Dağlıq Qarabağa muxtariyyət verilməməlidir

 

 

Ermənistan rəsmilərinin məsələyə münasibəti həqiqət mənzərəsinin təhrifidir həqiqət mənzərəsinin təhrif olunduğu nəyisə müzakirə etməyə dəyməz. Ermənistan bu dəqiqə batmaqda olan saman çöpündən yapışmış bir adamı xatırladır. Ona görə , bütün vasitələrdən istifadə edir ki, Azərbaycan tərəfinin əks-həmlə əməliyyatlarının qarşısını alsın”. “Ədalətqəzetinin qonağı media eksperti, politoloq Anar Həsənovdur.

 

-Rusiya telekanalında etdiyiniz bir çıxış var ki, cəmiyyətdə səs-küyə səbəb olub: “Qarabağ Azərbaycanındır!” Söhbətə elə həmin çıxışınızdan başlayaq...

 

-İlk olaraq onu deyim ki, artıq 20 ildir ki, Rusiyada yaşayıram. Moskva Dövlət Universitetinin məzunuyam, filologiya elmləri namizədiyəm, Rusiya ali məktəblərindən birində jurnalistika fənnlərindən dərs deyirəm, böyük pedaqoqam. Çıxışıma gəldikdə isə söyləyim ki, Qarabağ mənim üçün həm milli məsələdir, həm elm predmetidir. Elm predmetidir, ona görə ki, mənim diplom işimErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin post-müharibə dövrünün KİV- işıqlandırılmasıolub. Hətta bu məqsədlə Moskvada təhsil aldığım müddətdə bir il erməni dilini öyrənmişəm. Qarabağ məsələsinə mənim münasibətim elmi yanaşmadır. Qarabağ probleminin köklərini, səbəblərini elm predmeti olaraq öyrənmişəm. Həmin çıxışımda olan tezislər elmlə bağlı olan tezislərdir. Sözsüz ki, emosional bir görüntü var, amma o fikirlərin hər biri elmə dayanır. Rusiya cəmiyyətində tanınan bir adam olduğum üçün 1-ci kanaldan mənə zəng edib qonaq kimi dəvət etdilər. Efirdə heç bir məhdudiyyət olmadığı üçün mən həmin fikirləri səsləndirdim: “Qarabağ Azərbaycanındır! Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Xankəndi Ermənistanın ərazisi deyil, Azərbaycanındır”.

 

Azərbaycan Dağlıq Qarabağ adında qondarma rejimi tanımır

 

-Tamamilə doğru deyirsiniz, Qarabağ Azərbaycanındır! Bax elə Qarabağ problemi ilə bağlı sizin fikirlərinizi bilmək mənə maraqlı olardı. O fikirlərinizi ki, onlar elmi əsaslandırılmış faktlardır...

 

-Ermənistan-Azərabaycan münaqişəsi bir dövlətin başqa bir dövlətə ərazi iddiaları səbəbindən baş vermiş münaqişədir. Bu münaqişənin kökündə bir məsələ dayanır, Ermənistanın Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları. “Dağlıq Qarabağ xalqıanlayışı bir görüntüdür ki, Ermənistan ideoloqları tərəfindən düşünülüb. Bu anlayışın ortalığa atılmasının da başlıca səbəbi ermənilərin ərazi iddialarını gizlətməsidir. Müharibənin bir səbəbi var, Azərbaycan torpaqları hesabına Ermənistan öz ərazilərini genişləndirmək istəyirdi biz buna imkan vermədik. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı onu söyləyə bilərəm ki, bütün torpaqlar işğaldan azad olunmalı Dağlıq Qarabağa heç bir muxtariyyət verilməməlidir. Ermənilər Azərbaycanda yaşayan digər xalqlar kimi yalnız hüquqlarla təmin olunmalıdır. Hesab edirəm ki, münaqişə həll edildkdən sonra Qarabağa yeni yanaşmalar tətbiq edilməlidir: “Azərbaycan Respublikasının Qarabağ regionu”. YəniDağlıq Qarabağ Muxtar Vilayətianlayışı silinməlidir.

