MƏNİM DƏRDİM
DƏRDLƏŞMƏLİ DƏRD DEYİL
,
MƏN ÇƏKƏN DƏRDLƏRİ
SƏN BARI ÇƏKMƏ
Mən dedim...
sən gəldin... durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan
bu xoş günümdə,
Sən mənə
ün yetməz uzaq kimiydin.
Nə qədər
yaxındıq, o qədər
uzaq,
Sarsıldım, duyğulu baxışlarından.
Nə bir
qol qaldırdın, nə açdın qucaq,
Qorxdum, gözlərinin
yağışlarından.
Sən ki,
bənzəmirdin yada,
özgəyə,
Bilirdim, sən
məni duyub gəlmisən.
Şeir söylətməyə,
söz eşitməyə,
Qəlbinin səsinə
uyub gəlmisən.
Görən nə tapmısan şeirlərimdə,
Onların sevincdən
kədəri çoxdu
Elə sinəmdəki
dərdlərimin də,
Qədəri varsa da, hədəri
yoxdu.
Daha nə
söyləyim bu payız günü,
Görürsən, yarpaqlar xəzələ dönüb.
Sənə deyəcəyim
şeirlər düzü,
Yaza bilmədiyim
qəzələ dönüb.
Mənli hisslərini
saxla özündə,
Axı, qəm
dəniyəm, qəlbinə
əkmə.
Yansam da
çatdığın ocaq
közündə,
Mən çəkən
dərdləri, sən
barı çəkmə.
Mən dedim...
sən gəldin...
durdun önümdə,
Gözlərin çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş
günümdə,
Sən mənə
əlyetməz uzaq kimiydin.
GECİKMİŞ
MİSRALAR
Özümü duyandan gizlicə,
aşkar,
Ruhumu oxşayan
gül axtarırdım.
İİməsi qardan ağ,
üstündə cüt
nar.
Pəncərə önündə tül axtarırdım.
Sənə tuş gəlmədim
baharda, yayda,
Çölü, çəmənliyi gəzdi
gözlərim.
Bir payız günündə
çatdılar dada,
Səndən əllərini üzən
gözlərim.
Gödüm, o çiçəksən-gəzdiyim
gülsən,
Ruhuma yayılan
ətrin bəsimdi.
Nə qədər xöşbəxtəm,
nə qədər, bilsən,
Sevincdən ürəyim əsim-əsimdi.
Gəlmisən mələyin qanadlarında,
Saçını küləklər darayırdılar.
Alma qızartısı yanaqlarında,
Gözlərin yolumu arayırdılar.
Yamanca hürkəkdin, yaman təlaışlı,
Arxanca bir qısqanc göz izləyirdi.
Ancaq xəyalında bir qaraqaşlı,
Səni oxşayırdı, əzizləyirdi.
...Sənli keçəcəkdi
ömrümün ardı,
Qəlbimdən kədəri, qəmi
silmişəm,
Nə yaxşı, həyatın
payızı vardı,
Nə yaxşı,
mən səni tapa bilmişəm.
MƏNƏ BİR MƏHƏBBƏT
ŞEİRİ OXU
Bilirsən, nə qədər
susuzam, acam,
Gətirmə dilinə, sən
ALLAH, yoxu...
Nə vaxtdır bir həzin səsə möhtacam,
Mənə bir məhəbbət şeiri oxu.
Həsrətlə gözləyir saz
köynəyində,
Gələrsən görüşə yaz köynəyində.
Əlində eyləsin naz örpəyin də,
Şirin
pıçıltınla bir
naxış toxu
Mənə bir məhəbbət şeiri oxu.
Gərək yollarına elə
qaçam ki,
Sənə qollarımı elə
açam ki,
Məhəbbət nurunu elə saçam ki,
Sanasan, bu anı şipşirin
yuxu
Mənə bir məhəbbət şeiri oxu.
