ƏSL
MƏNƏVİYYAT ADAMI
... O, əsl mənəviyyat adamı idi. Həm
pedaqoji fəaliyyəti, həm də digər istehsalat sahələrində
çalışdığı illər ərzində
onun bütün həyat
amalı mənəviyyat pillələrindən keçərək
reallaşırdı. Övladlarına
aşıladığı həyat eşqini, Vətən
sevgisini auditoriyada da tələbələrinə
ünvanlayırdı. Onun düşüncəsinə görə
müəllim, pedaqoq, alim şagird, tələbə
yanında işini dərs deməklə
bitirməmlidir, dərsini demək müəllimin işinin
yarısıdır. Yarısı da onu dinləyənlərdə
Vətən sevgisini yaratmaqdır...
Azərbaycan Milli Elmlər Akademiyasının
İqtisadiyyat İnstitunun aparıcı elmi işçisi və
Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və
audit” kafedrasının dosenti
iqtisad üzrə fəlsəfə doktoru Şahraz
Müzəffər oğlu İbrahimovdan söhbət gedir.
Nədənsə yadıma 2013-cü il dekarın 14-də
keçirilən Azərbaycan müəllimlərinin XIV
qurultayında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin qurultay iştirakçılarına
ünvanladığı təbrik məktubunda dediyi sözlər
düşdü: “Azərbaycanın əldə etdiyi
bütün nailiyyətlərin əsasında məhz müəllimin
gərgin zəhməti və gündəlik fəaliyyəti
durur”. Gərgin zəhməti ilə iqtisadiyyat elminə verdiyi
dəyərli əsərləri ilə Şahraz İbrahimov
da o fəaliyyət sahiblərindən idi.
HƏYAT TARİXÇƏSİNDƏN:
Şahraz brahimov 29 may 1952-ci ildə Qərbi Azərbaycanın
İcevan rayonunun Vurğun kəndində anadan olmuşdur.
1977-ci ildə Azərbayca Texniki Univrersitetinin “Mühəndis-texnoloq
ixtisasını, 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun “İqtisadçı” ixtisasını
bitirmişdir.
1992-ci ildə “Sahə iqtisadiyyatı” üzrə “Məhsulun
keyfiyyətinin yüksəldilməsinin
planlaşdırılması və onun istehsalının səmərəliliyinə
təsiri” mövzusu üzrə dissertasiyasını müdafiə
edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə
layiq görülmüşdür. İqtisad üzrə fəlsəfə
doktoru idi.
2008-ci ildə Ali Attestasiyası Komissiyası tərəfindən
dosent elmi dərəcəsinin diplomunu almışdır.
1973-cü ildən istehsalatda müxtəlif vəzifələrdə,
2003-cü ildən 2011-ci ilə qədər Sumqayıt
Dövlət Universitetində müəllim və “Mühasibat
uçotu və audit” kafedrasının müdiri vəzifəsində
işləmişdir.
2010-cu ildən 19 mart 2020-ci ilədək Azərbaycan
Kooperasiya Universitetinin “Mühasibat ucotu və audit”
kafedrasında dosent kimi fəaliyyət göstərmişdir.
İqtisad üzrə fəlsəfə doktoru
Şahraz Müzəffər oğlu İbrahimov 20 mart 2020-ci
ildə haqq dünyasına qovuşmuşdur. Şahraz
İbrahimov 22 il pedaqoji fəaliyyəti (müəllim, dosent,
kafedra müdiri), digər istehsalat sahələrində 25 il
(sex rəisi, istehsalat rəisi, baş mühəndis, direktor vəzifələrində)
çalışmışdır. Amerika
yazıçısı, Nobel mükafatı laureatı,
“Amerika ədəbiyyatının nəhəngi”
adlandırılan Con Ernst Steynbek deyir: “Gəldiyim qənaət
budur ki, yaxşı müəllim yaxşı bir sənətkardır.
Digər böyük sənətkarlar kimi onların da sayı
azdır. Hətta çalışdığı sahə
insan ağlı və ruhu olduğu üçün müəllimlik
sənətkarların ən böyüyü belə ola bilər”.
Haqqında danışdığımız, sayı az olan
SƏNƏTKARA bənzədilən müəllimlərdən
biri idi...
