Gecikmiş məktub
Salam və Salavat olsun Sizə,əziz Öndərim,
Heydər Əliyev! Bu məktubun gecikmə səbəbləri
var. Bu səbəbləri sizinlə bölüşürəm.
Mən bu yazdıqlarımı 2003-cü ildə
yazsaydım anlaşılmazlıq olardı və Sizə olan sevgim,sayqım
haqda müxtəlif fikirlər
söylənilərdi.
Bu məktubda
yazılanların həqiqət
olduğunu Gözəl Allahım, Sizin ruhunuz və o zamanlar vəzifədə
olan çox insan
bilir.2003-cü ilin 15
dekabrında mən Nərimanov rayonunun 207 saylı məktəbində müəllimə idim.Siz 3 gün
idi ki, bizləri tərk etmişdiniz.
Bütün idarələrdə
matəm, anım günləri keçirilirdi.
Çalışdığım məktəbin direktoru,keçmiş məktəb yoldaşım Mailə
xanım məni çağırdı və dedi ki,Heydər
Əliyevin anım günündə sən
çıxış etməlisən. Evə gəldim.Fikirləşdim
ki,nə danışacam.Bu nəhənglikdə
dahi bir şəxsiyyət
haqqında mən necə danışım ki, ona layiq
olsun. Xasiyyətcə standart,çeynənmiş sözlər mənlik deyildi.Dəstəmaz
aldım,namaz qıldım. Hacət Namazı.Çünki adi
insan haqda danışmayacaqdım.Rəbbimdən kömək
istədim.Namazı bitirib dualarıma keçdim,səcdəyə
getdim,o an tam möcüzə gördüm.Güclü bir
işıq sütunu yuxarıdan aşağı məni
bürüdü .Titrətdim və yalvardım: “İlahi mənə izn ver,“Söz ver
danışa bilim”.
Durub yazı masasına keçəndə sizin Ruhunuza
müraciət edir kimi sizdən soruşdum:
Nə yazım?Cavabımı qəlbimlə duydum.
“Özünün ən yaxşı
bacardığın şəkildə səmimi qəlbdən gələnləri
yaz”.Başladım və
bitirdim.15 dəqiqə sonra
artıq məktəb səhnəsinə necə
qalxdım bilmədim.Salondakıları
görmürdüm.Yazdıqlarımı titrəyə -tirəyə
oxudum.Dahi İnsanın adının və soyadının
Sakral mənasını 3 dildə
Azərbaycan, ərəb və
runik əlifbasının rəmzləriylə
izahını verirdim.3- ü də eyni mənaya gətirib
çıxartdı. “Nəfəs qapısı”. “Yuxarıdan
gələn nəfəs
qapısı”.
Çıxışım bitəndə gördüm
ki, Milli Məclisin bir neçə deputatı, Təhsil
Nazirliyinin nümayəndələri,rayon
təhsil şöbəsinin
nümayəndələri məni dinləyirmiş.
Şair Zəlimxan Yaqub ilk infarktdan durub bura gəlmişdi.Ayağa
qalxdı, mənimlə salamlaşıb dedi: Mən Heydər Əliyev cənabları haqqında yazdığım poemanı hələ çap etdirməmişəm,amma
elə bil sən onu oxumusan.
Səhərisi gün o vaxtkı təhsil naziri Misir Mərdanov və onun
müavini məni nazirliyə dəvət etdilər.Fatma
Abdullazadə məlumatlı
idi.Mənə təşəkkürünü
çatdırdı. Misir müəllim adi bir
müəllim üçün
gözəl təkliflər elədi. Vəzifə,ad san,
imtina etdim. Əziz insan, Dahi
Öndərim, cavabımda
dedim ki,mən ona hədsiz
hörmət bəsləyən,sayqı,sevgisini bildirməyə məqam axtaran bir müəlliməm,dilçiyəm.
Sonra Səttarxan zavodunun
klubunda təmtəraqlı məclisə dəvət etdilər, dedilər ki, çıxışı təkrar edin,etdim.
Əziz böyük müəllim,əziz Heydər
Əliyev.Həqiqətən sizin haqda dediyim səmimi doğrular mənə nəfəslik
açdı.
Uşaqlıqdan
istedadlı və
savadlı olduğumu hər kəsdən eşidirdim.
Amma 43 yaşında ilk dəfə işləməyə
müəllimliklə
başlamışdım.İxtisasım dilçi şərqşünas
idi. Taleyin hökmünə baxın
ki,qızınız Sevillə bir fakültədə
oxumuşduq və bir az da rəfiqəlik
etmişdik. Sevil vəzifəli adamların qızları arasında
səmimiyyəti və dürüst əxlaqı ilə
seçilirdi.Ona yaxınlaşmağa heç kim cürət
etmirdi.Özü mənə yaxınlaşaraq dedi,Almaz gəl
bir az yaxın olaq.O, rus bölməsində oxuyurdu,mən Azərbaycan.Xahiş
etdi ki,onunıla həmişə
azərbaycanca danışım.Çünki məktəbi
rusca oxumuşdu. Əlavə etdi ki, atam tapşırıb Azərbaycan
dilində kim səlis və sərbəst danışırsa
onunla çox söhbət et.Sadə qız idi.Atasını
hədsiz sevirdi.Tez –tez qəzetlərdəki
çıxışlarını gətirib mənə
oxutdurardı.Qürurla deyirdi atam
bütün sahələrdın xəbərdardır.Bir
gün soruşdu ki, sənin atan kimdi?
