«QAYIT» və «QAYTAR GÖZLƏRİNƏ»

 

Bunu Əli Kərim dedi, mən də ona qoşuldum

 

Hər kəsin sevə-sevə dinlədiyi bir şeir  var. O nəğmə  ( yəni şeir -Ə,M)  təkcə ruhu oxşamır, həm də adamı düşündürür, xəyallar aləminə çəkib aparır. Elə bir aləmə ki, orada ancaq arzuladığın yuxundan, ürəyindən çıxmayan, bir an da olsun gözünün önündən getməyən sevgin ilə özün olursan. Bax, bu məqamda mənim qulaqlarımda həmən nəğmə bir də səslənir. Yəqin ki, duyğusallar, sevənlər və xatirələrlə yaşayanlar o nəğməni eşidirlər. Onların da qulaqlarında səslənir bu nəğmə. Eşitməyənlərə, bilməyənlərə mən deyirəm... Bu,  barəsində fikir söyləyəcəyim şeirin müəllifi  unudulmaz Əli Kərimdi. Həmin şeirə  nəğmə ömrünü  isə Flora  xanım  bağışlayıb...

Bəli, bu gün mən Əli Kərimin şeirini yenidən oxuyuram. Amma etiraf edim ki, şeirin qatlarına endikcə tanış musiqionun ardınca gəlir. Doğrudu, bu məqamda oxucu məni qınaya bilər, amma bir gerçəklik də var. O da  şeirin  musiqiyə yatırımıdı. Ona görə də  rəhmətlə Əli Kərimin qapısını döyürəm. Onun misraları ilə baş-başa qalıram və vurğulamaq istəyirəm ki, Əli Kərimin qələmə aldığı bu fikir bir mövzu olaraq mənim də dünyamda zaman-zaman yaşanıb və yaşanır. Əli Kərim yazır ki:

 

Həsrətin araya atdı dağ-dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt  bu yerə,

Ey mənim istəyim, gəlməz oldun.

 

Həqiqətən, insan öz-özü ilə qalanda, öz-özünü sorğu-suala tutanda, həm özü olan ikinci tərəfi danışdırır, ondan da cavab istəyir, ondan da gileylənir, ondan da ümidverici nəsə umur. Ona görə də nə gəlməz oldun deyir və gəlməməyin səbəbini tapana qədər rahatlığını itirir, özündə, sözündə olmur. Bunu elə-belə, nəyinsə xatirinə yazmıram, demirəm, həqiqətən bu yaşanan duyğudu, yaşanan hissdi. Mən də yaşadığım üçün beləcə pıçıldamışam:

 

Gözlərin yorulubgözün qayğısı

Yükləndi qəlbimə elə indicə...

Canımı verərəm, bil ki, qoymaram

Sənin gözlərini kimsə incidə!..

 

Deməyin ki, şairlik etmişəm, sevdiyimin, ilham pərimin könlünü almaq xatirinə şair yalanı demişəm. Amma həqiqətən siz razılaşarsınız ki, sevgi adamı dil-dil ötməyə, bütün sözlərin ən gözəlini seçməyə  elə öyrədir ki, bəzən özün özünə heyran olursan. Bax, bu mənada sevdiyinin gözünə kədərin iynə ucu boyda yol tapması sevənin ağrısıdı, acısıdı, iztirabıdı. Mən o iynə ucu boyda qəmi sənin gözlərinə rəva bilmərəm bilməmişəm . Bu məqamda da böyük poeziyanın öndə gedən imzalarından biri olan Əli Kərim hayıma, harayıma çatıbdı:

 

Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim.

 

Yəqin ki, sizə tanış hissdi. Bütün gününü gecə göz önünə gətirmək bütün gününü gecənin xəlbirində ələyib səhəri düşünmək. Ordakı təsəllini, ümidi özünə təkrar yükləmək, ordakı ağrını, acını təkrar yaşamaq. Bir sözlə, günün özünü axşamın içindən keçirtmək. Bax, onda növbəti səhəri xatırlayırsan. Necə ki, Əli Kərim vurğulayıb. Bax, onda mən sözün həqiqi mənasında sanki səninlə üz-üzə dayanıram, əkizlər kimi. Ən əziz məqamımın ifadəsi kimi, özü kimi:

 

Ruhumun əkizi, qəlbimin özü

Sən ki, dözümlüsən, belə sıxılma!..

