Azərbaycanın ilk
rəssam qadınının taleyi
Azərbaycanın ilk qadın rəssamı Azərbaycan
SSR əməkdar incəsənət xadimi Reyhan xanım Topçubaşovanın
doğum günüdür.
Yəqin ki, bu adı bir çoxunuz
tanımırsınız, bəlkə də heç
ömründə bu ada rast gələnlər də
olmayıb. Çünki Azərbaycan tarixini , ədəbiyyatını
, mədəniyyətini, incəsənətini zənginləşdirən
bir çox istedadlı şəxslərin təbliği
aparılmır, onlar müasir gəncliyə
tanıdılmır.
Əvvəlcə Reyhan Topçubaşovanın kim
olması ilə əlaqdar bir neçə nəfərə
sorğu ünvanladım. Sorğuda ziyalılar da olmaqla təxminən
11 nəfər iştirak etdi . Təəssüf hissi ilə
deyirəm ki, Azərbaycanın ilk rəssam qadını
haqqında 11 nəfər arasında məlumatı olan yox
idi.Təhsilimizin və mədəniyyət təbliğatçılarının
fəaliyyətsizliyinə əsəbləşib sorğumu
yarımçıq dayandırdım.
Əvvəl təbliğ edək, sonra tələb edək.
Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada
anadan olub. Ziyalı bəy nəslindən olması onu dünyəvi
elmləri kiçik yaşlarından həvəsləndirir.
Atası İbrahim bəy Axundzadə dövrünün
tanınmış və savadlı bəylərindən
olub. Bibisi Səkinə
xanım(atasının baçısı) ilk qadın
dramaturq, Azərbaycanın ilk qadın müəllimlərindəndir.
Yazıçılıqla, o cümlədən dramaturgiya ilə
də məşğul olub. Babası yazıçı Mirzə
Heybət Axundzadə "Fəda" təxəllüslü
ilə şeirlər yazırdı və A.A.Bakıxanovun təşkil
etdiyi "Gülüstan" ədəbi məclisinin
üvzü idi.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə
rəssam haqqında araşdırma məqaləsində
yazır: “Azərbaycan qadını” jurnalının
1946-cı il 4-cü sayında Reyhan xanımın özü və
yaradıcılığı haqqında yazdığı bir
məqalədə oxuyuruq:
“Mən 15 dekabr 1905-ci ildə anadan olmuşam.
Uşaqlığımdan bütün vaxtımı şəkil
çəkməyə və sevdiyim musiqiyə sərf edirdim.
Xırda yaşlarımda ancaq karandaşla çəkirdim.
Xatırlaya bilmirəm nə üçün rənglə
deyil, karandaşla çəkirdim; yəqin ki, bu hal rəng ilə
çəkməyi bacarmadığımdan irəli gəlmişdir”.
Reyhan xanım ilk təhsilini tanınmış
Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin Bakıda açdığı Qızlar məktəbində
almışdır. Özünün dediyi kimi,
uşaqlıqdan həm yaxşı rəsmlər çəkir,
həm də musiqiylə məşğul olurdu. Ən
böyük və çoxdankı arzularını içində
boğa bilməyən Reyhan xanım 1923-cü ilə kimi
pedaqoji sahədə çalışmaqla yanaşı,
konservatoriyanın fortepiano sinfində təhsil alır. Lakin
oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı
olaraq təhsilini yarımçıq saxlayır”.
İndi oxucularımıza 18 yaşlı bu
xanımın kiminlə ailə qurduğu haqqında məlumat
verək: Deməli Azərbaycanda Topçubaşovlar nəslini
tanımayan tapılmaz.(Ən azından mən belə
düşünürəm- red-Ə.R) Bu tanınmış nəsil
Azərbaycan xalqına böyük və təkrarsız xidmətləri
ilə tanınır. (Sizə söz verirəm ki, bu nəsil
haqqında bir gün sizə maraqlı məlumatlarla dolu bir
yazı təqdim edəcəyəm-red-Ə.R)
Bəli Topçubaşovlar nəslindən olan
Ağabəyin Mustafa adlı bir oğlu olur. Həmin o Mustafa
kiçik olarkən Topçubaşovlar nəslinin fəxri
olacağına yəqin ki qəlbən inanıblar.
Mustafa Topçubaşov Azərbaycan sovet cərrahı,
ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və
səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq
elmi məktəbinin banilərindən biri olur. Azərbaycan SSR EA akademiki (1945),
Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü
(1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960),
"Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi
Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm
xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və
1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71),
Azərbaycan SSR Ali Sovetinə (1–10-cu
çağırış) deputat kimi ömrünü
xalqına xidmətdə keçirib.
Mustafa həkimin 28, xanımın 18 yaşı olarkən
onlar ailə həyatı qururlar. Bir il sonra ailədə daha
bir məşhur Topçubaşov doğulur. 1924-cü il
noyabrın 5-də Bakı şəhərində anadan olan
körpənin adını İbrahim qoyurlar. Bu həmin
İbrahim Topçubaşovdur ki, Azərbaycan görkəmli
alimi, tibb elmləri doktoru, professo eyni zamanda həm də bəstəkar
kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir.
Yeri gəlmişkən,
Azərbaycanın məşhur estrada, muğam və
opera müğənisi, aktrisa, Azərbaycan
Respublikasının xalq artisti Flora Kərimova mediaya
açıqlamasında deyir: "Həyat yoldaşım
İbrahim Topçubaşov xəstələri mənim
mahnılarımın sədaları altında əməliyyat
edirdi, bunun anesteziya təsiri olduğunu hesab edirdi. Yer
üzündə ilk dəfə musiqi ilə müalicəni o
etmişdi. Onun yoxluğundan çox illər sonra bu metod
dünyaya yayıldı. Əlbəttə ki, yaxşı həkimin
yanında gözəl musiqi səslənməlidir”. Bəli,
İbrahim bəyin bəstəkarı olduğu məşhur
"Qubalı qız"
mahnısı Flora xanıma həsr edilmişdi.
