Cavid həmişə
xəlqimizin xatirindədir,
Vahid, o yoxsa, ruhi
ilə həmvətənlərik
Hər ilin oktyabr ayında ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü,
xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz
yerlərindən Azərbaycan poeziyasında fəlsəfi
lirikanın təkrarsız nümunələrini yaradan
Hüseyn Cavidin cənazəsinin qalıqlarının
doğma yurdu Naxçıvana gətirilməsi kimi şərəfli
bir işə rəhbərlik edən Həmid Cəfərovla
“Şərqin Şekspiri” sayılan
böyük dramaturqumuzla bağlı tədbirlərdə
görüşərdik. Bu il isə Həmid müəllimlə bağ evində
görüşdük. Görüşümüz Azərbaycan
Ordususun, onun Ali Baş Komandanının tarix
yazdığı günlərə təsadüf etdiyindən "Cavidi çiynində gətirən
kişi"nin də simasında yüksək əhval-ruhiyyə
var idi. Məlum
pandemiya ilə əlaqədar kütləvi tədbirlərin
keçirilməməsindən, o cümlədən Cavidlər
ayı sayılan oktyabrın “sönük olmasından” tədbirlərə
qatılmaq təşnəsi ilə yaşayan Həmid müəllimlə söhbətimizin elə ilk dəqiqələrindən
hiss etdim ki, həmişə olduğu kimi o yenə də
böyük Cavidin ruhu ilə üz-üzədir.
“Vətənimizin
taleyüklü günlər yaşadığı, tarxi sınaqlar qarşısında
qaldığı bir məqamda Cavid bizə nə deyir?” - ilk sualıma cavabında Həmid
müəllim böyük filosofun sənət dünyasına
üz tutdu:
- Neçə müddətdir ki, 10 milyonluq Azərbaycan xalqı möhtərəm
prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimi birləşibdir.
Sanki xalq bu həmrəyliyi ilə
Cavidin
Arkadaş,
yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi
zaman;
… Çoq əzildin, yetər,
ər oğlu, ər o
Çırpınıb
çareyi-xilas ara, bul!
çağırışına səs verir.
Nə
xoşdur ki, Cavidlər ayı sayılan oktyabr ayı bu il tarximizə şanlı səhifələr
yazır, qələbələr ayı kimi tarixə
düşür. Bu gün möhtərəm Prezidentimiz, Ali
Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ata-baba
yurdlarımız düşmənin qanlı əllərindən
geri alınır. Möhtərəm Prezidentimiz tarixin yaddaşında əbədi
bir şöhrət qazanır, Koroğlunun, Babəkin,
Şah İsmayılın adı kimi onun adı dillərdə
dastan olur. İlham Əliyev xalq qəhrəmanı
kimi qəlblərdə taxt qurur. Onun Ali Baş Komandan
olduğu Azərbaycan ordusunun əsgər və gizirləri, zabit və generalları zəfər
yürüşləri ilə şanlı tarix yazırlar. Bütün qələbələrimizin
kökündə təbii ki, vətənpərvərlik, vətənə
sevgi durur. Elə Hüseyn Cavid
yaradıcılığının ana xəttində də vətənpərvərlik
mövzusu həmişə öndə durub.
Hüseyn Cavidiə bağlı dəyərli alimlərimizin
tədqiqatlarından bəllidir ki, böyük ədibin
yaradıcılığının əsas qayəsi gənc nəslə
vətənpərvərlik hisslərini aşılamaq olub.
Vətənpərvər şair Hüseyn
Cavid özünün məslək eşqinə, əqidəsinə
müvafiq bütün həyatı və
yaradıcılığı boyu izlədiyi vətənpərvərlik
ideyasını yeni forma, yeni məzmunla ifadə edib. O, vətənpərvərlik
haqqında söylənilən fikirləri daha da zənginləşdirib,
sözün əsl mənasında onu ən yüksək mərhələyə
qaldırıb. Hüseyn Cavidin vətənpərvər
qayəli əsərləri haqqında elmi tədqiqatlarda
haqlı olaraq qeyd olunur ki, onun vətənpərvərlik
ideyaları zorakılığa, istismara, ədalətsizliyə,
cəhalətə, nadanlığa qarşı çevrilib.
Cavidin 1907 və 1917-ci illərdə «Vətən»
mövzusuna müraciət etməsi məhz dövrün
ictimai-siyasi hadisələri ilə bağlı idi. Hüseyn Cavidin bir
sıra əsərləri onu sübut edir ki, şair-müəllim
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasına böyük əhəmiyyət verib. Onun vətənpərvərlik
hissləri aşılayan əsərlərinin tədqiqi
göstərir ki, vətənpərvərlik Hüseyn Cavidə
görə gənc nəslin Vətənin tərəqqisinə,
səadətinə, onun əməkçi insanlarına,
dilinə, mədəniyyətinə şüurlu sədaqət
və məhəbbət, əgər lazım gələrsə
canını belə vətən uğrunda əsirgəməmək
ruhunda tərbiyə olunmasından ibarətdir.
