Əməkdar artist:
“Elə insanlar var ki, həqiqətən öz yerlərində deyillər”
90-cı illərin gəncləri onu “Yad qızı”nın “Haldun”u kimi tanıyırlar. Son 10 ilin gəncləri
isə onu “Stalinin başı” komediyası ilə sevirlər.
Müsahibim əməkdar artist
Kazım Həsənquliyevlə
aktyorluq sənətinin məsuliyyətindən, teatrda
baş verənlərdən və bu sənətin çətinliyindən
danışdıq.
- 90-cı illərin məşhur televiziya
tamaşası “Yad qızı”nda yaddaqalan obraz
yaratdınız və kifayət qədər də sevildiniz.
Ondan sonra nədənsə tamaşaçılarınız
sizi ekranda görmədi. Buna səbə nə idi?
-Biz sizinlə söhbətimizi ardıcıllıqla
başlasaq daha məqsədəuyğun olar. Sözü gedən məşhur
tamaşa televiya tamaşası idi. Mən Haldunu ifa etməzdən
əvvəl tələbəlik illərim var idi. Bu illərdə
mən hələ ali məktəbin 1-ci kurs tələbəsi
idim. Bu tamaşanı mərhum rejissor Lütfi Məmmədbəyov
çəkmişdi. Elə o vaxtdan Lüfi müəllim mənə
demişdi ki, bir tele-tamaşada sənə rol verəcəm.
Qismət belə gətirdi ki, mən Haldunu oynamalı oldum. Bu
tamaşa çəkiləndən sonra mən ali məktəbin 3-cü
kurs tələbəsi olanda
quruluşçu rejissor
xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda
“Mənim ağ şəhərim” adlı bədii filmdə baş rolu ifa etdim. Həmin il Azərbaycanda
ilk teleserial olan “İtgin gəlin”
seiralında rol aldım. Bundan sonra isə yenə də M.Fərzəlibəyovun
quruluşunda “Qaçaq Süleyman” filmində rol
adım.Bilirsiniz, mən
heç kəsi qınamıram. Düşünürəm
ki, yəqin günah mənim özümdədir ki, həmin ərəfələrdə
rejissorlar üçün maraqlı olmamışam. Yəqin
ki, bu belədir.
-Bu, rejissorların günahı idi, yoxsa sizin sənətinizə
birbalaca arxayınlığınız idi?
- Xeyr, xeyr. Sənətə arxayın oldunsa, onda gərək gedəsən. Mən hal-hazırda
sizinlə müsahibədən sonra
məşqə gedəcəm. Mənim üçün
teatr hər şeydən vacibdir. Teatrda işləyən adam hər
gün fəal olur. Ancaq kinoda isə bu belə deyil. Onu da qeyd
edim ki, teatrdakı aktyorlar
rahatlıqla serialda və ya filmdə yaxşı rol ifa edə
bilirlər. Çünki artıq bu aktyorlar səhnənin hər tərəfini canlı rolla
müşahidə edə biliblər. Yəni
tamaşaçıya canlı obrazlar nümayiş etdiriblər.
Bu, aktyor üçün çox vacib məqamlardan biridir.
Sizin dediyiniz o arxayınlıq söhbəti heç
zaman ola bilməz. Kim özündə arxayınlıq
yaradıbsa, elə bil onun sonu gəlib çatıb.
Məndə isə arxayınlıq deyildi. Sadəcə
rejissorlar məni görmürdülər. Yeni nəsil gələn
rejissorların aktyor seçimi, baxış prizması fərqli
idi. Yəni indiki dövrdə isə heç bir rejissoru məcbur
etmək olmaz ki, mütləq məni filmə çək. Bu
mümkün deyil.
-Ümumiyyətlə, elə rol olubmu gözləmisiniz ki, rejissor o rolu
sizə həvale etsin. Ancaq həmin
rol başqa aktyor yoldaşınıza verilib.
- Ümumən, hər bir aktyorun içində bir istədiyi
obraz var. Hətta deyərdim ki, obraz yox, obrazlar var. Ancaq mən
yalnız o obrazı oynamaq arzusunda ola bilərəm. Əgər
rejissor o obrazı mənə həvale etmirsə, mən deyə
bilmərəm ki, həmin obrazı mənə ver.
Amma bütün bunlardan əlavə mən həmin
rolun adını çəkə bilmərəm.
Çünki o rolun adını çəkməklə mən
müəyyən dostluq sərhədlərin pozmuş ola bilərəm.
Bunu lazımsız bilirəm. Axı bunun nə mənası
var ki?
-Akyor üçün istedad kifayət edir, yoxsa o, daim
çalışmalıdır?
- Xeyr, qətiyyən
istedad kifayə etmir. İstedaddan əlavə illərin zəhməti
gərəkdir. Aktyor zəhmətsiz ucala bilməz. İstedadı
mütləq yönləndirmək lazımdır.
- Səhnəyə yeni addımlarda maneələri
hiss edirdiniz?
-Məni indi də o maneələri hiss edirəm. Mən ömrümün 24 ilini
teatr səhnəsinə həsr etmişəm. Bütün
insani dəyərləri və münasibətləri
yaşından aslı olmayaraq bütün həmkarlarla qorumaq
lazımdır.
-Bəs sizin özünüz necə, gənc aktyorlara
dəstək olursunuzmu?