1927-ci ildə isə əkiz Zemfira və Elmira
dünyaya gəlir. Sonralar bu ekiz qızlar böyüyəcək
və illər uzun illər Tibb Universitetinin Mama-ginekologiya
kafedrasında dosent vəzifəsində
çalışmış Zemfira xanım və Azərbaycan
Musiqi Akademiyasının dosenti vəzifəsində işləmiş
Elmira xanım kimi ziyalılar sırasına
qatılacaqdılar.
Keçək N. Şəmsizadənin
yarımçıq qoyduğumuz araşdırmasının
davamına:”İlk ixtisas təhsili yarımçıq qalanda
Reyhan xanım həyatda çox bədbinləşmişdi.
Xüsusən peşəkarların işlərinə baxanda rəssamlığa
başlamağına artıq gec olduğunu
düşünürdü. Lakin daxilində
günü-gündən alovlanan sənət sevgisi gənc
xanımı professorların bu sahə üzrə mühazirələrinə
gətirir.
Həmin mühazirələri dinlədikdən sonra
Reyhan xanım elə onların mövzusuna uyğun rəng və
tuşla tablolar çəkməyə başlayır. Beləliklə,
rəssamlığa olan daxili istək və həvəsi 25
yaşlı sənət vurğununu yenidən rənglərin
sehrli dünyasına qaytarır.
Reyhan xanım 1933-cü ildə imtahan verərək
görkəmli Xalq rəssamı Əzim Əzimzadənin rəhbərlik
etdiyi Rəssamlıq Texnikumunun 3-cü kursuna daxil olur, texnikumu
1935-ci ilin iyun ayında əla qiymətlərlə başa
vurur. Elə həmin dövrdən də peşəkar sənətdə
inamlı işinə başlayır.
1936-cı ildən etibarən Reyhan xanım Azərbaycan
rəssamlarının sərgilərinə qatılmağa
başlayır. İlk sərgidə gənc qadın rəssamın
“Toy” adlı çoxfiqurlu əsəri nümayiş olunur.
Reyhan xanımın diplom işi olan bu əsər hazırda
R.Mustafayev adına Azərbaycan Milli İncəsənət
Muzeyində mühafizə olunur. Bu əsərdə müəllif
Azərbaycan xalqının milli adət-ənənələrini,
etnoqrafik əlamətlərini əks etdirən qədim
toylardan birini təsvir etmişdir. Mütəmadi olaraq sərgilərdə
iştirak edən Reyhan xanım qadın rəssamların əsərlərindən
ibarət ənənəvi sərgilərin təşəbbüskarı
olmuş və ilk belə sərgini 1938-ci il martın 8-də
təşkil etmişdir.
Müharibə illərində Reyhan xanım
Topçubaşova sırf yaradıcılıq işləri
ilə yanaşı, Rəssamlar İttifaqının rəhbərliyində
də çalışırdı. İttifaqın idarə
heyəti sədrinin müavini vəzifəsini
daşıyırdı.
Müəllimi Ə.Əzimzadənin sənətkarlıq
xüsusiyyətlərini davam etdirən Reyhan xanımın ilk
böyük əsəri “Köhnə Bakı küçəsi”
tablosudur. Milli İncəsənət Muzeyində mühafizə
olunan bu əsəri rəssam tələbəlik illərində
yaratmışdı. Bu işində köhnə Bakının
bəzi küçələrində gördüyü
epizodları rənglərə
köçürmüşdü. Məktəbdən
yayınan uşaqların arşın malı, xalça və
s. satılan dükanlar qarşısında əyləşərək
küçə əyləncələri ilə məşğul
olduqlarını təbii və canlı şəkildə təsvir
edən Reyhan xanımın bu əsəri dəfələrlə
Azərbaycan sərgilərinin bəzəyi olmuşdur.
Hazırda Milli İncəsənət Muzeyinin daimi
ekspozisiyasında nümayiş olunan balerina Qəmər
Almaszadənin portreti də rəssam Reyhan xanımın novator
istedadının məhsuludur”
Beləliklə, sənətkar 1941–1945-ci illərdə
Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin
sədr müavini vəzifəsində
çalışıb. O, 10 iyul 1943-cü ildə qadın rəssamlarından
ilk "Əməkdar incəsənət xadimi" fəxri
adına layiq görülüb.
Görkəmli cərrah İbrahim Topçubaşov məhsuldar
yaradıcılığının coşqun vaxtında – 23
fevral 1970-ci ildə vəfat edir. Anası Reyhan xanım isə
ondan cəmi 10 gün sonra, uzun sürən xəstəlikdən
dünyadan köçür. Bu kədərli hadisədən
11 il sonra 1981-ci il noyabrın
20-də Əməkdar elm xadimi, SSRİ Tibb Elmləri
Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı
adını Mustafa bəy Topçubaşov Bakı şəhərində
vəfat edir.
Son olaraq, bu gün Reyhan xanımın bu dünyaya gəlməsindən
118 il keçir... Nə yaxşı ki, doğulmuş!
Bəli, bir Topçubaşovlar ailəsinin Azərbaycana
xidmətdən , vətənə məhəbbətdən
ibarət olan mənzərəsini sizə aça bildik, zənnimcə!Gələn
yazımızda diğər məşhur Topçubaşovlar
haqqında da məlumatlar verəcəyik!
Əntiqə Rəşid
Ədalət .-2023.- 22 dekabr,¹ 49- S.8.