Dar gündə səslənən,
çağrılan insan
Bütün ağırlıqlar çiyinlərində,
Elin arxasında dağ olan insan.
Sən hələ əsrlər yaşayacaqsan,
Min il bundan öncə doğulan insan.
Hər gələn nə varsa çəkdin içinə,
Necə tablaşardı, dözərdi sinə,
Vətən torpağını sıxdın köksünə,
Ürəyi yurd üçün dağılan insan.
Elə ağır günə, ana
çatmışdıq,
Axırına yetişib sona çatmışdıq,
Səni göydə gəzib yerdə
tapmışdıq,
Dar gündə səslənən,
çağrılan insan.
Yüz ildə bir dəfə doğulan insan!!!
Xalqın tarixini xalqın özü və onun
önündə gələn, ən çətin anlarında
da, ən vüsətli yüksəlişlərində də
ona doğru yol göstərən, onu irəli aparan
böyük şəxsiyyətlər yaradır. Sonra da həmin
tarixi əks etdirən cild-cild əsərlər,
qalın-qalın kitablar yazılır.
Bir də hər insanın qəlbində yaranan,
yaddaşlardan süzülüb gələn tarix var.
Yaddaşın yaratdığı tarix nə qədər
subyektiv, nə qədər sadəlövh olsa belə, daha səmimi
olur.
Zübeydə dünyaya gələndə zaman yaman
qarışmışdı. Ölkəmizdə müharibə
gedirdi. Müharibənin qaldırdığı tozanaq
qarşıdakı üfüqləri də görünməz
etmişdi. Gələcək aydın görünmürdü.
Hara getdiyimiz, sabahımızın necə olacağı bəlli
deyildi.
O qarışıq günlərin, qanlı müharibənin
amansız güllələrindən biri mənim ömrümə,
qismətimə, taleyimə dəydi. Taleyimi
parça-parça edən güllə balamın da
uşaqlıq xəyallarını yaraladı.
Həyat yoldaşım, hərbi təyyarəçi
Yusif Vəliyev Vətən uğrunda döyüşlərdə
həlak olanda qızımız Zübeydə cəmi
doqquzaylıq idi.
Dünyanın başımıza
yıxıldığı, bütün təsəllilərin
param-parça olmuş könüllərimizi ovutmağa aciz
olduğu o ağır günlərdə Ulu Öndər Heydər
Əliyevi yanımızda gördük. İşinin
çoxluğuna və gərginliyinə baxmayaraq bizə təsəlli
verməyə gəldi. Onun təsəllisinə o vaxt
Qarabağ müharibəsində ilk şəhidlərini verən
Azərbaycanın çox ehtiyacı var idi.
Ulu öndər Yusifin yadigarını qucağına
alıb, bağrına basdı: "Çox təəssüf
edirəm ki, Vətənimizin belə ağır günündə
ehtiyacımız olan Yusif kimi ali təhsilli
kadrımızı - təyyarəçi zabitimizi itirdik. Onu
tanıyan biri kimi deyə bilərəm ki, Yusif fəxr
olunası igid idi", - dedi.
Gözünü dünyaya tarixin ən
burulğanlı axarında açan Zübeydə o vaxt bu
hadisənin mahiyyətini, bu sözlərin mənasını
anlayacaq səviyyədə deyildi. Lakin o böyüdükcə,
ağlı kəsdikcə, həyatı dərk etdikcə bu əziz
xatirə də yaddaşında boy atıb böyüdü.
Atasının, uğrunda canından keçdiyi Vətən
kimi böyüdü, Vətən sevgisi kimi yaşa doldu...
Orta məktəbdə oxuyanda körpəlikdən xəyallarında
canlandırdığı tarix və həmin tarixin
yaradıcısı olan böyük İnsan haqqında
düşüncələrini qələmə almağa,
sözlə ifadə etməyə çalışdı...
Bu fərəhli günlərdə Sizə təqdim
etdiyim bu yazı isə şəhid təyyarəçi Yusif
Vəliyevin qızının orta məktəbdə oxuyarkən
yaratdığı, yeri gələndə
uşaqla uşaq, böyüklə böyük, dərdli ilə
dərd ortağı olmağı bacaran Heydər Əliyev
obrazının uşaq təxəyyülündə canlanan səmimi
cizgiləridir.