Səsindən buludlar dolub, ağlasın,
Sısqa
buludlar da coşub-çağlasın,
Qəlbini qəlbim elə
bağlasın,
Həsəd aparsınlar görənlər
çoxu
Mənə bir məhəbbət
şeiri oxu!
Sən demə,
bu dünya mənlik deyilmiş
Bir payız günündə
gəldim dünyaya,
Təbiət əyninə çəni
geyibmiş.
Çoxu
sevinsə də Tanrı payına,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Anam nə söylədi sözünə baxdım,
Qayğıya bələnən gözünə
baxdım,
Dönüb bu dünyanın
özünə baxdım
-
Gördüm ki, hər büsat şənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
İllərlə kədərdən köynək
geyindim,
Həyatda çalışqan, bir az yeyindim,
Verdiyi payına küsdüm, deyindim -
Cavabı
düz çıxan tənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Özümə xəyaldan dünya
yaratdım,
Hara addım atdım,
düz addım atdım.
Gəlib
xırmandakı xırdağa
çatdım -
Bu pay da toxumluq, dənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Gözüm qalmasa da sərvət-varında,
Saçlarım üşüdü qırov,
qarında,
Sarsıldım ehtiyac dalğalarında
-
Yanağı al boya-ənlik deyilmiş,
Sən demə
bu dünya mənlik deyilmiş.
Qorxdu adlanaram, söz yayıb keçdi,
Neçə yol adımı
adlayıb keçdi,
Ömür kitabımı qatlayıb
keçdi -
Heysiyyət, şərəfi-mənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Məni
öz doğması bilmədi, niyə,
Saldığı düyünlü ilmədi,
niyə,
Doğrusu bilmədim, bəs
nədi, niyə -
-Dünya, Yusifoğlu, sənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
UNUT MƏNİ...
MƏNİ UNUT...
Baxısların dalğın bulud,
Yanaqların yaşdı, qurut.
Hislərini ovut-uyut,
Unut məni...
Məni
unut...
Köksündə qəm çağlasa
da,
Kirpiyin nəm bağlasa da,
Qəlbin
küsü saxlasa da,
Unut məni...
Məni
unut...
Mənə gələn yolun
bağlı,
Sağın uçrum,
solun bağlı,
Əlin
açıq, qolun bağlı,
Unut məni...
Məni
unut...
Qucaqlayıb dizlərini,
Göyə dikmə gözlərini,
Eşit
şair sözlərini,
Unut məni.
Məni
unut...
İSLATMA, YAĞIŞ, İSLATMA
Dəyişməyə köynəyim yox,
İslatma, yağış, islatma.
Gəl üşütmə, göynəyim
çox,
İslatma, yağış, islatma.
Damcılardan gizlənməyə,
Heç nəyim yox, heç nəyim yox.
Göz yaşımı gizlətməyə,
Eynəyim yox, eynəyim yox,
İslatma, yağış, islatma.
Mənim
kimi bu həyatda,
Heç
kim yalqız
ola bilməz.
Ən dəlisov buludlar da,
Qəlbim
kimi dola bilməz -
İslatma, yağış, islatma.
Ürəyimdə arzularım,
Onsuz da islanıb,
nəmdi.
Bu həyatda olan varım,
Ağrı, həsrət, bir
də qəmdi -
İslatma, yağış, islatma.
DÜZDƏ
QALDI
Mənim
yerim dağlar idi,
Üz çevirib
düzə çıxdım.
Elə çılğın çağlar
idi,
Sevinirdim - üzə çıxdım.
Gözü yolda qoyub gəldim,
Ürkək baxan ceyranları.
Daşda
səkən kəkliklərin
Çox
olmuşdum heyranları,
Qulağımda sərt qartalın,
Məğrur səsi-qıyı qalıb.
Xəyalımda kəhər atın,
Kişnərtisi haray salıb.
Səhər mehi oxşamayıb
Mənim qədər heç bir kəsi.
Balasına layla çalıb
Bulaqların zümzüməsi.
