"Dağlar qartalı"-nın diqqəti
çəkən pıçıltıları
Söz dünyası hər yeni kitabla daha maraqlı, daha diqqətçəkən olur. Təbii
ki, həmin imzanın söz məkanına özü ilə
birlikdə gətirdiyi Söz dəyərlidirsə, önəmlidirsə
və ən azından diqqət çəkəndirsə, deməli,
bu gəliş uğurlu olubdur.
Qarşımda bir kitab var, adı da maraqlıdır –
«Dağlar qartalı». Mən bu kitabın müəllifini
1980-ci ildən tanıyıram, tələbəlik illərimizin gözəl günlərindən.
Açığını deyim ki, o vaxtlar Tahirin şeir
yazdığını
hiss etməmişəm,
bilməmişəm. Yalnız
illər sonra mətbuatda yollarımız yenidən kəsişəndə onun imzası diqqətimi çəkib, həm jurnalist kimi, həm
də şair kimi. İndi oxuyub gözdən keçirdiyim və beş fəsildən ibarət olan növbəti şeir kitabı demək olar ki, onun oxucuya
və xüsusilə doğulduğu Yardımlıya hesabatdır. Çünki bu kitabda Tahir
daha çox Yardımlının gözəlliklərinə və özəlliklərinə,
tarixinə və bu gününə üz tutubdur. Şeirlərin xeyli hissəsi məhz bu torpağın dəyərli övladlarına həsr olunubdur. Həmin o şeirlərin əvvəlinə Tahirin tam səmimi şəkildə etdiyi qeydlər bir növ oxucunu öz qəhrəmanı ilə əvvəlcədən tanış edir. Təqdimatdan sonra
gələn şeirlər isə onun ürəyinin səsi kimi bizim də könlümüzü
oxşayır.Kitabın 1-ci fəsli
daha çox şairin
özünə və sevgisinə ithaf olunub. Onun
şeirlərində Tahir həm
də özü-özü ilə
danışır, sevgisinin
poetik cizgilərini pıçıltılı bir
şəkildə el-obaya bəyan
edir. Və yazır ki:
Nə xoş bu dünyaya gəldiyim günə,
Alıb qucağına mələk
gətirmiş.
Sən demə, verməkçün şair təbimi
Ömrümə, günümə mələk gəlirmiş.
Bu misralar bir növ
şairin söz dünyasına
necə gəlməsinə bir işarədir. Müəllif deyir ki,
mənim söz dünyasına gəlişim təsadüf deyil, bu bir ilahi
gücün, bir ilham pərisinin
çağırışıdır. Onun
çağırışına səs verib qələmimi
götürüb
sözümü
yazmağa gəlmişəm.
Və yaxud:
Təpədən-dırnağa şersən ki sən,
İlməsi sevgidən sehirsən ki sən.
Qarşıma çıxalı bilirsən ki, sən
Təzədən dünyaya
gələn şairəm.
Həqiqətən, səmimi və həm də ruh oxşayan, dinləyəndə
adama bir rahatlıq gətirən duyğuların misralanmasıdır. Və deməli,
bu misralar da bir bulaq zümzüməsi kimi oxucu ilə təmas qura bilir.Onun
könlünə süzülür...həmsöhbət olur...
Yeri gəlmişkən, qeyd edim ki, Tahirin şeirlərində,
özü də mövzusundan asılı olmayaraq sevgi və
səmimiyyət xüsusi yer tutur. O, kimdən və nədən
yazır-yazsın misraların canında,qanında sevgi birmənalıdır. Deməli,
şair dostum sevdiyindən, sevgisindən yazmağı daha önəmli
sayır və yazır ki:
Yenə dolaşırıq
ləpədöyəndə,
Mavi sular sənə
salıb mehrini.
Bəstəçi olubdur misralarıma
Sənə pıçıldayır dəniz
şeirimi.
Bax, elə bunun özü oxucuya bir səhnənin, bir
peyzajın mənzərəsini təqdim edir: yanaşı
addımlayan, yalnız baxışları söhbət edən iki
aşiqin əvəzinə dəniz danışır, ləpələr pıçıldaşırlar. Zənnimcə,
bu romantika olmaqla yanaşı, həm
də birtablodu... bir filimdən fraqmentdi...
bir yaşantıdır.
Deməli, şairin rəssamlığı
da sözü duyduğu kimi şəkli görmək
imkanları da yetərincədir. Və:
Ruhumu qoysan da ac, incimərəm.
Məndən hey gizlənib qaç, incimərəm.
Desən qollarını
aç, incimərəm,
Mən səni Tahirsiz
niyə qoyum ki?
Barəsində söhbət
açdığım
kitabın Yardımlı ilə bağlı olan
boxçası kifayət qədər zəngindir. Bu bir
coğrafiyanın təsviridir.
Mən Tahirin şeirləri ilə
Yardımlını gəzib-dolaşdım
və bir az da yaxından
tanıdım. Və daxilən əmin oldum ki, Tahirin bir məqsədi
də doğma el-obanı, Azərbaycanın ona doğum
ünvanı olan bir guşəsini oxuculara şeir dili
ilə təqdim etməkdir.
Məncə, o buna da nail olubdur. Çünki:
Uluqaya Vətən
adlı
çiçəyimin
ismətidi,
həyasıdı.
Babalardan miras qalan
səngərimdi!
Düşünürəm ki, bu kitabı oxuyan hər kəs daxili bir məmnunluq yaşayacaq. Həm
şeirlərin
yaratdığı ovqata, həm də oxucuya bağışladığı
bilgilərə görə. Necə deyərlər, söz
dünyasının yeni sözü uğurlu sözdür.
Uğur olsun Tahir Uluqaya!
Əbülfət Mədətoğlu
Ədalət .- 2023.- 8
dekabr,¹ 47.- S.6.