Gülümsəyib
dedim,axı sən bunları bilirsən:
Açıq desəm birdən məni qoymazlar
universitetdə oxumağa(o vaxt sovet qanunlarına görə
ticarətçilərin
uşaqları üçün qadağa vardı)Sakitcə
cavab verdi:Mənə etibar edə bilərsən.Gizlətmədim:
bazarkomdu atam,amma ondan xəbərsiz bu fakültəyə sənədlərimi verib
özüm daxil olmuşam.
Gülümsədi.Gülümsəyəndə bir az başını yuxarı
qaldırırdı Sizin kimi. Həə danışırlar
ki, çox savadlısan.Sonra dedi : Sən bilsən özü
necə savadlıdı.Atam hər şeyi bilir.
Sevil xanımın atasına olan sevgisi və hörməti mənə elə o vaxtdan siraət
eləmişdi.Xüsusi pərəstişkarına çevrilmişdim
atasının.Yadımdadı Kənd
təsərrüfatı işçilərinin konfrans materiallarını
başdan-başa oxuyub heyran olmuşdum.Sizin qəzetdəki
çıxışınızı mənə Sevilgətirmişdi.Onda
18 yaşım vardı, indi 68.Mənə Allah nə lazımsa
verib.Bu dunyanın nemətlərindən doymuşam.Heç nəyə
ehtiyacım yoxdu. Ona görə bu uzun müddəti susdum.Və
məktubumu gecikdirdim.Ürək sözlərimi 48
yaşımda səhnədə dedim. Sizin haqqınızda yazdığım kiçik həcmli
yazı mənə bu həyatda böyük nəfəslik
açdı. Öz Yoluma çıxdım. “SÖZ” adlı yazıyla valeoloqların
beynəlxalq konfransındakı
çıxışım
doktorluq dissertasiyasına gətirib
çıxartdı.Moskvada müdafiə etdim.65 yaşında
yenidən "Almaz" metodunun kəşfi ilə əlaqədar
müəlliflik hüququ aldım.Qeyd etdiyim həmin zamanlar Təhsil
Nazirliyinin və Nazirlər kolleqiyasının fəxri
diplomuna layiq gördülər məni.Özüm 3 uşaq
anası olmağımı bəhanə edib
təqaüdə
çıxdım.Düşündüm ki, sizin
haqqınızda yazdığım yazı hamıya nə qədər
qeyri-adi görünsədə mən çox az demişəm.Əvəzində
insanlardan heç bir şey almaq istəmədim.Halbuki,o vaxt
övladlarımın çox ehtiyacı təmin oluna bilərdi.Amma
Ulu müəllim,Ustadım, nə yaxşı ki, belə oldu.Sizi və məni yaradan
Allah hər şeyi tənzimlədi.Həccdə olanda Həcc daşına yaxınlaşıb Rəbbimə
yalvarmışdım ki, bircə arzumu yerinə yetir.Heç
bir şəxsi arzumu deməmişdim.Yalnız onu dedim ki, vətənimin
torpaqları alınsın,birləşsin.
Əziz Heydər Əliyev, mənə elə gəlir
ki, siz də oğlunuza bunu vəsiyyət
etmisiniz.Torpaqlarımızı geri
almamış yanıma gəlmə.Allah İlham Əliyevdən
razı olsun.Söz verdi, elədi.Geri aldı.İgidləri
başına topladı.Qıy vurdu,
haydı irəli dedi, aldılar.Qan bahasına,can
bahasına aldılar.Üzü ağ olsun.Millətin
üzünü dünyada ağ elədi.Onun da heçnəyə
ehtiyacı yoxdu. Tək bir dəyərləndirilməyə və
vəsiyyəti sona çatdırmağa ehtiyacı
var.Rəbbim güc və ömür versin oğlunuz İlhama.Onun haqqında da
yazmışdım. Sonu Hüseyn Cavidin misraları ilə
bitmişdi.
“Kəssə hər kim
tökülən qan izini ,
Qurtaran dahi odur yer üzünü”
Əslində haqqı
almaq nər oğulun işidi.Alan gündən bəri də bir sözü var. “Gəlin sülhə.
Biz qan tökülməsini istəmirik”. Mənim gözümdə
sizin oğlunuz cavandı.Elin
başına gəldiyi yaşdadı. İnşə Allah adının
açmasını yazıb saxlamışam, hətta siyasətinin insanpərvərliklə
bərabər
döyüşçü ruhu olduğunu da izah etmişəm. Mən onun
barədə bu
yazını yazanda hələ
torpağı qan bahasına almağa
qalxmamışdı, hazırlaşırdı. Sizin
missiyanız torpaqları birləşdirmək idi. Onunku isə xalqının ruhdan
düşmüş gücünü qaldırmaq və sona qədər torpağına millətinə İlham verməkdi. Qalanını
biz bilə bilmərik,Əziz Öndərim
İnanıram ki,əbədiyyətdə görəcəm
Sizi. Ümidvaram ki,mən gələnəcən
məktubumu alacaqsınız, böyük Ustad .
Almaz Xanlarova ,
filologiya elmləri doktoru ,
psixolinqvist,
"Almaz" metodunun müəllifi
Ədalət .- 2023.- 15
dekabr,¹ 48.- S.5.