SƏRÇƏ
Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır!
Muxtargil İçərişəhərdə
yaşayırdılar. Ailələrinin
dolanışığı o qədər də yaxşı olmasa da, ataları Əbülfəz kişi xalça alveri ilə külfətini dolandırmağa çalışırdı.
Anası Ağbacı
xala Bakı-Moskva qatarında bələdçi
işləyirdi. Yol adamı olduğuna görə uşaqların
tərbiyəsinə kifayət
qədər vaxt ayıra bilmirdi. Tanrı ona iki oğul, iki qız bəxş
etmişdir. Oğlanları
Muxtar və Familə ali savad verə bilməsə də, qızları Nabat və Gültəkini Tibb texnikumuna sala bilmişdi. Çətinliklərə baxmayaraq,
qəzlar tibb bacısı ixtisasına yiyələnə bildilər.
Ancaq oğlanlarınkı gətirmədi,
qürbətdə çörəkpulu
qazanmağa üz tutmağa məcbur oldular. Çünki Vətən torpağında
onlara bir iş tapılmırdı.
Bütün hadisələr
Ağbacı xalanın
oğlu Familin həbsindən sonra baş verdi. Sanki ailəyə bir həbs damğası
vurulmuşdu. O günləri
yada salan Ağbacı xala oğlu Familə deyərdi: "Ay bala, sənə neçə kərə demişdim ki, o avara-uvaralara qoşulma! Gördün, sənə deyirdim ki, bu
işin axırı yaxşı qurtarmayacaq! Bu da axırı!”
Famil bir
çox yerlərə
iş üçün
müraciət etsə
də, xeyri olmamışdır. Eh, kim bilir?... Ehtiyac
insanı hansı addımlar atmağa məcbur edir. Bütün bu olanlar da insan
hərisliyindən, şeytan
əməlindən baş
vermişdi.
Muxtargilin həyətində göyərçin damı
vardı. Famil və Muxtar onları yedirtməyə,
uçurmağa çıxaranda
həmişə bir cüt sərçə onlara qoşulardı. Bu mənzərəni seyr etmək qardaşlar üçün
təəccüb və
maraq doğurardı. Beləcə günlər
ötürdü. Oğlanlar
böyüdükcə
özləri ilə bərabər dərdləri
də böyüyürdü.
Oğurluq üstündə
həbs edilən Famil üç il sonra azadlığa
buraxıldı. Həbsdən
sonra Famil elə bil başqa
cür olmuşdu. Saatlarla dinməzdi, oturub elə hey nə barədəsə
düşüncələrə dalardı. Bir gün anası Ağbacı xalanı mətbəxə çağırıb
dedi: - Ana, mən çörəkpulu
qazanmaq üçün
Vətəni tərk etməli olacağam. Muxtar istəsə, mənimlə gedə bilər.
Anası əvvəlcə
oğlunun nə demək istədiyini başa düşmədi,
sonra oğlunun qürbətə gedəcəyini,
orada başına hansı fəlakətlərin
gələcəyini düşünəndə,
fərya qopardı: - Getmə, ay oğul! Getmə! – deyən ana özünü oğlunun
üstünə atdı.
Famil isə soyuqqanlılıqla anasına:
- Axı dolana bilmirik, nə vaxtadək ilan kimi sürünəcəyik?
Atam da artıq
qocalıb. Bir şey fikirləşməliyik,
ya yox?
Naəlac qalan
ana axırda oğluna təslim oldu. Qardaşı Muxtarla da söhbətdən
sonra Famil artıq getməyə israrlı idi. Uzaq Sibirdə çörəkpulu qazanmağa
can atan Famil artıq bütün yol hazırlıqlarını görmüşdü.
Hətta atası Əbülfəz kişini
də yola gətirə bilmişdi.
Famil yola
düşməzdən əvvəl
nə vaxtlarsa saxladığı göyərçin
damına son dəfə baş çəkməyə qalxdı.
Artıq çox gec idi. Göyərçinlər
uçub getmişdilər.
Sanki öz yiyələrinin qürbətə
getdiyindən xəbər
tutmuşdular. Ancaq bir cüt sərçə
isə qürbətdə
yaşamaqdansa, öz Vətənini üstün
tutub, həmin taxçanın üstündə
oturub, heyran-heyran Familə baxırdı. Sanki baxışları ilə yiyələrinə
deyirdilər: - Qürbətdə
yaşanan ömür
cəhənnəmin bir
parçasıdır!
Səadət Sultandan
Ədalət.- 2020.-24 oktyabr.- S.15