“İlin bahar fəslini müqəddəs insanlara bənzədirəm.
Çünki baharın gəlişi ilə təbiət
oyanır, canlanır. Müqəddəs insanların
doğuluşu ilə isə mühitə yeni ab-hava, yeni rəng
qatılır. Bu ikisinin mütənasibliyi nəticəsində
yer üzü öz gözəlliyinə gözəllik
qatır. Bu gözəllikdən planetin sakinləri maddi və
mənəvi qida alır. Xeyirxahlar çoxalır, ədalət
bərqərar olur, insanların güvənci artır, şər
qüvvələr qaçmağa yer axtarır. Həyat sanki
öz axarını müsbət müstəvi üzərində
sahmana salır. Belə bir anda isə hər kəs öz
xoşbəxtliyini bir addımlığında hiss edir. Bu
xoşbəxtlik də bizimlədi, həm də hər zaman. O
xoşbəxtlik ki, onu Ulu Tanrı XX əsrin əvvəlində
çiçək qoxulu, şeh danılalı bir yaz
günündə bizə, elimizə, obamıza,
xalqımıza, vətənimizə bəxş etdi.
Əsrlər boyu başı müsibətlər
çəkmiş Azərbaycanın bəxtinə yenidən
günəş doğdu - "Sönməz Heydər Günəşi".
Bir sirridir, bir möcüzə,
Gəlin bunu yəqin bilək.
O, göylərdən gəlib bizə
Müqəddəsdir peyğəmbərtək.
Elə doğulduğu bir gündən sirli daxili aləmi,
möcüzəli ağlı, zəkası, müqəddəs
elmi-biliyi, əməlləri ilə seçilən bu insan Azərbaycanın
xoş müjdəsinə, qələbəsinə
çevrilməyə başladı.
Tarixlər boyu başı bəlalar çəkmiş
vətənimiz bu sarsıntının ən
böyüyündən birini də XX əsrdə
yaşadı. Yetmiş il Rus imperiyasının əsarətində
yaşayan Azərbaycan əsrin sonuna yaxın bu əsarətdən
qurtulmaq şansı əldə etdi. Lakin içindəki
çaxnaşma, özbaşınalıq, səriştəsizlik
onun azadlığını təhlükə altına
saldı. Azadlığı əldə etmək çətindir,
lakin onu qoruyub saxlamaq daha da ağır bir iş idi. Müstəqilliyi
yenicə başlamış Azərbaycanın daxilində daha
ağır cinayətlər baş verirdi. İçindəki
çəkişmələr nəticəsində vətəndaş
müharibəsi, qardaş qırğını ilə nəticələnəcək
dəhşətli hadisələr vətənin üzərini
bürümüşdü. Bütün bunlardan məharətlə
istifadə edən və ’’Böyük Ermənistan"
iddiası ilə ordan-burdan nəsə qoparmaq arzusunda olan
oğru ermənilərin əlinə böyük fürsət
düşmüşdü.
Azərbaycan öz tarixinin ən ağır dövrlərindən
birini yaşayırdı. Bir sözlə, Azərbaycan deyilən
məmləkət yer üzündən silinmək üzrə
idi. Artıq xalq bunu bilirdi. Hər zaman igid xilaskar
oğullarına güvənən xalq yenidən tarixə
boylanıb Babəkini, Koroğlusunu, Xətayisini səslədi.
Xalq bilirdi, onun xilaskarı lap yaxındadır, onun səsinə
səs verən tapılacaq. Ümid dolu nəzərlər
öz qibləsinə tuşlanmışdı.
