Qisası alınmış qəhrəman: Mübariz İbrahimov “post”u
Canım atam və anam. Məndən
sarı darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə
artıq ürəyim dözmür.
Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək
bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki,
o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə
verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz
Mübariz. Haqqınızı halal edin”.
Bu məktub Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun valideynləri, cəbhə yoldaşları və xalqı ilə son təması, vida məktubudur. Bu gün igidimizin doğum günü olduğu üçün kiçik bir yazı ilə o böyük OĞULun qarşısında baş əyməyi özümə borc bildim.
Mübariz
1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində
anadan olub. 1994-2005-ci
illərdə şəhid
M.Piriyev adına
Əliabad kənd orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağrılıb.
Əsgəri xidmətini Daxili
Qoşunların “N” saylı
hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib.
Həqiqi hərbi xidmətdən
2007-ci ildə çavuş
rütbəsində tərxis
olunan M.İbrahimov bir müddət mülki işlərdə
çalışıb. 2009-cu ilin avqust
ayında yenidən hərbiyə qayıdıb
və gizir rütbəsində xidmət
etməyə başlayıb.
Bir müddət sonra isə öz arzusu ilə Tərtər rayonundakı
“N” saylı hərbi hissədə, daha dəqiq desək, cəbhə bölgəsində
xidmət etməyə
başlayıb. 19 iyun 2010-cu ildə yuxarıda qeyd edilən vida məktubunu yazaraq, gecə saat 23:30 radələrində düşündüyü
əməliyyatı həyata
keçirib. Tərtər istiqamətində düşmənin
işğalı altında
olan Çaylı kəndindəki erməni qərargahına girmək
üçün bir kilometrlik minalanmış məsafəni tək keçib. Əsl bir cəngavər
kimi mənfur düşmənin ağlasığmaz
sayda əsgər və zabitini elə birinci həmlədəcə məhv
edib.
Düşmənin öz silahlarını özünə qarşı
istifadə edərək,
təkbaşına 5 saat
bir orduyla döyüşüb. Ermənistan Silahlı Qüvvələrini
ağır itkilərə
məruz qoyub, onların zəif cinahlarını üzə
çıxarıb. Ermənilər əvvəlcə elə zənn ediblər ki, onlara qarşı
Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaş-baş
qalan düşmən
əlavə qüvvələrini
də köməyə
çağırıb. Gizir M.İbrahimov səhər saatlarında qeyri-bərabər
döyüşdə qəhrəmancasına
həlak olub. Mübariz neçə erməni öldürüb vacib deyil. Ən vacibi odur ki, o həyatını verib, Azərbaycanın ölmüş inamını
diriltdi.
Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu
bununla da onu şəhidlik zirvəsinə ucaldıb. O, öz
şərəfli ölümü
ilə, qəhrəmanlığı
ilə Azərbaycan əsgərinin nəyə
qadir olduğunu bütün dünyaya sübut edib.
Azərbaycan Prezidenti İlham
Əliyevin 22 iyul
2010-cu il tarixli Sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı
verilib. Ömrünün 22-ci baharında şəhidlik
zirvəsinə ucalan gizirə bu ad Azərbaycan Respublikasının
müstəqilliyinin və
ərazi bütövlüyünün
qorunub saxlanılmasında
müstəsna xidmətinə
və göstərdiyi
rəşadətə görə
verilib.
Son olaraq: Qeyd edək
ki, Müdafiə Nazirliyinin oktyabrın 4-də
yaydığı məlumata
görə, Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimovun
2010-cu il iyunun 18-də təkbaşına
döyüşərək xeyli sayda düşmən
qüvvəsini məhv
etdiyi posta Azərbaycan Bayrağı
sancılıb. Azərbaycan Bayrağını
posta Azərbaycan Silahlı Qüvvələrinin
mayoru Rauf Musayev sancıb.
Azərbaycan Ordusu sənin qisasını aldı, Qardaşım!
Əntiqə Rəşid
Ədalət.-
2021.- 9 fevral.- S.3.