Atatürkə meydan oxuyanın həzin sonu

 

Yavəri danışır:

 

Baş komandan düşmənin caynağından qurtardığı İzmirdə keçirəcəyi ilk gecəni yaşayırdı. Zəngin bir süfrə hazırlandığı halda, yüngülvari yeməklə kifayətləndi və bütün gecəni işlədi. Ertəsi gün tezdən oyandıq. Xəfif bir səhər yeməyindən sonra vilayətə getdik. Vali ingilis səfirlə söhbət edirdi. Biz gələn kimi ayağa qalxdı və səfirlə Mustafa Kamal Paşanı tanış elədi. Səfir türkcə yaxşı bilirdi. Paşa Validən soruşdu:

 

- Mövzu nədir?

 

Vali izah eləməyə başladı:

 

- Hörmətli səfir, ingilis vətəndaşkarla yunan və erməni azlığın təhlükəsiz şəraitdə olub-olmadığından narahatdırlar. Özlərinə hər kəsin təhlükəsizlikdə olduğunu bildirdim.

 

Mustafa Kamal Paşa səfirin türkcə bildiyini bildirdi. Buna rəğmən Valiyə dedi:

 

- Aha, bəs, yaxşı daha nə istəyir?

 

Bu suala səfir türkcə cavab verdi:

 

- Vətəndaşlarımız üçün hökümətinizdən yazılı təminart istəyirəm.

 

Mustafa Kamal Paşa:

 

- Yəni ? Yunanların zamanında siz özünüzküləri daha çox təhlükəsizlikdə görürdünüz ki?

 

Səfir:

 

- Bəli.

 

- O zaman adamlarınızla birlikdə Yunanıstana gedin, əfəndim.

 

Səfir:

 

- Yəni savaşmı elan edirsiniz?

 

M. Kamal Paşa:

 

- Siz kiminlə nəyi danışdığınızın fərqindəsinizmi? Mən Milli Məclisin sədri türk ordularının baş komandanıyam. Savaş açmağa da, sülhə səlahiyyətim çatır. Bəs, siz kimsiniz? Hökümətiniz adına savaş sülh barədə görüşməyə, danışmağa səlahiyyətiniz varmı? Varsa, danışaq. Yoxsa (əliylə qapını göstərir) buyurun çölə, əfəndim!

 

Səfir Atatürkün son sözünü eşidən kimi sapsarı oldu bir söz demədən qapıdan çıxıb getdi.

 

Atatürk adamın arxasınca Valiyə tərəf çevrildi:

 

- Bunlara üz verməyin, Vali bəy! Bir donanma önündə geri çəkiləcək, bir blef qarşısında yelkənləri suya salacaq bir dövlət hesab edirlər bizi. Alçaqlığın dərəcəsinə baxın. Barıt qoxan bir otaqda adamın soruşduğu şeyə bax. Sanki müharibə şəraitində deyilik.

Bir neçə saat sonra ingilis donanma komandanı hökümət evinin qapısından içəri girərək Atatürkün otağına tərəf üz qoydu. İncə, fəqət hirsli bir halı vardı. Ruşen Eşref ondan istədiyini soruşdu.

 

- Baş komandan Atatürklə görüşmək istəyirəm.

 

Birlikdə otağa getdilər, qapı bağlandı.

 

Amiral:

 

- Çox çətin şərtlər altında müharibəni qazandınız. Sizi əsgər olaraq səmimi qəlbdən təbrik edirəm. Çanaqqaladakı qələbənizin təsadüfən olmadığını sübut etdiniz. Böyük bir əsgərlə tanış olduğum üçün məmnunam.

Paşa bu təriflərdən bezmiş halda:

- Bunları keçin, Amiral. Çox işimiz var. Sözünüzün canına gəlin.

Amiral bu tövr qarşısında çaşbaş qalıb sözünə davam elədi:

- İzmirdə bizimkilər sizin azlıqlarınız ermənilər, yunanlar var. Yəni hərbi idarəçilik altında bu insanları statusu nədir? Təhlükəsizlikdədirlərmi?

