BÜTÜN İSTƏYİNƏ ÇATIB NAXÇIVAN

NAXÇIVAN-MR-100

 

 

Bu gün Yer kürəsi öz məhvərində,

Ulu bir diyarla öyünür hər an.

Dünyanm döyünən düz ürəyində,

Özünə yer tutub, durur Naxçıvan.

 

Tanrıdan pay gələn sərvət-varı var,

Tükənməz qoynunda gövhəri-zəri

Boyca kiçik olan müqəddəs torpaq,

Bəxş edib cahana böyük Heydəri.

 

Elə o dühayla ən ağır anda,

Zamanla üz-üzə durdu Naxçıvan.

O Ulu Öndərin qayğılarıyla,

Yeni günlərini qurdu Naxçıvan!

 

Qəlblər ovsunlayır torpağı, daşı,

Şəfəqə bələnir doğulanda dan.

Çox qədim olsa da, tarixdə yaşı,

Gənclik libasını geyib Naxçıvan!

 

Şərqin qapısıdı, Nuhun yurdudu,

Nəsillər yaşayır «Gəmiqaya»da.

Məğrur «Əlincə»di, qalib ordudu,

Sədərək sınmadı düşmənə, yada.

 

Mənim Naxçıvanım Odlar Yurdunun,

Qeyrət qalasıdı, ər balasıdı.

Günəş qürub çağı büsbütün onun

Çöhrəsi Şahbuzun dağ lalasıdı.

 

Bol nemət yetirən varlı elləri,

Kəhraba üzümlü, heyva, narlıdı.

Sevinc təknəsidi gələn illəri,

Ordubad bəhrəli, Şərur barlıdı.

 

Qoynunda çağlayan «Qızlar bulağı»,

Sevən ürəklərə məhəbbət ələr.

«Sirab», «Badamlı»tək əvəzsiz varı

Çoxları dərdinin dərmanı bilər.

 

Memar Əcəminin gənc nəvələri,

Tikirlər, qururlar, gözəlləşibdi.

Müstəqil günündən ta üzü bəri,

Gözəl məmləkətə bərabər -- birdi.

 

Ay kimi nur saçar, ulduztək yanar,

Çiçək dənizidi qoynunda hər yan.

Onu hər kim görsə bəxtəvər sanar,

Bütün istəyinə çatıb Naxçıvan.

 

 

ŞƏRURUN

 

Dədə   Qorqud   gəzən  Oğuz elimdi.

Uludu  torpağı,  daşı  Şərurun.

Dili  Türkün  dili_ ana  dilimdi,

Qədimdən _ qədimdi  yaşı  Şərurun.

 

Burda   arxalanıb  dağlara  dağlar,

Dərın  dərələrdə  çayları çağlar.

Torpağı  göynəsə göyləri  ağlar,

Arpaçay  sayılır  qaşı  Şərurun.

 

Tanrı    özü  bilən  dərd göndəribdi,

Neçə  fəlakəti  sərt  göndəribdi,

Nanərdin  önünə  mərd  göndəribdi,

Bəlalar  çəkibdi  başı  Şərurun.

 

Ürək  ovsunludu  baharı,  yayı,

Mavi   səmasında  Ulduzu,  Ayı.

Yoxsa da  sərvətdə   payızın  tayı,

Zərgər  naxışlıdı  qışı     Şərurun.

 

Gəzdikgə  görərsən  barlı  düzləri.

Zəhmətlə  nurlanan  gülər  üzləri.

Tanrı  yaradandan  ta  üzü   bəri,

Yeyilir  ellərdə  aşı Şərurun.

 

Yeraltı,  yerüstü  varı  tükənməz,

Zirvədən  qartalı ,  qarı  tükənməz ,

Çiçəyin  üstündən  arı  tükənməz ,

Ətrindən  tanınır  balı  Şərurun.

 

Min  büsat  qurulur hər  bucağnda,

Güllər  ətir  saçır tər  qucağnda,

Ömrünün  gəncləşən  səhər cağında,

Qəlblər  ovsunlayır   halı  Şərurun,

 

Dədə  Qorqud  gəzən  Oğuz  elidi,

Dili  ana dili  _ türkün  dilidi.

Məğrur  Naxçıvanın  d u r n a   telidi,

Qədimdi,  uludu  yaşı  Şərurun.

 

İBRAHİM YUSİFOĞLU

Ədalət.-  2024.- 9 fevral,¹5.- S.13.