Qram-qram ərisə də, tamam yanıb sönməyən
Azərbaycan üzərindəki qara buludların çəkiləcəyi,
günəşin doğacağı bir günü xalq səbirsizliklə
gözləyirdi. Xalqın oyanışını hiss edib, kimə
səsləndiyini bilən düşmənlər isə
qorxuya düşmüşdü. Buna görə də, öz
xain düşüncələri heç bir çərçivəyə
sığmayan, iyrənc əməllərini durmadan həyata
keçirirdilər. Fürsəti əldən verməyən
öz köhnə adət-ənənələrini sürətlə
davam etdirərək torpaqlarımıza soxulur, elm və mədəniyyətimizi
mənimsəyir, sanki, Azərbaycanı udmağa
çalışırdılar. Lakin çox keçmədi,
xilaskar xalqın səsinə səs verdi. Vətənin dar
günündə həyatını təhlükəyə
ataraq fədakarlıq göstərdi. Durmadan daxili və xarici
düşmənlərlə mübarizəyə
başladı. Bir nərəsi ilə silahdaşlarını
ayağa qaldırdı. Tez bir zamanda basılmaz Azərbaycan
ordusunu sahmana saldı.
Əlinə silah alıb səngərlər
dolaşdı,
düşmənlə üz-üzə durdu.
Tarixlərdən aşıb gəlib,
Sinəsi ox sipəridir.
Yeri gəlsə döyüşlərdə,
Bir əsgərdi, sıravidir
Düşmən susduruldu. Atəşkəs dovrü
başlandı və təbii ki, bu böyük Ali
Komandanın yürütdüyü siyasət və
apardığı danışıqlar sayəsində. Getdikcə
ölkədə sabitlik bərqərar olmağa
başladı. Tez bir zamanda vətənimizə mənfi təsir
göstərən daxili və xarici qüvvələrin
qarşısında bu böyük insan özünü
böyük bir sədd kimi dayandırdı. Xalqın
çoxdan bəri həsrət dolu ümidləri
özünü doğrultmağa başladı. İnsanlarda
sabaha inam hissi yarandı, ruh düşkünlüyü aradan
qalxdı. Bu böyük insan gəlişindən bəri nəyə
qadir olduğunu elə ilk günlərdəcə sübut
etdi. Qüdrətli insan böyük siyasəti nəticəsində
ilk öncə atəşkəsi bərqərar etdi.
Çünki o başa düşürdü ki, bu ağır
vəziyyətdən Azərbaycanı ancaq siyasi yolla xilas etmək
olar. İlk öncə iqtisadiyyatın inkişafını
gücləndirmək, qüdrətli ordu yaratmaq onun
böyük arzusu idi. Xalqına arxalanan Ulu Heydər öz
dönməzliyi və qətiyyəti sayəsində Azərbaycanı
düşdüyü bəladan xilas etdi. Tarix boyu yana-yana, əriyə-
əriyə, Koroğlunun nərəsi, Xətayinin
qılıncı gücünə, sonunda isə Heydərin
elmi, əzəməti sayəsində ayağa durdu.
Yenidən viranəlik içərisindən dirilib
qalxan ölkəmiz öz həyat axarını davam elətdirdi.
Yeni həyata başlayan Azərbaycan gündən-günə
dirçəlməyə başladı. Çünki
artıq onun dərdini-sərini ürəyində çəkən,
ağrılı-acılı yükünü qüvvətli
çiyinlərində daşıyan, öz əməli,
işi ilə vətəninə, xalqına dayaq olan
vüqarlı Heydər var idi. Bu qüvvə nəticəsində
Azərbaycan sabahlara qapı açıb, dünyaya
boylandı.
Planeti bir qüvvətək,
Yorulmadan hey dolaşır.
Vətənindən söz açarkən,
Danışarkən alovlaşır.
Xarici dövlətlərə başlanan
yürüşlər, siyasi görüşlər artıq Azərbaycan
siyasətinin böyük zirvədə olduğundan xəbər
verirdi. Ölkəmiz geniş ərazisi olmamasına baxmayaraq,
böyük Azərbaycan Ulu Heydər adı ilə dünya
siyasətçilərinə meydan oxuyaraq tez bir zamanda ölkələr
arasında böyük nüfuza malik oldu. Dövlətlər
arasında müqavilələr imzalandı. Dünya ölkələri
ilə yaranan dostluq Azərbaycan üçün böyük
güc idi. Böyük siyasətçi başa
düşürdü ki, bu uzaqgörənliyi ilə Ermənistana
ilk zərbəsini vurmuş olacaq. Aciz qalan düşmən isə
iyrənc prinsipindən dönmür və adət etdiyi
fırıldağını da, davam etdirirdi.