 

Paşa :

- Heç şübhəniz olmasın, Amiral, sizinkilər azlıqlar təhlükəsizlikdədirlər. Hökümətimiz bu təhlükəsizliyi təmin edir. Cinayət törətməyənlər özlərini təhlükəsizlikdə hiss edə bilərlər.

 Bəs, cinayət törədənlər?

 

Paşa:

- Cinayətkarlar sizin ölkənizdə olduğu kimi ədalətin hüzuruna çıxarılır. Günahı olanlar cəzalarını alır.

- Paşa Həzrətləri, fəqət, fövqəladə günlər keçirtmişik. Yunan ordusundan güc alan rumlar (yunanlar) bu gün yerli xalqın düşmənliyi ilə üz-üzədir. Erməniləri bilirsiniz, böyük bir toplumu köçə məcbur elədi vacib olan qismi öldü. Bu ruh halı ilə yunan ordusu ilə birliyi etmiş bəzi türklərə çətin günlər yaşatmış ola bilərlər. Bunlar çətin günlərin hadisələridir, bağışlana bilərlər. Əgər bu adamlar xalqın öhdəsinə buraxılarsa, bütün dünya əleyhinizə qiyamət qoparar.

Son cümləsinə qədər amiralı sakitcə dinləyən Atatürk "dünyanın qoparacağı qiyamət"lə təhdid ediləndə amiralın sözünü kəsdi:

- Üstünlük ədanızı dərhal bir yana qoyun. Təhdid etməkdən əl çəkin. İngiltərə müttəfiqlərin qiyamət qoparıb-qoparmayacağını düşünmürəm. Bunlar məmləkətin daxili işləridir sizin bu işlərə qarışmağınıza icazə vermərəm. Dövlətiniz bizim azlıqlara əlləşməkdən əl çəksin. Kim ki bizə sayğı göstərməz, bizdən sayğı gözləməyə haqqı olmaz.

Amiralın üzü ağappaq oldu:

- İngilis hökümətinin təbəqəsini hər yerdə qorumaq haqüı dövlətlər hüququ təminatı altındadır. Avropa ölkələri ilə birlikdə arxasında durduğumuz rum ermənilərin təhlükəsizlikdə olmağını sadəcə rica etdik. Yoxsa biz bu təhlükəsizliyi təmin edəcək gücdəyik.

 

Paşa:

- Arxasında durduğunuz yunan ordusunun dənizdə üzən cəsədlərini hər halda görmüsünüz. Ordumuz asayişi qoruyub. İzmir limanını donanmanızın üzünə bağlayıram. İstəsəniz təbəqənizi gəmilərinizə doldura bilərsiniz. Donanmanızın ən qısa zamanda limanı tərk etməsini istəyirəm.

Sərt sözlər qarşısında amiral edəcəyini bilmədi:

- İngiltərəyə savaş elan edirsiniz?

Paşa:

- Savaş? Siz yoxsa Sevr müqaviləzinin hələ qüvvədə olduğunu zənn edirsiniz? Biz onu çoxdan cırıb tulladıq. Qarşımda sərbəst oturuşunuzu sizi qonaq saymağıma borclusunuz. Fəqət nəzakətimizi pis yerə istifadə etməyinizə icazə vermərəm. Bu anda hüquqən sülh müqaviləsi etməyən iki dövlətik. Savaş hüququ hələ qüvvədədor. Gəmilərinizi dərhal geri çəkməyinizi sizə son dəfə təkrar edirəm.

Amiral heykəl kimi donub qaldı. Sərt addımlarla girdiyi Atatürkün otağında, oturduğu kresloda büzüşdü, kiçildi kəkələyərək dedi:

- Bağışlayın. Yerə əyilə-əyilə geri gedə-gedə çölə çıxdı.

İngilis fransızlar öz adamlarını gəmilərə mindirməyə başladılar. Bir neçə saat sonra da səssizcə çıxıb getdilər.

 

Salih Bozok

Dilimizə uyğunlaşdıran: Eminquey

Ədalət.- 2020.- 15 sentyabr. S. 3.