MEHRİBAN XANIM ƏLİYEVA
PREZİDENT İLHAM ƏLİYEVİN LİDER
PORTRETİNİ UĞURLA TAMAMLAYIR
Böyük və nadir insanlar dünyaya gəldiyi
andan yüksək və ali missiyanın
daşıyıcıları olurlar. Müdriklər deyirlər
ki, anadan olarkən insana qoyulan ad onun taleyinə də sirayət
edir. Həyat prinsipi mehribanlıq olan Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın adı yüz minlərin, milyonların qəlbində
xeyirxahlıq ünvanına çevrilib. Rusiya
Federasiyasının Həştərxan vilayətində
çıxan “Volqa” ictimai-siyasi qəzetində Mehriban
Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli
məqalədə yazıldığı kimi: “Bu gözəl
qadının adının mənası da "xeyirxahlıq,
şəfqət, səmimiyyət deməkdir.” ABŞ-ın
nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə
yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman
qadınlar üçün nümunəvi qadın
obrazıdır”. Mehriban Əliyeva alim ailəsində anadan
olub.
O, görkəmli yazıçı Mir Cəlal
Paşayevin nəvəsidir. Mehriban xanım Əliyevanın
atası Azərbaycanın görkəmli alimi, fizika-riyaziyyat
elmləri doktoru, akademik Arif Paşayev Bakıdakı Milli
Aviasiya Akademiyasının rektorudur. Arif Paşayevin istehsala
buraxdığı qurğular dünyanın bir çox elm mərkəzlərində,
hərbi sənayedə və digər istehsalat sahələrində
müvəffəqiyyətlə tətbiq olunaraq, elmi nəticələr
ixtira səviyyəsində işlənib beynəlxalq sərgi
və müsabiqələrdə qızıl, gümüş
medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye
müəssisələrində tətbiq edilmişdir. Akademik
Arif Paşayevin xidmətləri sayəsində Milli Aviasiya
Akademiyası ölkə üzrə kosmos haqqında əsas
elmi-tədqiqat mərkəzinə çevrilmişdir.
Anası Aida xanım İmanquliyeva görkəmli
filoloq və ərəbşünas idi. Aida xanım Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinin ərəb şöbəsində təhsil
almış, Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda ərəb filologiyası üzrə
aspiranturanı bitirmişdi. Elm sahəsində yeniliklərə
imza atan professor, həm də yüksək idarəçilik
keyfiyyətləri, ictimai-siyasi fəallığı,
böyük vətəndaşlığı ilə
seçilirdi. Şərqşünaslıq İnstitutun
direktoru olmuş Aida xanım yalnız
yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq
bacarığı, rəhbərlik fəaliyyəti ilə
öz həyatının missiyasına -
yaşadığı mühit və rejim çərçivəsində
milli özünüdərkinin qorunub saxlanılması,
inkişafı idealına sadiq qalıb. İlk azərbaycanlı
qadın - ərəbşünas - elmlər doktoru olan Aida
xanım İmanquliyeva öz həyatını xalqının
tarixinin, ənənələrinin minillik dərin köklərlə
bağlı olduğu Şərq mədəniyyətini və
ədəbiyyatını öyrənməyə sərf
etmişdir.
Mehriban xanımın həyat müəllimləri isə
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyeva olmuşlar. Mehriban xanımın dediyi kimi,
“Əlbəttə, hər şəxsin formalaşmasında
ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir.
Ailəyə bağlılıq, ailə dəyərləri,
uşaqlara qayğı, böyüklərə hörmət
Azərbaycan xalqına məxsus olan ən gözəl
xüsusiyyətlərdən biridir... Hər bir qadın
üçün onun ailəsi, onun uşaqları həyatının
ən vacib, ən mühüm hissəsidir. Mən özüm
üç uşaq anası olaraq analıq missiyasını həyatımın
ən vacib missiyası kimi dəyərləndirirəm.”.