Bən yetişdim atəşlə
su
Öpüşdüyü bir
ölkədən
kimi vətən
sevgili misraların müəllifi olan Hüseyn Cavidin şeirlərində odlar diyarı
Azərbaycan özünün zəngin təbiəti, dumduru,
göz yaşı kimi axan sərin bulaqları,
qövsi-qüzeh, otları, çiçəkləri,
gülləri, ağacları,
gözəl ormanları, əməksevər insanları oxucunun gözü
qarşısında canlanır. Cavidin bu cür
Vətən sevgili şeirləri bu gün bizi Azərbaycanın
hər bir qarış torpağının qədrini bilməyə,
onu qorumağa səsləyir. Təsadüfi deyil ki, millətin
milli mənəvi dəyərlərinə hücum olunan zaman
Hüseyn Cavid tarixə müraciət edib və “Peyğəmbər”
əsərini ərsəyə gətirib, türkün tarixi və
torpağı hədəf seçilən zaman isə o, “Topal
Teymur”u yazıb. Biz onun
yaradıcılığında tarixi köklərə
bağlılığın, Vətənə sədaqətin
təcəssümünü görürük. Hesab edirəm ki, bu cür möhtəşəm tarixi
əsərləri ilə Hüseyn Cavid də bu gün Azərbaycanın ərazi
bütövlüyü uğrunda mübariz aparır.
Hüseyn Cavid qeyd
edirdi ki, hər bir şəxs
vətənin, xalqın azad, xoş gələcəyi
uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi məhz vətən övladlarından
vətəni, xalqı müdafiə edən mərd,
mübariz vətənpərvər yetişdirmək idi.
- Xoşbəxtlikdən
bu gün minlərlə vətən övladları Ali Baş
Komandanın ətrafında sız birləşərək dədə-baba
yurdlarını işğaldan azad etməyə tam səfərbərdirlər
və onlar bu gün döyüş bölgələrində
rəşadətli xidmətləri ilə mənfur
düşmənə sarsıdıcı zərbələr
vururlar.
- Bəli,
bu gün biz müzəffər ordumuzla fəxr edirik. Bu günkü qələbələrimiz
Cavidin fərəh hissi ilə
yazdığı «Səyavuş»
əsərini xatırladır:
Yurdumuzu çignəyən
Sayğısız hər
kim olsa.
İnan ki, çoq
sürmədən,
Diz
çökəcək qarşıda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.
- Həmid
müəllim, hamıya məlumdur ki,
türkçülük məfkurəsinin dirçəlişinə,
Turan elinin milli təfəkkürünün oyanışı
uğrunda çalışan böyük türk
övladı olaraq Hüseyn Cavid bütün varlığı
ilə qardaş
Türkiyəyə bağlı olub. Türkiyəyə
sevgisindən müəyyən sıxıntılar da yaşayıb.
Fəqət, zaman göstərdi ki, fədakar
söz ustadı bu möhtəşəm sevgisində
yanılmayıb. Elə bu gün
apardığımız Vətən müharibəsi də
göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır.
- Bəli,
Hüseyn Cavid
Türkçülük ideyalarının alovlu tərənnümçülərindən
biri idi. Cavid üçün türklük bir
bütöv idi, tam idi. Cavidin anlamında
ideal anlayışı Türkün birliyidir. Onun
Türk birliyinə səsləyən, 1917-ci ildə
yazdığı "Hərb və fəlakət"
şeirində də bunu görürük:
...Nə
zaman kişnəsəydi Türkün atı,
Qırılırdı bir ölkənin qanadı.
Həp
krallar, prenslər, xanlar,
Ulu
şahlar, kibirli xaqanlar,
Papalar, həp
xəlifələr hər gün,
Diz çökərlərdi Türkə qarşı
bütün.
Arkadaş,
yoldaş! Ey vətəndaş, oyan!
Yatma
artıq, yetər... Dəyişdi zaman.
Şaşırıb,
durma böylə... Bir aydın
İdeal
arxasınca qoş, çırpın!
Səni
qurtarsa, qurtarar Birlik,
Çünki
birlikdədir, fəqət Dirilik!
Məfz bu
birlik Azərbaycanın işğal olunmuş
torpaqlarının azad olunmasına yol açdı.
