Can sağlığının sorağında
Hekayə
- Xəzəllər
quruyub, əldən düşüb! Onlara ikinci həyat necə
vermək olar?
- İşimizi bilirik. Bir gün sanatoriyanın
böyüyü Bəhram direktor bizi "petiminutka" iclasına
çağırdı. - Xalq şairimiz bütün dünya
insanlarının, bizim də sağlam
yaşamağımızı istəyir - dedi. -
Reşotkaların o tərəfindəki asfalt yolun mazut nəfəsi,
maşınlardan çıxan qazlar həyətimizə dolur,
xəstə qonaqlarımızı zəhərləyir. Amma a
yoldaş. Biz də nəsə bir iş görməliyik, ya
yox! Atmosferdəki "Ozon qatı" yırtılıb
dağılır. İstiləşmə yer-göyü
yandırır. Bunun qabağını necə alaq?
Qulaqları da papağının içində itib-batan Mədət
kişi əlini qaldırdı. - Məni utandırma, qadan
alım, ay direktor. O qazların, tüstülərin, zəhərlərin
canını almağa zambaqlarıma nə gəlib?
Bağbanı mənəm bu tərəflərin. Mənim tədbirimi
özün görəcəksən! İndi də icazə ver
gedim işimin dalınca - deyib yanlara basa-basa qapıdan
çıxdı. - A yoldaşlar, gəlin,
başımızın üstündəki aydan arı, sudan
duru o səmanı təkcə qazlarla demirəm, lap siqaret
tüstüləriylə də zədələməyək -
deyib söhbətini yekunlaşdırdı direktor. O gün-bu
gündü sutkada iki paçka siqaret sümürən
şef pover Kamran indi heç bir dənə də çəkmir.
- Bəlkə and içib? Qurana əl basıb? Siqaret çəksə,
Quran qənim olar, o da ölər?
- Yox, şef ölməyindən qorxmur. Direktordan
qorxur.
- Niyə? İşdən qovar onu?
- Yox. Direktor çörəyə bais adam deyil. Kamran
o direktorun danlağından qorxur. Direktor hərdən elə
ağır söz deyir ki, onu heç qatır da çəkə
bilməz. Ona görə də stalovanın bacasına kərənaya
oxşayan bir tüstü təmizləyən qoydurub.
- Min dəfə "sağ ol" deyirəm mən də
baş aşbaz Kamrana. Yaxşı, bəs sən
yığdığın xəzəlləri neyləyəcəksən?
Bayaq dedin ki, yandırmayacaqsan! Göydəki buludları da zəhərləməyəcəksən?
Bəlkə aparıb yığasan seyfə! Bəzi nazirlər
qızıl-brilyant yığır seyfə!
Sifəti allandı cavan oğlanın. Gözümə
zillədi gözlərini. Səhvə yol vermişdim. Heysiyyətinə
toxunmuşdum.
- Mən süpürgəçiyəm.
Qızılım, brilyantım da xəzəldi. O xəzəllər
mənim köməyimlə ikinci həyatlarını
yaşayacaqlar. Mən o xəzəl topalarını
torpağın altına basdıracam. Xəzəllər orda
gübrəyə çevriləcək. Zambaqlarımız da
bu təbii gübrələrlə mayalanıb daha
yaxşı qol-budaq atacaqlar! Zambaqların oksigen nəfəsinə
"Ozon qatı"nın da ehtiyacı var - dedi, gülərüz
oğlan və məni utandırdı.
Bakıda adamın cığını
çıxaran istilərdən qaçıb, Qubanın
"Qız bənövşə", "Qəçrəş"
meşələrinin sərinliklərinə
qısılmışdım.
Şəhərin "Orta" məhəlləsindən
havalanan "Aptekçi Xanbabanın qızı Xurşud
Bakıdakı doktorluq instutuna öz başınan girib" xəbəri
ildırım sürətilə bütün məhlələrə
yayıldı. Hər ağızdan bir avaz gəlirdi.
"Xurşud instituta öz başınnan girib?! İnanan
daşa dönsün". "Eh, sözdü də
danışırlar. Həkimlik institutu əlli min rubladı.
Apteklərdə alver ölüdü. Xanbaba beş-on
köpüklük xinni, aspirin, öskürək dərmanı
satıb əlli mini yığa bilməz". "Amma
türkəçarə həkimliyi o nəsildə Allah
vergisidi. Qızın nənəsi Cirə Məsmənin həyətində
sirli-sehirli bir ağac var. Xərəkdə gətirilən xəstələri
arvad o ağaca bağlayır, sonra üzünü qibləyə
tutub elə bir dua oxuyur ki, xəstə yerindən qalxıb
"ləzginka" oynaya-oynaya gedir evlərinə. O Xurşud
da çoxbilmişdi. Nənəsinin tökdüklərini
yığa-yığa gedəndi" - deyib, qızı tərifləyirdilər.
