Faiq Hüsiyev: “ Kimliyindən asılı
olmayaraq,
heç bir halda jurnalist sensasiya xatirinə...”
"Müasir
jurnalistikamız arabanın 5-ci təkərinə çevrilməsin”
– deyərək Faiq Hüsiyev peşəkar jurnalistika ilə
bağlı ətraflı danışdı
Bu dəfəki həmsöhbətim
Respublikanın əməkdar jurnalisti Faiq Hüsiyevdir. Nəzərinizə
çatdırım ki, Faiq Hüsiyev bu günədək minlərlə
tanınmış simalarla müsahib olub. Həmçinin
Rusiya prezidentiDmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev, Serbiya Prezidenti Tomislav Nikoliçlə də
müsahibə hazırlayıb. Bu dəfə isə həmsöhbətim
özü müsahibə verəcək. Elə isə diqqətiniz
burada olsun.
- Faiq müəllim xoş gördük sizi. İlk sualı belə vurğulamaq istəyərdim ki, jurnalistika fəaliyyətinizdən danışasınız. Necə oldu bu sahəyə maraq oyandı sizdə?
- Şəlalə xanım ilk növbədə diqqətinizə görə təşəkkür edirəm. Mənim jurnalistikaya marağım hələ orta məktəbdə oxuduğum dövrlərdən başlamışdı. 1986-cı ildə Sumqayıtda jurnalist Ələsgər Qurbanovun “Gənc jurnalistlər dərnəyi”-nə yazılmışdım. Məhz Ələsgər müəllim bu sahəni bizə sevdirmişdi. Televiziyanın “Pionerlər klubu” verilişində ilk çıxışım da həmin dövrdə olmuşdu. Yeniyetməlik illərində peşə seçimində yol ayrıcında olursan . Mən 1988-ci ildə ali məktəbə sənəd verəndə tarix ixtisaına üstünlük vermişdim. Yaxşı qiymətlər alsam da müsabiqəyə salınmışdım. O dövrlər əla qiymət almaq çox müşkül məsələ idi. Amma əsgərlikdən gələndən sonra 1991-ci ildə jurnalistika fakultəsinə sənəd verib qəbul olunmuşdum. Bir hadisəni xatırlatmaq istəyirəm. O dövrdə mərkəzi mətbuat Dağlıq Qarabağla bağlı məsələlərdə bizə qarşı çox vaxt qərəzli mövqe nümayiş etdirir, ermənipərəst mövqe tuturdu. Hələ 1988-ci ildə rəhmətlik atamla mərkəzi televiziya ilə yayımlanan “Pozitsiya” verilişinə baxanda aparıcı Henrix Borovikin səsləndirdiyi anti-Azərbaycan fikirlərinə etiraz edəndə, atam demişdi ki,niyə hirslənirsən, əgər bacarırsansa get sən də jurnalist ol. Amma düzünü söylə !” Mən bacardım. Heç vaxt da yalan danışmadım. Bu baxımdan vicdanım təmizdir.
- Bu gün Azərbaycan
jurnalistikası sizi nə dərəcədə qane edir?
- Sözün düzü tam şəkildə qane etmir.Ən böyük problem məncə qələm əhli arasında peşə həmrəyliyinin olmamasıdır. Əsas odur ki,müasir jurnalistikamız arabanın 5-ci təkərinə çevrilməsin. Sözün təsir qüvvəsi itməsin.Mənə görə müasir jurnalistikamızın problemi jurnalistlərin xidməti personala çevrilməsidir. Cəmiyyətin ideoloji əsaslarını formalaşdıran adamlar, hakimiyyətlə xalq arasında kommunikasiya yaradan peşəkarlar hər –halda xidməti personal çərçivəsindən çıxmağa cəhd etməlidirlər.
- Bəs sizin fikrinizcə daha
çox hansı çətindir – qəzet, radio ya
telejurnalistika?
- Hərəsinin
öz çətinlikləri var. Bu sualın cavabı bir
müsahibəyə sığan deyil.Olar bu sualın
üstündən keçək?
- Necə istəyirsiniz. Uzun illərdir televiziyada
çalışırsınız. Azərbaycan
televiziyalarının taleyini sosial şəbəkələrin
sürətli inkişafı dəyişə bilərmi?
- Sosial
şəbəkələr bütün həyatımızı
dəyişib, nəinki televiziyaları. Ailə-məişət
münasibətlərindən tutmuş, ali
idarəçilik mexanizmlərinə qədər hər
şey sosial şəbəkələrlə birbaşa təmasdadır.
İndi demək olar ki,böyük bir
tamaşaçı auditoriyası sosial şəbəkələrə
köç edib. Təkcə feysbukdan yer
üzündə iki milyarddan çox insan istifadə edir.