Xalqımızın düşmənləri Heydər
Əliyevin təcrübəli siyasətçi olduğunu və
Azərbaycanı güclü bir dövlətə çevirəcəyini
bilirdi. Buna görə də, hər zaman ona qarşı təxribatlar
törətmək istəyirdilər. Lakin Ulu Heydər
bütün bu çətinliklərdən cəsarətlə
çıxır, öz müdrikliyi sayəsində qalib
olurdu.
Yorulmadan gecəsini-gündüzünə qatan vətən
oğlu günbəgün, saatbasaat, anba-an, dincəlmədən
çalışırdı. Beləliklə də, o gərgin
əməyi nəticəsində dövlət
konstitusiyasını işləyib hazırladı. Konstitusiya
dünyanın ən ədalətli qanunlarından biri oldu.
Elinə, xalqına, vətəninə, dilinə | qəlbən
bağlı olan Qüdrətli Heydər insanların yüz
illərlə görə bilmədiyi işləri qısa bir
müddətdə görüb qurtardı. Bütün
dünya dillərindən şirin, zəngin olan ana dilini
dövlət dilinə çevirdi. Bu müqəddəs
işi ilə ulu nənələrimizin,
babalarımızın ruhunu şad edib,
bayatılarımıza, laylalarımıza,
dastan¬larımıza hörmətlə yanaşdı. Bu
müqəddəsliklərdən zənginləşən Heydər
ruhu, Heydər mədəniyyəti, Heydər məktəbinin əsasını
qoydu. Hər şeyin bünövrəsini, əsasını
elmdə gördü. Buna görə də, birinci növbədə
elm sahələrinin işinə güclü yanaşdı. Təhsil
müəssisələrini, elm mərkəzlərini
addım-addım dolaşdı. Elm və mədəniyyətimizin
quruculuğuna ciddi fikir verdi. Hər şeyi yenidən qurdu. Elm
və mədəniyyət xadimlərinin
qayğısını çəkdi. Bunun sayəsində də,
ölkəmiz elm və mədəniyyət sahələrində
yeni nailiyyətlər əldə etdi.
Qayğıdan söz açarkən Ulu Öndərin
gələcəyimiz olan uşaqlara və gənc nəslə
qayğısını xüsusi qeyd etmək lazımdır.
O, hər şeyi bünövrəsindən möhkəm qurmaq
amalı ilə yaşayırdı. Buna görə də, hər
bir yerdə sağlam nəslin yetişməsi
üçün şərait yaradır və bütün sahələrə
Özü xüsusən diqqət yetirirdi. Doğum evlərindən
tutmuş uşaq bağçaları, məktəblər,
universitetlər və digər yerlərdə bu cür xeyirxah
qayğıların izinə hər bir kəs rast gələ
bilər. Hər bir sahədə uşaq və gənclərlə
tez-tez görüşlər keçirdir, onların problemləri
ilə özü şəxsən tanış olurdu.
Uşaqla uşaq dilində dil tapan böyük insan
uşaqların yaddaşına Heydər Baba kimi həkk
olunurdu. Uşaqlarla belə səmimi, mehriban münasibəti
bu insanın bir daha müqəddəsliyinin təcəssümünü
sübut edirdi. Kimsəsizlərə daha böyük
qayğı ilə yanaşan Böyük İnsan müqəddəs
peyğəmbərliyə
doğru addım atmış olurdu:
Qəlbi sınmış körpələri
Görən kimi gözü dolur.
Bu məsumlar arasında
O da dönüb uşaq olur.
Bəli, bu cür ədalət, qayğıkeşlik məktəbinin
banisi yaddaşlara "Baba Heydər" kimi yazılaraq nəsillərdən
nəsillərə örnək oldu. Verdiyi tövhələr,
yaratdığı şəraitlər, vətənimizin
ağırlığının ən çoxunu çiyinlərdə
daşıyan gənc nəsil üçün ruh və mənəvi
qida mənbəyinə çevrildi. Gənclər
üçün idman və elm sahələrində
böyük islahatlar aparıldı. Yeni, müasir formada
görülən işlər nəticəsində neçə-neçə
gəncin böyük nailiyyətlər qazanmasına səbəb
oldu. Dünya şöhrətli idmançılar yetişdi, əksər
Azərbaycan gəncləri informatika elminə yiyələnərək
internet vasitəsi ilə dünya əlaqəsinə daxil oldu.
