Aybəniz, Nazim və Xoşbulaq.
(Tanınmış şar Aybəniz Kürəkçaylı
haqqında bir neçə kəlmə)
Aybəniz xanım
başdan - ayağa xatirədir. Tələbəliyimin
xatirəsi. Aybəniz
xanım Gəncədir
mənim üçün,
oxuduğum universitetdir,
Xoşbulaqdır. Ən
nəhayət Nazimdir,
Günel, Rüxsarə,
Razım və Salehdir…
Tanış olanda o birinci, mən isə 3--cü kursda oxuyurdum. Sonra o, ailə qurdu
Nazimlə.
Nazim də xatirədir mənim üçün. Aybəniz daha universitetə
gəlmədi. Bəlkə də
gəldi, ya da qiyabi keçdi. Dəqiq yadımda deyil. Hər halda daha gözümüzdə
Nazim vardı. Tələbə yoldaşımız
Nazim idi…
Biz kənd uşaqları
lələbə qızların
nişanlısından qorxardıq. Ilk əvvəllər Nazimdən
də. Çünki
Nazim, iri gövdəli, pəhləvan
kimi cavan bir oğlanıydı. Bizdən 2-3 yaş böyük olardı. Sonra gördük ki,
o, nə qədər kövrək adammış.
Elə Aybənizi də bu cür
adam sevə
bilərmiş…
Təzə ailə quranda Universitetin yanında kirayə bir ev tutmuşdi
Nazimgil. İlk övladları dünyaya gəlmişdi. Mən də
şeytanın qıçını
qırıb bir tələbə yoldaşımla
uşağa dəyməyə
getmişdik. Uşağın adı Razim idi, qucağıma aldım, guya mən də uşaq sevənəm.
İndi mənim üçün 36 yaşlı
Razim də xatirədi.
Bu yaxınlarda Gəncədəydim,
Nazimə dedim ki, o kirayə qaldığınız evi
mənə göstər.
Getdik, tapıb göstərdi.
Indi həmin küçə,
həmin ev
də xatirədir.
Aybəniz inciməsin, mən deyərdim ki, Nazim Aybənizdən daha böyük şairdir. Çünki o evi elə
axtarırdı ki, əslində Aybənizi axtarırdı bəlkə.
Aybəniz haqqımda yazdığı
bir şeirdə deyir: "Uşaqlığı
yaşayır Qəşəmin
barmaqlarında”. Onların
evi mənə elə doğmadır ki, istəsəm, çayı calayaram süfrəyə, barmaqlarımın
onunu da batıraram yağa, utanmaram, çəkinmərəm…
Aybəniz təpədən – dırnağa
şairdir. Təbiətə, insanlara böyük
sevgisi var. insan əzabına dözə bilməyən, quş qanadına sevinən şairdir.Şeirlərini əzbər
deyəndə yaddan çıxan misraları Nazim yadına salır həmişə.
Düyğuları safdır, təmizdir Aybənizin. Başdan - ayağa türkdür, bunu belə demək bir az yaxşı çıxmır, yəni
türk olan niyə deməlidir ki, mən türkəm,
yəni demək istəyirəm, ki, Aybəniz Türk olmağının vurğunudur,
Türk comərdliyinin
vurğunudur.
Təbrizi anası kimi sevir, anası kimi yox e, balası
kimi sevir. Lap Nazim
kimi sevirir Təbrizi. Lap Nazim kimi sevir Türkiyəni.
Gözün aydın, ay Vətən,
anam Təbrizə gəldim,
Əlçatmaz arzularla indi üz-üzə gəldim.
Neçə illər yol getdim qaranlıq gecələrdə,
İşıqlı bir səhərlə aydın gündüzə
gəldim.
Aybənizi kövrəltməyə nə var?.
Durub deynən orda bir quş dən
dənləyirdi. Bir qırğı
da gəlib onun dənini apardı. Indi Aybənizi kiritməkmi
olar? Deynən ki, Qoşqarın
ətəyinə dolu
yağıb, quşlar
da elə bilib dolu dəndi, dimdikləyiblər, dimdikləri
üşüyüb. Di
gəl Aybənizi kirit.
Dur Əlsəgərdən
bir şeir de, arxasını Aybəniz tamamlasın. Ənvər Rzanın adını
çək, Nazim şeirini əzbərdən
desin, bir sözlə, Aybəniz Nazimə yaraşır, Nazim də Aybənizə.
Hər ikisi də Qoşqara,
Qoşqar da Azərbaycana.
