YUBİLYARLA
GÖRÜŞ
10 fevral 2024-cü il tarixdə AYB Lənkəran
Bölməsinin təşkilatçılığı ilə
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana
sisteminin akt zalında tanınmış şair, publisist,
"Ədalət" qəzetinin baş redaktorunun birinci
müavini, respublikanın əməkdar jurnalisti Əbülfət
Mədətoğlunun 65 illik yubileyi münasibətilə
oxucularla görüşü və imza günü
keçirildi.
Tədbirdə bölgənin çoxsaylı
yazarları,ziyalılar və oxucular iştirak etdilər.
Tədbiri giriş sözü ilə bölmənin sədri,yazıçı
publisit Qafar Cəfərli açaraq yubilyarın həyat yolu
haqqında ətraflı məlumat verdi. Əbulfət Mədətoğlunun
təhsilindən, jurnalist olaraq müxtəlif mətbuat
orqanlarında, xüsusən son 22 ildə çalışdığı,
böyük nüfuza və çəkiyə malik “Ədalət”
qəzetindəki fəaliyyətindən,şair olaraq sözə
olan sevgisi və məsuliyyətindən, xarici ölkələrdə nəşr
olunmuş kitablarından, əsərlərinin müxtəlif
dillərə tərcümə olunmasından, görkəmli elm və söz
adamlarının onun
yaradıcılılğına verdikləri qiymətdən,
layiq görüldüyü təltif və mükafatlardan, həmçinin
şeirlərinə bəstələnmiş mahnılardan
danışıb 65 illik yubileyi münasibətilə onu təbrik
etdi.
Əbülfət Mədətoğlunun
yaradıcılığı haqqında Bölmənin ədəbi
məsləhətçisi, şair Ağamir Cavad məruzə
etdi. Məruzəçi Ə. Mədətoğlunun
çoxşaxəli yaradıcığından söz
açaraq onun həm publisist, həm də şeir
yaradıcılığı barədə ətraflı
çıxış etdi, ona həsr etdiyi essesini oxudu.
Tədbirin aparıcısı Qafar Cəfərli sözü
iştirakşılara verdi. Məxsusi
olaraq tədbirə qatılmaq üçün Bakı şəhərindən
gəlmiş gənc və
istedadlı şair Ülkər
Nicatlı; "Sözün işığı" qəzetinin
baş redaktoru, şair Ədalət
Salman; "Zərban"TV-nin təsisçisi və baş
redaktoru, yazıçı Hafiz Mirzə; yazıçılar
Eldar Tahirov, Əlizadə Əsədov və Qurban Əhməd; şairlərdən
Sakit Üçtərəfli, Əhməd Haqsevər, Məmməd
Əvəzoğlu, Ağaddin Babayev, Əyyub Türkay, Bəxtyar
Əliyar; Əməkdar məşqçi İdrak Dadaşov,
Qarabağ müharibəsi veteranları ictimai birliyinin Lənkəran
bölməsi üsrə sədr müavini Saleh Dostiyev, rayonun
tanınmış ziyalılarından Fəxrəddin
Canıyev, Teyyub Rzayev, Ağadadaş Əliyev
çıxış edərək yubilyarın
yaradıcılığının müxtəlif məqamlarına
toxunmaqla onu təbrik etdilər, peşəkar jurnalistik fəaliyyətində
və bədii yaradıcılıqda uğurlar arzuladılar.
Gənc şair, LDU-nun tələbəsi Aytəkin
Əziz, şair Əyyub Türkay və yazıçı
Qurban Əhməd yubilyarın şeirlərindən nümunələr
ifa etdilər.
Söz şair-publisist Əbülfət Mədətoğluna
verildi. Yubilyar öz həyat yolu, yaradıcılıq məramları
haqqında danışıb tədbirin təşkilatçılarına
və çıxış edərək ünvanına
xoş sözlər deyən hər kəsə minnətdarlığını
bildirdi, iştirakçıların çoxsaylı
suallarını cavablandırdı.
Sonda Əbulfət Mədətoğlu nəşr olunmuş
kitablarından avtoqrafla oxuculara və kitabxanaya hədiyyə
etdi.
Tədbiri bölmənin sədri Qafar Cəfərli
yekunlaşdırdı. Xatirə şəkilləri çəkildi.
Tədbir cənub bölgəsində uğurla fəaliyyət
göstərən “Zərban” internet televizyası tərəfindən lentə alındı.
AYB Lənkəran Bölməsinin sədri,
yazıçı-publisist: QAFAR CƏFƏRLİ
Ədalət.- 2024.- 16 fevral,¹ 6.- S.14.