Güllələyin şairləri!
Noldu birdən-birə,
Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi qəbir
tüfəng lüləsitək
dar,
Elə bilirdiniz
hamının Allahı
var?
Diz çökün, cənab
Martınov, diz çökün!
Fələyin zülmü çox,
Allahın mərhəməti!
Diz çökün! Bir şair də söndü -
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə
göyü.
Gözlər hədəqədə, ölüm sinədə,
Alın
yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək
Güllələyin şairləri! Sonra diz çökün!
Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamsına, hamsına şairlər
bayıs!
Güllələyin şairləri! Sonra diz çökün!
Güllələyin qulaqları, oxşamayan təzə sözü,
Güllələyin damarlara sığmayan təzə
qanı!
Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
Güllələyib güllələnmək
əsridi,
Güllələyib güllələnin!
Qəbristanlıqlar ölüyə
həsrət!
Dəlixanalar dəliyə həsrət!
Güllələyin şairləri!
Koroğlu zəncirdə, Qıratı
darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək
gorda,
Gorda ağlayanlar
güləcək harda?
Güllələyin şairləri! Onsuz da
Şairlər ölürlər yaz
yağışından,
Arvad qarğışından, qız
baxışından,
Dünyanın tələsik yır-yığışından,
Günahlı, günahsız şairlər
ölür.
Güllələyin şairləri!
Ancaq tövbə gecəsi əynində soyxa,
qorxa-qorxa
Puşkinin yarasın öpməyə
yüyürsün Dantes,
bir kilsə qapısında səhərəcən
böyürsün Dantes;
Bir də yol verin,
yol verin cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa...
Vaqif Bayatlı
Ədalət.- 2022.-12
fevral.- S. 1;3