Bütün bu törətdiyi xeyirxah əməllər Ulu Heydərin
müqəddəsliyi üstündən müqəddəslik
gətirdi və onun Allahına, dininə, Quranına, peyğəmbərinə
qəlbən bağlılığının sübutundan xəbər
verdi. Öz iş prinsipini pak amallar üzərində quran Ulu
Heydər, sanki, hər gün müqəddəs Quranın ayələri
ilə təmasda olduğundan irəli gəlmiş kimi idi.
Gördüyü savab işlərlə bərabər
müqəddəs yerlərə ziyarəti onda ilahi bir
qüvvə yaratdı. Qaya cüssəsi, məğrur
duruşu, mülayim simasından görünən sərt
baxışları, insanları ovsunlayan təbəssümü,
özünəməxsus davranışı, nur süzülən
çöhrəsi onun bənzərsizliyinin sirlərini
açdı. Tanrının bizə bəxş etdiyi qeyri-adi bir insanı gözləri-mizdə
"Nur heykəli" kimi əbədiləşdirdi. Cismən
aramızdan getsə də, mənən canımıza,
qanımıza hopdu. Qəlbimizdə yuva qurub, məskən
salıb əbədi sakininə döndü. Ölmündən
əvvəl də, sonra da gördüyü xeyirxah işlər
və qayğısı nəticəsində bütün əli
qələm, dili söz tutan hər bir kəsin cümləsinin
mübtədası, xəbəri oldu. Saysız-hesabsız
yaranan əsərlərin baş qəhrəmanma çevrildi.
Adı əbədidir əməli böyük,
Yaşadı, yaşayır o böyük insan
Vətən yarasından ürəyi bölük,
Yaşadı, yaşayır o böyük insan.
Hər bir kəsin ürəyindən
süzülüb gələn dərin hisslərinin mayası
oldu, ölməz Heydər!
Buna da şükür! Nə yaxşı ki,
özündən sonra yaratdığı siyasətin,
qurduğu dövlətin sükanını idarə edə biləcək
oğul qoyub getdi. Bu ağır yükü xalqla birlikdə
yekdil olub İlham Əliyev kimi bir vətən oğluna həvalə
etdi.
Ulu Heydər! İlin ən xoş çağında
Tanrının, təbiətin bizə bəxş etdiyi ən
müqəddəs, ən pak neməti. Bu çağ kimi təmiz,
təravətli, cavan idi Heydər ruhu. Hər bir qurub
yaratdığı nə vardısa yaz fəslindəki
çiçəklər kimi yeni, pak özəyə malik idi.
Apardığı işlərdən bahar ətri duyulur,
ağlı, zəkası dərin dəryaları
xatırladır, siyasəti min illərlə torpağa kök
salmış çinarlara bənzəyirdi bu insanın! Təbiət
vurğunu idi Ulu Heydər. Bəlkə də, buna görə
idi ki, özünü təbiətlə müqayisə edirdi.
Hər ağacın budağını özünün qolu,
qanadı hesab edirdi. Təbiətin gözəlliyinə
qıyan mənə qıyır deyirdi.
Rahat ol, Ulu Babam! Sənin sayəndə gündən-günə
çiçəklənən Azərbaycan, onun təbiəti
sənin ruhunla nəfəs alacaq, hər fəslini Heydərəməxsus
tərzdə dəyişəcək. Bu hər bir Azərbaycan
qeyrəti çəkən vətən övladının
ümdə vəzifəsi olmalıdır ki, hər
addımda, hər qarışda vətən
torpağını qorumaqla yanaşı, onun təbiətini də
qorusun. Heydər amalına hörmətlə yanaşıb,
Heydər çağırışına səs versin. Hər
yerdə bağlar-bağçalar salınsın, meşələri,
çəmənləri, düzləri qorunsun. Dünyada
bütün ölkələrdən fərqlənən Azərbaycanın
təbiətinə və təbii sərvətlərinə
qayğı gücləndirilsin. Sənin bu arzuna
qoşulmçaq hər bir vətəndaşın borcudur!