- Möhtərəm
prezidentimiz cənab İlham Əliyevin “Əgər
toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq
mesajlar gəlməsəydi, bəlkə də bu işlərə
başqaları qarışa bilərdi. Türkiyənin bu
mesajları hər kəsə “dur” dedi. Azərbaycan
tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın
yanındadır” kimi son olaylarla bağlı söylədiyi
fikirlərdə də bu birliyin əzəmətini bir daha hiss
etdik …
Bəli,
bu son savaşlarda da Hüseyn Cavidin
Türk
oğlu sözündən dönməz,
Məhv
olur da, sürüklənməz!
kimi
müdrük kəlamı öz tarixi gerçəkliyini
tapdı. Azərbaycan-Türkiyə dostluqu zirvələrə
ucaldı. Türkiyə özünün qəti,
dönməz mövqeyini ortalığa qoydu.
- Həmid
müəllim, Ermənistanın dinc sakinləri - uşaqlar,
qadınlar və ahılları qətlə yetirməsinin hərbi
cinayət olduğu heç kimə sirr deyil. Ermənilər
yenə də öz vəhşiliklərini təsdiqləyən
qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların
yaşamaq və digər hüquqlarını pozurlar.
Humanitar atəşkəsin əldə olunmasından sonra
işğalçı tərəfindən Gəncə və
Mingəçevir şəhərlərinin, digər
yaşayış məntəqələrinin raket atəşinə
tutulması, çoxmənzilli yaşayış binasına atəş
açılması və mülki əhalinin hədəf
alınması mənfur düşmənin təcavüzkar
siyasətindən əl çəkmədiyinin bariz göstəricisidir. Bu vəhşiliklərə
Cavidin münasibəti necə olardı?
- İlk olaraq qeyd edim ki, bütün dünyanın
gözü önündə baş verən, insanlığa
qarşı barbarlıq və vəhşiliyi açıq
şəkildə əks etdirən bu hadisələrə və
azərbaycanlılara qarşı yönəlmiş müharibə
cinayətlərinə hüquqi müstəvidə qiymət
verilməlidir.
Beynəlxalq humanitar hüququn norma və
prinsiplərini, o cümlədən elan olunmuş humanitar atəşkəsi
kobud şəkildə pozan Ermənistan rəhbərliyi
törətdiyi cinayətlərə görə tam məsuliyyət
daşıyaraq layiqli cəzasını almalı, beynəlxalq
ictimaiyyət qarşısında cavab verməlidir. “Bu vəhşiliklərə
Cavid nə deyərdi” sualınıza isə cavab olaraq bildirim
ki, ulu Cavid sanki onillikləri qabaqlayaraq Azərbaycan
torpağında törədilən bu vəhşiliklərin
müəlliflərini görərək deyirdi:
İblis nədir? – Cümlə xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan nədir? – İblis!
Təəssüflər ki, bu gün Ermənistanın təcavüzkar
dövlət olmasına, işğalçılıq siyasəti
yürütməsinə açıq-aşkar göz yumulur. Dünya
birliyinin hələ də səssiz qalması Azərbaycan
xalqının bir nümayəndəsi kimi məni də
naharat edir. Bu ikili standart Hüseyn Cavidin «Topal Teymur» əsərində
fateh Teymurun dilindən xitabən deyildiyi «Avropalıların
dilləri başqa, yürəkləri daha başqadır”
fikrini xatırladır. Biz bu ikili standartlardan
narahat deyilik. Möhtərəm
Prezidentimizin haqq səsi, onun məqsədyönlü siyasəti
bütün dünyaya həqiqəti bəyan edir. Birinci Qarabaq müharibəsinin veteranı olaraq cənab
Ali Baş Komandanın müxtəlif televiziya kanallarına
verdiyiniz müsahibələri, çıxışları
diqqətlə izləyirəm və qürur duyuram ki,
İlham Əliyev kimi rəhbəri olan bir ölkənin vətəndaşıyam.
Bizə, Azərbaycan xalqına bu tarixi fəxarət və
qüruru yaşatdığına, xalqımızın vahid
birliyini ən yüksək səviyyəyə
çatdırdığına və milli tariximizin son
yüzilliyinin müzəffər lideri olduğunuza görə mən
dövlət başçımızla fəxr edirəm.
Maraqlı söhbət üçün təşəkkür
edirəm, Həmid müəllim. Ümidvaram ki, 1991-ci
ilin aprel ayında xidməti vəzifənizlə bağlı
helikopterdə uçarkən səmasında vurulduğunuz
Şuşanı yaxın günlərdə ziyarət etmək
qismətiniz olacaq.
Söhbəti
qələmə aldı:
Əməkdar jurnalist Hikmət
Xudiyev
Ədalət.- 2020.- 24 oktyabr.- S.12.