Dolumənə çox doğma filmdir

 

 

Rejissor işi elədir ki, o, artıq yazılmış səhnələri canlandırır. Bəli, filmin təqdimatı rejissordan asılıdır, amma hər şeyin önündə yazıçı təfəkkürü dayanır. Çox şadam ki, bu filmi Aqil müəllimin romanı əsasında çəkmişəm. Çünki Aqil Abbas bu proseslərin, hadisələrin iştirakçısı olub, orada hansısa bir yalan yoxdur”. “Ədalətqəzetinin qonağı Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.

 

-Müharibə, insan ümid haqqında filmdirDolu”…

 

-Deyim ki, film haqqında onu ərsəyə gətirən insanların danışması bir qədər çətin olur. Adətən film tamaşaçı rəyi ilə müəyyən edilir ki, yaxşıdır, ya yox. “Dolu” 2012-ci ildə çəkilmiş ekranlaşdırılmış bir filmdir. “Dolumənə çox doğma filmdir. Hələ illər öncə bu filmi çəkərkən hazırkı günləri xəyal edirdik, arzu edirdik, bu günlərin sevincini xəyalımızda qururduq. Amma indi həmin sevinci yaşayırıq. Filmin sonuncu səhnəsi Qarabağda şəhid olmuş insanların ruhlarının Qarabağa geri dönüşü ilə bitir. O dövrdə , bu günün özündə həmin səhnə çox emosional hisslər yaradır. MənDoluromanına görə görkəmli yazıçımız, millət vəkilimiz Aqil Abbasa təşəkkür edirəm. Bilirsiniz, rejissor işi elədir ki, o, artıq yazılmış səhnələri canlandırır. Bəli, filmin təqdimatı rejissordan asılıdır, amma hər şeyin önündə yazıçı təfəkkürü dayanır. Çox şadam ki, bu filmi Aqil müəllimin romanı əsasında çəkmişəm. Çünki Aqil Abbas bu proseslərin, hadisələrin iştirakçısı olub, orada hansısa bir yalan yoxdur. Hər yerdə deyilir ki, film rejissorun əməyinin nəticəsidir, amma mən deyərdim ki, yazıçı olmadan rejissor heç bir şey edə bilməz.

 

Həqiqətləri çatdırmaq istədim

 

-Düzgün aktyor seçimi bu filmin uğurlarını təşkil edir

 

-Bəli. Aktyorların uğurlu olması rejissorun kompetensiyasıdır. Aktyorların seçimində onların peşəkarlığından daha çox qəlblərinə üstünlük verdim. Drakon obrazını canlandıran Rza Rzayevi birinci gün görən kimi bildim ki, onun təbiəti elə Drakon təbiətlidir. Elvin Əhmədovla tanış olanda gördüm ki, baş rolda yaxşı oynaya bilər. Daha sonra Məmməd Səfa haqqında danışım. Onu YUĞ teatrından tanıyıram. Məmməd Səfanın özünün şəxsiyyəti elə komandir şəxsiyyətidir. Filmdə çəkilən bütün aktyorlarda peşəkarlıq yox, təbiilik axtardım. Şəxsiyyətlərin özlərinin daxili aləmlərinə nəzər salaraq həqiqətləri çatdırmaq istədim. Elə buna görə film uğurlu alındı. Filmdə oynayan bütün aktyorlara, bütün yaradıcı heyətə minnətdaram.