Xırda
araşdırmalarımdan sonra öyrəndim ki, Şahraz
İbrahimovun çapdan çıxmış elmi əsərlərinin
ümumi sayı 75-dən çoxdur. “Bazar iqtisadiyyatı
şəraitində yüngül sənaye sahələrinin
inkişaf etdirilməsi problemləri”, “Xalq istehlakı malları
istehsalının əsas İnkişaf istiqamətləri”, “İstehlak
malları istehsalının dinamikasının təhlil və
inkişaf istiqamətləri”, “Yüngül sənaye
mallarınn keyfiyyətinin yüksəldilməsinin texniki –
iqtisadi tədqiqi”, “Xalq istehlakı malları
istehsalının inkişaf dinamikasının təhlili və inkişaf istiqamətləri”, “Metoäèêè îöåíêà
ðûíî÷íîé ñòîèìîñòè è ïðèâëå÷åíèå èíâåñòèöèîííûõ ðåñóðñîâ”,
“İstehlak malları istehsalının əsas inkişaf
istiqamətləri”, “Yüngül sənaye müəssisələrində
yeni texnika və texnologiyaların tətbiqi istiqamətləri”,
“Azərbaycan sığorta bazarının formalaşması
istiqamətləri”, “Sığorta iqtisadi inkişaf təzahürüdür”,
“Şəffaflığın artırılması və
korrupsiyayan qarşı mübarizədə səxsiyyətin rolu” və digərləri
Şahraz İbrahimovun bu xalq, bu millət qarşısında
xidmətlərinin göstəricisidir.
... Şahraz İbrahimov ömrünün 68-ci
baharında canından artıq sevdiyi torpaqla nəfəs-nəfəsə,
ürək-ürəyə dayandı. Dörd ildir ki,
övladları, doğmaları - Şahrazsevənlərin
hamısı böyük alimi, böyük insanı hörmətlə
xatırlayır, məzarını ziyarət edirlər, elmi fəaliyyəti
yaddaşlarda təzələnir.
Alim-jurnalist münasibətlərimiz sonradan şəxsi
dostluq münasibətinə çevriləndə
düşündüm ki, onun haqqında mənə
danışanlar öz fikirlərində
yanılmamışdılar. Şahraz müəllimlə
doğmalaşandan sonra daha çox müsbət keyfiyyətlərini
kəşf etdim onun. Aramızda müəyyən bir yaş fərqi
olsa da bir-birimizə qardaş və dost olduq. Dəfələrlə
birlikdə İsmayıllı və Göygöl
rayonlarına səfər etdik. Şahanə qamətli,
ağayana rəftarlı Şahraz müəllimin sinəsində
Vətənə sevgiylə, insanlara şükranla dolu bir
ürəyi vardı.
Müşahidələrim zamanı gördüm ki,
Şahraz müəllimin bu Vətənə, bu torpağa olan
sevgisi heç nə ilə ölçülə bilməzdi.
Hər dəfə görüşəndə əsas
aramızda müzakirə mövzusu məhz Qarabağ məsələsi
idi. O, torpaqlarımızın
azad olunacağına o qədər inamlı idi ki, sanki o gələcək
günün konturlarını görürdü. O,
dünyasını dəyişəndən altı ay sonra Azərbaycan
DƏMİR YUMRUĞUnu düşmənə göstərdi,
qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən
Müharibəsində
ZƏFƏR TARİXİni yazdı. Şahraz
İbrahimovun və onun kimi dünyasını dəyişmiş
minlərlə Vətən sevdalısının ruhu dinclik tapdı.
Bir insan dünyadan köçəndə həyat
dayanır deyirlər. Amma bu fikirlə razılaşmıram. Həyat
bir tərəfdə cismən dayanır. Ruhlar əbədiyyən
mövcud olduğu kimi, yerdə qalanların da
varlığı bu doğmalığı yaşadır.
Şahraz müəllimlə yarımçıq qalmış
dostluğumu bu gün oğlanları Rövşən və Rəvanla
davam etdirirəm. Yəni, bizim qardaşlığımız
da, dostluğumuz da əbədidir. Övladları Rövşən
vətən keşiyində-xidmətdədir, Rəvan isə
həkim kimi sağlamlığımızın keşiyində
dayanır.
Son dörd ildə-Şahraz müəllimin həyata
vida dediyi gündən bu günə qədər olan vaxta
gözüm hər yerdə onu arayır. Elə bilirəm ki,
yenə də axşamüstü işdən çıxacaq,
zəng edəcək. Birlikdə Azərbaycan Milli Elmlər
Akademiyasının həyətində gəzişəcəyik.
Sonra da hardasa oturub ya çay içəcəyik ya da
çörək yeyəcəyik. Mən Şahraz müəllimin
timsalında dəyərli
dostumu, böyük qardaşımı itirdim. İtirdim
deyəndə Şahraz müəllim haqq dünyasına
köçdü, bizlər isə nahaq dünyadaa qaldıq. Mənim
dostum, mənim böyük qardaşım mənim
üçün bu gün də yaşayır sabah da
yaşayacaq...
... Yenə də yaddaşımızda,
düşüncələrimizdə odur. Ruhun şad olsun
Şahraz müəllim!
P.S. Sənə, qardaşlığımıza və
dostluğumuza laiq yazı yazmaq istədim. İstədim biləsən
ki, mən səni unutmadım. Səni indilik ancaq yazımla
xatırlaya bilirəm. Rahat uyu əziz qardaşım.
Sənin kiçik qardaşın, dostun:
Yusif MƏHƏMMƏDOĞIU
Ədalət .- 2024.- 5
aprel,¹ 12.- S.10.