QƏLBİN ŞEİR
ÇİÇƏYİ AÇILANDA…
Yuxuma gəlmişdin bu gecə yenə,
Ulduzlar gözündən nur dilənirdi.
Uzun kirpiklərin çətir kimiydi,
Altında Ay yatıb kölgələnirdi.
Yuxuma gəlmişdin bu gecə yenə,
Gördüm ki, Gün batıb
yaraşığında.
Mələklər heyrətdən quruyub qalıb
Hüsnünü seyr edir
ay işığında…
Bu sevgi şeiri mənə dahi Füzulinin qəzəllərindəki
o ilahi eşqi xatırlatdı. Füzuli gözəlin
şüsnünü, ona olan intəhasız məhəbbətini
bəyan edərkən az qala bütün kainatı-Ayı,
ulduzları, Günəşi ona təslim edirdi. «Can görünmə desələr
təndə, inanman , nişə kim, Lütfdən hər necə
baxsam təninə, can görünür»-Can dirilikdir, həyatdır,
aşiqin nəzərində isə
sevgilisinin gözəl bədəni başdan-ayağa «can»dır.
Çünki o öz sevgilisinə
elə dərin səmimiyyət, rəğbət və
məhəbbət hissi ilə baxır ki, sanki onun qəlbini,
canını görür. Gözəllik hər an aşiqə
həyat verən qüvvəyə çevrilir».
Neçə əsrdir ki, Azərbaycan şairləri
Füzulinin sevgi şeirlərinin təsir orbitində
dolanırlar. Şabranda yaşayan, artıq ədəbi aləmdə
də etiraf olunan Məzahir Zeynal da öz sevgi şeirlərində
Füzuli ənənəsini davam etdirir. «Qəlbin şeir
çiçəyi» şeirlər kitabında da (H«Elm və təhsil»
nəşriyyatı, 2024) Məzahir Zeynalın təbii hisslərin
yaşantısı olan şeirlərlə
qarşılaşırıq. Bu təbii hisslər müasir
dövrün lirik qəhrəianının xarakteri, onun mənəvi
aləmi ilə bizi tanış edir.
Gəl qayıdaq bu
sevgidən əvvələ,
Yenə gəlib
küçənizdən keçim mən.
Dönüb gedim, bir də səni görməyim
Axşam-səhər
hər gün gəlim o yerə..
Onun sevgi şevi şeirlərinin qəhrəmanının
keçirdiyi hissləri ilin fəsilləri ilə müqayisə
edə bilərik. Burada iki fəsil daha çox diqqəti cəlb
edir. Payız öz rəngarəng gözəlliyilə bir neçə fəslin
qarışığına bənzəyir. Amma bizim şairlər
xatirə şeirləri yazanda
daha çox solub-saralmış yarpaq, xəzan
obrazlarına müraciət edirlər. Xatirələrdə
daha çox ötən günlər yad olunur, nostalji hisslər
ön plana ençir. Lirik qəhrəman-sevən aşiq
çox vaxt pərişanlıq içində yaşayır.
Sanki təsəllisi tükənir.
Çiçək
baxışların Ye rin, Göyünmüş,
Elə bil
üzü ndən baxmayıb mənə.
Bəlkə də
aramz elə sərinmiş,
Külək bəpnəymiş,
yağış bəhanə.
Ətrini
könlümə saçan gülləri,
Sanki xoş
sözündən dərməmişəm mən.
Sözündə
nazlanıb açan gülləri
Heç belə pərişan
görməmişəm mən.
Məzahir Zeynal başqa
bir şeirində yazır: «Dəniz gözlərində sahil
ver mənə, Düzü m çiçəkləri sahil
boyunca». Amma elə olur ki, bəzən segi dənizinin həsrət və
hicran üstündə köklənən
dalğaları o sahil səddini keçə bilmir. Lakin lirik qəhrəi=manın arzuladığı sahildən o
yana xoşbəxt bir sevgi romantikası başlayır.Payız
lirikasını baharlı romantika əvəz edir.
Sabah sevgimizin doğum günüdü r,
Sevgi mələkləri göydən enəcək.
Yanacaq dodaqlar söz həsrətində,
Ta könül dinəcək,
könül dinəcək.
Sabah sevgimizin doğum günüdür,
Qoynunu
bizimçün açacaq səhər.
Sübh
çağı göylərdən səda gəlməmiş
Baxışlar
sevgidçn tutacaq bəhər.
Məzahir Zeynalın
sevgi şeirləri haqqında bir də onu deyə bilərəm
ki, o, insan qəlbinin ən ali,
müqəddəs hissi olan eşqə, məhəbbətə
varlığın, həyatın məna və mahiyyəti
kimi dəyər verir. Baxın:
Bir çəmən
çiçəyin suya həsrəti
Bir bulud
yağışın
özü qədərmiş.
Bir baxış
sevginin məsum söhbəti
Bir ömür
dünyanın sözü qədərmiş.
Onun sevgi şeirlərinin lirik qəhrəmanı məhz
bu gözəl isslərlə yaşayır. Amma elə zənn
etməyin ki, Məzahir Zeynal
ancaq sevgi şairidir. Əlbəttə,
hçr hansı bir şairi müəyyən «təyinatlar»
üzrə təhlil etmək doğru deyil. Şairin əvvəllər
çap etdirdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr
olunmuş «Səbrimin daşan
günü» adlı poemasına da ön sözü mən
yazmışam.
