlsəfi mahiyyət
aşılayır.
Poetik məzmun öz bədii ifadəsinə, estetik
gözəlliyinə, məhz uyğun bədii formada nail olur. Məzmun həyəcanı
ilə ritm, intonasiya həyəcanının harmoniyası və
orijinal düşüncənin səmimi poetikası dəyərli
sənət nümunəsinin önəmli məziyyətlərindəndir.
Çağdaş poeziyamızı zənginləşdirən
bədii sənət faktorları arasında Fəxrəddin
Teyyubundigər poetik nümunələri kimi, bu şeiri də
heyranlıq doğuran orijinal poetikaya malikdir. Milli poetik düşüncənin bədii təravəti
bu şeirin ("Dedim qəm eləmə”) hər misrasına
hopub.
Meh nədi,
əsəndə əs külək kimi,
Qoşul göydən yağan yağışa ağla.
Durna
qatarından düş lələk kimi,
Duyğular payıza qarışa, ağla.
Hardadı
ünvanı görən sükutun,
Hər yanan ulduzdan hikmət, sirr soruş.
Yapış
yaxasından göydə buludun,
Niyə kölgə salır Aya, bir soruş.
Və yaxud,
başqa şeirin bu misraları:
Bağımda
gəzəndə darıxmıram mən,
Ağaclar dostumdu, var həmsöhbətim.
Hər
biri oxuyur məni gözümdən,
Heyva dayan deyir, nar həmsöhbətim.
Bu şeirlər "təpədən-dırnağa” sənətkarlıq
məziyyətlərinin bütövlüyü, obrazların,
poetik detalların zənginliyi, milli koloritin təbiiliyi ilə
məxsusi sənət keyfiyyətlərisərgiləyir.
Fəxrəddin Teyyubun rəvan və təbii üslubu,
şeirlərinin vəzn, bölgü, qafiyə və poetik
strukturun digər elementlərindən məharətlə
istifadə etmək bacarığı onun yaradıcılıq
yetkinliyini şərtləndirən keyfiyyət kimi önəmli
səciyyə daşıyır. Poetik yükündən
bədii mahiyyətindən asılı olmayaraq, Fəxrəddininbütün
şeirlərindən vətəndaşlıq sevgisi
boylanır, səmimiyyətətri gəlir, nəciblik, məhəbbət,
halallıq qoxusu duyulur. Bu şeirlərdə
insanın insanlar qarşısında, bəşəriyyət
qarşısında insanlıq borcunun və ləyaqətinin
vicdanla, ədalətlə, namusla icrası məsələsinə
böyük diqqət verilir. Bu xüsusiyyətlər
onun şeirlərinə ictimai dərinlik, geniş vüsət
və məzmun bütövlüyü gətirir. Şairin bir çox şeirlərinin ifadə tərzindəki
məxsusilik, fıkrin misra-misra incələnməsindən
yaranan dolğunluq, incə lirizm, sakit və təmkinli ahəng,
bədii-ictimai düşüncələrin doğurduğu
poetik sanbal onun yaradıcılıq fərdiyyətinin keyfiyyət
göstəricisidir.
Lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb
edir ki, orada həyati müşahidə bədii materialın,
poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə
nüfuz etmiş olur. Fəxrəddininşeirlərində
ictimai, mənəvi, əxlaqi tamlıq və təbiətindən
doğan halallıq mövzusu geniş yer tutur və onun
dünyagörüşünün, bədii-estetik
idealının müəyyənləşməsində,
formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ən səciyyəvi xüsusiyyətlərindən
biri onun müasirliyidir, yəni şair müasir həyatımızın
təzadlarını, onun insanlara səadət bəxş edən
məqamlarını və eyni zamanda, insanları əzab məngənəsində
sıxan anları poetik məzmunda ehtiva edərək, onu
yeni-yeni məna çalarları ilə zənginləşdirir.
