Rənglərin dünyası,
rənglərin sehri
(Rəssam Sadıxov Fərhad Sadıxın
yaradıcılığı haqqında)
Hər zaman söz dünyası ilə bərabər rənglərin
dünyası da marağıma səbəb
olub. Fırçanın dili ilə danışmaq, əllərinin
istisi ilə ürəyindən keçənləri,
təfəkkürünün süzgəcindən keçirdiklərini,
daha doğrusu duyğu və düşüncələrini özünəməxsus
tərzdə fırçaların
dilinə buraxmaq özü bir aləmdi. Və elə onları
duymaq özü də bir dünyadı,
bir sehirli-sirli aləmdi.
Bu gün
təqdim etmək istədiyim
o şəxs də Azərbaycanın tanınmış
rəssamı və astroloqu dünyada tanınan, öz təfəkürü və
düşüncə tərzi
ilə seçilən
Fərhad Sadıxovdur.
Rəssam 2 dekabr 1973-cü ildə dünyaya gəlib. 6 saylı orta məktəbdə ibtidai təhsilə başlayıb.
Fərhad orta məktəb
illərindən öz
düşüncəsi, davranışı
ilə həmyaşıdlarından
fərqlənib, rəhglərin
ruh dünyasına sığınıb. Uğurları da gənc yaşlarından
onu təqib edib. 1997-ci ildə
“Birlik” Beynəlxalq Elmi-Tədris Assosiasiyası
nəzdində Ali Xüsusi
Attestasiya Komisiyasının
qərarı ilə Azərbaycan Respublikası
ərazisində və
xaricdə təcrübə
keçmək icazəsi
ilə Parapisxoloq və Okkult Elmləri üzrə Mütəxəssis kvalifikasiyası
verilmişdir.
Fərhad Sadıxovun sonrakı
uğurları sanki bu ideyadan bəhrələnmiş
və davam etmişdir. Sadıxov
2006-ci ildən isə Beynəlxalq
İncəsənət Fondu
yanında Moskva Rəssamlar Assosiasiyasının
həqiqi üzvüdür.
Fərhad müəllimin rəssamlıq
fəaliyyəti Rəssamlıq
Akademiyasının vitse
prezidenti, dünya şöhrətli rəssam
Tahir Salahovun da diqqətindən yayınmamışdır. Tahir Salahov
Fərhad Sadıxovun yaradıcılığındakı fəlsəfi ümumiləşdirmələrin
və bədii kəşflərin dərinliyini
yüksək şəkildə
qiymətləndirmişdir. Tahir müəllim Fərhad
Sadıxovun yaradıcılığı
haqqında yazır: “Onun sənətinin əsas istiqaməti bütün təzahür
müxtəlifliyində mənəviyyat
axtarışı idi.
Onun əsərlərində
islam mədəniyyətinin
böyük ənənələri,
Azərbaycan miniatürləri
və Şərq ornametləri dünyanın
bir çox dinlərinin və mədəniyyətlərinin rəmzləri
və atributları ilə birləşdirilib.
Müəllif öz sənəti
ilə iddia edir ki, mövcud
olan hər şey bir-biri ilə bağlıdır,
hər bir ünsür bütövün
bir parçasıdır
və dünyanın birliyi onun tərkib
hissələri olmadan
mümkün deyil.
Elmi araşdırmalar
və fərziyyələr,
kulturoloji tədqiqatlar
və okkultizmin sirləri, dünyaya açıqlıq, xeyirxahlığın
və hormoniyanın li qüvvələrinə
inam və sonsuz fantaziya – hər şey onun yaradıcılığında öz əksini tapıb”.
Fərhad Sadıxov
yaradıcılığı Azərbaycandan kənarlarda
– Rusiyada, Yaponiyada, Fransada, İsraildə,
ABŞ-da sevilir və bir çox
şəxsi kolleksiyalarda
saxlanılır. Onun yaradıcılığında
çox əsərləri
diqqət çəkir.
Xüsusi ilə “Göy qübbəsi”, “Od Rəbbləri”, “Günəşin nəğmələri”,
“Drakonların Sivilizasiyası”,
“Naviqatorun uçuşu”,
“Sönmüş ulduzların
misteriyası”, “Odlar yurdu döyüşçüsü”,
“Kundalini – Şakti yoqası” və onlarca əsərində rəssamın mənəvi
aləmi, işıqlı
təfəkkürünün gücünü görmək
olur.
Rəssamın uğurlarından
biri də 1998-ci ildə YUNESKO-nun kurasiyasında
tarixi abidə olan İçərişəhərin
ərazisində rəssamın
şəxsi kosmoqrafik
miniatur sərgisi
keçirilmişdir ki,
bu da respublika
televiziya və mətbuatında, həmçinin
paytaxt sakinlərinin şüurunda geniş rezonans doğurmuşdur.