 

Bu gün görünən mənzərə odur ki, Ermənistan-Azərbaycan münaqişəsinin bir həlli var, Ermənistan silahlı qüvvələrinin tərk silah edilməsi Ermənistanın kapituliyasi aktını imzalaması. Paşinyanın son çıxışında bildirdi ki, erməni əsgərləri Azərbaycan ərazisində müharibə aparır. Azərbaycan Dağlıq Qarabağ adında qondarma rejimi tanımır, tanımayacaq, buna görə münaqişənin bir həlli var, ermənilər tərk-silah olunmalıdır, Azərbaycanın ərazilərinə hansısa bir iddialarının olmadığına dair sənədə imza atılmalıdır. 

 

 

 

Ermənistan həmişə 2 kartdan istifadə edib

 

-Yəqin ki, Ermənistanın xarici işlər nazirinin CNN-dəki rəzil müsahibəsinə baxmısınız...

 

-İstər Ermənistan xarici işlər nazirinin, istərsə baş nazirinin çıxışlarında tez-tez ziddiyətli məqamlarla rastlaşırıq. Hələ 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, “Qarabağ Ermənistandır nöqtə”. Amma bu çıxışdan 1 həftə sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan isə söyləmişdi ki, masa arxasında qondarma Dağlıq Qarabağ rejimi iştirak etməlidir. Hər iki bəyənat bir-birini təkzib etmişdi belə bir fikir formalaşmışdı ki, onlar mövqelərini heç razılaşdırmırlar. Ermənistan həmişə 2 kartdan istifadə edib: “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi Dağlıq Qarabağa azadlıq”. Bu 2 kartdan zaman-zaman istifadə edib. Hələ 1988-89-cu illərdə Dağlıq Qarabağa azadlıq yox, onun Ermənistana birləşdirilməsi gündəmdə idi. Hətta bununla bağlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki deputatlar məsələni səsə qoymuşdu. Baxmayaraq bu səsvermə qeyri-leqal olub SSRİ qanunvericiliyinə zidd idi, amma Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilmişdi. Hətta 1989-cu ildə Sovet Ermənistanı parlamenti həmin qərara uyğun olaraq Dağlıq Qarabağın Ermənistana birləşməsini əks etdirən qərar da qəbul etmişdi. Dünya ictimaiyyətinin təpkisi Azərbaycan tərəfinin etirazından (Azərbaycan dünyaya həqiqətləri çatdırmışdı ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var) sonra Ermənistan tərəfi demişdir ki, Dağlıq Qarabağ müstəqil olmalıdır. Ermənistan həmişə bu manevrlərdən istifadə edib. Amma artıq həmin dövr keçmişdə qalmışdır Azərbaycan əsgəri öz sözünü deyir. Ermənistan rəsmilərinin məsələyə münasibəti həqiqət mənzərəsinin təhrifidir həqiqət mənzərəsinin təhrif olunduğu nəyisə müzakirə etməyə dəyməz. Ermənistan bu dəqiqə batmaqda olan saman çöpündən yapışmış bir adamı xatırladır. Ona görə , bütün vasitələrdən istifadə edir ki, Azərbaycan tərəfinin əks-həmlə əməliyyatlarının qarşısını alsın.

 

-Ermənilər bu gün Azərbaycanın dinc əhalisini atəşə tutur. Bir az da bundan danışaq...

 

-Bilirsiniz ki, Rusiya kanallarında da ermənilərin Gəncədə törətdiyi terror aktlarını göstərildi. Eləcə digər ərazilərimizdə dinc əhaliyə qarşı edilənlər göstərilir. Xankəndindən Azərbaycanın hər hansısa bir rayonu raket atəşinə tutulur. Bax bu hərbi cinayətdir. İstər Ermənistanda, istərsə Qarabağda olan Ermənistanın silahlı qüvvələrinin dinc əhalini atəşə tutması cinayətdir. Elə Gəncə terroru üzərindən deyim. Baxın, Gəncə hərbi münaqişənin aparıldığı ərazilərdən uzaqdadır. Bu baxımdan ora raket atılması təcavüz cinayətidir.

 

Rövşən Tahir

 

Ədalətş.- 2020.-  31 oktyabr.- S.11.