FƏSİLLƏRİN
KƏSİŞƏN YOLUNDAKI OVQAT
Yazını yazmağa
başlamaq istədiyim an bilgisayar yazarımızla bir
balaca yazıya giriş etdik.Yəni günümüzün
reallığından danışdıq. Və həmişə
olduğu kimi, dilimin altına çöp qoymadan nəyi necə
düşünürəmsə elə də dedim. Dediyimin məntiqi
nəticəsi də səhərin
gözü açılmamış qarşıma bəduğurun
çıxması, ovqatımı korlaması və bir də özünü hər
kəsdən üstün tutub hər kəsi özünə
borclu sayanların ədası
oldu. Yəni vurğuladım ki, Allah hamını
"Ol!" deyib yaradanda görünür bir az tələskənliyə yol
verib. "Ol"un dərəcəsi kimlərinsə
payına bir az artıq
düşüb və onlar da "ol"duqları zaman
üçqat "ol"olublar, adamlıqları fontan vurub.
..Biz də onların "hava"sına dözə-dözə
ömrümüzün müəyyən hissəsini bada veririk... Nə isə...
Bəli, qış havası artıq duyulmaqdadı. Və bu havanın
içərisində bir istilik axtarmaq arzusu nə qədər ürəyimə hakim kəsilsə
də, amma qəti əminəm ki, onu tapmaq o qədər də
asan olmayacaq. Ona görə ki, mənim
istəyimlə gerçək havanın arasında
qışdan yaya qədər
bir məsafə var. Həmin məsafənin
yaxınlaşdırılması, qısaldılması qeyri-mümkündür. Bunu bir dədə
sözüylə də təsdiq etmək, vurğulamaq olar.Dədələr
söyləyib ki, "xəstə nə qədər tələssə
də, armud vaxtında yetişər".
İndi mənim istəyimə rəğmən
gerçək olan budur ki,
qışdı və qışın da şah damarı soyuq
şaxtadı, qar-borandı. Ondan
qorunmağın yolları yetərincə olsa da, amma onu
yaşamağın özü də bir gözəllikdi.Təsəvvür
edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərini
mənən tutmuş həyət-bacalardan kənd mərkəzinə
doğru, məktəbə tərəf
gedən qarüstü ləpirlərə qədər ... hər
şey insana bir paklıq aşılayıb Və mən də doğulduğum bölgədə, xüsusilə
öz kəndimizdə bunu
böyük zövqlə yaşamışam. Kənd evlərinin
damından göyə millənən
tüstüdə ürək sevindirən ümid göyərdirdi.
Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedən yol idi
. Doğrudur, bunun bir məqamı da var idi. Adətən
tənbəl və yaxud səriştəsiz
adamlar qış səhərlərini yuxudan oyanıb isti
yorğanın altından
qalxmağa heç həvəs göstərmirdilər.
Amma hansı evdə ki ağsaqqal, ağbirçək varidi, təcrübəli
qadınlar evi idarə edirdi, o evlərdə odun sobaları
sönmürdü.Axşamdan sobaya qoyulmuş iri palıd
kötükləri səhərə qədər evin
temperaturunu qaydasında saxlayırdı, həm də
sobanı yenidən alışdırmağa ehtiyac olmurdu...
Mən bu xatirələrin şirinliyinə uyub biraz
Bakıdan uzaqlara getdim. Amma indi yaşadığım
Masazırda hərdən göz gəzdirirəm,burada da tək-tək
evlərin damından tüstü çıxır. O tustu mənim içimdə közərən odu, qoru sönməyə
qoymur. Elə bil ki, bu həyatın
dözümə çağırışıdı.
Bəli, bax elə bu ovqatın içində mən biranlıq
silkələnib yuxudan oyanmış adamlar kimi özümə
dönürəm. Və baxıb görürəmki, bu
qış günü ürəyimi isidən, içindəki
ümid işartısını sönməyə qoymayan həmdə
Sənsən! Deməli, Sən həm də mənim ruhumun
Tanrısısan. Ona görə də Sənə pıçıldayıram:
Dilim-dilim olsun dilim
Əzabdı hər ayım,ilim...
Yuxuda gördüm ki,gülüm -
Sən ruhumunTanrısısan!
Yanağıma yaş saldı iz
Haqq önündə diz
çökdüm, diz!
Anlaya bilmədik ki,biz -
Sən RuhumunTanrısısan!
Kəsə də lap əyri
- düzü
Hər istəyin iki
üzü...
Sən olmaz hər qızın yüzü -
Sən ruhumunTanrısısan!
Baxt özü o baxtdı,bilir
Vaxt həmin ovaxtdı, bilir!
Allah özü haqqdı,bilir -
Sən ruhumun Tanrısısan!..
***
İnsan həyatının bütün məqamları
mənim düşüncəmə
görə, bir zəncir halqası kimi ovqatdan keçir. Yəni
hər an fərqli bir ovqata
kökləndiyimizdən həyatımız rəngarəng
olur.
Deməli, bax, bu üzü soyuq torpaq qışda bizi üst qatda üşütsə
də, alt qatda qoruyur, hifz eləyir. Mən bunu elə-belə,sözgəlişi
yazmıram. Demək istəyirəm ki, hər qatın öz
missiyası var. Və insanın
iç dünyasındakı qatlar da elə
torpağın qatları kimidi. Orda sevincin də,kədərin
də, işığın da, qaranlığın da savabla mərdimazarlığın
da, ümidlə ümidsizliyin də...
