UĞURLU
ƏMƏLİYYATLARIN SONU QƏLƏBƏDİR!
Son günlər
ordumuzun fəallığı
göz önünndədir.
Otuz ilə yaxındır xalqımız ümüd,
həsrət içində
çırpınır- bəlkə
sbah açılan səhər üzümüzə
güləcək-torpaqlarımız yağı düşmən
tapdağından azad olacaq. Otuz ilə yaxındır
ki, Ulu Tanrının
bizə bəxş etdiyi yeraltı, yerüstü sərvətləri,
memarlıq və tarixi abidələri ermənilər söküb
talamaqla məşğuldurlar.
Beynəlxalq səviyyədə tanınan ərazilərimizin
23 faizi düşmən
tapdağındadır. Nəticədə milyonlarla soydaşlarımız
qaçqın, köçkün
həyatı yaşamaqdadırlar.
Məlumdur ki, uzun illərdi Ermənistan tarixi saxtalaşdırmaqla
öz yalanlarını
dünyaya nümayiş
etdirməkdədir. Dünya ölkələrinin
əksəriyyəti bu
millətin saxta hayküyünə və göz yaşlarına inanaraq, əsl həqiqətdən uzaq düşmüşlər.
BMT-nin 1993-cü ildə vermiş olduğu 822, 853,
874, və 884 saylı
dörd qətnaməsi 30-ilə yaxındır yerinə yetirilmir, Ermənistan bu qətnamələri heç vecinə almır. Bu gün
Azərbaycan Ordusu bu qətnamələrin icrasını yerinə yetirirsə bütün dünya o cümlədən
Minski qrupunun həmsədri kimi Fransanın prezidenti Emamuel Makron Azərbaycan Respublukasının
prezidenti İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdar olmalıdı.
Ona görə Azərbaycan
BMT-kimi böyük bir qurumun batmış
qərarlarını dirildir.
Oktyabrın 1-də ATƏT-in Minski qrupuna daxil olan
ölkələrin (ABŞ, Fransa və Rusiya) prezidentləri bəyanat yayaraq hərbi əməliyyatları
dayandırmağa çağrış
etdilər. BMT- də bu oxşar
çağrışla bağlı
çıxış etmişdir.
Sual meydana çıxır- Əcaba
biz nəyi dayandrmalıyıq-
analarımızın göz
yaşlarını, yoxsa
axıdılan qanları,
istəyirsiz 30 il yaşatdıqlarınızı
sonu ğrünməyənə qədər yenə də yaşayaq?! Fikrimcə işğalçı dövləti 3-gün içərisində
məcbur etməlidirlər
işğal etdiyi Azərbaycan torpaqlarından
qeyri şərtsiz çıxsınlar.
Fransanın prezidenti Makron:-“Qarabağı bu dəfə ələ keçirsələr mən
bunu qəbul etməyəcəyəm”-ifadəsini
işlədir. Ümumiyyətlə bu nə deməkdir?
Axı Fransa BMT-nin bizim ərazi bütövlüyümüz haqqında
çıxardığı 4 qətnaməyə səs
verib. İndi isə onun qarşıdan seçkisi
gəlir deyə, Fransada yaşayan erməni lobbisindən səs gözləyir onun üçün də belə düşünülməmiş addımlar atır. Onun verdiyi müsahibə
və bəyanatlar şəxsi
maraqlara söykənir.
Fransa
ATƏT-in Minski qrupunda
həmsədirlikdə qalmamalıdır.
O neytrallığını, bitərəfliyini saxlaya bilmədi, açıq şəkildə Ermənistana
dəstək verir, belə vasitəçi olurmu? E. Makronun bütün deyimləri, bəyanatları öz çevrəsinə, daxili
auditoriyasına hesablanıb.
Fikrimcə Makron Minsk qrupundan
getməli lazım olarsa onun yerinə
Türkiyə dövləti
həmsədrlərdən biri
olmalıdır. Məncə nə
qədər haqqını,
mənəviyyatını itirəsən
ki, belə bəyanət verəsən
bunu Allah da bağışlamaz. Belə götürəndə
biz əyər özümüz
qan töküb, şəhid verib torpaqlarımızı erməni
işğalından azad
ediriksə ATƏT-in Minski
qrupu heç bizə lazım deyil. Beynəlxalq hüququn bütün
müddəlarına görə
Qarabağ Azərbaycanın
tarixi torpaqlarıdır,
ya biz millət olaraq məhv olmalıyıq yada Qarabağı heç kəsə verməyəcəyik.
