"Müharibə uşaqlar" silsiləsi

 

 

 

Qəşəm-Şəm açdı qapımı,

 

Pərt durdu qabağımda:

 

- Necə sakit oturmusan,

 

Necə rahatsan, baba?!

 

- olubdur, ay oğul?!

 

- Sənə pis xəbərim var -

 

Hələ şəhidlərimizin

 

Alınmayıbdır qanı,

 

Televizor deyir ki,

 

Müharibə dayanır.

 

Axı Prezidentimiz

 

Şəhid analarına

 

Söz vermişdi o günü:

 

"Sonacan gedəcəyik,

 

Düşməni Qarabağdan

 

Vurub rədd edəcəyik!".

 

İndi bəs bu işdi,

 

Torpaqlarımız yanır,

 

Müharibə dayanır?!

 

- Sən deyən deyil, bala,

 

Düşmənlə aramızda

 

Sülh elan olunubdur...

 

- danışırsan, baba,

 

Sülhü neyləyirik biz?!

 

Məgər azad olubdur

 

İşğaldan Vətənimiz?!

 

- Müvəqqəti sülhdü bu.

 

- Müvəqqəti demək?

 

- Döyüş meydanlarından

 

Meyitləri götürüb,

 

Əsirləri dəyişmək...

 

Sonra düşmən çıxmasa

 

Xoşluqla Qarabağdan,

 

Toplar guruldayacaq,

 

Mərmilər partlayacaq...

 

Ya düşmən diz çökəcək,

 

Ya da ki, məhv olacaq!

 

 

 

 

 

İntiqam

 

 

 

- Ay ata, ermənilər

 

vurubdur

 

Gecə yatdığı yerdə

 

Gəncəni.

 

Qanına bələyibdir

 

Neçə-neçə ananı,

 

Neçə-neçə uşağı,

 

Neçə-neçə qocanı,

 

Gəncini.

 

 

 

- Oğul, intiqamını

 

Beş-on qat almışıq biz!

 

- xeyri varmış, ata,

 

Diriləcəkmiş məgər

 

Ölüb-itənlərimiz?!

 

 

 

 

 

Cavabsız sual

 

 

 

- Erməni müsəlmandı

 

ay baba?!

 

- pis sözlər deyirsən,

 

Ağlın azıbdır, nədir?!

 

- Tutaq ki, ağlım azıb,

 

Sözlərim pisdi lap.

 

Mənə başa sal barı,

 

Niyə bəs Qarabağa

 

Silah daşıyan rusu

 

Sərhədindən buraxır

 

İran müsəlmanları?!

 

 

 

 

 

Şəhid uşağı

 

 

 

Şair dostum Tariyel Ümidin

 

təzəcə şəhid olmuş yeznəsi Mayisin

 

övladları - Məleykə Süleymana

 

 

 

Bizimlə bir sinifdə

 

Şəhid uşağı oxuyur.

 

Partasının qarşısında

 

Atasının şəklidi, -

 

Azərbaycan bayrağıyla

 

Qoşa durur.

 

 

 

Elə ki, dərslərindən

 

"Əla" alır, sevinclə

 

Dik baxır atasına -

 

Bir anlıq gülümsünür.

 

Sonra da ah çəkərək,

 

Əllərinin dalıyla

 

Göz yaşlarını silir.

 

Qəşəm İsabəyli

 

Ədalət.- 2020.- 31 oktyabr.-S.12