Müasir dövrümüzdə ulu öndər Heydər
Əliyevin müdrikliyinə əsaslanan həyat fəlsəfəsi
bir elm olaraq öyrənilir. Ulu öndər Heydər Əliyev
irsinin təbliğində adını daşıyan Heydər
Əliyev Fondu böyük missiyanın
daşıyıcısı olaraq ardıcıl olaraq təqdirə
layiq işlər görür. Heydər Əliyevin dövlətçilik
təcrübəsi və mənəvi irsi, həqiqətən,
tükənməz bir xəzinədir. Bu xəzinəni
yaşatmaq üçün Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti
olduğu Heydər Əliyev Fondu mühüm işlər
görməkdədir. Fond tariximizə müstəqil dövlət
qurucusu kimi daxil olmuş Heydər Əliyevin zəngin mənəvi
irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin
xalqımız üçün əhəmiyyətini
vurğulamaq, milli dövlətçilik ideyalarını yeni
nəsillərə aşılamaq zərurətindən irəli
gələrək yaradılmışdır.
Bu baxımdan səmimiyyətlə deyə bilərik
ki, Heydər Əliyev Fondunun qarşıya qoyduğu və
reallaşdırmaq üçün fəaliyyət göstərdiyi
məqsədlərin dairəsi kifayət qədər
genişdir. Belə ki, Azərbaycanın tərəqqisi və
xalqımızın rifahı naminə Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin
irsindən bəhrələnmək, bu işə xidmət edən
genişmiqyaslı proqram və layihələrin
reallaşmasına dəstək olmaq, səhiyyə və tibbi
təsisatları inkişaf etdirmək fondun fəaliyyətinin
qayəsidir.
Mehriban xanım Əliyeva “Həyat dərsi” məqaləsində
yazır: “Onun həmyaşıdları Heydər Əliyevin həyat
dərslərinin mahiyyətini bu gün də öyrənirlər.
Ulu öndər Heydər Əliyevin hər bir dərsi insan
ruhunun qüdrətinə, iradənin yenilməzliyinə,
xarakterin gücünə inama parlaq nümunədir, insanın
məğlubedilməzliyinə inam dərsidir. XX əsr Azərbaycan
tarixinin önəmli, əlamətdar bir mərhələsi
var: 60-cı illərin sonundan başlanan və XXI əsrə
adlayan tarixi zaman. İlk baxışda quru statistika və
faktlarla dolu, möhtəşəm, ziddiyyətli,
enişli-yoxuşlu bir dövrün mənzərəsi
yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini
canlandırıb, uğurları, itkiləri, tərəqqi və
inkişafı onlarca müfəssəl cədvəldən,
araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər. Heydər
Əliyev - tarix salnaməsinin XX əsr üçün
taleyüklü səhifələrinin
iştirakçısı, yaradıcısı,
aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini
öz çiyinlərində daşıyan, onu bir dövlət
və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş,
Şəxsiyyət, Lider. Tərəqqisi üçün
çalışdığı, mədəniyyəti,
keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi
üçün düşündüyü Vətən - Azərbaycan
taleyi onun adi insan taleyi ilə əbədi olaraq
bağlandı".
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın həyat və fəaliyyətinin
başlıca istiqaməti xalqın rifahına yönəlmişdir.
"Üzərimə düşən məsuliyyət olduqca
böyükdür. Mən Prezidentin etimadını
doğrultmalıyam və ən başlıcası isə
inamı, ümidi olan insanların etimadını
doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini
Azərbaycan dövlətinin inkişafı, xalqın
rifahı istiqamətində quran Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Azərbaycanın ən yeni tarixini yaradan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ömür-gün yoldaşı, ən yaxın
silahdaşı olan Birinci xanım Mehriban Əliyeva bəşər
tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə
daxil olan görkəmli şəxsiyyətdir. Mehriban xanım
Əliyeva illər öncə Azərbaycan` Respublikası Milli
Məclisinin deputatı seçilərkən: "Siz mənə
səs verməklə, sizin və balalarınızın
ümidlərinin gerçəkləşməsinə səs
vermisiniz", - deyərək, yardımsevər fəaliyyəti
ilə ona etimad edənlərin ümidlərini gerçəkləşdirdi.
