USTAD ŞAİRİMİZİN POEZİYA
DÜNYASI
Çağdaş ədəbiyyatımızda özünəməxsus dəsti
–xətti olan, şəxsiyyətinə və
yaradıcılığına sevgi bəslədiyim, dəyərli ustad şairlərimizdən biri
də Fəxrəddin
Teyyubdur. Şeirlərini
dərgilərdən, qəzetlərdən
sevə -sevə oxuyuram. Orjinal fikirləri ilə seçilən şair Fəxrəddin Təyyub tədbirlərdə də
öz gözəl çıxışları ilə
qələm dostlarının
və poeziyasevərlərin
diqqətini cəlb edir.
Bu yaxınlarda
şair yenicə işıq üzü görmüş "Ruhların
sevinən günü”
şeirlər kitabını
böyük səmimiyyətlə
mənə hədiyyə
etdi. Onun bu kitabında şeirlər yer alıb. Oxuncunu düşündürən poetik
fikirləri ilə zəngin olan şeirlər məni heyrətləndirdi.
Şairin "Ruhların sevinən günü” şeirlər
kitabı Müzəffər
Ali Baş Komandana həsr etdiyi şeirlə başlanır. O, Şanlı
Zəfərimizin memarı,
xalqımıza böyük
Qələbə sevincini
ərmağan edən,
Prezidentimizə ehtiramını
səmimi dolğun poetik deyimlərlə ifadə edir:
Sən göyün
oğlusan, sən yerin oğlu,
Xoş xəbər
gətirdin səhərin
oğlu.
Sınmaz Ulu
Öndər Heydərin
oğlu,
Ali Baş Komandan, var ol, min yasa!
Haqqın
üstündədir bünövrə,
təməl,
Tarixdir gördüyün hər iş, hərə əməl.
İndi bir zindana vurur
milyon əl,
Ali Baş Komandan, var ol, min yasa!
Nərsən, kim deyər ki, nər axtarıram,
Pirsən, heç kəs deməz pir axtarıram.
Sənin
heykəlinə yer axtarıram,
Ali Baş Komandan, var ol, min yasa!
Bu şeirdə şairin
sevgisi, ürək hissləri hüdudsuzdur. Hər bir
misrası 44 günlük
savaşda ürəyimizdən
keçən hisslərdir.
Qəsibkarların 30 ilə yaxın
işğalda saxladığı
doğma Qarabağımızın,
Vətən Müharibəsində
qısa bir müddətdə kənd
–kənd azad olmasını sevincini göstərir. Əlbəttə, bu bizim hər
birimizin şahid olduğumuz şanlı tariximizdir. Hər birimiz bu sevinci sevə - sevə yaşamışıq.
Fəxrəddin müəllimin hər bir şeiri diqqət cəlb edir. Bu da onun poetik təfəkkürünün,
istedadının zənginliyini
göstərir. Şairin söylədiyi
hər bir sözü onun içində ki, böyük düşüncədən
xəbər verir.
Yaddaşlardan silinməyən vətən
ətirli şeirləri
insanı xəyalan vətənimizi qarış
–qarış gəzdirir.
Onun " Səhv”
şeiri ürəyimizin
nisgilini, hicranını
özündə ehtiva
edir.
Ürəyim sızlayır, gözüm
yaş tökür,
Nə vaxtdı
nə göyün, nə də yerinəm.
Bir gözüm Arazdır, o biri də Kür,
Həsrət körpüsüyəm, Xudəfərinəm.
Yazı hara qoyum, neynim
yayımı?
Hələ ki, həsrətin qarı burdadır.
Mən bütöv görmədim
ömür payımı,
Ürək yarı orda, yarı burdadır.
Silinməz heç kəsin
həsrət yaddaşı,
Göynəyən yaramı sarımır Araz.
Suyuna qarışıb gözümün
yaşı,
Bəlkə ona görə qurumur Araz?!
Çayın da dərdi var, yarası dərin,
Hönkürür dalğalar nə zillət çəkir.
Bir vaxt "mənəm” deyən müştəbehlərin,
Səhvinin yükünü bir millət çəkir.
Şairin bu şeiri anlamağa
həm tariximizi dərindən bilmək, həm də bütöv vətən sevdalısı olmaq əsasdır. Təbii ki, bizim böyük şairlərimiz
Araz həsrətli mövzuda biri –birindən gözəl şeir nümünələri
yaradıblar. Amma
Fəxrəddin Teyyubun
poetik ifadəsi və mövzuya yanaşma tərzi özünəməxsusdur...
Fəxrəddin Teyyubun "Ruhların
sevinən günü”
kitabında bir –birindən gözəl vətənpərvər şeirləri
kifayət qədərdir.
Onun ürəyi vətən sevgisiylə və zəngin tariximizlə döyünür. Onun hər
bəndi, hər misrası vətənpərvər
hissini oxucuya arşılayır. Ustad
şairimiz qələmi
ilə poeziyamıza xidmət göstərdiyi kimi,( İxtisasca
hüquqşünasdır.) uzun müddət hüquq –mühafizə orqanlarında rəhbər
vəzifələrdə də
vətənimizə, xalqımıza
yüksək xidmət
göstərib. Bu onun necə vətəndaş və vətəndaş şair
olduğunu, vətən
qarşısında böyük
məsuliyyətini göstərir.
Mən onu tanıdığım
gündən dostlara və insanlara məsuliyyətli və diqqətli olduğunu görmüşəm. Səmimi şair,
gözəl insan qələm dostlarının
sevimlisi Fəxrəddin
müəllimin bu kitabı haqqında kifayət qədər danışmaq olar. Amma poeziya sevərlər,
şeir həvəskarları
özü əldə
eləmiş olsa kitabla yaxından tanış olub yeni poetik
deyimlerə tanış
olacaqlar. Ustad şairimizin poeziya
dünyasına bələd
olalar.
Ustad şairimiz Fəxrəddin
Teyyubun bu poetik toplusunu bütövlükdə poeziyamızınuğuru
kimi səciyələndirmək
olar.Böyük sənətkara
can sağlığı və
yaradıcılıq uğurları
arzulayıram!
İLTİMAS
SƏMİMİ
Ədalət.-
2022.- 19 fevral.- S.8.