Bu məqamda bəzi
faktları sadalamaq yerinə düşər.
-Ermənistanın baş nazii Nikol Paşinyanın
son günlər sərsəm
çıxışları, bəyanatları xalqımızın
böyük hiddətinə
səbəb olmuşdur.
“Lələtəpə” , “Tovuz
döyüşləri”, avqustun
-23 də Goranboy istiqamətinə göndərdiyi
diversiya-kəşfiyyat qrupunu
törətdiyi məlum
hadisələrdən sonda işğalçı
ölkənin arası
kəsilməyən hücumları
ordumuzu əks hucuma keçməyə vadar etmişdir.Əlbət
ki, işğalçılıq
hüdudlarını genişləndirməyi
qarşısına məqsəd
kimi qoyan Ermənistanın siyasi rəhbərləri xarici ölkələrdən könüllülük
əsasənda muzdlular
gətirməyə başladı.
İşğal olunmuş
ərazilərimizə Livandan,
Suriyadan, Fransadan, Amerikadan gətirilmiş etnik erməni quldurlar, axtarışda olan PKK,
PYD, PYG ünsürləri Azərbaycanın
tarixi, əzəli torpaqlarında narkotika becərməklə terrorlar
törətməyə başlayıblar.
Burada az
vaxt içərisində
erməni hərbi birləşmələrinin yaradılması
onu göstərdi ki, erməni hakimiyyəti sülh danışıqlarını bilərəkdən
pozur, danışıqlar
masasına oturmaq istəmir. Xankəndinə Ermənistanın rəhbərlərinin mütəmadi
olaraq gəlmələri
təcavüskar ölkənin
məkrli üzünü
bir daha açıb göstərdi.
Azərbaycan Respublikasının prezidenri
cənab İlham Əliyev işğalçı
ölkənin hədəflərini,
planlarını yxşı
görürdü. Onun
üçün Ali Baş
komandanımız İlham
Əliyev- düşmənin
hücumuna qarşı
əks-hücum əmrini
verdi. Göründüyü kimi ordumuzun
döyüşdüyü torpaqlarda nəticələr
göz qabağındadır,
saatbasat, dəyqəbədəyqə
əsgərlərimiz irəliləyir.
Suqovuşanın (Madagiz kəndi) azad olunması, Fizuli, Cəbrayıl şəhərinin və onun xeyli sayda
kəndlərinin işğalçılardan
təmizlənməsi xalqımızda
ruh yüksəkliyi yaratmışdır.
Oktyabrın 4-də 100mindən çox əhalisi olna Mingəçevir şəhəri raket atəşinə tutublar. Ölən və yaralalanlar var-dinc əhaliyə qarşı bu qəbuledilməzdir.
-Bəli ölkə prezidenti cənab İlham Əliyevin təhlükəsizlik və
xarici siyasət sahəsində atdığı
çevik strateji addımlar hər vaxt diqqət mərkəzindədir. Son günlər möhtərəm
prezidentin çıxışları,
telekanallara müsahibələri,
böyük qələbədən
xəbər verir.
Demək istəyirəm şəhid
versək də xalq sevinc içərisindədir. 30 ildən artıqdır xalqın gözlədiyi bu an yetişib, xalq silaha sarılıb sözünü demək istəyir, düşmənə kimin-kim olduğunu sübut etmək istəyir, həvəsdi- bəsdi ordu-xalq Ali Baş Komandan başda olmaqla birdir.
Sentyabrın 27 günü tarixə qızıl hərflərlə
yazılacaq. Biz ordumuzla
qürur duyuruq. Bu gün cəmiyyətimizdə
çox güclü milli həmrəylik nümayiş olunur. 51-partiyanın bir yerə yığılıb
prezidentimizə dəstək
nümayiş etdirmələri
bütün umuküsülərin
üstündən qırmızı
xətt çəkdi.