Tarixi həqiqətdir ki, Vətənə, xalqa,
dövlətə xidməti, xeyirxahlığı həyat
amalına çevirən Mehriban xanım Əliyevanın mənəvi
şəxsi keyfiyyətləri gələcək nəsillər
üçün nümunəyə çevrilərək Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin lider
portretini uğurla tamamlayır.
Mehriban xanım Əliyevanın üzərinə
götürdüyü böyük missiyanın bir istiqaməti
Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə
təmin edilməsidir. Böyük insanlıq yurda, yuvaya, suya
həsrət bir ağaca, gözüyaşlı bir anaya diqqətdən,
qayğıdan, sevgidən başlayır. “Məsləkim tərcümeyi-halımdır”,
– deyən böyük Abbas Səhhətin sözlərini eynilə
Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya aid etmək olar. Saflıq, gözəllik səltənəti
qoynunda doğulan, ana təbiətin saflığını, əzəmətini
xasiyyətində, xarakterində yaşadan bu məğrur
qadın həyatda yüz minlərin idealına çevrilib.
Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi,
mehribanlığı, alicənablığı, ürək
genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında
sağlam bir mühit, atmosfer yaradır. Bu nəcib xanım
çətinliyə düşən, ona üz tutan, ürək
qızdıran hər kəsə köməyini əsirgəmir.
Hər bir kəsin dərdini duyması və bu
ağrını öz ağrısı kimi yaşaması
Mehriban Əliyevanı xarakterizə edən ən gözəl
cizgilərdir.
Mehriban xanım ən ucqar kəndimizdə belə
yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə
canı ilə çarpışan balalarımızı
özünə yaxınlaşdırır,
doğmalaşdırır, bağrına basıb Azərbaycan
adlı məmləkətimizin mərhəmətli
qol-qanadlarını onların üzünə açır.
Şəhid ailələrinin, xüsusi qayğıya
ehtiyacı olan şəxslərin təhsil, səhiyyə
problemlərinin həllinə yönəlmiş layihələr
Heydər Fondunun daim diqqət mərkəzindədir. Mehriban
xanım ən ucqar kəndimizdə belə yaşayan
valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə
çarpışan balalarımızı özünə yaxınlaşdırır,
doğmalaşdırır, bağrına basıb Azərbaycan
adlı məmləkətimizin mərhəmətli
qol-qanadlarını onların üzünə açır.
Şəhid ailələrinin, xüsusi qayğıya
ehtiyacı olan şəxslərin təhsil, səhiyyə
problemlərinin həllinə yönəlmiş layihələr
Heydər Fondunun daim diqqət mərkəzindədir.
Respublikamızın müxtəlif guşələrində
yerləşən körpələr evini ziyarət edir, əziz
bayramlarda ölkəmizin ən möhtəşəm
saraylarında müxtəlif hədiyyələrlə
balalarımızın qəlbinə sevinc, könlünə
xoş ovqat bəxş edir.
2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
“Talassemiyasız həyat naminə” proqramı həyata
keçirilməyə başlanmışdır. Bu layihə
çərçivəsində inkişaf etmiş Avropa
dövlətlərinin talassemiya ilə mübarizə sahəsində
təcrübəsi ətraflı öyrənilib.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım
Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq
silahdaşı kimi yorulmaz fəaliyyət göstərib,
xalqımızın ədalətli mübarizəsi barədə
həqiqətləri dünya ictimaiyyətinin diqqətinə
çatdırıb, onun vətənpərvər
çağırış və müraciətləri hər
birimizi milli maraqlarımız naminə düşmənlə
mümkün platformalarda, o cümlədən informasiya məkanında
mübarizəyə səfərbər edib.
Mehriban Əliyevanın Telegram şəbəkəsində
"Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ
torpağında birlikdə eşitməkdir!" deyə
yazmışdır. Mehriban xanım Əliyevanın Azərbaycanın
mədəni dəyərlərinin qorunması dair səyi nəticəsində
Heydər Əliyev Fondu Şuşada da quruculuq və bərpa
işlərini gerçəkləşdirərək şəhərin
bərpasına öz sanballı töhfələrini verir.