Görən kimi vurulmuşam,
"ƏRDAĞI"nın lalasına.
Heyranlıqla qovuşmuşam,
Lalə, nərgiz talasına.
Sevgi, istək yaşadardı,
Hər bir kəsin ürəyini.
Qonaq-qara
hey dadardı,
Süfrəmizin çörəyini.
Bir qız vardı - qarabəniz,
Xasiyyəti quzu kimi.
Günahımdan əridi o,
Ötən ilin buzu kimi.
Bu həyatda saf sandığım,
Zirvələrə yağan qardı.
Ən qiymətli var sandığm,
O dağlarda anam vardı.
...Mənim obam dağlar idi,
Dövran bizi ayrı saldı.
O qədər arzum var idi,
Hər birisi düzdə qaldı.
DÖZ,
ÜRƏYİM...
Gözləməkdən göz ağrıdı,
Dilimdəki söz ağıdı.
Döz,
ürəyim, döz ağrıdı,
Tanrıdan gələn payımız.
Bu dünyada hara baxdım,
Qəlb üşüdən qara baxdım.
Bir gülmədi qara baxtım,
Payıza döndü yayımız.
...Döz, ürəyim... döz bu dərdə,
Boğuluruq böhtan, şərdə,
Tor qururlar mərddən mərdə,
Durulmaq bilmir çayımız.
Göydən baxan hara baxır,
Qar, yağışı
qara yağır.
Yadlar bizə qara yaxır,
Heç
yana çatmır
hayımız.
MƏNİM DƏRDİM
DƏRDLƏŞMƏLİ DƏRD
DEYİL
Ulu Tanrı ad veribdi
bu yurda,
Ad qarışıq od veribdi bu yurda,
Min bir sərvət, dad veribdi bu yurda,
Təkcə qonşu millət
kimi mərd deyil,
Mənim dərdim dərdləşməli
dərd deyil.
Erməninin öz tarixi, yaşı yox,
Dədə-baba torpağı yox,
daşı yox,
Hiyləgəri, qeyrətsizi, çaşı
çox,
Abır-həya onlar üçün
şərt deyil,
Mənim dərdim dərdləşməli
dərd deyil.
Bu yerlərə ermənilər
gələli
Parçalandı bu torpağın zər-ləli.
İrəvanlı, zəngəzurlu, göyçəli
-
Neçə elim əldən getdi, bəs deyil?
Mənim dərdim dərdləşməli
dərd deyil.
Gücü yoxdur, arxasına
güvənir,
Sözü yoxdur, darğasına
güvənir,
ATƏT adlı "qarğasına"
güvənir,
BMT-nin qərarları sərt deyil,
Mənim dərdim
dərdləşməli dərd
deyil.
Həmsədrlər bölgələrə iz tutur,
Tərəflərə barış üçün
üz tutur,
Günahkarı günahsızdan düz tutur,
Dedikləri bizə
məqbul vəd deyil,
Mənim dərdim
dərdləşməli dərd
deyil.
Xəyanətdən doymayırlar bu "yan"lar,
Ara vurur bu "yan"lara uyanlar,
Dinə
bilmir həqiqəti duyanlar,
Təklif
vermək barış
üçün hədd
deyil,
Mənim dərdim dərdləşməli
dərd deyil.
Sahib çıxır Qarabağtək elimə,
Əl uzadır "Xarı bülbül" gülümə,
Biz hazırıq Vətən
üçün ölümə,
Bu oyundu - stolüstü nərd deyil,
Mənim dərdim dərdləşməli
dərd deyil.
Günəş doğub, hər
yan nura boyanıb,
Daha düşmən boş xəyaldan oyanıb,
Qarşısında güclü ordu dayanıb,
Dünya
bilir, istəyimiz hərb deyil,
Mənim dərdim
dərdləşməli dərd
deyil.
İbrahim YUSİFOĞLU
Ədalət.- 2020.- 31 oktaybr.- S.12.