Sən təbiətin yaratdığı bir müqəddəs
möcüzəsən! Sən hər zaman hər bir vətən,
xalq qeyrəti çəkən
insanın qəlbində günü-gündən hər an
bahar tumurcuğu kimi
yaşayacaqsan, açacaqsan. Bu gün 85 deyil, sən min illərdən
süzüb gələn daşlaşmış qədim tarixsən,
Sən tək tarix deyil bu günümüzün amalı,
öz qüdrətli, əvəzolunmaz, müdrik siyasətinin
qırılmaz xəttini gələcəyə
daşıyan sönməz nur, əbədi
Günəşsən! Bütün müsbət insani keyfiyyətləri
özündə birləşdirən, Dahi rəhbər!
Söykəndiyimiz möhkəm qaya, ümid yerimiz,
başımıza gələn faciələrdən sonra bizə
yeganə təskinlik mənbəyi olan Ulu Babam! Mən
bütün həyatımı, canımı vətənlə
bərabər sənə borcluyam. Sənin ruhun qarşısında
baş əyirəm. Necə ki, sən şəxsən evimizə
gəlib şəhid atamın ruhu qarşısında baş əymisən,
məni bağrına basıb, hələ bir yaşma
çatmamış on aylıq körpənin
xeyir-duasını vermisən. Sən tək mənə yox, mənim
kimi minlərlə belə bütün şəhid
balalarının qayğısım ayrı-ayrılıqda
çəkmisən. Vətənin, şəhidlərin, əlillərin,
qaçqınların və bütün niskilli insanların dərdini
içinə salıb, özün də şəhidlik zirvəsinə
ucalmısan, Şəhid Babam!
Sən ölməmisən! Sən Tanrının dərgahına
qalxaraq bizim üz tutduğumuz bir səmtə ucalmısan! Sən
qalibsən! Sən bu qalibiyyəti vətən ağrısından
çat-çat olmuş ürəyinin bahasına
qazanmısan. O ürək ki, min- min loğmanın göstərdiyi
səyə, verdiyi ilaca tabe olmadı. Səni əbədiyyən
hər zaman öpüb göz üstə qoyduğun, qəlbinə
sıxdığın vətən torpağına tapşırdı.
Sənin ürəyin necə ki, hər zaman Azərbaycan
eşqi ilə döyünmüş, Azərbaycanın ürəyi
də hər an səninlə döyünəcək!”
İndi Vətənimiz azaddır. Ulu Öndərin vəsiyyətləri
yerinə yetirilib, arzuları çin olub. Biz müzəffər
Ordumuzun Vətən uğrunda döyüşlərdə
göstərdiyi rəşadət, Azərbaycan Ordusunun Ali
Baş Komandanının siyasi və hərbi qətiyyəti,
xalqımızla Ordumuzun sarsılmaz birliyi və qələbə
əzmi ilə fəxr edir, azad Qarabağımızla
qürurlanarıq.
Qoyun bunu da deyim. Yazının müəllifi Zübeydə
indi hüquqşünasdır. İşi-gücü, ailəsi,
uşaqları var... Qarabağın gəlinidir.
Görünür, bu da Allahn bir möcüzəsi, bir
lütfüdür ki, ilk övladı Zəfər
Günümüzdə dünyaya gəlib. Onun uşaq təxəyyülü
ilə canlandırmağa çalışdığı Heydər
Əliyev obrazı isə məsum körpəliyi müharibənin
güllələri ilə yaralanmış bir nəslin
yaddaşında gəzdirdiyi, səmimiyyətdən
yoğrulmuş bir tarixdir. Bu tarixin kitablardakı tarixlə kəsişən
məqamları olduğu kimi, yalnız Zübeydəyə aid
tərəfləri də var...
Arzu Nehrəmli,
tarix üzrə fəlsəfə doktoru
Ədalət .- 2023.- 8
dekabr,¹ 47.- S.7.