Azərbaycanı
dünyaya tanıdan əməllər
Azərbaycançılıq ideyasının təbliği
Hər bir xalqın, hər bir ölkənin və hər
bir millətin öz tarixi, öz mədəniyyəti və
öz yaşam tərzi var. Təbii ki, bu ənənələrə
uyğun da inkişaf və tərəqqi mövcuddur. Birmənalı
olaraq demək olmaz ki, filan xalq daha zəngin və daha qədim
keçmişə malikdir. Bayaq dediyimiz kimi, hamımız bu
fikirlə razılaşmalıyıq ki, hər bir xalq
özünü sevir, özünü yaşadır, adət və
ənənələri ilə dünyaya tanınır.
Azərbaycan da çox zəngin tarixi keçmişə
və qədim mədəniyyətə malikdir. Bu xalqın qədim
bir tarixi, bir həyat tərzi və yaşam yolu var. Bəlkə
də Azərbaycan xalqı dünyanın yeganə millətidir
ki, o, bütün xalqlara, bütün millətlərə
böyük sevgi, böyük məhəbbətlə
yanaşır. Heç də hər bir millət və hər
bir xalq bu dəyərlərə malik deyildir. Çünki bir
də görürsən ki, tarixi olmayan, bir kökü olmayan
millət özünü dünyanın ən qədim
xalqı kimi təbliğ edir. Heç uzağa getməyək,
mənfur erməniləri yada salmaq bəs edir. Bu millətin nə
dövləti olub, nə ərazisi olub, nə də tarixi
keçmişi. Amma özünü dünyaya ən qədim
millət kimi təqdim edir və qəribəsi də odur ki,
dünya ermənilərin bu yalanlarına inanır, onlara sevgi
ilə, məhəbbətlə yanaşır. Deyirlər ki,
yalanın ömrü qırx gündür, qırx gündən
sonra hər şey aydınlaşır, yəni sular durulur və
məlum olur ki, bunlar hamısı yalanmış. Təəssüf
ki, ermənilərin yalanları isə açılmır ki,
açılmır, əksinə gündən-günə
çiçəkləyir, Avropanı və Amerikanı «fəth»
eləyir. Ancaq gəlin səbirli olaq, vaxt gələcək,
onların iç üzü açılacaq və hər
şey göy üzü kimi təmiz olacaq. Bax, onda ermənilər
də ifşa olacaq, onlara arxa duranlar da!
Azərbaycançılıq ideyalarının təbliği
daim diqqət mərkəzində olmalıdır ki, dünya həqiqəti,
eləcə də tariximizi, keçmişimizi və mədəniyyətimizi
yaxşı tanısın. Heç şübhəsiz, xarici
ölkələrdə fəaliyyət göstərən səfirliklər
və eləcə də qeyri-hökümət təşkilatları
xalqımızın nə qədər zəngin
keçmişə malik olmasını digər ölkələrə
çatdırmamış deyil, amma görünən odur ki,
bizi - yəni, Azərbaycanı hələ dünya bir o qədər
də yaxşı tanımır. Təbii ki, bu da dövlətimizlə
bağlı zəngin məlumatları digər ölkələrə
ötürməkdə və çatdıırmaqda ləngiməyimizdir.
Amma fakt faktlığında qalır ki, bu gün Azərbaycana
kimin yolu düşürsə, onlar ölkəmizin nəinki
tarixi keçmişinə və eləcə də
bugünkü inkişafına təəccüblənirlər,
onlar gəlib heç bir ölkədə görmədikləri
diqqəti və qayğını, sevgini bizim ölkədə
görürlər. Onlar görürlər ki, doğrudan da Azərbaycan
balaca ölkə olmasına baxmayaraq, nəinki Yaxın Şərqdə,
dünyada sayılıb-seçilən ölkələrdən
biridir. Çünki bu ölkə heç vaxt dini inanclara və
eləcə də müxtəlif dinlərə və
ayrı-ayrı xalqlara pis gözlə baxmayıb, əksinə
hər bir başqa xalqın mədəniyyətinə, adətinə,
dilinə, dininə hörmətlə yanaşıb.
Bir dəfə Almaniyadan bir əcnəbi bizə qonaq gəlmişdi.
