Şəhidlik zirvəsinin 21 yaşlı fatehi: Kiçik leytenant Vüsal Muradov...

 

 

  Bu günlərdə  Vətən müharibəsində döyüşən qazilərimizin video-müsahibələrini izləyirdim.  Yaralı zabitin biri müsahibəsindən olan bir hissəni sizə danışım:”Hərbçi :-Yaralı silahdaşıma yaxınlaşanda o dedi ki, komandir, burnuma elə gözəl bir qoxu gəlir ki, hələ belə bir qoxuya rast gəlməmişəm.

 

O an anladım ki, əsgər şəhid olacaq, ruhu cənnətin qapısı ağzındadır artıq. Bunu fikirləşərkən, yaralı əsgər əbədi olaraq gözlərini yumdu”.

 

 Bəli, müqəddəs kitabları oxuyanlar  Kim Allah yolunda savaşıb yaralansa, qiyamətdə bədənindən müşk ətri gələr”cümləsi ilə qarşılaşmamış olmaz! 

 

 Bu gün cənnəti özünə məkan etmiş bir eloğlumuzu sizə tanıtdıracağıq.

 

 Ağdamsız,  Ağdamlı Vüsal

 

 

 

Vüsal Cəsarət oğlu Muradov doğma yurdu Ağdam 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olandan 6 il sonra dünyaya göz açıb. Ailəsi- el-obası yurd-yuvasından perik düşdükdən sonra hərə bir tərəfə pənah aparır   Muradovlar ailəsi Sumqayıta köçürlər. Ona görə , Vüsal 1999-cu il mayın 19-da Sumqayıt şəhərində anadan olub. Maraqlıydı, Ağdam rayonundaxüsusən ata-anasının qibləğahı olan Ağdam şəhərində bir dəfə olmayıb Vüsal... Bəs niyə yurduna o qədər bağlı, qisasa gününə  o qədər həvəsliydi?  Anası Kəmalə xanımla söhbətimizdə o bildirir ki, yurdumuz işğal olunan gündən bu günə qədər elə bir an olmadı ki, Ağdamı xatırlamayaq, ora ilə bağlı xatirələri göz yaşı ilə təkrarlamayaq. Ailəlikcə Agdama  vaxtsa geri dönəcəyimizə əmin idik . Amma ağlımıza da gəlməzdi ki, bu müqəddəs yolda övladım da bizə öz canı-qanı bahasına yardımçı olacaq .  Az yaşı ilə hamının- onu tanıyanların  hörmətini qazanan, ən müqəddəs arzumuzu həyata keçirən Vüsal balamın vətənpərvər ürəyinə,  cəsur əqidəsinə, hər an başımız üstündə olan ruhuna qurban olum. Bütün şəhidlərin ruhuna qurban olum, hamısı mənim balamdı. Hamısı Vüsalın silahdaşlarıdır.”

 

Anası Kəmalə xanım Vüsalı  xatırlayır

 

-Vüsal intizamlı şagird idi, əlaçıydı. Orta məktəbdə seçilirdi. Müəllimləri hərəsi onu bir sənətdə görürdü. Kimya sahəsində kimyaçı kimi, ədəbiyyat sahəsində yazar kimi, gələcəyin riyaziyyatçısı kimi təsəvvür edirdilər. Vüsal əxlaqı ilə, nizam-intizamı ilə, dərslərdə fərqlənməsi ilə özündən kiçik qardaşı Yusifə həmişə nümunə olub. Özünə, davranışına, danışığına o qədər ciddi fikir verirdi ki, sanki bir səhv edəcəyindən qorxurdu. Çünki Vüsal Yusifin gözündə artıq qardaşdan çox bir kumir idi. Odur ki, Yusif həm orta məktəbdə qardaşı kimi fərqləndi, seçildi, həm hazırda təhsil aldığı  Azərbaycan Dövlət İqtisad Universitetində...

