GEDİRƏM
(vida şeirim)
Nələr bu dünyada qalıb bilirəm
Dünyaya hər
şeyi atıb, gedirəm.
Könlüm saz istəyir ovuda bilsəm,
İçimdə Kərəmi çalıb,
gedirəm.
Keçmiş xatirələr yadıma
düşüb
Şirini
acıyla dost eyləmişəm.
Yüzlərlə acını bağrıma
basıb
Bir şirin
xətrinə çözüb,
gedirəm.
Atıram varımı, altun taxtımı
Qızıl Zəngilanı, qızıl baxtımı.
Vətənə getməyə arzu,
kamımı
Sizlərə ərməğan qoyub, gedirəm.
Gedirəm, bir daha gəlməyəcəyəm
Heç kəsin xətrinə dəyməyəcəyəm.
Əsayla
bir daha gəzməyəcəyəm,
Həblər ürəyimi üzüb,
gedirəm.
Arzuma yetişib, kama
çatmışam,
Oğluma, qızıma gün ağlamışam.
Vilini, Nizini, Bəhruz qaqamı
Ailəmə səngər qoyub, gedirəm.
Mən
daha yaşamaq istəmirəm, Tanrım
Sənə şükür edirəm,
ey yaradanım.
Arzuma, kamıma yetişib çatdım
Gedirəm, kabusa dönüb gedirəm.
Xeyirdə, şərlərdə qayıdıb gəlib
Başınız üstündə fırlanacağam.
Sizin dərdinizə şərik
olacam,
Ruhum mələklərlə
uçub, gedirəm.
Əlvida,
əlvida deyirəm, dostlar
Əziz
balalarım, yaxın qohumlar
Getməyin vaxtıdı, salamat
qalın
Yanan bir çıraqdım,
sönüb, gedirəm.
20.06.2019
***
XƏRÇƏNG
YARASI
Tanrım
bu millətdən əsirgəməyib,
Gözəl bir təbiət bəxş eləyibdir.
Amma o, sonradan bir bəla
verib
Əcrini bizlərə çəkdirir,
qardaş.
Bu bəla bilinmir yaranıb hardan,
Adı ermənidir,
soy-kökü nadan.
O nə İsadandır, nə də Musadan,
İnsanlıqdan uzaq xilqətdir, qardaş.
Bu bəla yaradır – xərçəng yarası,
Düşüb Qafqazımın ana bətninə.
Yoxdur nə dərmanı, nə də davası
Olubdur dünyanın
bəlası, qardaş.
Nə yaxşı anandı, nə pis qanandı,
Nə bir insan kimi
dinc oturandı.
Hürəyən köpəyin bic
balasıdı,
Hərdən ağız atıb,
tutandı, qardaş.
Tutandı, dartandı, vartandı
nəsli,
Mayası
saxtadı, bilinmir əsli.
Əzazil,
fitnəkar, xain, xəbisdi,
Aldadıb ər tutan zənandı,
qardaş.
1996
***
HƏSRƏT QALASI
Zəngilan həsrəti sinəmə
qonub,
Bu gecə mehmanı biz olaydıq kaş!
Başı ağrıyırsa çalması
olub,
Dolanıb başına
yataydıq, qardaş.
Qalxıb
Ağ oyuğun düzünə
çıxsam,
Ürəyin od tutub, yanacaq, qardaş,
Üzümü «Yazı»nın dizinə sürtsəm,
Gözlərim nur alıb görəcək,
qardaş.
Tanrıdan , fələkdən
imdad diləyib,
Süsənin dikinə çıxaydıq, qardaş.
Allahdan bir anlıq möhlət istəyib,
Doyunca yurduma baxaydıq,
qardaş.
Kol basıb yolları, cığırlar itib,
Güllü zəmilərdə tikanlar
bitib.
Süsənin dikindən Kəhrizə
yenib,
O büllur bulaqdan dadaydıq,
qardaş.
İz salaq yoluna Fərəcbəylinin,
İsgəndərbəyliyə yol alıb gedək.
Ürəyim istərdi Xasay müəllimin,
Dilindən bir dəvət alaydıq, qardaş.
Çıxaq Belənovun dikində
duraq,
Allaha
yalvarıb, göyə üz tutaq
Yatmış tənəkləri tutaq,
qaldıraq
Can alsın bərəkət
çöllərim, qardaş.
Neçə il qövr edib sinəmdə dağı,
İndi gəl, əyilib
öpək torpağı.
Bol olsun məhsulu, bostanı, bağı,
Bac alsın Bərəkət ellərim,
qardaş.
Gedək
Kürrər yolu, yol tapa bilsək,
Çatıb «Nəcəkan»da bir
az dincələk.
