BİR ƏLİYAR
YUSİFLİ VARDI...
(«Unutmadığım insanlar» silsiləsindən)
Baxma xəritədə
bu qədim şəhər,
Kiçik bir nöqtəylə
qeyd edilibdir.
Bu yurdun qolunda aslan
gücü var,
Bundan cahangirlər
peşman gedibdir.
Qəm yerə
quylanıb şiş qayasında,
O gündən bu
günə vüqar qalıbdır.
Odlar diyarının bu
parçasında
Şadlıq qranitdən
qopardılıbdır.
Bu yerlər qıy vuran
qartal yeridir,
Dostlar qonaq gəlsin qoy
dəstə-dəstə.
Bu qədim
Naxçıvan gül buketidir,
Məğrur bir vətənin qolları üstə.
Bu şeirin müllifi Əliyar Yusiflidir
(1929-1993).Şeir onun əksər şeirllərində dönə-dönə
vəsf etdiyi Naxçıvana həsr edilib. Əliyar Yusifli Naxçıvan ədəbi
mühitinin yetirməsi idi və keçən əsrin 70-80-ci
illərində o iyarda seçilən ziyalılardan olub. O, Moskvada Qorki adına Ədəbiyyat
İnstitutunu bitirmişdi, Naxçıvan Muxtar Respublikası
Dövlət Radio və və
Televiziya verilişləri komitəsinin Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri kimi regionda ədəbi qüvvələrin inkişafında mühüm rol
oynamışdr.
Əliyar Yusiflinin bir neçə şeir kitabı
çapdan çıxıb: «Dağlar
yaraşığı», «Səni xatırlayıram», «Bənövşə
ətri» və s. Mən onunla
Naxçıvana ilk səfərim zamanı (1984) tanış
oldum. Çox mehriban insan idi,
deyirdi ki, ədəbi aləmdə cəmi iki Yusifli var-biri sənsən.
Biri də mən. Əliyar müəllim bir gün məni
doğulduğu Şərur rayonunun Püsyan kəndinə
apardı. Gözəl bir kənd. Səfalı mənzərələr.
Onun altı şeir kitabının hər birində
Naxçıvana həsr edilən şerlər var. Olsun ki, bu
şeirlərin bir çoxu yüksək sənətkarlıqla
qələmə alınmayıb, amma
Naxçıvana həsr etdiyi şetirlərdə əbədi
sevgi var.
Araz üstə dayanmasan mayaqtək,
Gen köksünə yaraşıqdır
gül=çiçək.
Minarələr buluddan nəm çəkərək
Ana yurdun vüqarısan, Naxçıvan
Abidələr diyarısan, Naxçıvan.
Naxçıvanın hər bir guşəsiona
tanış idi və Əliyar Yusiflinin bu mövzuda
yazığı bütün şeirlərini bir yerə toplayanda
bir «Naxçıvannamə» yaranar. Həm də bu şeirlərdə
onun Naxçıvana öz baxışı var, məsələn,
«Əlincə qalası»i şeirində bunun bariz ifadəsini
görürük.
Mərdin bağlananda döyüşdə yolu.
Silahı qoluyla birgə
itirib.
Qayalardan qalxan həmərsin kolu,
Ona budağında nizə bitirib.
Amma elə güman eləməyin ki, Əliyar Yusifli
ancaq Naxçıvanı mədh edibö, o, Azərbaycanın
bir çox guşələrini gəzmişdi, Vətən
onun üçün təkcə Naxçıvandan ibarət
deyildi.Elə bircə «Vətəndən
uzaqda» şeirini oxumaq kifayətdir.
Muğan ceyranının lal baxışları,
Dayandığım yerdən qoparır məni.
Arayır gözlərim Arazı, Kürü
Bilmir bu hicrandan ürək neyləsin.
Qayada oxuyan kəklikdən ötrü,
Az qalır burnumun ucu göynəsin.
Dindirmə ay qardaş, kövrəlmişəm mən,
Ancaq bir çay dəmlə,
dəmlə sən canın.
O çayın buğlanıb qalxan ətrindən
Qoy duym ətrini Azərbaycanın!
Əliyar Yusiflinin
uşaqlıq və yeniyetməlik övrü İkinci
Dünya müharibəsi illərinə düşüb. Odur ki, onun bir çox şeirləri
o müharibənin onda və ümumən bəşəriyyətdə
doğurduğu fəlakətlərə həsr edilib.
«Buhenvald», «Xatının zəng səsləri» şeirlərini
misal göstərmək olar.
Əliyar Yusifli həm də təbiət şairi idi.