öz yerləri var. Sadəcə, o qatlardan hansına biz daha
çox üz tuturuqsa, meyl
salırıqsa, onlar diqqət mərkəzinə
çıxır. Və burda genetik kod da var. Gendən gələn
meyllilik daha çox qabarır, daha çox öndə olur. O
da öz qabartısıyla,
öndə olmasıyla digərlərinin diqqətini çəkir.
Beləcə, özümüz də
bilmədən həmin o önə
çıxmış qatın missiyasını
başqalarına yönəldirik. Bax, yazımın önündə söylədiyim
mikrobdan tutmuş, bəduğura qədər... sevinc paylayandan
xoş aura bəxş edənə
qədər burda hər şey özünü ifadə
etmiş olur. Mən də yazımın sarı simində elə bunları demək,
bunları önə çıxarmaq istəyirəm. Həmin
istəyimi indiki anda oxucu
ixtiyarına buraxıb yenə yönümü sənə
çevirirəm. Çünki səninlə danışanda içimdəki
bütün istəklərin işığı artır,
ümidi şölələnir. Axı, biz budünyada
bir-birinə doğru uzanan əllər kimi havada
qalmışıq. Və elə bu havadaqalan əllərin
pıçıltısı olaraq deyirəm:
Sən
"get"də
İsrarlı
mən isə"qal!"da
odur ki,
bu israrlı təzadda
heç bir halda
çin olan deyil -
həyatda,
nə də ki,
xəyalda...
bu səbəbdən
mən də,
elə sən də
girinc qalacağıq
üstəlik
yuxusunu
qaçıracağıq
hələ də
cavabı bilinməyən
sualın da?!
***
Bəli, hər gün sual, hər gün nida və digər durğu işarələri
yaşamın göstəricinə
çevrilir bizdən
asılı olmadan. Biz bu
göstəriciləri cavablaya-cavablaya nöqtəyə
doğru gedirik. Bunu sən də bilirsən,mən də, elə
hamımız da. Getməyə də bilmərik.
Çünki getməmək, yerində durmaqistəyi sadəcə
və sadəcə elə istəkdi. O ki qaldı bir gerçəkliyə,
yəni bütün istəklərə...
onların hamısının nə vaxtsa çin
olacağı özü də bir xəyaldı. Axı dünyada heç bir insanın
bütün xəyalları, bütün arzuları çin
olmayıbdı. .Bilirsiniz niyə? İstəkdən istək
doğur axı! Bu gün barışdığın nəticə
sabah yasəni qane etmir, ya narazı salır, ya da ondan bir pillə
kimi istifadə edibikinci addımı atmağa
çalışırsan. Və ...
Hə, bu söylədiklərim filosofluq
deyil,hamının bildiyi reallıqdı. Sadəcə, mən
yazımın ovqatına uyğun olaraq sözgəlişi dilə gətirdim. Axı indi fəsillərin
bu kəsişməyə gəlib çatan
günündə, çöldə qış havası
var. Bu hava da adamı isti guşəyə
səsləyir, isti bir sözə, hətta ovqata köklənməyə
tərəf itələyir. Nə
yazıq ki, belə anın özündə də ikinci bir
soyuqluq hardansa təksəbrə çevrilir. Bax, bir az pafoslu,
bir az da zarafat donlu bir şəkildə söyləsəm, yetimi onda
ağlamaq tutur. Və yaxud da dərd batmanla gəlir...İndi
bütün bu yazı boyu söylədiyim fikirlərin qoyacağım
nöqtəsinə yaxın bir yerdə dayanıb özümə
kənardan baxmaq istəyirəm.
Baxıb nə görəcəyimi kim necə təxmin edir
etsin, mən isə gördüyümü kimsəyə demədən ürəyimin
bir küncünə büküb atıram. Elə bir küncə
ki, orda olanlardan ancaq sən xəbərdarsan.
Sənin bildiyini isə təbii ki, bir də Allah bilir. Elə o dediyim sonuncu fikrin
ipindən tutub bir şeir demək istəyirəm.Demək istəyirəm
ki:
Mən üzülmü
şyarpağam
Çeşmədə nov
edərsən...
Suyu yaxşı süzməsəm-
Bir az söz-sov edərsən!..
Təki gözün önündə
Kirpik ucunda olum...
Yolun üstümdən
keçsə -
Yolunda bitsin yolum...
Böyük istəklərim
yox,
Səni çətinə
salsın...
Bircə qəlbin
ağlımda -
Ağlım, qəlbində
qalsın!..
Bəli, bu
payızla qışın kəsişmə
nöqtəsinin dəyişkən havasında
ovqatınıza bir az
işıq
qarışıq
istilik qatmağa
çalışdım. Deyirlərki,
varını verən utanmaz. İndi özünüz də
dünya görmüş insanlarsınız. Ən azından
işığın sizə heç bir zərəri dəyməyəcəyinə
mənim kimi siz də əminsiniz. Ona görədə bu havada
və bütövlükdə ömrünüzdə ,eləcə
də evinizdə , həyatinizda heç vaxt işığınız sönməsin!
- deyirəm.
Əbülfət Mədətoğlu
Ədalət .-2023.- 22 dekabr,¹ 49- S.6.