Kəndimi qocalmış, pərişan
görsək,
Dözə biləcəkmi ürəyim,
qardaş!
Yenək
«Çaxmaqlı»dan, çaylağa
düşək,
Əyilib çaylağın daşından
öpək.
Deyirəm kaş burda bir daşa dönək,
Olaq doğma yurdun tən daşı,
qardaş.
Çaylaqdan yol alıb qəbiristanlığa,
O yolda, sən Allah, bir ayaq saxla!
Dədəmin, nənəmin, qohum-qardaşın,
Ruhunu oxşayıb,
ağlayaq, qardaş.
Çatıb qəbirləri, məzar
daşları,
Öpüb bir doyunca ağlayaq,
qardaş.
Kabus tək ruhları dolaşanların,
Küskün könüllərin alaydıq,
qardaş.
Dur gedək, dur gedək, gedək ahəstə,
Xan çinar
qapıda gözləyir
bizi.
Evə gedən yolda düşüb üz üstə,
Sürünə- sürünə gedəydik,
qardaş.
Qarşımda keçilməz qala
görürəm
Onu keçə
bilib, gedə bilək kaş.
Həyət-bacamızı viranə görsək,
Vücudum od tutub yanacaq, qardaş.
Qalaqlı Zəmiyə adlayıb
gedək,
Köhnə kənd yerini ziyarət
edək
Xınalı daşlardan bir kətil seçək,
Oturub yurduma baxaydıq, qardaş.
Gedək
kənd dərəyə,
orda köküm var,
Əsədin, Səmədin orda ruhu var.
Bizi qarşılayır nənəmiz
Bahar,
Alıb qucağında yatırar,
qardaş.
O üstün açacaq
bir həqiqətin,
İran xəfiyyəsi, o nadan kəsin.
Müdhiş bir gecədə
babam Əsədin,
Qətlinə fərmanın deyəcək,
qardaş.
Gəl gedək, dincələk Yaqub bağında,
Bu gözəl yurdumun
xan oylağında.
Yaqub bulağının lap qırağında,
Bir nahar süfrəsi açaydıq,
qardaş.
Xan Əhməd babamın yurduna gedək,
Onun torpağından,
daşından öpək.
O soyuq bulağın suyundan içək,
Bəlkə də ömrümüz uzandı, qardaş.
Bu bir xəyal idi, xəyal kimiyəm,
Mən taram, kamanam, royal kimiyəm,
Dəryada sükansız gəmi
kimiyəm,
Hara gedəsiyəm, bilmirəm,
qardaş.
Mən Dədə Qorqudun soy-kökündənəm,
Qolları bağlanmış Tural kimiyəm.
Yuvası
dağılmış qartal
kimiyəm,
Hara qayıdacam, bilmirəm,
qardaş.
Ürəyim tələsir, ürəyim
gedir,
Doğma yurd həsrəti sinəmi didir.
Süsənim, Hərtizim yuxumdan
getmir,
Gedən ömrümüzün günüdür,
qardaş.
Dağbəyi bilir ki, gedəcək bir gün,
Həsrət qalasını keçəcək
bir gün.
Ana vətənində öləcək
bir gün,
Bir ovuc torpağa dönəcək,
qardaş.
Sovrulub yurdumun dağ-dərəsinə,
Təzədən dünyaya gələcək,
qardaş.
1996.
***
YURD HƏSRƏTİ
Neçə ildi əsarətdə
inlədin,
Eşidən yox, ah-naləni, Zəngilan.
Taleyini sarı simdə köklədin,
Çalan gərək fəryadını,
Zəngilan.
Ucalardan
uca durub uzaqdan,
Əlim
çatmır ətəyinə
o elin…
Gözlərimdə qaranlıqdır
Zəngilan
Görünməyən bir ümmandır Zəngilan.
Araz boyu qatar gedir, səs salır,
Xəyal
məni o yerlərə aparır.
Vallah, məni bu dərd
yaman ağrıdır,
Qorxuram ki, yolda qalam, Zəngilan.
Qanad alıb o yerlərə uçaydım,
Süsənimin sinəsinə qonaydım.
Torpağından kündə tutub
yayaydım,
Ruzini tək mən yeyəydim, Zəngilan.
Mən arandan, sənsə dağdan boylanan,
Bir həsrətik bəlkə
gəldim bir zaman,
Babadağdan, Savalandan boylanan,
Bəlkə səni görə bildim, Zəngilan.
Neçə ildir yazıq qalıb ellərim,
Bağçalarda solub, qalıb güllərim,
Axşam,
səhər uzalıdır
əllərim,
Tanrı bizi
görüşdürə, Zəngilan.
Dağbəyi Əsədov
Ədalət.- 2020.- 31 oktyabr.- S.14.