Nazimin pıçıltıyla, astadan
şeir deməyi var, bir də
görürsən başladı,
nə başladı:
Ay quzu otaran balaca
Ənvər,
Xoş gördük,
xoş gördük, xoş gördük səni.
Indi Aybəniz neyləsin özündən şeir desin, deməsin? Əlbəttə desin.
Bu dünyanın işindən
baş açmadım
heç zaman,
Bəzən özüm çaşmışam,
bəzən də çaşdırıblar.
Dağda
ceyran olmuşam, meşələrdə bir
aslan,
Bəzən özüm azmışam,
bəzən də azdırıblar.
Tufanlarda
bərkiyib, qayalarda daş oldum,
Dodaqlarda təbəssüm, yanaqlarda
yaş oldum.
Gahdan damlaya dönüb yağışa yoldaş
oldum,
Bəzən özüm yağmışam,
bəzən də yağdırıblar.
Görəsən şair niyə deyir ki, bəzən
özüm azmışam,
bəzən də azdırıblar? İki qütb həmişə
insanı izləyir.
Biri insanın iç dünyası biri də cəmiyyətin
sənin həyatına
müdaxiləsi. Əgər
cəmiyyət bizim iç dünyamıza əl uzatmasaydı, şair heç vaxt azmışam deməzdi. Böyük Səməd Vurğun
deyirdi ki, o saf qəlbi pozan yalnız həyatdır. İnsanın
yaşamağında nə
səhv ola bilər ki ? Kim deyə
bilər ki, dağ çayının
yeri səhv düşüb və yaxud bu qaya
burda yox, o tərəfdə olmalıydı.
Demək
insan həyatına əl uzadan cəmiyyət insanı yolundan sapdırır.
Bu mənada Aybəniz
xanımın yuxarıdakı
şeiri müasir ədəbi prosesimizdə
maraq doğuran orjinal sosial informasiyadır.
Nazimgillə Xoşbulaq yaylağında
evlərimiz qoşadı,
yəni qonşuyuq. Indi Aybəniz
xanımın şeirlərinə
baxıram, Qoşqar dağının qaş- qabağından tutmuş,
qonşumuz Azər Laçınlının sazına,
yenə qonşumuz Dövranın nəvəsinə
qədər hamsına
şeir yazıb. Hamısı
da yerli – yerində.
Çiçək də öz
kökündə, çins
şalvarlı çoban
da mobil telefonu qulağında, özü
də müasir dəbdəbəsylə bir
sürü qoyunun qulağında.
Daha payız gəlir elə-obaya,
Yaylaqdan enirik biz yavaş-yavaş.
Hər gün neçə dəyə sökülüb
gedir,
Səhraya oxşayır düz yavaş-yavaş.
Bu şeir də
bizim dağlardan köç etdiyimiz vaxtlarda yazılıb. Demək dağı
dağ eləyən insandır. Insan dağa sevinir,
dağ da insana. Orda Xoşbulaqda obaların arana enməyinə yaxın sarı güllər
bitir. El arasında bu güllərə "Oba köçdü”
gülü deyirlər.
Əgər o gül yerdən
başını çıxartısa,
demək, obaların dağlardan enən vaxtıdır. Bu gül Kəlbəcərdə
də bitirdi, Göyçədə də,
Laçında da.
Aybəniz xanım təbiətin dilini gözəl bilir. Təbiətə sevinir, təbiətə
qarışır. Onun şeirlərində
yağışın, çayın,
dolunun səsi var, dili var. Bu dili bilən insan müharibə ağrı -acılarına
dözə bilmir.
Müharibədən yazır, şeiri
ilə Qarabağı
geri almaq istəyir. O, şeirin
möcüzəsinə hələ
də inanır.
Bu günlərdə gözəl
şairimiz Aybəniz Kürəkçaylı Prezident
İlham Əliyevin sərəncamı ilə
"Əməkdar müəllim”
adına layiq görülüb. Mənə elə gəlir ki, bu fəxri
adın içində
Aybəniz xanımın
ustad müəllimliyi
ilə yanaşı, şeirlərinin də rolu var. Mən şair bacımı həm fəxri ad almasına, həm də "Bənövşə qoxulu
yuxular” şeirlər kitabının çapdan
çıxması münasibəti
ilə, təbrik edirəm, istəkli dostm, şairlər şairi, müəllimlər
müəllimi Nazimə
də göz aydınlığı verirəm.
Qəşəm Nəcəfzadə
Ədalət.- 2020.- 22 oktyabr.- S.7.