Bakıda Voroşilov (indiki Səbail) rayonunun Komsomol
Komitəsində işləyirdim. Bu hadisə barədə
"Azərbaycan gəncləri" qəzetində bir
oçerk çap etdirib "Ali məktəblərə qəbul
əlli minədi" - bu və buna bənzər böhtanlara
son qoymaq istəyirdim. "Orta" məhəllənin
ortasında ora-bura boylanır, mənə heyrətlə
baxanlardan Xanbabanın evini soruşurdum.
- Xanbabanın qapısı "Jenklubun" yanında
göy çernil rəngli qapıdı - dedilər.
Addımlarımı yeyinlətdim... "Jenklubun" tinindən
vedrələrlə su aparan bir qadın çıxdı.
Qollarımı irəli uzadıb arvadın vedrələrini
götürmək istədim. O, əlindəkiləri yerə
qoyub, sifətinə dağılmış
saçlarını ləçəyinin altına yeritdi. -Dəymə,
üst-başın islanar. Ayaqqabıların da zay-may olar!
- "Nazlı" gölündən gətirirsiz bu
suları? Uşaqlıqda çox içmişəm,
yayın cırcıramasında buz kimi olur, dadı-tamı da
ürəyə yatandı.
- Hə... Qədrini bilmədik - əlini sinəsinə
qoyub bir "ah" ötürdü. - O gölü qurudublar.
Ayaqlarım yerə yapışdı.
- Üzü ayna kimi işıqlıydı.
Qamışların arasında arabir qaz, yaşılbaş da
görünürdü. Hansı əli qurumuş qurudub onu?
Axı, kimə nə pisliyi dəyib? Daşıb, sellənib,
evləri yıxıb, əkinləri batırıb?
- Yox daşmayıb. Qadın məni doğma nəzərlərlə
təpədən dırnağı kimi süzdü. - Səməd
Vurğunu tanıyırsan yəqin ki?
- Bəs necə? O, sənət müəllimimdi. O, həm
də təbiətin vurğunudu. Ovçudu! Gecə-gündüz
çöllərdədi. O gölü qurutmaz, başına
güllə çaxsalar da!
- Amma görüm ki, kökləri kəsilsin!
- Sən kimi qarğıyırsan, ay xala!
- Bu şəhərin xaxaları, başbilənləri
gölə axan suların başını öz
bağlarına, bostanlarına çevirdilər. Göl
bataqlığa döndü. Quş-muş görünmədi
ara-bərədə. Dedilər ki, qaz çıxır gölün
yerindən. Lax yumurta iyi basdı şəhəri. Oğlum, elə
o qara günlərimizdə də Səməd Vurğunun vəsiyyəti
barədə söhbətlər oldu televizorda. Sonra Bakıdan
gələnlər "gölün yerindən qalxan qaz
zolaqları göydəki "Ozon qatı"nı yekələyib,
sökür" deyib, çay daşlarıynan doldurdular
gölü. Hə! Hə! O şairin xeyri çox dəyib bizə.
Bu şəhərdə "qamaxoz" həyətləri
var. İt qursağı yağ götürmür, ay bala! Bir
az bolluq oldu. Adamlar qudurdular. Nimdaş paltarları,
sırınmalı yorğanları, şüşəsi
qırıq şkafları da həyətin ortasında üst-üstə
yığıb, altını oddadılar. Birdən elə
olurdu ki, bir neçə həyətdə tonqal
yanırdı. Eyvanda oturanda da elə bilirdim təndirxanadayam.
Bir gün də komoxozun naçalniki Dümbək Rza
camaatı başına yığıb dedi ki, burda tonqal
yandıranlar, his-paslı tüstülərlə göydəki
"Ozon qatı"nın atasını yandırırlar. Biz
də istilərdən əziyyət çəkirik. O, zibil
yandıranları "ştraf" elədi. Suda verilənlərə
iş kəsildi. O cənnətdik Səməd Vurğunun vəsiyyəti
qubalıların ömrünə ömür caladı.
- Ay xala, buralarda aptekçi Xanbabanın evi
olmalıdı. Qapısını mənə göstərərsənmi?
