Əsrlərin o üzündən gələn yol

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

(əvvəli ötən sayımızda)

 

II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun Tarmakis (Təbriz) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.

S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün farsdilli tayfaların İran yaylasına soxulması dövrünü onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır (S. Qaşqay - Manna dövləti, Bakı, 1993, səh. 148). Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözügedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına doğru irəliləmələrini söyləməyə imkan verir (G. A. Qrantovskiy. İranskie plemena iz priurmiyskoqo rayonav IX-VIII vv. do n. g., səh. 250-265).

R. Girşmana görə, farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu Qafqazdan, Şərq qolu isə Orta Asiyadan gəlmişdir. Urmiyayanı hövzəyə onlar Qafqazdan gəlmişlər (V. V. Bartolğd. Soç., t. 1, səh. 109, 171; t. VII, səh. 35-36).

E.ə. IX əsrin ortalarından Midiya dövlətin təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan onlardan öz marağı üçün istifadə edən, bəzən onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi.

Şəxs adlarının toponimlərin təhlili Manna dövləti əhalisinin (mannaların) türk mənşəli olduğunu sübut edib.

Hökmdar Udakidən sonra e.ə. 737-ci il yürüşləri ilə əlaqədar III Tiqlatpalasarın II Sarqonun e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun (e.ə. 740-719-cu illər) adı çəkilir. Onun dövründə Manna özünün ən parlaq çiçəklənmə dövrünə çatır. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə mübarizə aparırdı bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın vəziyyəti yüngülləşdi. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir ona görə Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. Bu dövrdə Mannanın xarici siyasətində iki meyl özünü göstərirdi. Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya müttəfiq kimi baxır onun siyasi üstünlüyünü tanıyırdı. Assuriyaya olan meyl Manna dövlətini Urartu işğallarından xilas etmiş ölkənin birləşməsi üçün şərait yaratmışdır.

Naxçıvan Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir. Zikirtu əyaləti ilə birlikdə Şuandaxul Durdukka şəhərləri onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.

İranzunun ölümündən sonra atasının siyasətini davam etdirən Assur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi (e.ə.718-716-cı illər). Lakin o çox az hakimiyyət sürdü tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi.

Azanın ölümündən sonra hakimiyyətə onun qardaşı Ullusun gəlir (e.ə. 716-680-ci illər). Mannada daxili çətinliklərdən istifadə edən urartulu I Rusa Ullusunun 22 qalasını tutdu mannalı canişini Dayaukkunu ona qarşı qaldırdı. Ullusunu olduqca ağır vəziyyətə düşdü. II Sarqon onu bağışladı, "bütün günahlarından keçdi" Manna taxtında saxladı. Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Assur qoşunlarını taxıl məhsulları, ot-ələf, at, iri xırdabuynuzlu heyvanlarla təchiz edirdilər. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Assurdan müəyyən imtiyazlar aldı.

Ullusununun hakimiyyəti dövründə Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o Assurun üstünlüyünü tanımaqdan imtina etdi hətta bəzi Assur yaşayış məskənlərini ələ keçirə bildi. Aşşur hökmdarı Sinaxxerib (e. ə. 705-681-ci illər) Mannaya hücum etməli oldu. Lakin bu hərbi yürüş görünür o qədər müvəffəqiyyətli keçməmişdir. Belə ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə kifayətlənməli olmuşdur.

Ullusun ölümündən sonar Mannan dövlətində hakimiyyətə Ahşeri gəlir (e.ə.675-650-ci illər) Ahşerinin hakimiyyəti dövründə Assur əleyhinə midiyalılar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər.

Ahşeri Assurbanapalın (e. ə. 669-627-ci illər) daha güclü təzyiqinin sınağından keçməli oldu. Həmin dövrdə Manna, Assurdan o qədər gücsüz deyildi. Əvvəlcə Assurbanapal hətta sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Assur qalalarının qaytarılmasına cəhd göstərirdi.

Ahşeri öz oğlu Ualli ilə (e.ə. 650-630-cu illər) əvəz olunmuşdu. Ualli Assurun qələbəsini etiraf etdi, assurluların iddia etdikləri bütün xəracları ödədilər əlavə olaraq daha 30 at verdilər. O, oğlu Erisinini qızını hökmdara girov göndərdi. Buna cavab olaraq Assurbanapal Mannaya özünün sülh elçisini göndərir.

Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. Təxminən e.ə.590-cı ildə Manna Midiya dövlətinin tərkibinə daxil edildi. Beləliklə, Mannanın müstəqil dövlətçiliyi sona çatdı.

Mannanın təsərrüfatı, mədəniyyəti: III Salmanasar Mannanın adını ilk dəfə çəkəndə buradan "saysız-hesabsız qaramal qoyun" ələ keçirdiyini söyləyir. Mannalıların təsərrüfat həyatında əkinçiliklə yanaşı sənətkarlıq mühüm yer tutmuşdur. Həsənli Ziviyə tapıntıları Mannnada metalişləmə sənətin yüksək inkişaf etdiyini göstərir. Manna ərazisindən qılınc qınının dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvarı qədəhlər, kəmər c. aşkar edilmişdir. Mannalılar qonşu ölkələrlə ticarət əlaqələri yaratmış burada istehsal olunan müxtəlif məhsul xammal mübadilələri həyata keçirmişdilər.

Hücumların qarşısını almaq üçün Mannada müdafiə qalaları qala-şəhər tikilmişdir. Mannalılar allahlara sitayiş etmişdilər. Təsvirlərdə günəş, ay külək-yağış allahlarını ayırd etmək mümkün olur. Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər tanrılara sitayişi qurbanlar verilməsini xüsusilə parlaq şəkildə nümayiş etdirir.

E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı növünə aiddir. Manna ilə yer şəxs adları burada qədim türk tayfalarının yaşadığını göstərir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir.

 

 Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2020.- 31 oktyabr.- S.4.