Elçin İsgəndərzadənin
şeirlərində mənəvi
dəyərlər və
ya insan psixologiyasında poetik təsvirlər
Mətn və
onun ötürdüyü
informasiya insan düşüncələrinə, davranışlarına və
idarəetmə qabiliyyətinə
birbaşa təsir etmiş olur. Mətn –yaddaş, qavrama, müşahidə və nəticə çıxarma baxımından
çox önəmlidir.
Poeziyada yaddaş, qavrama, müşahidə kimi meyarlar həm
alt, həm də üst düşüncə səviyyəsinə
görə dəyişir.
Hegel poetik düşüncə tərzini
ildırım vuran ağaca bənzədirdi. Burada ağacın keçirmiş olduğu sarsıntı insan poetikası ilə müqayisə olunur. Yəni şeir insanın ildırım vurmuş halından sonrakı mərhələsidir.
Müasir Azərbaycan poeziyasında
Elçin İsgəndərzadənin
yaradıcılığı öz spesifikası, bütövlüyü və
pafosdan, standart tərzdən uzaq əlamətləri ilə
seçilir. Şeirin
müasir ölçüləri
və mexanizmləri texnologiya, informasiya və qloballaşan dünya ilə ayaqlaşmalıdır. Yəni
bu gün əgər texnika, geyim, məişət cihazları necə gündəlik tələbata
uyğunlaşdırılırsa, bu gün poeziya
da, ümumən ədəbiyyat da bu prosesə qoşulmalıdır.
Elçin İsgəndərzadə
öz müşahidə
və yazı üslübu ilə diqqət çəkməyi
bacarır. İfadələr
dolğundur, sadədir,
təsvirləri rəngli
və canlıdır.
Aşağıdakı şeirdən
bir nümunəyə
baxaq:
Xatirələrin içində ölür
adam... Bir əl qapayır gözlərini. O əli tutub saxlamaq istəyirsən, istəyirsən
ki, açıq qalsın gözlərin öləndən sonra da. Amma gücün
çatmır, gözlərin
qapanır.
"Xatirələr içində ölür
adam…” Xatirələr insan həyatının keçmişlə bağlı
sistem halında formalaşan ömür kadrlarıdır. Bu kadrları istənilən
vaxtı geri qaytarıb baxmaq, təhlil etmək, yaddaşa vermək, yaxud yaddaşdan silməyə çalışmaq
istəyirik. Elçin
İsgəndərzadə xatirələrin
içində ölən arzularını,
ümidlərini diri saxlamağa çalışır.
O, arzularını, ümidlərini
xatirələrin caynağından
sağ çıxarmaq
üçün, özünü
qurban verir… "Bir əl qapayır
gözlərini.” Burada
Füzulinin bir qəzəli yada düşür. "Olur qəddim düta eşqin yolunda hər bəla görcək”. Əl-bəla
anlamında işlənə
bilər. Bəla isə Füzulinin təbirincə desək nemətdir. Gözlər günah və savab əməllərin şahididir. Əl Tanrı, İlahi qüvvə kimi düşünülə bilər.
İnsanın gözlərini( bəsirət gözünü də) İlahi bağlayıb, aça bilər…
Elçin İsgəndərzadə
yaradıcılığına nəzər saldıqda psixoloji və sosioloji təzadların, polemikaların-tale, qismət,
alın yazısı kimi anlayışlarla fokuslandığını görmək
mümkündür:
Və səni
xatirələrə gömürlər,
bilmirlər ki, sən çoxdan gömüldüyün yerdəsən.
Amma onda gözlərin açıq
baxırdın bütün
ayrılıqlara, bütün
gedişlərə, indi
gözlərin qapalı
baxacaqsan sonraya... Sonraya baxmaq varmı qədərdə,
sonra nə var qədərimizdə, -
xatirələr varmı?...
Ayrılıq, həsrət, tərk olunma… Bu üçü
ifadə fəlsəfi
aspektdən şairin şeirlərində tez-tez
rast gəlinən nəsnələrdi. "İndi
gözləri qapalı
baxacaqsan sonraya…” Sonra-zamanın naməlum gedişində yaşanan həyat elementlərini işarə edir. Sonra-nə vaxt? Sonra-Harda?, Sonra-Kim? Bu kimi suallar
şairin oxuculara ünvanlanan ritorik suallarıdı…
Dekartın "düşünürəmsə,
varam” fəlsəfi yanaşması Elçin İsgəndərzadənin poetik
aləmində bu cür nümyiş olunur: "düşünmək,
həm də ölümə qarşı
çıxmaqdır…” Düşünmək,
həm də ölümü qəbul etməməkdir. Beləcə
şair düşüncənin
özünəməxsus fəlsəfi
mahiyyətini axtarmağa
çalışır. Axtarışları
onu bu şeiri
yazmağa vadar edir:
Göyüm göyündən keçmirsə,
külüm külündən
keçmirsə, bütün
yollar sənin yolundan keçmirsə... keçmirsə, sevgi deyil.