- Yaşından aslı olmayaraq hər bir aktyor bu
teatrın işçisidir. O ki qaldı gənclərə,
sizə deyim ki, onlar bu teatra qəbul edirlərsə demək
ki, onlar artıq həyatı dərk edən gənclərdir
və artıq onların uşaqlıq çağı arxada
qalıb. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında
çalışan hər bir gənc aktyor öz
çalışdığı
teatrın məsuliyyətini bütövlüklə dərk
etməlidir. Təbii ki, məlum məsələdir ki, gənclər
hələ indən belə səhnədə yetişəcəklər
və bu sənəti daha dərin öyrənəcəklər.
Dediyim ki, axı istedadla bərabər zəhmət də gərəkdir.
- Nəyə görə məhz teatr…?
-Hə, maraqlı sualdır. Bu, artıq ayrı bir
mövzudur. Mən yenə də biraz əvvəl
danışdığımız mövzuya qayıtmaq istəyirəm.
Teatr aktyoru filmə çəkiləndə rejissordan əvalə
onun çəkiliş meydançasında obraza tam fərqli bir
yanaşması olur. Dediyim kimi, axı teatr canlı səhnədir.
Yüzlərlə tamaşaçı səni izləyir və
sən də canlı səhnədə bir obrazı yaradırsan və orda
özünəməxsus jestlərin də mütləq ki, yer
alır. Ancaq kino aktyoru heç vaxt teatrda bunu edə bilməz.
Teatr akyoru hər gün səhnədədir. Hər gün
canlı səhnədə olan aktyorun potensialını təsəvvür
edirsinizmi?Teatr akyoru filmə çəkiləndə yalnız
və yalnız rejissordan “motor” sözünü eşitməyə
tələsir ki, bütün istedadını mükəmməlcəsinə filmdə nümayiş etdirsin.
- Etiraf edək ki, aktyorların çoxuna yüksək
dəyər verilmir. Bu, yəqin
ki aktyorun ruhdan düşməyinə səbəb olur…
-Hər kəsin öz vəzifəsinə
aid daşıdığı bir yük var. Çox zaman
istedadlı aktyorlara bu mənəvi sənət
yükünü daşımasına
şərait yaratmırlar.
Elə insanlar var ki, həqiqətən öz yerlərində deyillər. Çünki hər kəsə
öz görəcəyi işi tapşırmırlar. Bu isə
uğursuz nəticələrə səbəb olur. Bu kimi
addımlar da istedadlılara mane olur. Bu, birmənalı şəkildə
belədir.
- Aktyorlar arasında “mütləq bu rolu mən
oynamalıyam” prinsipi olurmu?
- Biz bunu əvvəldə qeyd etdik ki, aktyoru rejissor
seçir. Ancaq normal düşüncəyə malik aktyor qətiyyən
belə bir prinsipə düşmür. Çünki bu əsassız
prinsip yalnız həmin aktyorun özünü dəyərdən
sala bilər. Normal aktyor bunu mübahisəyə gətirib
çıxarmaz. Bu aktyora yaraşan söz deyil. O ki qaldı intriqaya, teatra aid olmayan
və teatrdan kənarda elbəttə ki, çox intriqa baş
verir. Bunlar isə yalnız şəxsi münasibətlərdir. Təbii ki, aktyor da insandır, onun
da özünə görə əqidəsi və həyat
prinsipi var. Buna görə aktyoru günahlandırmaq və
qınamaq özü bir günahdır. Teatrdakı intriqalar isə
çox kiçik intriqalardır.
- Teatrdakı bu kiçik intriqalara görə küsmək
olarmı?
- Bilirsiniz, bu hadisələr səhnədə baş
versə də insan qəlbidir, təbii ki, bizə adi gələn
bir söz kiməsə xoş gəlməz. Axı insan
xarakterləri də müxtəlifdir. Hələ
düşünəndəki həmin adam yaradıcı
insandır…
- Bəs sizdə necə olub belə hallar?
-Hamımızın həyatında baş verə bilər.
Ancaq qısa zaman kəsiyində məsələ
aydınlaşıb və hər şey öz həllini tapıb.
- Məsələ öz həllini tapmasında ilk
addım sizdən gəlib, yoxsa qarşı tərəfdən?
- Bilirsiniz, o artıq mənim düşdüyüm vəziyyətdən
aslıdır. Ancaq mübahisənin qaynağı məndən
gəlibsə, addım atmaqdan çəkinməmişəm.
Ancaq qarşı tərəf düz hərəkət etməyibsə,
təbii ki, qarşı tərəfin addımın gözləyirəm.
- Ümumiyyətlə həyatda kinli insansınız?
- (Çox fikirləşir)… Heç özüm də
bilmirəm.
-Təsəvvür edin ki, səhnədə rol
oynayırsınız . İllərlə görmədiyiniz
insan tamaşaçı qismində zalda əyləşib və
birdən gözünüz ona sataşır. Bu vəziyyət
səhnədəki əhvalınıza təsir edərmi?
- Yox, qətiyyən! Nə üçün təsir
etməlidir ki? Mən səhnədə olarkən
tamaşaçıya diqqətlə baxmıram ki, kimisə dəqiqliklə
tanıyım. Bunlar hamısı romantikadır. Belə
romantik vəziyyət isə yalnız səhnədə olur, vəssalam.
Real həyatda belə bir şey yoxdur! Real həyatda ramantika ilə
yaşamaq olmaz! İndiki dövürdə axı nə
romantika olsun ki? İndi romantika üçün şərait
yoxdur. Ola bilsin ki, bu sözlərimlə kimsə
razılaşmasın. Həmin razılaşmayan insan gəlsin
yanıma onunla real həyat hadisələrindən
söhbət edək, mən ona bu sözlərimi sübut
edim.
Əntiqə Kərimzadə
Ədalət .- 2024.- 19
aprel,¹ 13.- S.14.