AĞDAM ÇÖRƏK MUZEYİNDƏ
Torpaqlarımızın işğaldan azad
olunmasından sonrakı ilk yaz idi. Otuz ilə yaxın isti nəfəsə
həsrət qalan Qarabağım indi öz
azadlığına qovuşmuşdu. Zəfər
bayramından sonra dərs dediyim məktəbə, şagirdlərimlə
görüşə qürur hissi ilə gedirdim. Hərazərbaycanlı
kimi torpağımızın hər qarışının
tarixini öyrənmək və şagirdlərimlə
tanış etməyi özümə borc bilirdim. Uşaqlarla
Qarabağın tarixi abidələrindən və muzeylərindən
danışdıq. Dərsin sonunda uşaqların diqqətini
çəkən bir muzey oldu. Üzün illərdən sonra
mənim də ilk getmək arzusunda olduğum məkan Ağdam
çörək muzeyi idi. Biz bu barədə rayon təhsil
şöbəsinə, Təhsil Nazirliyinə məktəbimiz
adından icazə almaq üçün məktub göndərdik.
Nəhayət, yazın son günlərində may ayında məktubumuza
cavab gəlmişdi. Həmin vaxtlarda işğaldan azad olunan
rayonlara səfərlər təşkil olunmağa
başladı. İlk səfərlər şəhid ailələri
ilə yanaşı Ağdam əhalisinə də icazə
verilmişdi. Beləliklə növbəti həftə
Ağdama səfərimiz təyin olundu. Ağdam rayonu, 1
saylı orta məktəbdə sevincli anlar
yaşanırdı. Sinfimiz Ağdama yola
düşürdü. Bu şagirdlərin valideynləri bəlkə
də doğulmamışdı, bəziləri isə elə
bu uşaqlar yaşında idi, Ağdam işğal olunanda. Beləliklə
yolumuz Ağdam Çörək Muzeyinədir...
Şəhərin mərkəzi ilə uzanan yolun hər
tərəfindən işğalçıların əməlləri
insafsızcasına törətdikləri vəhşiliklər
uşaqların ürəyini ağrıdırdı. Yolboyu
uşaqların sualları bitmirdi... Keçdiyimiz dərslərdən
bu şəhər haqqında öyrəndikləri həqiqətlər
və düşmənin törətdiyi cinayətlər idi
mövzumuz.
Səyahətimizi Memarı Kərbəlayi Səfixan
Qarabaği olan 1868-1870-ci illərdə tikilmiş Ağdam
Cümə Məscidindən başladıq. