Azərbaycan Ordusu öz sözünü deyir

 

 

“30 ildir ki, Azərbaycanın haqqı tapdalanır, Azərbaycan xalqının haqqı tapdalanır. 30 ildir ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. 1 milyondan artıq qaçqın məcburi köçkünümüz var. Ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə uçurulmuş məktəblər, məscidlər, dağıdılmış mədəniyyət abidələri, viranə qoyulmuş şəhərlərimiz, rayonlarımız, kəndlərimiz qədərdir. 30 ildir, dünya birliyisülhdeyib başımızın altına yastıq qoyur. Hər bir insanın da, millətin səbrinin müəyyən bir həddi var. Hər bir xalq bir yerə qədər dözüb dayanır. Minsk qrupu adında bir müşahidəçi qrup var ki, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü onun həmsədridir. Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxsınlar. Bu vaxta qədər onların özlərinin qəbul etdiyi qərarı Ermənistan vecinə almırdısa onlar da bunu Ermənistandan tələb etmirdilərsə, gözləyirdilər? Bu xalq qədər susqun qalmalı idi? Bu ordu, bu millət qədər gözləməli idi? Dövlətimizin Başçısı bütün dünyaya bəyan etdi ki, bizim Ermənistan Respublikasının ərazisində hərbi məqsədlərimiz yoxdur, biz öz torpaqlarımızı işğaldan azad edirik ermənilər ölmək istəmirlərsə, Ermənistanın işğalçı qüvvələri Qarabağ ərazilərini tərk etməlidirlər. Amma ermənilər tərk etmədilər. 2016-cı ildə bir təxribat törətdilər, iyul ayında Tovuz istiqamətində başqa bir təxribat törətdilər nəhayət bu təxribat.

 

Müharibənin aparılmasının qayda-qanunları var. Bunların hədəfləri Azərbaycanın mülki əhəlisidir, mülki obyektləridir. Onların hücumlarına qarşılıq əks-hücum əməliyyatları olmalı idi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev beynəlxalq hüquqa söykənərək Azərbaycan Respublikasının Konstitusiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edərək əks-hücum əmri verdi. Bu gün Azərbaycan Respublikası işğal olunmuş ərazilərində əks-hücum əməliyyatı yerinə yetirir, antiterror əməliyyatı həyata keçirir. Bu gün heç bir təşkilatın, heç bir dövlətinbunu etmədeməyə hüquq haqqı yoxdur. Ayrı-ayrı ölkələr deyir ki, savaşı dayandırın, sülhlə məsələni həll edin.  Sual verirəm, 30 ildir, bu ölkələr harada idilər? 30 ildir, görmürdülər ki, Azərbaycanın işğal olunmuş ərazilərində nələr baş verir? Ermənilərin törətdiyi təxribatları görmürdülər? Bilirsiniz, bu xalqa, bu millətə başqa yol qoymadılar. dünya ictimaiyyəti başqa bir yol qoydu, işğalçı Ermənistan. Hara getdik, dedilər ki, Qarabağ məsələsini sülhlə həll edin. Sülhlə həll edilmədi. Nəyə görə başqa məsələlər tez həll olunur, amma Azərbaycanın torpaqları işğal altında qalır? Mənə elə gəlir, Minsk qrupunun üvzləri Dağlıq Qarabağ ona bitişik 7 rayonun işğaldan azad olunmasını istəmirlər. Bilirsiniz, biz heç bir millətin üstünə getməmişik, heç kimin torpağında iddialı deyilik. Təsəvvür edin ki, Xocalı soyqırımını törədən əsgərə, Azərbaycanın qız-gəlinlərini diri-diri yandıran əsgərə, Azərbaycanın əsir olan qadınının, qızının başına insanlığa yaraşmayan faciələri gətirən əsgərə, körpəni, uşağı öldürən əsgərə Azərbaycan insanları təklif edir ki, silahı qoyun yerə, biz müharibə qanunlarına uyğun olaraq sizinlə rəftar edəcəyik sizin yaşama haqqınızı, hüququnuzu tanıyırıq. Görün, Azərbaycan təklif edir kimə təklif edir? Yəni biz belə xalqıq, belə millətik. Güclü olduğumuz vaxt da bizdən gücsüzü əzmək istəmirik. Artıq bu gün başqa yol yoxdur”.