"Sevgi” adlı
şeirdə bədii
təyinlər, təşbehlər
və təzadlar oxucunu düşünməyə
sövq edir. "Göy” burada mövcudat, kainat, materiya, ilkin başlanğıc, Yaradılış
anlamında qəbul oluna bilər. Yollar yaşam, yaşantı və mövcüdat anlamında
əsas ortaq nöqtə hesab olunur. "Sevgi” ən sadə anlamda ruhla bağlı
olduğu kimi, yol da sevginin
hərəkət, var
olma qaynağıdır…
Antik yunan
fəlsəfəsində insan
öz təbiətinə
uyğun şəkildə
yaxşılığa doğru
can atan varlıq olaraq qəbul edilir. Bu fəlsəfənin mənbəyində insanın
qüsurlu, yəni kamil olmaması ilə bağlı varlıq düşüncəsi
dayanır. Sokrat, Platon və Aristotel kimi antik filosoflar insanın özünü
müəyyən etik
prinsiplər vasitəsilə
kamil şəxsiyyət
kimi formalaşdıra
biləcəyini vurğulayırlar.
Elçin İsgəndərzadə
şeirlərində estetik
zövq və etik qaydaların insanın kamillik dünyasına bir pəncərə açdığını
göstərir. Bu estetika və etika "sevgi” dən keçir, ancaq hər zaman yox… Ona
görə də, şair ayrılığı
labüd hesab edir, onu zərurət
bilir, əsla təsadüf bilmir…
Sevgi söz
yarasıdı, göz
yarasıdı. Sevgi ürəkdə köz yarasıdı, buludu yandırır, göyü
yandırır.
Ən isti
yağışlar sevgili
buludlardan yağır,
sevgili göylərdən
gəlir.
Mişel Fukoya görə
insan təbiəti sevgini anlamır, ancaq onu tanıyır,
dərk etmir, ancaq onu həzm
edir… Bu o anlamdadı ki, insan bir ömür
boyu kamilləşməyə,
müdrikləşməyə meyil etmirsə, yolun başlanğıcını
ifadə edə bilmir, yəni”sevgi”nin aliliyini qavraya bilmir…
Elçin İsgəndərzadənin
yaradıcılığında diqqəti çəkən
məqamlar biri diə "mən” konsepsiyasıdı. İn
və Yan fəlsəfəsində əsas
tezis olan insan fenomeni bütün dövrlərin
ictimai sferalarında böyük maraq kəsb edib.
Bu şərq
fəlsəfəsində də
özünü biruzə
verən əsas faktorlardan biridir. Təsəvvüf fəlsəfəsində”mən”-in əsasını
təşkil edən nəfsin tam silinməsi deyil, bilinməsi və nəfsin cilovlanması təlqin edilir. Məhz sosial mənada nəfsin ölümü qəbul edilməzdir. Bunu təsəvvüf fəlsəfəsini
sistemləşdirən və
həyatlarında tətbiq
edən İbn Ərəbi, Sadrdəddin Konəvi, Cəlaləddin
Rumi və digər böyük sufilərin həyatlarında
müşahidə etmək
mümkündür. Təsəvvüfdəki
”xəlvət dər əncümən” (cəmiyyət
içərisində Haqqı
unutmama) məfhumu birbaşa cəmiyyət fenomeninin qəbuludur. Məhz bu düşüncə
Quranda Nur surəsinin 37-ci ayəsinə
istinad edilərək şərh və təfsir olunur: ” Elələri var ki, onlar üçün
nə ticarət, nə də alış-veriş Allahı
zikr etmələrinə,
xatırlamaqlarına maneə
yaratmır ”
Ən yaxından
keçir hər şey, gözəl günlərin də, xoşbəxtliyin də. Sevincin dodağından gülüş kimi qaçır harasa, bir uşağın əlindən qopub göyə uçan üfürcək kimi...
Elçin İsgəndərzadə
sözün içində
söz axtaran, sözün içində
itən düşüncələrini
tapmağa çalışan
şairlərdəndi. Niderland filosofu
Spinozanın təbiət
fəlsəfəsindəki "insan psixikası” kimi Elçin İsgəndərzadənin də
şeirlərindəki insan
psixikası mürəkkəb
axtarışlardan ətarfı
seyr edir, araşdırır, yenilikləri
qəbul etməyə
hazırlaşır… Bu
da oxucuların həm mənəvi ağrılarını
azaldır, həm də yeni fikir
dünyalarını kəşf
etməyə kömək
etmiş olur…
Ən yaxından
keçir bədbəxtlik
də, ha özünü görməzliyə
qoyursan,
boynuna sarılıb
sənə qısılır...
Kədər də onun kimi, uzaqdan
üstünə yüyürür,
ayrılıq da onun kimi qollarının
arasına sığınır.
Elçin İsgəndərzadə
şeirlərində tale
və həyat sözlərini sintez edərək, insanın yeni yaşam modelini təqdim etməyə çalışır.
Bu yaşam modeli həm təzadlı təsvirlərlə
əks olunur, həm də qarışıq hisslərin
çulğalaşması nəticəsində anlaşılmaz
izahlara yol açır…
Tural Cəfərli
Ədalət.- 2022.- 12 fevral.- S.5.