Türk olmaq asan deyil!

 

ABŞ-ın Sitl ştatının fəxri konsulu GökçeninTürk olmaq necə bir duyğudur?” mövzusunda yadığı yazını oxudum. Bu şəhanə yazını sizinlə bölüşürük.

Əslində çox şeydir Türk olmaq. Türk olmaq Osmanlının borcunu ödəməkdir. Kosova Bosniyada, Qərbi Trakya Makedoniyada bilmirəm neçə əsr keçmişdə qalan məsələlərin hesabını verməkdir.

Türk olmaq Kiprdə, Xocalıda, Anadoluda Balkanlarda soyqırıma məruz qalıb qarşılığında törətmədiyin soyqırımla günahlandırılmaqdır.

Türk olmaq millətinə, tarixinə sahib çıxan zaman faşist olmaqdır. Vətəninə, millətinə, tarixinə söyülən zaman demokrat çağdaş olmaqdır.

Türk olmaq Avropada sənə xor baxılmaqdır. Atalarımızın bir çox əsr öncə Vyananı boşaltdığı üçün xoş baxılmamaqdır. Sadəcə, boşaltmaq, Napalyon kimi bütün Vyananı yandırmaq yox...

Türk olmaq Selanikdə Pontus abidəsinin, Vyanada çeynənən Yeniçeri minbərinin MaltdaRahibin tapdadığı Türk bayrağıheykəlinin önündən keçməkdir.

Türk olmaq çətindir əziyyətlidir. Üç qitədən dönüb kiçik bir yarımadada qonaq kimi davranılmaqdır. Saysız imperatorluqlar qurmaqdır Türk olmaq.

Türk olmaq arabaya qoşulan ilk atın Vətənində, ilk yazılı müqavilənin imzalandığı yurdda, yazının, pulun icad edildiyi, hər qarışından bərəkət fışqıran bu yurdda ayağa qalxmaq üçün xarici sərmayə gözləməkdir.

Türk olmaq Troyadan bu yana Şumerdən bu yana tarixi yaddaşı, yüksək dəyərləri olmasına baxmayaraq, bir həftəlik yaddaşla yaşamaqdır. Şərqi Romanı da, Qərbi Romanı da yıxıb Yeni Roma olan AB- girməyə çalışmaqdır Türk olmaq....

Türk olmaq Mostarda körpüdür, Kərkükdə qaladır, İstanbuldaKız kulesi”, Anadoluda buğdaydır, Çukurovada pambıqdır, Egedə tütün, Qaradənizdə fındıq, Trakyada günəbaxandır...

Türk olmaq Çanaqqalada ölməkdir. Çanaqqalada ölmədən öncə düşmənə su verməkdir, onun yaralısını kürəyində öz xəstəxanasına daşımaqdır. Düşmənin arxasınca rəhmət oxumaq, qan düşmənindən halallıq istəməkdir.

Türk olmaq xaraba bir ölkədə zəngin ölkələrin müstəmləkəsini rədd edib taxtadan qılınc ipdən üzəngi ilə paylaşacaq sahib olacaq tək varlığı kasıblıq olmasına rəğmən meydan oxumaqdır.

Türk olmaq əsgərliyə zurna-balabanla yollanmaqdır, heç geri dönməyəcəyini bilə-bilə.

Türk olmaq ananın şəhid oğlunun arxasıncabir oğlum da olsun, onu da Vətən üçün göndərəcəyəmdeməyidir. Atanın göz yaşlarını tutaraq tabutuna son dəfə toxunarkənVətən sağ olsundeməyidir.

Türk olmaq Yunusu bilməkdir, Aşıq Veysəli sevməkdir, Mövlanəni, Hacı Bektaşi Vəlinin bir misrasını oxumasan belə onu ürəyində daşımaqdır.

Türk olmaq saz dillənəndə, ney üflənəndə, qaval çalınanda ürəyinin dərinlyindəki sızıltını hiss etməkdir, bir Yəmən türküsündə... Həyatın sənə verdiklərinə nəsib, vermədiklərinə qismət deməkdir. Hər işin xeyirlisinə inanmaqdır ağlamamaq üçün çox gülməkdən keçinməkdir.

Türk olmaq Asiyadaqərbli, Avropadaşərqlideyə reaksiya görməkdir. İrq sözünü bilmədən yaşamaq, yaradılanı Yaradandan ötrü sevməkdir. Şou proqramları ilə dizilər arasında qalsa da, silkələnib üzərindəki torpağı ata bilməkdir.

Türk olmaq ən zəif günündə belə dünyaya meydan oxumaq, ən dərdli günündə belə hər üfunətin bir şəfəqdə bitəcəyini bilərək təvəkkül etməkdir.

Türk olmaq Anadoluda hər düşən yağış damlasına həmd oxumaq, hər çıxan sünbül üçün şükr etməkdir.

Türk olmaq mədəniyyətlər məzarlığı Anadoluda dik dura bilməkdir.

Çətin işdir Türk olmaq....

 

 

Gökçe

Dilimizə uyğunlaşdıran Eminquey

Ədalət.- 2020.- 6 oktyabr. S. 5.