Müsahibim əlini qaşının üstünə qoydu. -
Bura bax! Səni bir şairə oxşadıram. Televizorda da
görürəm arabir. Neynirsən Xanbabanı? Qızı
Bakıda doktorluq institutuna girib. Sən də yüyürtnbə
gəlmisən ki... Başımı razılıqla tərpədib
- Hə, - dedim. Arvad bir-iki addım irəli gəldi.
Üzü güldü: - Harda işləyirsən? -Bakıda,
raykom komsomolda. Raykom sözünü eşidən arvadın
dodaqları qaçdı.
- Hə! Xanbaba oğlumdu. Evdə olmasa da yerin
deşiyindən çıxardaram!
Raykom basıb-kəsən idarədi. Raykomun gəliri
seldi, dənizdi. Oğlum, yaxşı daş-başın da
var da. Ev-eşik eləmisənmi özünçün? -Evim
yoxdu, xala - dedim. -Amma hökümət verəcək. Hələ
kirəçiyəm.
Əlbətdə ya bir zavod direktorunun, ya bir
zavmağın çəkərsən məşər
ayağına. "Dom Sovet" boyda ev tikdirər səninçin.
İçini də importnu mebelnən doldurar.
- Yaxşı, ay bala, maaşın da çox
güclüdü də!
- Ayda yetmiş rubl! İyirmi beşini kirəyə
verirəm. Qırx beş rubl qalır. Hər günə bir
rubl yarım. Arvad iki addım geri çəkildi.
Yumruqlarını şalının altından
çıxartdı. Boksçu döyüş vəziyyəti
götürdü: -Hə! Yoxdu, yoxdu! Xanbaba evdə yoxdu! Ay,
hay! İştahına da qoz halvası! Hesab eləyirsən ki,
Xurşud altı dolu Xanbabanın qızıdı. Atası ev
alar, altına maşın qoyar! Sən də
yüyürüb gəlmisən ki, nişanlayasan qızı.
Sən yoxey, lap Allahın bacısı oğlu gəlsə də,
nəvəmi verən deyləm. Oxuyub qurtarar, sonra da ürəyi
istəyənə gedər. "Oğlan evinin xəbəri
yox, qız evində toydu" dedim ürəyimdə. Ancaq məni
bu qapıya gətirən nişan qoymaq həvəsi deyildi. Mən
Xurşudu Bakıda bizim komsomol komitəmizə büro
üzvü seçdirər, az sonra instruktorluğa irəli
çəkdirərdim. "Bəlkə Xurşud nənəsinin
vedrələrini aparmağa gələr"düşünür,
tez-tez geri boylanır, məhlədən
uzaqlaşırdım.
İcraçı binaya aparan qaratorpaq
cığır, zambaq talasının ortasından
keçirdi. Gövdələri köklərdə bir-birinə
söykənib sıxlaşır, cığırla tala
arasında keçilməz səddə çevrilirdi.
Yumşaq, çılğın mehlər əllərimin
üstünü, üz-gözümü də zərif-zərif
dalayırdı. Göyün üzü sarıya
çalırdı. Zambaqların sarı tozuna
bürünmüşdü üfüqlər də. Səmada
ulu şairin tövsiyəsinə uyğun proflaktik işlər
gedirdi. Zambaqların oksigen zərrəcikləri göylərin
dərinliklərinə işləyərək, "Ozon
qatını" zəhərli qaz -tüstü həmlələrindən
qoruyurlar. Dərindən nəfəs alanda ciyərlərimin
qırışları şaqqa-şaqla açılır,
içərilərimdə at çapırdılar sanki.
Gözlərimin böyüdüyünü,
dodaqlarımın səyrişdiyini görürdüm. Həyətin
ağaclarında, yarpaqlarında da daş sükut
yaşanırdı. İşdi-şayət, bir quş
uçsaydı, qanadlarının çap-çapı
İnzibati binanın divarlarında əks səda verər,
zambaq ləçəklərində günəş
vannası qəbul edən kəpənəkləri çərəm-pərəm
salardı. İrəliləyirdim. Taq-tuq səslərinə
ayaq saxladım. Pəhləvan cüssəli
dalğanaxış köynəkli bir kişi gah çömbəlir,
gah dizləri üstə oturur, maşaya oxşayan budama
qayçısını kolların altına yeridirdi. Matros,
Fidel Kastronun beretkasına oxşayan
"günlüksüz"ünü qamarlayıb alın
qırışlarında yırğalanan tər
damcılarının üstünə basdı. Birdən
noldusa qayçını kənara tulladı. Pəncələri
üstə qalxaraq, İcraçı binanın tüstülənən
bacasına zilləndi. Başını bulaya-bulaya bamaq silkələdi
korun-korun tüstülənən bacaya. Burnunu tez-tez çəkir,
dodaqlarını marçıldadır, tüstünün
acılığını, şirinliyini yoxlayırdı
sanki. Başını razılıqla tərpədib,
kolların altına yeritdi qayçısını.