Odur ki, telekanallar da tamaşaçı
arxasınca proporsianal olaraq sosial şəbəkə
platformalarına üz tutub. Dövrün
reallığı belədir. Düşünürəm
ki,indiki çağırışlara
hazır olmaq üçün dəyərli video-kontent
istehsalına daha çox üstünlük vermək
lazımdır.
- Hər əlinə telefon alan özünü jurnalist, rejissor hesab edir. Sizcə bu qədər inkişaf peşəkarlığı
geri sala bilər, ya belə irəliləyişin özü də
bir peşəkarlığa doğru addımdır?
-
Haqlısınız, belə yanaşma peşəyə
hörmət indeksini aşağı salır. “Telefonlu
jurnalistika” bəzi hallarda peşə məsuliyyəti
anlayışını heçə endirir. Məsələ
hər hansı bir hadisənin operativ şəkildə
geniş auditoriyaya ötürülməsi ilə bitmir
axı... Kimliyindən asılı olmayaraq,
heç bir halda jurnalist sensasiya xatirinə ümummilli
maraqları zərbə altında qoymamalıdır. Jurnalist adı altında jurnalist rolunun ifa edən
şoumenlərin, müğənnilərin, nə bilim daha
kimlərin jurnalistikaya nə aidiyyatı var? Təəssüflər olsun ki, auditoriya tərəfindən
jurnalistlər eyni arşınla ölçülür.
- Dünyaca tanınmış
simalar müsahibiniz olub. Kimlərdən müsahibə
götürmək hesab edirsiniz ki, həyatınıza,
inkişafınıza təsir edib?Ümumiyyətlə
müsahibə zamanı ən yadda qalan hansı
anlarınız olub?
- Əslində bunun üzərində heç vaxt
düşünməmişəm. Çünki, hər bir müsahibənin
öz maraq amplitudası var. Amma çəkiliş vaxtı həyatımızı
xilas edən konkret adam olub. 1998-ci ilin
qışında Rusiyada , Xantı-Mansiysk
Muxtar Dairəsində “Körpü” verilişini
hazırlayırdıq. Yerli xalq olan xantların
həyat tərzini çəkmək üçün uzaq məsafəyə,
yarı tundra, yarı tayqa olan əraziyə getmişdik.Yolda
çox problemlər yaşadıq. Çayın
üzərindən keçərkən buzun nazik yerində nəqliyyat
vasitəmiz aşdı. Birtəhər
xilas olduq. Geri qayıdanda isə bizi
daşıyan “Buran” düzəngahda xarab odu. Soyuqdan əməlli –başlı donmuşduq. Bizi yerli meşəbəyi Valeri Stepaniviç Surovtsev
xilas etdi. Onun bu yaxşılığını heç
vaxt unutmuram!Ümumiyyətlə şimalda
insanlar fərqlidirlər. Çünki sərt
təbiətlə mübarizə onlarda həmrəylik hissini
formalaşdırıb.
- Müasir dövrdə Azərbaycan
Televiziyasından gözləntiləriniz nədir?
- Azərbaycan
Televiziyası yarandığı gündən öz statusuna
uyğun şəkildə dövlətimizin ,
xalqımızın milli maraqlarına xidmət göstərib
və bu missiya davam etdirilir. Mən bir haşiyəyə
çıxmaq istəyirəm. Milli mətbuatımız
yarandığı gündən xalqımızın milli təfəkkürünü
formalaşdıran ziyalılarımızla zəngin olub.
Onların adları Azərbaycan tarixinin şərəfli
səhifələrini bəzəyir. Jurnalistika
ilə zaman-zaman məşğul olanlar gələcəyimizin
konturlarını cızıblar, bizim üçün ilk
demokratik dövlət qurublar, ədəbi dil normalarını
yaradıblar. İndi bəzi telekanallarda Azərbaycan
dilinin ədəbi normaları nəzərə alınmır,
bəzi verilişlər isə məhəllə
“besedka”larındakı dedi-qodu, qiybət xarakteri
daşıyır. Sırf reytinqlərə
hesablanmış belə verilişlər məncə təhlükə
mənbəyidir. Ola bilər ki, belə verilişləri
bəyənənlər də var. Ola bilər ki,telekanallar
setkanı doldurmaqla məşğuldurlar… Hesab edirəm ki,
bütün bunların fonunda AzTV mübarək bir
missiyanın öhdəsindən gəlir – Bizim milli dəyərlərimizi
qoruyur! Təbii ki, dövrün tələblərinə
uyğun olaraq Az Tv-də dəyişir,
yeni inkişaf mərhələsinə qədəm qoyur.
- Belə bir salim da var: sizcə
müsahibə verməkmi, almaqmı?
- Mənim
üçün elə bir fərqi yoxdur. Hər
iki halda həm suallara, həm də cavablara hazırlaşmaq
yaxşı olardı. Hərdən insan
özünə o qədər cavabsız suallar verir
ki…Anlayırsan ki, bu sauallara heç, başqaları da cavab
verən deyil.