 

Zaman keçdikcə görürdük ki, Vüsal müəllimlərinin təsəvvüründəki sənətləri yox başqa bir sevdanın xəyalındadı.  Bəli,  Vüsalın öz sevdiyi peşə vardı: Hərbçi!  O hərbçi geyimini dünyanın ən brend , bahalı geyimlərindən üstün bilirdi. Hələ uşaq ikən  o geyimdə olanlara həsəd aparardı. Bəlkə böyüdükcə  anladı ki, itirilmiş vətən torpaqlarımənasız danışıqlarınyox, məhz  Azərbaycan əsgərinin rəşadəti sayəsində azadlığına qovuşacaq. Hərbi peşəyə  qarşısıalınmaz həvəs göstərən Vüsalın bəlkədə ağlına belə gəlməzdi ki, nəinki ata-anasını, qohum -əqrabasını, hətta bütün xalqı sevindirəcək böyük qələbədə onun da imzası olacaq. Beləcə, orta məktəbin partasından bir başa arzularının dalınca getdi əsgər balam! 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil aldı.

 

 Atası Cəsarət Vüsal haqqında

 

 

 

-    Hərbin sirlərinə yiyələndi, təlim-tədris, nizamintizam, yüksək peşəkarlıq vətənpərvərlik  Vüsalın zirvələrə qalxması üçün bir pilləkan oldu.Vüsal  döyüşlərə  Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin, İgid Raquf Orucovun mənəvi varisi kimi, qorxmadan atıldı.  Ağdamın azad olması üçün özünü odunalovun içərisinə atan  növbəti qəhrəmanımız, Azərbaycan Ordusunun kiçik leytenantı, gənc taqım komandiri, kəşfiyyatçımız   Vüsal Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşdı. Zəngilanda, Qubadlıda, Cəbrayılda... Vüsalın son döyüşü oktyabrın 29-da Xocavənddə - Hadrut istiqamətində oldu həmin gün  şəhadətə qovuşdu . 31 oktyabrda isə Sumqayıt şəhidlər Xiyabanında dəfn edildi.

 

Vüsal zirvəsi

 

Dövlətimiz xalqımız bu vətənpərvərliyi unutmadı:Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Dövlətimiz xalqımız bu cəsurluğu unutmadı:Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Dövlətimiz xalqımız bu döyüşkənliyi  unutmadı:Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

  Dövlətimiz xalqımız  şəhid Vüsal Muradovu unutmayacaq:  Həyatdır bu, illər , əsrlər keçəcək, Vüsalın doğmaları, tanıyanları bir zaman bu dünyada olmayacaqlar, hamımız kimi... Torpaqdan yaranan bir gün torpağa getməlidir. Amma Vüsal mütləq bu dünyada olacaq, Cəsur olaraq, Vətənpərvər olaraq, Vətən sevdalısı olaraq min illər boyu yaşayacaq ! Azərbaycan xalqının yaddaşında özünə məkan quracaq. Babək kimi, Şah İsmayıl Xətai kimi, Cavad xan kimi, Həzi Aslanov kimi minlərlə Qarabağ üçün canını qurban vermiş müqəddəs şəhidlərimiz kimi! Vüsal  heç vaxt unudulmayacaq!

 

 

Şəhidliyin mübarək Vüsal!

 

 

 

 Həzrət Mühəmməd Peyğəmbər (s)buyurur:“Bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan (savablardan) daha üstün bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, haqq yolunda savaşıb şəhid olsun. Bundan üstün bir savab ola bilməz».

Öz ailəsini zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir.Öz malını zalımdan qoruyaraq öldürülən şəxs şəhiddir.Öz qonşusunu zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir.Allah naminə öldürülən şəxs şəhiddir.Özünü təcavüzdən qoruyaraq öldürülən şəxs şəhiddir. Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir.

 

Tale subaylığına, toyunamübarəkdeməyə imkan vermədi. Bu fani dünyadan üzümü sənin durduğun zirvəyə tutub bütün səsimlə bağırıram: “ Şəhidliyin mübarək Vüsaaaallll!”

 

 

Əntiqə Rəşid

 

Ədalət.- 2021.- 11 fevral.- S.3.