Onun digər uğurlarından
biri isə Azərbaycan Respublikası
Turizm və İdman Nazirliyinin nəşr etdiyi rəsmi kotoloqa (Azərbaycan Qızıl Gəncləri, 2003-cü ildə)
daxil edilmişdir.
Diqqət çəkən və bənzərsizliyi ilə seçilən bir layihəsi Fərhad Sadıxovun geniş və əhatəli yaradıcılığının daha tam şəkildə açılmasına səbəb
olmuşdur. Bu layihə
London qalereyasının Bakıdakı
filialında baş tutmuşdur. Layihə maraqlı və
qeyri-adı bir başlıqla – Odun Ruhu adı altında
təqdim edilmişdir.
Daha sonar
isə “Birlik” Respublika Azərbaycan Xalqlarının Həmrəylik
cəmiyyətində müəlliflərin
fantastik hekayələrindən
ibarət “Özgə
vaxtlar” kitabının
təqdimatı keçrildi.
Təqdimat qrafika
rəssamı Fərhad
Sadıxovun kosmoqrafik miniatürlərdən ibarət
sərgisi ilə müşaiət olundu ki, bu da
tədbir iştirakçılarının
marağına səbəb
oldu. “Odun
ruhu” layihəsi öz yeniliyi və bənzərsizliyi ilə diqqət çəkdi.
Fərhad Sadıxovun yaradıcılığında
yenilik yarada bilmək istəyi maraq doğurur və bu da
yaradıcılığda önəmli
cəhətlərdən ən
birincisidir. Cəsarət və rəngarənglik rəssamın yaradıcılığının
əsas məziyyətlərindəndir
desək heç də yanılmarıq.
Məhz rəssamın
müasir incəsənətdə
yeganə tərəfdarı
olduğu “Ruhistan” adlı yeni bir istiqaməti inkişaf etdirməyini də bu baxımdan
qiymətləndirmək olar.
Müəllif
“Ruhistan”da müasir
nəslin mənəvi
axtarışını, ruhun
səxavətini
və dünyaya
təzə enerji axını bəxş etmək istəyini önə çəkir və bununla yeni bir ideyadan
yola şıxır.
Rəssam fəaliyyətini Moskvada da davam etdirmiş,
orada yaşayarkən da Azərbaycan adını hər zaman uca tutmuşdur. Onun
2014-cü ildə Moskvada,
Buddist Şərq Klubu Şanti-də “Mandala Günəş mahnıları”
incəsənət lahiyəsinin
ilk və unikal sərgisi keçirilmişdir.
Burada Azərbaycanın bütün
çox rəngli və çox ölçülü mədəniyyətini
kosmoqonik dünya görüşündə tətbiqi
texnika və videoinstalyasiya sahələrində
təqdim etmişdir.
Elə həmin ildə də Moskvada ikinci sərgisini təşkil etmişdir.
Böyük bir qürur hissi ilə qeyd edək ki, 2018-ci ildə Fərhad Sadıxov Elm və Din ümumittifaq elm və təhsil jurnalının son səhifəsində
çap olmuşdur. O, bu şərəfə layiq ilk Azərbaycanlı rəssam kimi də yadddaşlara həkk olacaq.
Yeri gəlmişkən
həmyerlimiz fundamental metafizik
-əsərin (Krima-müqəddəs
od) layihəsi
əbədiyyət yoqasının
müəllifidir.
Fərhad müəllim ömrünün
ən püxtələşmiş
yaradıcılıq dövrünü
yaşayır. Uğur və
layihələri günü-gündən
artır, dərk olunur, sevilir. Dayanmadan çalışan və öz fəaliyyəti ilə gözəlliklərə
imza atan, ruh dünyamızı aydınladan rəssam bu yaxınlarda daha bir uğuru
ilə rəsmsevərləri
heyran etmişdir.
Onun əsərləri iyun ayında kataloq halında çap olmuşdur. Kataloq üç dildə
– Azərbaycan, rus və ingilis dilində təqdim edilmişdir. Bu ilin sentyabr ayında
müəllif üç
dildə nəşr edilən bu kataloqun təqdimatını
keçirməyi planlaşdırır.
Fərhad Sadıxova yaradıcılığında
yeni uğurlar diləyir və Azərbaycanımızı dünyada
mükəmməl şəkildə
təmsil etdiyi üçün təşəkkürlərimizi
bildiririk.
Mərziyyə
Nəcəfova
Ədalət.-
2022.- 6 avqust.- S. 8.