"Qarabağ"ın
köhlən atları
Qarabağ atlarını
dünyadakı digər
at cinslərindən fərqləndirən xüsusi
bir cəhəti var ki, bunu
yalnız mütəxəssislər
və tədqiqatçılar
bilir. Bu atların nəsli türkmən at cinslərinin nəslindəndir.
Boy-buxununa görə
ərəb atları,
daha yaraşıqlı
görünür və
qısa məsafədə
Qarabağ atlarını keçir. Amma uzaq məsafədə
Qarabağ atları ərəb atlarının
yanından «Mersedes» «Jiquli»nin yanından keçən kimi keçir. Amma əsas fərq bu deyil. Qarabağ atları orta boylu atlardır, döyüşdə
böyük manevr imkanlarına malikdir, düşmənin qılıncının
qarşısından sıyrılıb
çıxa bilirlər. Yenə də əsas fərq bu deyil. Qarabağ
atları yeganə at cinsidir ki, döyüşdə üstündəki əsgərlə
bərabər düşmənlə vuruşa bilir. Ayaqları ilə, ağzı ilə düşməni məhv edir.
Və onu
da qeyd edim
ki, təmiz cinsli Qarabağ atlarını qaşovlayıb
gün üzünə
çıxaranda qızıl
balıq kimi üstlərində
qızıl pullar göz oxşayır.
«Nəsimi» filmində
Usta belə bir ifadə işlədir ey: «Teymur mənim at ağızlı oğlanlarımı…»
«At ağızlı» ifadəsi də məhz Qarabağ atlarının döyüşkənliyindən
yaranıb. Yəni dişiylə, dırnağıyla da düşmənlə çarpışır bizim atlar.
Qurban Qurbanovun
köhlən atları
da «Legiya» ilə dişiylə, dırnağıyla «döyüşdü».
Və Qurbanın at ağızlı köhlənləri
çox həssas bir dönəmdə xalqımıza böyük sevinc yaşatdı.
At ağızlı əsgərlərimiz
erməniləri
necə ki «dişiylə-dırnağıyla» məhv edib torpaqlarımızı
azad edirlər! Və Qurban Qurbanovun köhlən atlarının qələbəsi
onlara yeni bir ruh
verdi.
Qurban Qurbanovu
və komandanın bütün kollektivini, futbolçuları ürəkdən təbrik edirik.
Tanrı ön
cəbhədəki at
ağızlı əsgərlərimizi
qorusun! Və Tanrı Qurban Qurbanovun at ağızlı
köhlənlərini də!
Aqil ABBAS
Ədalət.- 2020.- 3 oktyabr.- S.3.