Dedi ki, dünyanın heç bir ölkəsində görmədiyim
mədəniyyəti, əxlaqı Azərbaycanda, Bakıda
gördüm. Adətən, başqa ölkələrdə
olanda, onların vətəndaşları bizə yuxarıdan
aşağı baxırdılar və bəzən hətta
kobudluq edirdilər. Amma Azərbacyanda tamamilə bunun əksini
gördüm. Gördüm ki, mən alman olsam da, mənə
sizin millətin nümayəndələri çox
böyük sevgi ilə yanaşırlar. Avtobusda, metroda
hamı ayağa qalxıb mənə yer verirdi. Sözün
düzü, mən heç harda belə bir diqqət görməmişdim
və çaşıb qalmışdım. Bir nəfər
orta yaşlı bir kişi mənimlə almanca
danışdı. Gördüm ki, bizim dili, tariximizi, mədəniyyətimizi
gözəl bilir. Həmin adam məni evinə dəvət elədi
və bir axşam da qonaq saxladı. İnanın, mənə ən
yaxşı otağı vermişdi və gülə-gülə
dedi ki, biz bu otağı həmişə qonaq
üçün saxlayırıq. Qonaq-qaramız olanda, onlar bu
otaqda istirahət edir və yatırlar. Səhər-səhər
də yuxudan qalxanda gördüm ki, masanın üstünə
çox ləziz gözəl yeməklər var. Qaymağa
gözüm düşdü, dedilər ki, Gəncə
qaymağıdır. Üstünə də sizin Lerik rayonundan
gətirilmiş baldan töküb, ləzzətlə yedim. O
qaymağın, o balın dadı damağımdan bu gün də
getməyib. Nolsun ki, biz avropalıyıq, amma Allaha and olsun ki,
Avropada Azərbaycanda olduğu qədər qonaqpərvərlik,
səmimiyyət və şirinlik yoxdur. Sadəcə olaraq, siz
bunu dünyaya az təbliğ edirsiniz. Ancaq mən Almaniyaya gedəndən
sonra sizin belə gözəl adət-ənənəniz və
qonaqpərvərliyiniz barəsində ağızdolusu
danışdım. Elə mənim qohumlarım da bu söhbətə
çox maraqla qulaq asdılar. Dedilər ki, sənin
danışdığın həqiqətdən çox
nağıla oxşayır. Mən də dedim ki, ay
qardaşlar, demirsiniz nağıla oxşayır, gedin Azərbacyana
görün mən nağıl danışıram, yoxsa
gördüklərimi? Bax, mənim bu söhbətlərimdən
sonra bir neçə qohumum Azərbacyana gəzməyə
getdi və dediklərimin şahidi olduqlarını söylədilər.
Görürsünüzmü, bizim ölkənin, bizim
dövlətin və bizim xalqın dünyada necə
böyük nüfuzu var. Yəni, hər hansı bir əcnəbi
Azərbaycana gəlirsə, burada çox şeyi görüb
təəccüblənir. Təəccüblənməyə
də bilməz. Çünki bu xalq, bu millət heç vaxt
kiminsə torpağına, varına, dövlətinə, vətəninə
göz dikməyib və Azərbaycan dünyada heç bir
ölkənin haqq işinə də müdaxilə etməyib.
Sadəcə olaraq, Azərbacyanın zəngin mədəniyyəti,
zəngin həyat tərzi bir daha təsdiq edir ki, Azərbaycan
dünyadan görünən bir ölkədir. Bu ölkədə
bütün xalqlar, bütün millətlər çox rahat
yaşayır, fəaliyyət göstərir və gözəl
həyat tərzi keçirirlər. Əlbəttə,
dünyada ən ali dəyərlər insalıqdır.
İnsanlıq və humanistlik olmayan yerdə bütün digər
nələr varsa, gözdən düşür. Qüdrətli
Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı
olaraq deyə bilərik ki, öz adət-ənənələri
heç bir millətə bənzəməyən dəyərləri
ilə həmişə seçilib və bundan sonra da
seçiləcək. Ən azından ona görə ki, bu
dövlət və bu xalq demokratik dəyərlərə, bəşəri
duyğulara və eləcə də digər qeyri-adi keyfiyyətlərə
malikdir. Ona görə də dünya xalqları Azərbaycanı
tanıdıqca, bizim millətə və dövlətə məhəbbətləri
daha da artır!
Şübhəsiz ki, hər bir inkişafın və
tərəqqinin mövcudluğu xalqların daha da bir-birinə
yaxınlaşmasını və yaxından tanımasına
xidmət eləyir. Bu həm də ona xidmət eləyir ki, Azərbaycan
bütün dünya xalqlarını özünə doğma
bilir və hətta düşmənləri ilə belə isti
münasibət yaratmaq və normal yaşamaq haqqında
düşünür. Daha doğrusu, həmişə bu
addımı atır. Çünki Azərbaycan
dünyanın sülhsevər bir ölkəsidir!
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2024.- 9
fevral,¹5.- S.15.