Bu amal süpürgəçidən
tutmuş pezidentəcən
hamını sevindirir.
Xalq müharibənin bitməsini
yox qələbəni
gözləyir. Biz yaxşı başa düşürük şəhidlərimiz
var, yaralılarımız
var, kəndlərimizdə
dağıntılar çoxdur,
onu da bilirik
bizim Xəzərdən
oyana yerimiz yoxdur.
Rusiyanın bütün rəhbərliyi,
Amerikanın, Fransanın,
Almaniyanın, bütün
rəhbərləri, prezidentləri
Cənab Prezidet İlham Əliyevə zəng vuraraq müharıbənin dayanmasını
xahiş edirlər, lakin onlar başa
düşmürlər ki,
işğalçı dövlət
Azərbaycan torpağlarından
çıxsın sonra
Azərbaycan əks hücumu dayandırsın.
30 ilə yaxın
bunlar xalqımızın
əsəbləriylə oynamış
indi bizə ağıl verirlər.
Üç ölkənin üçü
də ABŞ, Fransa, Rusiya bu günədək
çalışmışlar Qarabağı bizə unutdursunlar.
Qardaş
Türkiyənin Cumhur
Başqanı Rəcəb
Tayyib Ərdoğan başda olmaqla Türkiyə Parlamentinin sədri Mustafa Şentor-“Türkiyə var qüvvəsiylə Azərbaycanın
yanındadır” ifadəsi
Pakistan, Əfqanıstan, Ukrayna,
Gürcüstan kimi
dost ölkələrin “-Biz sizin yanınızdayıq”-deməsi bizi qürurlandırır. İslam dünyasında
Azərbaycan dünyəvi
dövlət kimi tanınır. Bu ölkədə bütün
millətlərin dinləri,
inancları azaddı.
Bizi məyus edən faktorlar da az deyil
əyər İslam həmrəyliyi Misirdə
Ermənistan prezidentinin
ayağının altına
qırmızı xalça
salmaqla, qonşumuz,
din qardaşımız İran
gecə-gündüz Ermənistana
silah, xammal, ərzaq daşıyırsa
axı İslam Həmrəyliyi belə olmur. Haqq işimizdə bəzi
dövlətlər susqunluq
nümayiş etdirirlər.
Onlar bilməlidirlər ermənilər
tarix boyu özlərində fağır,
əzabkeş obrazı
formalaşdıraraq özlırini
dünyaya təqdim ediblər. Nikol Paşinyan xalq
ehtirazlarıyla hakimiyyətə
gəlmiş jurnalistdir.
Bu gün Dağlıq
Qarabağda tökülən
qanın, hərbi əməliyyatların, alovlanmasında
3 aylıq jurnalist kursunun müdavimi birbaşa özü günahkardır. Biz bilirik daşnaklar onu sıxır “Böyük Ermənistan”iddiasını
irəli sürürlər,
Paşinyanın başqa
seçimi qalmır.
Azərbaycan prezidenti İlham Əliyevi milli maraqlardan heç kim döndərə
bilməz. O, prezident olaraq öz siyasətini davam etdirir, beynəlxalq hüquq çərçivəsində
torpaqlarımızı geri
qaytarmağa çalışır.
Təkrar vurğulamağa dəyər ki, bu günlərdə 51 partiyanın prezidentlə həmrəylik nümayiş
etdirməsi bir daha onu göstərdi
ki, xalq prezidentin prezident xalqın arxasındadır.
Xalq yaxşı bilir müharibə soruşmaqan
hər bir ailənin evinə gələ bilər.
Azərbaycan ordusu bu gün tarix yazır. Bizim işimiz haqq
işidir. Cəsusluq sindromu
erməniləri bu səviyəyə gətirib.
Cənab
Prezident demiş-Erməninin
bizim torpaqlarımızda
nə işi var. Döyüşdə qələbələrimiz
çoxdur. Uğurlu
əməliyyatların sonu
qələbədir!
Maşallah
Məftun,
Hərbi
ekspert,Qarabağ qazisi
Ədalət.- 2020.- 6
oktyabr. S. 4.