Fond Şuşada Saatlı, Yuxarı Gövhər ağa və
Aşağı Gövhər ağa məscidlərinin,
Ağdam Cümə məscidinin, Zəngilan məscidinin, Molla
Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin,
Mehmandarovların malikanə kompleksinin, məşhur tarzən
Sadıqcanın evinin və Şirin su hamamının təmir-bərpa
işlərini həyata keçirərək, Qarabağın
qədim Azərbaycan torpağı olduğunu dünyaya bəyan
edir.
Həmçinin, 2019-cu il dekabrın 31-də Birinci
vitse-prezident Mehriban Əliyeva Dövlət Təhlükəsizliyi
Xidmətinin "N” saylı hərbi hissəsində Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
münasibətilə keçirilən tədbirdə
iştirak edərkən, əsgər Heydər Əliyevin
valideyni olaraq ona təşəkkür məktubu təqdim
olunmuşdur.
Bu illər ərzində Azərbaycan Respublikası hərbi
sferada daha da güclənməsi ilə tarixə
düşdü. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi
instaqram səhifəsində 20 Yanvar faciəsinin 32-ci
ildönümü, Xocalı soyqırımı, 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü, sentyabrın 13-də şəhid
olmuş hərbi qulluqçularımızla bağlı,
sentyabrın 27-si Anım günü, oktyabrın 17-də Ermənistanın
xalqımıza qarşı törətdiyi terror aktları,
Ulu Öndərin Anım günü ilə bağlı,Milli
Qurtuluş Günü, Silahlı Qüvvələr
Günü, Müstəqilliyin Bərpası Günü, Zəfər
Günü, Dövlət Bayrağı Günü, Konstitusiya
Günü, Şuşada keçirilən II Vaqif Poeziya
Günləri münasibətilə paylaşımlar edir.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident,
Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi
fəaliyyətə başladığı ilk gündən hərbiçilərin,
zabitlərin, şəhid analarının,
övladlarının, aztəminatlı ailələrin,
gözü yolda qalan anaların yanında olmaqla, hərbçilərlə
görüşdən sonra göz yaşlarına hakim ola bilməməsi
onun qəlbinin saflığından xəbər verir. Mehriban
xanım Əliyeva Azərbaycan ordusuna həm ruhən, həmdə
mənən xidmət etmişdir . Ermənistanın
insanlıq əleyhinə hərbi cinayətləri ilə
bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə
müraciətlər etdi.
Prezident İlham Əliyevin və birinci xanım
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik
Hospitalında müalicə olunan hərbçilərlə
görüşü, Mehriban Əliyevanın Qubadlının
Xanlıq kəndində hərbçilərlə görüşü,
Zəngilana səfəri zamanı mənfur düşmənin
dağıtdığı məscidin birinci xanımın
şəxsən özü tərəfindən lentə
alınması Azərbaycan tarixinə düşən
şanlı salnamədir. Birinci vitse-prezident Mehriban
Əliyevanın tapşırığı ilə Heydər
Əliyev Fondu tərəfindən ağır yaralanan qazilərimiz
müalicə və reabilitasiya üçün Türkiyəyə
göndərilib, müharibədə
sağlamlıqlarını itirmiş zabitlər protezlərlə
təmin edilib. Mehriban xanım Əliyeva söyləmişdir:
"Azərbaycanın bütün əsgərlərinin,
zabitlərinin həyatı və sağlamlığı
üçün dua edirəm!, "Uca Tanrı ordumuzu,
xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!
Qarabağ Azərbaycandır!" Azərbaycan
qadınının daxili dünyasının zənginliyini,
elmi təfəkkürünün aliliyini özündə
ehtiva edən Mehriban xanım Əliyevanın Birinci
vitse-prezident kimi fəaliyyəti görülən
bütün işləri, atılan addımları yalnız
bir məqsədə - Prezident İlham Əliyevin inkişaf
strategiyasının uğurla reallaşmasına xidmət edir.
Günel Məlikli
Professor
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.6.