4 fəsillik sevgi
notları
Esse
bizə
bəxş elədiyi gözəl bir hadisədir. Məhəbbət təbiət
kimidir, ilk soyuqlar daha çox hiss olunur. Sevginin də özünə
görə gözəl
və çətin tərəfləri var. Mələklər
bunu ilahi zövq, şeytanlar isə cəhənnəm əzabı, insanlar isə bu hissi
sevgi adlandırırlar.
Əsl məhəbbət xəyala
bənzəyir, hamı
onun haqqında danışsa belə, o, gözəgörünməz olur.
Demək
olar ki, bu hiss hər fəsil yaşayır və daha da
güclənir. Hər bir
sevən şəxs müəyyən mərhələlərdən
və sınaqlardan keçərək sevdiyinə
qovuşur. Ona qovuşmaq
da nəyə desən dəyər.
Həm gözəlliyi, həm də çətinliyi var sevginin. Elə məqaləni də yazdıqca çalışacağam
ki, sizlərə bütün 4 fəsillik sevgini azacıq da olsa, ifadə
edim.
Necə ki, dünyamızda 4 fəsil var, bu, sevgi hekayəsi
üçün də
keçərlidir. Hər fəsildə bunu yaşamağın öz zövqü var. Qar yağanda qar topu oynayaraq, yazda təbiətin oyanması ilə qədəmlərini qoyan Novruzun gəlişi, yayda təmiz havada dəniz kənarına gedib seyr etməklə, payızda isə yağışın yağmasıyla
sevgini daha da maraqlı və əvəzolunmaz etmək olar. Hər fəsildə bir ayrı gözəlliyi olur bu hissin.
Müxtəlif səyahətlərə çıxmaqla da taclandırmaq olar.
Zaman ötdükcə
daha da bağlanırsan
sevdiyinə. Bir çox çətinlikləri
sevdiyinlə birgə vaxt keçirərək keçməlisən. Gənclərə məsləhətim budur ki, sevdiyinizin əlindən əlinizi heç zaman buraxmayın, bacardıqca bir-birinizə dəstək
olun. Çünki zamanla müəyyən
sıxıntılardan da
keçməyi öyrənirsən.
Əsas çalışın, daim
mərtəbələri bir
yerdə qalxasız.
Əlinizə düşən fürsətdə
gözəl havada gəzişərək gözəl
vaxt keçirin.
Sevginin ilk anlarında
adama elə gəlir ki, sanki dünya bir dəqiqəlik sükut halındadır. İlk öncə
bu duyğunu yaşadıqda sanki özülündə kələbəklər
uçuşur. Beləliklə, sevginin nə qədər qərib və gözəl əbədi hiss olduğunun
şahidi olursan.
Gözlərinin içi parıldayır,
əlin və ayağın bir anlıq sevdiyini gördükdə tutulur.
Kəlmələr sığışmır bunu ifadə etməyə.
İndi isə keçək sevginin həm gözəl, həm də çətin mərhələlərinə. Qədim zamanlarda
Əsli və Kərəm, Fərhad və Şirin, Leyli və Məcnun
kimi personajlarımız
çətinliklərdən keçərək ölüm
bahasına olsa belə, gözlərini qırpmadan bu hissi yaşadılar.
İndi də həmçinin, bu hadisələr təkrarlanır və sevdiyin uğruna canından belə keçməyə hazırsan.
Sevginin öz qalxanları olur.
Çox zaman da hıçqırıq
və göz yaşlari içində sevgini qəlbində yaşayırsan və həmin adama bildirməkdən ehtiyat edirsən. İztirablı sevgilər də
çox acı şəkildə birtərəfli
olur. Bəzi sevgilər var
ki, o, səninlə məzar daşına qədər getməlidir.
Bu halda da
sadəcə səbr etməkdən başqa heç bir çarən qalmır.
Göz yaşları çəksəz
belə, çalışın
hər söz-söhbətdə
sevdiyinizin əlini buraxmayasınız. Qəlb qırmaqdansa,
çalışın o qırdığınız
qəlbi əzizləyin.
Birini sevməsəz belə, onu incitmədən sadə şəkildə anladasız ki, qarşı tərəf də bunu anlamış
olsun.
Gözlər sevgidə çox önəmli bir faktdır. Sevdiyinə baxdıqda gözlərin
gülür, qəlbin
də necə döyünürsə, fərqində
belə olmursan. Çox zaman sevdiyinin baxışlarına vurulursan.
Nə su içməyə, nə də çörək yeməyə
vaxt belə tapa bilirsən. İlk öncə qarşındakının
ac və ya tox olmasıyla maraqlanırsan. Sevgini yaşadıqda
insan ən çox qarşı tərəflə maraqlanır
və özündən
çox onu düşünmüş olur.