Dənizçinin qəribə hərəkətləri,
- kolları "uf" demədən qırması,
tüstülənən bacaya barmaq silkələməsi,
öz-özünə danışması da təəccüb
doğururdu.
- Niyə belə narahatsan, ay matros əmi?
Yaxınlaşıb qolundan tutdum. Dartıb, qolunu əlindən
çıxartdı.
- Matros deyiləm. Bosman olmuşam "Aşıq
Ələsgər" gəmisində. Göyərtə
komendasının naçalniki, - bosman! Gəminin
"prixod"u, "atxod"u mənim komandalarımla aparılıb.
Deyərsən ki, bu kişi dəlidi, nədi, tez-tez bacaya
baxıb, burnunu çəkir. Havanı niyə yoxlayır?
Londonda "Orion" limanının uzaq reydində yük
gözləyirdik. Kalpitimizi, poçtumuzu gətirən
Şipşandr qoltuğunun altına bir qazet itələdi. -
Burda sizin Xalq şairimizin dərin məzmunlu bir məqaləsi
var. Şair qlobal istiləşmənin qabağını
almağa çağırır bütün dünyanı. Hər
kimdisə zor iş görür - deyib əlimi sıxdı.
Qazetin qatını açırdım ki, gəmimizi
körpüyə dəvət elədilər. Trumlara kimyəvi
amyak gübrəsi yükləyəcəkdilər. Özü
də "nasıp", yəni toz halında. Evimiz
yıxıldı ki? Gəmi heyəti bir-iki həftə bu
amyakın zəhərini udmalıdı?
Düşündüm. Kapitana dirəndim ki, gəl biz bu
yükü götürməyək.
- Niyə, ay Bosman? Yük tapmaq da asan deyil! Bunu əldən
buraxsaq bilirsən gəmiçilik başımıza nə
oyun açar?
- Əlbəttə, bilirəm. Ancaq o kübrə
xüsusi kisələrdə daşınmalıdı. Toz
halında xata-baladı. İki saatdan bir tryumların
qapıları açılmalıdı. Əgər
açmasaq qazlar gəmini partladar.
- Hə! Neynək? Açarıq da. Qazlar uçub, rədd
olar! -Xeyr, dedim! Qazlar uçmazdan əvvəl kayutlara dolacaq.
Biz zəhərlənəcəyik! Başıma gəlib də.
Elə bu gəminin matrosuydum. Azot gübrəsi
aparırdıq. Körpücükdə düyməni
basıb tryumların qapısını aşdılar. Külək
bir neçə cəngə azot tozunu çəkdi
başıma. Gözlərim tutuldu. Nəfəstənglikdən
indi də əziyyət çəkirəm. Heç
düşmənimə də qıymaram çəkdiyim
zülmü. Gəmimizdən qalxan ammonyak qazları buludlara
çökəcək. Zəhərli yağışlar
buğda zəmilərini, bağların, bostanların bəhrə-
barını da ağuya döndərəcək. Ən pisi
odur ki, o qazlar "Ozon qatı" nın qəzalı sahələrini
də genişləndirəcək. O boyda İngiltərə
şairimizin sözünü eşidir, amma biz gəmimizdə
qaz bolluğu yaradıb, "Ozon qatı"nın kələyini
kəsirik. Bu hərəkətinə görə gəmiçilik
şurasından yağlı şapalaq yeyəcəyəmi
bilirdim. Amma yoldaşlarımın gözləri nurdan
düşməyəcək, qaşınmadan əziyyət
çəkməyəcəklər. Nazim Hikmətin "Mən",
"Sən", "Biz" deyən
çağırışına xalqların necə
qoşulduğunu görəcəkdi dünya. Kapitan yuxudan
ayıldı elə bil. Gözlərini ovuşdurub, çox sərt
danışdı. -O xatalı yükə, - ammonyak gübrəsinə
arest qoyduracam -dedi.
Bakıya boş qayıtdıq. Gəmiçilik
Şurasında kapitana şiddətli töhmət verdilər.
