MUSA URUD: SAVAŞ
DEYİR
Şriftin ölçüsü
Daha səbir
qalmayıb
Dözümün dözümü yox
Bu şeytan
düyününü
Kəsməsən çözümü yox.
Xalq həmişə
haqlıdır
Xalq həmişə
doğrudur.
Qaraya qara deyir
Ağ olana ağ
deyir
Millət
qalxıb ayağa
Dəniz
kimi kükrəyir
Yurd deyir, torpaq deyir,
Şuşa, Qarabağ deyir.
Bağlı qapı dalında
Çox
oyun oynadılar
Xalqımın dərdi ilə
qolboyun oynadılar
Daha sizə ümid yox, daha sizə
gərək yox
Dəyirmi masalarda təbəssümü
saxtalar.
Bir qəti söz, mərd qərar
Yüz gümanı noxtalar!
Ali Baş Komandanım əmr edir, savaş deyir
Otuz illik həsrətin səngərini aş deyir!
Şərəfli tarixini
Öz əlinlə
yaz deyir.
Bayrağını Vətinin sərhəddində
as deyir.
Bitdi boş danışıqlar
Susun artıq
Nə danışıq?
İndi daha top danışır,
tank danışır.
Rəhbərimin qətiyyətli sözü
ilə haqq danışır.
Susun, susun riyakarlar, quru- quru qrupbazlar,
Susun, indi xalq danışır.
Xalq deyir ki, haqq
işidir mübarizəm,
Müqəddəsdir,
haqq üçündür
mənim davam!
Tamam yoxdir, davam- davam, davam, davam!
Kəlbəcərdə hikkəsindən
parça-parça parçalanan
qayam deyir, daşım deyir
Ərim
gəldi qayasında gözü yaşlı, üzü qanlı
Həsrət çəkən Şuşam
deyir
Zəngilanda xan çinarı
Mişarlanan, baltalanan, talan olan meşəm deyir
Ruhu Vətən göylərində
Keşik çəkən Polad adlı paşam deyir.
Bu torpağın hər qarışı savaş deyir
Nər qayası, çınqıl
daşı savaş deyir
Dul gəlinin qucağında
Məsum
şəhid körpəsinin
gözdə yaşı savaş deyir!!
Savaş deyir
Kərkicahan
Xocalıda tökülən
qan.
Cəbrayılda, Fizulidə dalğanlanan
Ulu bayraq
davam deyir
İrəlidə Zəngilan var, Qubadlı var
Qiyamətə qisas qalmaz -
Ağdam deyir.
Bu bir zəfər yürüşüdür,
Bir millətin
haqq işidir.
Dayanmaq yox, durmaq olmaz,
Bunu bizə tora düşmüş Laçın
deyir
Naxçıvanın qollarını açın
deyir.
Tərtər deyir, Qarqar deyir, Xaçın deyir:
Azərbaycan əsgərinin mərd
əliylə -
Qarabağda axan sular durulacaq
Xan yurdunda haqq divanı
qurulacaq!
Sülh olacaq, biz istəyən sülh olacaq.
Haqqı deyən, şəri əyən sülh olacaq.
Qarabaqdan
quldurları
Təmizləyən sülh olacaq!
Hələ isə
Bədəndə can savaş deyir,
Damarda qan savaş deyir.
Göydə Allah, yerdə Vətən
savaş deyir
Dildə dua, əldə Quran savaş deyir.
Ali rəhbər, Baş
Komandan savaş deyir.
Diz səngərdə, göz
hədəfdə
Əl tətikdə
On milyonluq Azərbaycan savaş deyir!
Ədalət.- 2020.- 17 oktyabr.- S.6.