Qurbanlıq demişəm sənə bu gözü

Ürəklə sən qəbul elə, sıxılma!

 

Bəzən deyirlər ki, şeir haqdan gələndə, yaşanan hiss olanda daha gözəl alınır. Onu duymaq da, onu yaddaşa köçürmək da asan olur. Mən bu fikirlə razıyam dediyim qurbanlığın da qəbul olunması üçün dualarımı əsirgəməmişəm. Düşünmüşəm ki, haqqın verdiyini haqqın öz dərgahında, öz önündə, öz dünyasında olduğu kimi yaşamaq daha gözəldi. Necə ki, Əli Kərim həsrətinin bitməsini, sevgisinin qayıdışını Allahdan diləyir hələ üstəlik sevdiyinin özünə ən həzin bir şəkildə pıçıldayır:

 

Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən.

 

Görün, qədər  ali   istəkdi, qədər içdən gələn arzudu. Bunu yalnız təpədən-dırnağa sevgi daşıyıcısı olan aşiq dilə gətirə bilər. Həmin aşiq  bu yerdə elə Əli Kərimin özüdü. Onun sevgi inamı, sevgi inancı o qədər böyükdür ki, hətta çaşa biləcəyi küçələrin mövcudluğunu söyləməkdən çəkinmir, əksinə, istəyir ki, bu halı bilinsin küçələr öz sırası ilə düzülsün. Mən elə ömrün hər anının sevgiyə həsr olduğunu yaşaya-yaşaya öz fikirlərimi misralayıram:

 

Hər anım nəfəstək səninlə bağlı

Bütün anlarımı götür, sıxılma!

qədər ağrın var, qədər qayğı

Onu mənə tərəf ötür, sıxılma!

 

Bu da mənim növbəti diləyim, bu da mənim ürəyimin bir istəyi, bir arzusu... Yəni sənin ağrını, acını da özüm çəkməyə hazıram. Ona görə ki, bu dünyada yaşamımın stimulu, yaşamımın həyat kredosu, mənası sənin varlığındı, sənin sevgindi. Hətta bu sevgi o qədər böyükdür ki, Əli Kərim onun bütün cizgilərini bir rəssam ustalığı  ilə, bir zərgər dəqiqliyi ilə çatdırıb oxucuya. O yazıb ki:

 

Qayıt, yerinə qoy Ayı, Günəşi

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı!

 

Bax, bütün bunlar məni sizinlə açıq söhbətə elə kökləyib ki, dediyimi, necə dediyimi bəzən qarışdırıram. Amma əlim ürəyimin üstündədi bilirəm ki, sevgi ilə bağlı, duyğularla bağlı hislərdə heç vaxt yanılmıram yalnışlığa da yol vermirəm. Ona görə Əli Kərimin «QAYIT» deməsi məni «QAYTAR GÖZLƏRİNƏ» deməyə kökləyib. Özü bütün səmimiyyətimlə, bütün varlığımla deyirəm yazıram bu diləyimi:

 

Qaytar gözlərinə, mənə sevgini

Qaytar Ümidinin ümidi kimi!

Al mənim gözümdən sənə sevgini

Ovutsun o səni, Ümidin kimi!

 

, bilmirəm sizinlə düşündüklərimi, bölüşmək istədiklərimi bütün detalları ilə, necə deyərlər, bütün hüceyrələri ilə sərgiləyə bildim, yoxsa yox. Amma mənim içimdə bir rahatlıq var. Çünki unudulmaz Əli Kərimlə yol-yoldaşlığı etdim ruhən ona qoşuldum. Odur ki, bu yazını az-çox bəyənəcəyinizə şübhə etmirəm.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2022.- 12 noyabr.- S.6.