- Belə bir deyim var :
“Ya aldığını istəməlisən, ya da istədiyini
almalısan”. Maraqlıdır, Faiq Hüsiyev
üçün hansı daha məqbuldur?
- Bəlkə
də ikincisi daha məqbuldur. Çünki bu
bir seçimə bağlı məsələdir. Amma hər
halda “ayağı yorğana görə uzatmaq” prinsipi var və
reallıq hissini unutmaq da olmaz . Həyatda hər kəs üçün məqbul
olan universal təcrübə yoxdur. Bu gün məqbul
sayılan addım sabah fərqli nəticəlrə
səbəb olur. Düşünürəm ki,hər
birimiz mövcud qanunlar çərçivəsində
yaşayırıqsa ilk növbədə əməllərimiz
qanuna uyğun olmalıdır. Şüurlu vətəndaşlar
dövlətin dayağıdır. Güclü Dövlətin
vətəndaşı olmaq özü də bir xoşbəxtlikdir!
“Vətənimizi sevirik, amma Dövlətimizlə öz haqq-hesabımız
var!” yanaşmasına optimist baxmıram! Çünki
mənə görə Dövlət millətin Ali təzahür
vasitəsidri. Dövlət müstəqilliyini
isə Uca Yaradanın verdiyi bir lütf kimi qəbul edirəm.
Bu gün Yer üzündə 5 minə yaxın xalq var, amma
dövlətlərin sayı 200- dən bir az
çoxdur.
- Yenidən əsas mövzumuza
qayıtmaq istəyirəm. Bu gün
tamaşaçı fikrini necə formalaşdırmaq olar?
- Sərbəst
internet dövründə birmənalı şəkildə
fikir formalaşdırmaq mümkün deyil. Alternativ
informasiya mənbələri çoxdur. Odur
ki, zövqlər müxtəlif olduğu üçün hər
auditoriyaya uyğun proqramlara ethic yaranır. Cəmiyyətin
ideoloji əsaslarını formalaşdırmaqla yanaşı , tamaşaçıların ekran
qarşısında səmərəli vaxt keçirməsini,
əylənməsini,maariflənməsini də diqqətdə
saxlamaq lazımdır. Bir sözlə, efir siyasəti
çevik olmalıdır. Verilişlər
intellektual yükülə yanaşı bədii zövqlə
də tamamlanmalıdır.
- Tv-yə baxsaq plagiat verilişlər
həddsiz çoxdur, bu nədən irəli gəlir? Peşəkarlığın olmamağı ya
tamaşaçı tələbi?
-
İngilislərdə bir “flexible” anlayışı var. Bu
günkü media məkanı bu deyimin üzərinə
köklənməlidir.O,ki qaldı plaqiat
verilişlərə bu məsələ daim gündəmdədir.Amma
unutmaq olmaz ki, kopya (nəyinsə surəti) orijinaldan
yaxşı ola bilməz. Orijinal verilişlər
ilk növbədə böyük yaradıcı potensial və
əsaslı maliyyə vəsaiti tələb edir.
- Deyirlər bu sahə ədalətli
bir sahədir. Bu prinsiplə razısınız,
ya hər yerdə haqqsızlıq var?
- Mənə
görə Yer kürəsi Ədalət hissinin sayəsində
fırlanır…Odur ki,hər bir sahədə
insani dəyərləri saxlamaq, elementar etik normaları qorumaq
lazımdır.Hər dəfə demişəm,indi də təkrarlayıram-hər
bir ziyalının borcu cəmiyyətin yeni inkişaf
konturlarını çızmaqdan, gələcəyin
doğru yolunu göstərməkdən ibarət
olmalıdır. Məhdud çərçivəli korporativ
maraqlar,qohumluq əlaqələrinin “süngər
effekti”, merkantil maraqlar ,daha nə bilim nələr…..Bunlar bizim
ümummilli maraqlarımızın üstündən xətt
çəkir. Praqmatik eqoizm bizim axırımıza
çıxacaq! Biz Qarabağı
qaytarmış Qalib Ölkənin vətəndaşlarıyıq.Odur
ki, həyati dəyərlərə yenidən baxıb, öz
xalqına və Vətəninə dərin sevgi
aşılamaq lazımdır. Əlində avtomat sərhəddə
durmaqla yanaşı , bu sərhəd
daxilində yaşayan Azərbaycan vətəndaşının
maraqlarına təmənnasız xidmətin özü də
bir vətənpərvərlikdir. Gərək geniş kütlədə
hamı dərk etsin ki, kimliyindən asılı olmayaraq bizim
bu dünyadan aparacaqlarımız-başqaları
üçün etdiklərimizdir-yaxşılıqlar və
pisliklər! Kim nəyi edibsə onu da aparacaq! Bunu
heç vaxt unutmaq olmaz.
Söhbətləşdi: Şəlalə
Camal
( AJB- nin üzvü )
ƏDALƏT.-
2022.- 19 fevral.- S.6.