Təkcə Naxçıvanın qədim abidələrindən,
özünəməxsus təbiətindən deyil, həm də
küləkdən, dumandan, dağdan yazırdı və
çalışırdı ki, şeirlərində canlı
bir mənzərə yaratsın. «Duman» şeirindəki təsvirlər
DUMAN obrazını yaradır. Yazırdı ki: «Yarandı
torpağın alın tərindən, Quşun qanadını
belinə taxdı. Duman, nəfəsini dərib dərindən
Yerlərdən ayrılıb göylərə qalxdı».Təbiətə
sevgisi dörj misralıq bir
şeirdə görün necə səmimiyyətlə ifadə
olunub :
Bahar xalısını düzlərə saldı,
Bağlarda hər çiçək min rəngə
çaldı,
Qoymadım dərməyə sevdiyim gülü,
Çəməndə bitmişdi, çəməndə
qaldı.
Yaxud, onun «Bənövşə ətri»
ŞEİRİNƏ DİQQƏT YETİRƏK. Azərbaycan
poeziyasında yüzlərlə bənövşə
şeiri yazılıb. Onun bu şeirini də bənövşələrə
həsr olunan ən yaxşı şeirlərin sırasına
qatmaq olar:
Sevən ürəkləri bürüyər oda,
Sevgxisiz qəlblərin yolunu kəsər.
Bəlkə Məcnun qalıb odlu səhrada,
Qarışıb küləyə, üstündə əsər.
Amma onun «Gəlsən Batabata» şeiri deyərdim ki,
indiyənəcən Batğabata həsr olunan (İslam Səfərlidən
sona) ən sanballı şeirlərdən biridir.
Əliyar Yusifli həssas ürəkli, yeri gələndə
kövrələn, göz yaşları axıdan bir şair
olub. Məsələn, onun «Sevincim kədərə
döndü» şeirində bir balıq ovu təsvir edilir. O,
tilova düşən balığı görüncə
sevinir, amma balığı qarmaqdan ayıranda ağzında
çörək qırığı görür: «Sevincxim kədərə
döndü, Sağ əlimdə tilov,Sol əlimdə sazan,
Taqətsiz dayandım, Bir tikə çörək
üçün Boğazını qarmağa keçirən
Balığın halına yandım».
Şeirlərində pislərə, naqislərə
qarşı da hiddətini gizlətm »Naqis» şeirndən misal
gətirirəm:
Gözündə günəşdtr paslı
qurğuşun
Gecə söyləyirsən aydın səhərə.
Əyri danışığın, saxta duruşun,
Qananın alnında çevrilir tərə.
Nəfəsin toxunan çiçəklər solur,
İlan zəhəri var yəqin qanında.
Sənin toyun olur, bayramın olur,
Ürək dostlarını vuruşduranda.
Əməin rişədir insan dərdinə,
Cahana insantək gəlirdin niyə?
Anan daş doğaydı sənin yerinə,
Vətəndə bir naqis azalsın deyə.
2020-ci ildə Əliyar Yusiflinin «Yollarında qaldı
gözüm» şeirlər k5itabı çap olundu. Kitabın tərtibçisi və
ön sözün müəllifi Naxçıvan
Respublikası Yazıçılar Birliyinin sədri Asim
Yadigardır.Qeyd edim ki, Əliyar Yusifli Asim Yadigarn əmisi olub
və əlbəttə, Asim təkcə
əmisinə görə deyil, Əliyar Yusiflini sevən və
onu unutmayan insanların xətrinə bu işi görüb.
Asimin ön sözündən öyrənirik ki, Əliyar
Yusifli həmdə dramaturq idi Onun «Vicdan əzabı», «Səadət
naminə», «Gözüm yollarda qaldı»,»Siz xoşbəxt
yaşayın» dramları NaxçıvanDövlət Dram
teatrında, «Ürək sevərs dramı isə Gəncə
Dövlət Dram teatrında
tamaşaya qoyulub. Onun bir çox şeirləri də
olub ki, bəstəkarlar mahnı yazıblar bu şeirlərə.
Əliyar Yusiflinin yaradıcılığı həm
sağlığında, həm də vəfatından sonra bir
çox ədəbiyyatşünasların (xüsusilə
akademik İsa Həbiibbəylinin) diqqətini cəlb edib və
məqalələr yazılıb.
Bu yazının sonunu
Əliyar Yusiflinin
«Sevmişəm» şeiri ilə bitirmək istəyirəm:
Zəmilərdə dalğalanan sünbülü,
Vətən deyib cəh-cəh vuran bülbülü
Ətir saçan hər çiçəyi, hər
gülü,
Fəsillərdə ilk baharı sevmişəm.
Təmizqəlbi, saf arzunu, diləyi
Doğru sözü, düz iqarı sevmişəm.
VAQİF YUSİFLİ
Ədalət.- 2024.- 9
fevral,¹5.- S.10.