Telefondan
bir dəqiqə keçinmək belə istəmir. Vaxtın da necə keçdiyini
danışdıqca hiss etmirsən.
Saatlarca söhbətləşmək və
vaxtın donmasını
istəyirsən.
Dəqiqələr və saatlar ötdükcə ona qovuşmağı da çox istəyirsən. Yəni bu,
o qədər çox
gözəl duyğudur
ki, sətirlərə
yerləşdirmək mümkün
deyil. Qəribədir ki, həm uzunömürlu, həm də qısa sürmüş sevgilər
var. Gözəl həmçinin,
duyğunu yaşayıb
havalarda uçmaqdır.
Bir çox
hekayələrdə "varlı
və kasıb" problemləri ortaya çıxmış olur. Bu məsələ bir çox ailədə narahatlıq yaradır.
Bu halda isə
zərər sevənlərə
dəyir, onlar çox məyus olurlar. Lakin belə hallarda
övladlarınıza dəstək
çıxmağınız məsləhət görülür.
Varlı
bir oğlana gedib sevməyərək yaşamaqdansa, kasıba gedib duz-çörək kəsmək məsləhətdir.
Tezliklə bu kimi halların ortadan çıxacağına ümid
edirəm.
"Hər bir gözəlin bir eybi var" deyiblər. Sevgini gözəlləşdirən şey gülərüzlülükdür.
Bu, çox önəmlidir.
Çünki əməlisaleh olmaq
həyatda çox önəmlidir. Bu işdə səbr də önəmlidir.
Ona qovuşmaq üçün
çox mücadilə
etməlisən. Allah sevənlərə daim yol açır və onlara sevgilərin yoxlamaq üçün muəyyən
sınaqlar verir.
Sevgi də imtahan kimidir. Cavabını bilmədiyin suallar
qarşısında çətinlik
çəkirsən. Saf məhəbbətlə
sevdiyin birini hər bəladan qorumaq və ona dayaq olmaq
istəyirsən.
Çox vaxt da sevginin çətinliklərindən keçərək sevdiyinə qovuşma anı gəlir. Sevdiyin şəxslə ailə həyatı quranda dünyanın ən xoşbəxti olursan. Bu gözəl gündə isə ailəni və sevdiklərini yanında görmək isə çox xoş olur adama. Sevdiyin şəxslə evliliksə hər bir gəncin ən çox istədiyi arzudur. Necə ki, göydə ulduzlar parıldayır, eləcə də sən həmin gün yoldaşınla birgə o günün baş qəhrəmanı olursan. Bu gözəl gün keçdikdən sonra ona hazırlayacağın hər yemək həvəslə və sevgiylə hazırlanmış olur. Həyatını birləşdirdiyin şəxsin ana və atası isə öz anan və atan kimi olur. Onlara hörmətlə yanaşmaq isə sənin borcun olur. Ailənin təməli isə həm də səbrdir.
Bir çox sevən qızlarımız və gəlinlərimiz əsgər yolu gözləyərək vaxtın necə keçdiyini bilmirlər heç. Fikirləri ancaq sevdiklərinin yanında qalır. 2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsində necə igid oğullarımız canları bahasına Vətən uğrunda döyüşdülər, şəhid oldular. Geri dönə bilməyən əsgərlərimiz isə hamımızın ağır itkisi oldu. Bir çox gəlin-qızlarımız dul qaldılar. Amma analarımız-gəlinlərimiz ürəklərinə dağ basaraq bu acıya çox çətində olsa, dözməyə çalışırlar. Bu, təkcə onların deyil, hamımızın acısı oldu. Hər birimiz geri qayıdan qazilərin gəlişinə sevinsək də, ölən igidlərimizin gəlməməsinə bir o qədər göz yaşları tökdük. Şəhidlərimizin ruhu şad olsun. Analarımıza və gəlinlərimizə başsağlığı verərək Allahdan səbr diləyirəm...
"Yaşın nə fərqi var ki, sevirəm səni". Düz deyiblər. İndiki dövrdə əsas pak sevgidir. Birini sevdikdən sonra yaşın nə əhəmiyyəti var?! Önəmli olan sevmək, hörmət etməkdir. Onunla sonacan bir yolda yürüməyə söz verməkdir. Hörmət olduqdan sonra sevginin ömrü də uzun olmuş olar. İnamla gələcəyə doğru irəliləmək və gələcəyinə bunu taclandırmaq zəruridir. Hər yaşda sevməyin bir başqa zövqu var. Həmişə sevin və sevilin...
Məqaləmin sonunda isə bunları əlavə etmək istərdim. Daima həyatda sevgiyə önəm verin, bu yolda bir çox mübarizələr edərək yarınıza qovuşun. Allah hər kəsi sevdiyi şəxslə qovuşdursun.
Fidan ƏLİYEVA
525-ci qəzet.-2021.- 4 sentyabr.- S.21.