 

Bu sözləri Ədalət qəzetinə açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı söyləyib:

 

Azərbaycan əsgəri 2016-cı ildə göstərdi ki, mənim gücüm var, amma problemi sülhlə həll etmək istəyirik. Sülhlə həll edin, etməyəcəksinizsə, Azərbaycan Ordusu öz sözünü deyəcək. Bu gün Azərbaycan ordusu öz sözünü deyir. Bu gün 7-dən 70-ə hər kəs AzərbaycandaYa Qarabağ, ya ölümdeyir. Bu gün Azərbaycanın güclü ordusu var, güclü hərbi texnikası var o hərbi texnikadan yüksək səviyyədə istifadə etməyi bacaran zabitimiz, əsgərimiz, gizirimiz, çavuşumuz var. Biz bu işi öz gücümüzlə edirik başqa kimsəyə ehtiyacımız yoxdur. Bütün bunlara baxmayaraq bu vaxta qədər dözürdük, məsələnin həllini gözləyirdik ki, təcavüzkar Ermənistana yerini göstərəcəklər işğal olunmuş ərazilərdən onlar çıxacaqlar. Hər şey dəyişdi, amma o ermənilər yerində qaldılar. Kiçiyindən böyüyünə qədər onlardan hər kəs deyir ki, bu torpaqlar azad olunmuş torpaqlardır, biz bu torpaqları işğal etməmişik. Həyasızlığın dərəcəsini görürsünüzmü?

 

Biz işğal olunmuş torpaqlarımız üçün əks-hücum əməliyyatlarına başladığımız zaman onların döymədiyi qapı, beynəlxalq təşkilatlar, zəng eləmədiyi dövlət başçıları, ölkələr qalmayıb. Bu məsələ həqiqətənYa Qarabağ, ya ölümməsələsidir. Bu gün Azərbaycanın gənci, Azərbaycan xalqı küçələrə axışıb savaş istəyir. Bu gün dünyada yaşayan bütün azərbaycanlılar gəlib savaşmaq istəyirlər. Bu gün qardaş ölkə Türkiyə ayaq üstədir. Təəssüf ki, dinimizdən olan bəzi ölkələr var ki, işğalçı Ermənistana şərait yaradırlar ki, silah daşısınlar, sursat daşısınlar. Tarix zaman hər kəsə öz yerini göstərir. Azərbaycan xalqının bu gün qardaşlarından yalnız mənəvi dəstəyə ehtiyacı var, başqa bir köməyə ehtiyacımız yoxdur. Dövlət başçımızın dediyi kimi, bu gün cəbhədə savaşan Azərbaycanın oğulları, Azərbaycanın əsgərləridir. Bizim qardaşlarımızdan, Türk dünyasından, İslam dünyasından mənəvi dəstəyə ehtiyacımız var. O dəstəyi verənlər sağ olsunlar, təşəkkür edirəm.

 

Bu gün Azərbaycan Ordusu öz sözünü deyir. Bu gün Azərbaycan Ordusuna könüllü yazılmaq istəyən qədər vətəndaş olsa da belə, ordumuzun hələ ki, heç nəyə ehtiyacı yoxdur. Bu, onu sübut edir ki, Azərbaycan Ordusu güclüdür. İnşaAllah ki, yaxın günlərdə daha xoş xəbərlər eşidəcəyik.

 

Bu günlərdə çıxışlarımdan birində dedim, adam istəyir ki, otursun bərkdən ağlasın. Sevindiyindən ağlamaq istəyirsən. Bərkdən, hönkürə-hönkürə ağlamaq istəyirsən. Sevincini bildirmək üçün qışqırmaq istəyirsən. Çünki 30 ildən bəri gözlədiyimiz an yetişib Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu Azərbaycan xalqının dəstəyi ilə bu problemi həll edir. Bu işi özümüz həll edəcəyik, öz yaramızı özümüz sağaldacağıq, bizim başqa çarəmiz, başqa yolumuz yoxdur. kiməsə verəcək hesabatımız da yoxdur. Bizim torpaqlarımız işğal olunub. Bu vaxta qədər 10 minlərlə şəhid vermişik. Bu gün  işğal altında olan torpaqlarımızın yeraltı, yerüstü sərvəti ermənilər tərəfindən talanır, mədəniyyət abidələrimiz dağıdılır biz dözməliyik, qəbul etməliyik? Belə bir şey mümkün deyil.

 

Bu gün Azərbaycanda güc ilə ağıllı siyasətin vəhdəti var bu vəhdət öz işini görür. Bu gün hər kəs deyir ki, biz Ali Baş Komandanın yanındayıq onun əmrini gözləyirik. Bu bilirsiniz, deməkdir? Bütün Azərbaycan yumruq kimi birləşib. Ermənilər bizi içdən parçalamağa çalışırdılar bu gün buna nail olmadılar. Artıq ermənilər bizdən qorxurlar. Bu gün Azərbaycan xalqı bir bayrağın altında - AZƏRBAYCAN BAYRAĞININ altında birləşib. Azərbaycanın oğulları, əsgərləri üçrəngli bayrağımızın altında savaş edirlər, Azərbaycan torpaqlarından erməniləri təmizləyirlər Azərbaycanın o bayrağı işğaldan azad edilmiş ərazilərimizdə dalğalanacaq. Həmin gün çox yaxın bir gündür. Allah ordumuzu, millətimizi qorusun. Biz bir-birimizin yanında olanda güclüyük”.

 

Rövşən Tahir

 

Ədalət.- 2020.- 3 oktyabr.- S.16.