 

-Qarabağ musiqi beşiyidir. Məhz bu yöndən Polad Bülbüloğlunun filmə musiqi yazması bu musiqinin bizim dərdlərimizi ifadə etməsi birmənalı şəkildəDolu”da çatdırılırdı

 

-Polad Bülbüloğlu bizim gözəl sənətkarımız, karifey sənətkarımız, həm ki, dəyərli səfirimizdir. “Dolu”da ilk dəfə idi, Polad müəllimlə görüşürdük. Sonra bir filmdə birlikdə çalışdıq ki, o daYarımçıq xatirələroldu. Bilirsiniz, mən istər Polad müəllimdən, istərsə , Aqil müəllimdən yaşda kiçiyəm, ona görə bir az narahatlığım var idi. Polad müəllim yüksək səviyyəli insandır. Söhbət təkcə musiqidən getmir. Sözsüz ki, musiqini yazan insan onu hiss edib bəstələyir. Amma musiqini ortalığa çıxartmaq, bir film üçün ərsəyə gətirmək peşəkarlıq tələb edir. Polad müəllimdə hansısa bir təzyiq, nəyəsə etiraz etmək yox idi. Məsələn, o filmdə bir hissə üçün musiqi yazmışdı, mən onu filmin həmin hissəsində deyil, başqa yerində verdim, Polad müəllim bunu çox normal qarşıladı. Polad müəllim gözəl insandır. Allah ona ömür versin.

 

“Film peşəkar kariyeramda tramplin rolunu oynadı

 

-“Qarabağdır Azərbaycan”, “Yarımçıq xatirələrfilmlərinin rejissorusunuz. Bir az da onlardan söhbət açaq

 

-İstərDolu”nun, istər, “Qarabağdır Azərbaycan”ın, istərsə Yarımçıq xatirələr”in kökündə eyni məsələ, eyni arzu dayanır: “QARABAĞ!” Qarabağdır Azərbaycan” 2009-cu ilin istehsalıdır. Film “Sine Alliansşirkətinin məhsuludur. Onun rəhbəri Əliağa Məmmədovdur ki, ona da öz təşəkkürümü bildirirəm. Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü ilə bu film çəkilib. Qarabağdır Azərbaycanfilmi mənim Qarabağ mövzusunda ilk işim idi. Bu film mənim peşəkar kariyeramda tramplin rolunu oynadı. Dolufilminin mənə həvalə edilməsi məhzQarabağdır Azərbaycan”da göstərdiyim peşəkarlığa görə oldu. Qarabağdır Azərbaycan”da bizim qəhrəman azərbaycanlımız Fərhad Atakişiyevdən bəhs edilir. Ermənilər tərəfindən xəsarətlər alan bir şəxsin son damla qanına qədərQarabağdır Azərbaycandeməsi bizi çox kövrəltmişdi.

 

Dolufilmini dünya ictimaiyyətinə təqdim edərkən bizi sevənlər onsuz sevindilər, amma bizi istəməyənlər dedi ki, bu film bitərəflidir. Yalnız Azərbaycan filmidir militarist filmdir. Ona görəDolu”nu böyük bazara çıxara bilmədik. Sonradan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə qərara aldıq, elə bir film çəkək ki, militarist olmasın. Ki, azərbaycanlılardan başqa millətlərin şüuruna təsir etmək mümkün olsun. Odur ki, belə bir süjet xətti yarandı: “Azərbaycanlı zabit Qarabağda döyüşür rus zabiti tərəfindən qətlə yetirilir”. yaxşı ki, mən bu filmləri çəkmişəm. Bu gün sevindirici haldır ki, “Yarımçıq xatirələrfilmindən parçalarYoutube”də yayımlanır. Bu, mənim üçün böyük fərəh hissidir.

 

-Bir az öncə dediniz ki, “Dolufilmindəki arzularımız real olur, artıq Qarabağımıza qayıdırıq. Qələbə xəbərlərini eşitmək necə bir hissdir?

 

-Bu günlərdə o qədər emosional vəziyyətdəyəm ki, o qədər qarışıq duyğular içərisindəyəm ki. Bu gün biz bir xalq olaraq yumruq şəklində Cənab Prezidentin yanındayıq. Bu, bizim milli birliyimizin ən yüksək zirvəsidir. Allah Ali Baş Komandanı, Xalqımızı, Ordumuzu qorusun.

 

Rövşən Tahir

Ədalət.- 2020.- 22 oktyabr.- S.8.