Məni işdən qovdular. Bekar otura bilməzdim. Hər yana səs
salan Naftalan "zambaqlarından" mənim də xəbərim
vardı. Gəldim, Bəhram direktor mənə müxtəlif
vəzifələr təklif elədi. Mən, ocaqçı -
koçaqarlığı seçdim.Havanın
sağlamlığı bizim əlimizdədir. Çörəksiz,
susuz beş-altı gün yaşamaq olar. Amma havasız bir dəqiqə
də mümkün deyil. Bu gün smenimin qurtarha-qurtarında
Bakıdan bir sisterna yanacaq gətirdilər. İndi peçlər gur-gur
yanır. Mən də tüstülü havanı burnuma
çəkib, bilmək istəyirdim ki, bu solyarkaya mazut
qalıblar, ya yox?
- Mazutu kim qatır? -Ekspertlər, fəhlə,
sürücü. -Nəyə görə, axı? -Vallah, deməyə
də xəcalət çəkirəm. Bir ton solyarkaya iki
yüz litr mazut qatan, az-maz pul qazana bilir.
- Necə oldu? Yoxlama nə göstərdi?
- Təmizdi yanacaq!
- Heyran olmamaq mümkün deyil bu cöv-cəlala. Yəqin
akademiklərin, alimlərin əməyi var bu
bağ-bağçanının salınmağında. - Xeyr, əşi!
Bağban Mədət bağçılıq işində
Miçurini cibində gəzdirər. Burdakı bütün
işçilər ekologiyanı qoruyanlardı. -Aşpaz
Kamranın eqzotik kəşfləri hamımızı mat
qoyur. Bir dəfə də yeməkxananın ortasında iki
elektrotəndir qalatdırdı. Birində toyuq ləvəngisi,
o birində təndir çörəyi bişirdilər. Təndir
çörəyi, motal pendiri! Ye ki, yeyəsən! O gün
qazan xörəkləri bişmədi. Ərzağa qənaət
direktor fonduna xeyli gəlir gətirdi. Ən böyük
xeyrimiz o oldu ki, bacamızdan tüstü çıxmadı.
Xalq şairimiz Səməd Vurğunun ruhu şad oldu. Həkim
personalının işi yaxşı qurulub burda. Qlavvraç
Xurşud xanım çox tələbkardı.
"Xurşud" sözünü eşidcək yerimdən
oldum. "Ayə, bəlkə bu qlavvraç Qubalı
Xanbabanın qızıdı? Eh! Xurşud adında qız nə
çox! Amma, kim nə deyir desin, ayağımı yerə
vurub, yumruğunu masaya çırpıb, israr eləyirəm
ki, bu Xurşud öz başınnan AMİ-yə girən həmin
o Xurşuddu. Axı, ay qardaş, ancaq bilikli, savadlı
kadrları rəhbər vəzifələrə çəkirlər.
Amma "bosman əmi" əllərini ölçə-ölçə
söhbətini davam etdirirdi. -Polşanın,
Bolqarıstanın bəzi zavod direktorları da, daş
atıb başlarını tuturlar ki, təcili zambaq tinkləri
göndərməsəniz zəhərli qazlar bizi öldürəcək!
Ancaq tinglər öz başına cücərmir. Bunun parniki,
gübrəsi, işçisi olmalıdı. Zambaqların
xeyrini yaxşı başa düşən direktor Bəhrəm
Raykomun birinci katibinə bir raport göndərdi. Rayonun
başçısı ərazimizdə bir Zanbaq Kombinatı
tikməyi qərarlaşdırıb. Arada söhbət gəzir
ki, Mədət kişini o Kombinata direktor qoyacaqlar.
- Yaxşı, ay Bosman müəllim,
danışığından belə başa düşdüm
ki, sən buranın ətraf mühitini saflaşdırmağa
çalışırsan! Soruşmaq ayıb olmasın, bəs
axı, budama qayçısıyla qaratikan kollarını niyə
qırırsan?
- A tövbə, bir ota, bir yarpağa da əl vurmaram!
-Bilirsənmi- deyib, -"künlüksüzünü"
gözünün üstündə yanəki oturtdu. - Az-para
sağalan xəstələr gəzə-gəzə bu yerlərə
də gəlirlər. O, budama qayçısını xəndəkdəki
qaratikanlara tuşladı. -Az qala adamın gözünə girələr.
Niyə qara adlanır bu qaratikanlar? Ona görə ki, həm
böyükdülər, həm də ucları çox itidi.
Qonaqlarımızı qıcıqlandırar, əsəbləşdirə
bilər, bu ağrı, sancı dolu tikanlar.
Yusif Həsənbəy
Ədalət.- 2024.- 2
fevral,№4.- S.12.