Məzahir Zeynal bir şair kimi gerçəkliyin müxtəlif
problemlərinə, hadisə və olaylarına baş vurur. Onun dilində ən böyük
yaradanımız Allah
haqqında da söz eşidirik, hətta gözlə
görünməyən ən
kiçik canlılar barəsində də… O, qəhrəmanlığın,
igidliyin simvolu olan daş heykəllərdən
də yazıb, öz anasından da. Amma nədən
yazırsa-yazsın, hər şeirinin içində
özünəməxsus ruhu, aydın üslub və dlili
başlıcası ideyası diqqəti cəlb edir. Ana
mövzusu üzərində azca dayanım. Azərbaycan poeziyasında
yüzlərlə, minlərlə
Ana şeirləri yazılıb. Məzahir
Zeynalın ana itkisinə həsr
etdiyi şeiri deyərdim ki, ən
yaxşıların sırasındadır.
Açılıb
örtülür yə də qapım,
Sənin əllərinə
toxunmaq ü çün.
Hər səni görəndə
gülən divarlar,
İlıq nəfəsinə
həsrətdir, həsrət.
Eh, nədir, anacan, bu
saydıqlarım?
Hər bucaq soruşub
səni yüz kərə.
Nə deyim öpməmiş
ayaqlarından
Rahatlıq
tapmamış pilləkənlərə.
M.Zeynalın şəhidlərə həsr etdiyi
şeirlər də məlum mövzuya yeni poetik yanaşma ilə
diqqəti cəlb edir. Bu şeirlərdə hüzn və
ağrı ilə qarşılaşırıq, amma bu
ağrılara qürur hissi qarışır. «İtkin əsgər
anası» şeirində ana hər adsız məzara salam
verir. Hansı məzara boylanırsa,
sanır ki, bu, onun oğlunun məzarıdır.Başqa
bir şeirində şair N ovruz
günlərində ürəyi
yerində durmayan, gözləri balasını gəzən
anaya söyləyir ki:
Ay şəhid
anası, İtkin anası,
Qoy açsın
üzündə təbəssüm çiçək.
Əlində səməni qarşılayırsan,
Evinə balanın ruhu
gələcək.
Məzahir Zeynal həyatdakı neqativ hallara və mənfi
xislətli insanlara şeirinin tənqid və ifşa
toplarından atəş açır. «Bəlkə şeytan
göndərib» şeirində insanlığa layiq olmayan bi
radam hədəfə çevrilirsə, «Tanış olun:
Sionist» şeirndə isə daha dəhşətli bir qatildən
söz açılıp. Bu qatil «Körpələrə qəsd
eyləyib doymadı, qulaqları güllələdi,
ocaqları güllələdi, öldürməyə
tapmayanda bir insan yataqları güllələdi». Onun ifşa hədəfləri
genişdir. Əyri gəlib
düz dayanan adamlar, haqqa şəri tikənlər, dəryada
balıqtək üzənlər…şairin nəzərindən
yayınmır. Ümumiyyətlə,
şair həyatdakı çeşid-çeşid –bir=birindən
fərqli insanları (eynən hadisə və olayları)
öz şeirlərində mənalandırmağı
çox sevir. Çünki:
Bu dünya çox
sirli ilgi daşıyır,
Biri müsbət isə,
biri mənfidir.
Məzair Zeynal öncə qeyd etdiyim kimi Şabranda
yaşayır və öz bölgəsinin təbiətini də
şeirə gətirir. O, təkcə yaşadığı
diyarın təbiət gözəlliklərini şeirə gətirmir,
eyni zamanda, özünün təbiətə poetik münasibətini
də gizlətmir. «Yarpaq olmaq istəyirəm» , «Solmuş
yarpaq» şeirlərində şeiriyyətcə gözəl
lövhələr yaradır:həm də təbiətlə
insan vəhdətini şeirə gətirir.
İstəyirəm
dönüb yarpaq olum mən,
Kölgə salım
se vənlərin üstünə.
O mərhəmət,
sevgi mən yaşatsın,
Tuş gələndə
bir küləyin qəsdinə.
Həmin şeirdə insan
ömrü ilə yarpaq
arasında bir assosiasiya aparılır. İnsan da yarpaq kimi bir
gün solub saralaraq
köçür dünyadan. Amma yaşamaq istəyi
heç vaxt tükənmir ürəyində.Bəlk ə də
buna görədir son dəmdə gözlər açıq
qalır. «Yarpaqların ölüm rəqsi» şeirində isə
həyat və ölüm üz-ü zə gəlir, amma qələbə
nə həyatındı, nə də ölümün, yarpaq
kü ləyin əsimi ilə dərdinin
sarı rənginə dönür və torpağın qoy na gü lərək gedirsə, insan həyatı da buna
bənzər.
Məzair Zeynal lirik şairdir və onun sevgi şeirlərindən
söz açanda bunu qeyd etmədim. Amma lirika –lirik hisslər
və duyğular təkcə sevgi şeirlərinə aid
olmayıb, digər mövzulu şeirlərə də
xasdır.
Məzahir Zeynalın poetik axtarışları da təqdir
olunmalıır. O, y, həm də
Avropa mənşəli qədim
və müyasir şeir üslubundan
uğurla istifadə edir. Onun bir neçə
şeiri sırf «anafora»
üslubunda (yəni
misraların əvvəlində
müəyyən söz və ifadələrin təkrarlanması vasitəsilə) yazılmışdırg Onun bir
şair kimi bədii ifadə tərzi özünəməxsusdur. M.Zeynavl heca şeirinin müxtəlif şəkillərindən sənətkarlıqla istifadə
etməsindən, xalq poeziyası ənənələrinə
sadiq qalmasından danışa
bilərik.
İnanıram ki, Məzahir Zeynalıfn qəlbindəki şeir çiçəkləri
daim təravətli qalacaq və
bundan sonrav yazacağı şeirlər də o çiçəklərə bənzəyəcək
VAQİF YUSİFLİ
Ədalət .- 2024.- 5
aprel,¹ 12.- S.12.