Fəxrəddin Teyyubun şeirlərində milli kolorit
qüvvətli olduğu üçün böyük maraq
doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi
müraciət olunan qoşma janrının ahəng və
ritmində, bədii təsvir vasitələrində nəzərə
çarpır. Məlumdur ki,
poeziyamızda qoşma janrı həmişə öz xəlqiliyini
və müasirliyini qoruya bilmişdir. Qoşmada
şirinlik, axıcılıq, səmimiyyət və sadəlik
vardır. Qoşma lakonikdir,
yığcamdır, şairi sözə məsuliyyətlə
yanaşmağa, sözə qənaət etməyə məcbur
edir. İstedadlı şair qələmində
qoşma mənalı, ahəngdar musiqiyə, gözəl nəğməyə
çevrilir. FəxrəddinTeyyubunyaradıcılığında
belə poetik nümunələr çoxdur. İstedadlı şairin "Sükut” qoşması
öz bədii təravəti, poetik sanbalı ilə fikrimizi təsdiq
edir. Bu poetik nümunədə sükutun səsi
eşidilir, rəngi duyulur, bunu yalnız orijinal şair qələmi
yarada bilər, necə ki, yaradıb.
Yola
salıb necə cığır, iz məni,
Təbim qaynar, demə çəkib söz məni.
Axtarmayın,
aramayın siz məni,
İstəyirəm bir mən olum, bir sükut.
Çox
almışam salam kimi dərdimi,
Ucaltmışam qalam kimi dərdimi.
Qarşıladım
balam kimi dərdimi,
İstəyirəm bir mən olum, bir sükut.
Ömrün,
günün hesabı var sükutda,
Neçə vicdan əzabı var sükutda.
Hər
sualın cavabı var sükutda,
İstəyirəm bir mən olum, bir sükut.
Bəd
söz deməz, desə dilim qurusun,
Öz evini Tanrı özü qorusun.
Üzü
dönsün bu koronavirusun,
İstəyirəm bir mən olum, bir sükut.
Səhvim
varsa, desin mənə üç adam,
Doğmasından
inciyərmi heç adam?
Mən
yol kəsən deyiləm ki, keç, adam,
İstəyirəm bir mən olum, bir sükut.
Kimdi səni
salan yada, yetmişim,
Qismətə bax, düşdü oda yetmişim.
Axır gəlib
çatdı, bu da yetmişim,
İstəyirəm bir mən olum, bir sükut.
Şair klassik qoşmanın ən yaxşı
xüsusiyyətlərindən, məzmun vəhdətindən,
obrazlılıqdan məntiqi ardıcıllıqdan, dil və
ifadə oynaqlığından məharətlə istifadə
edərək, gözəl nümunələr
yaratmışdır. Fəxrəddin Teyyubdilimizin zəngin və
rəngarəng təhkiyələrindən, bədii təsvir
və ifadə vasitələrindən ustalıqla bəhrələnərək,
mövzunun bədii həllini, poetik ümumiləşdirməni
məxsusi ovqatda təqdim edə bilir.
Şair bəzən bir bənddə lakonik poetik detallarla
oxucu xəyalında orijinal lövhələr canlandıra
bilir. Onun bir sıra şeirlərində mürəkkəb
psixoloji vəziyyətlər, anlar və duyğular, hisslər
aləmi çox zərif və dəqiq ifadəsini, bədii
həllini tapmışdır. O, bədii dilin estetik
gözəlliyinə, emosionallığına məsuliyyətlə
yanaşaraq, məzmuna uyğun forma rəngarəngliyindən
səriştəylə istifadə etməyi bacarır. Fəxrəddinin yaradıcılığında mənəvi-əxlaqi
zənginliyin harmoniyası vardır.
Bu mənada o, daim inkişaf edən həm forma və məzmun
əlvanlığı, həm də poetika baxımından
kamilləşən bir sənətkardır.
İstedadlı
şair dostumömrünün və sənətinin dolğun
çağlarını yaşayır.Mənalı
ömrünün 70-cimərtəbəsində dəyərli
sənətkara can sağlığı və daha zənginyaradıcılıq
nailiyyətləriarzulayıram!
Balayar SADİQ,
şair-publisist
Ədalət.- 2020.- 1 oktyabr.- S.7.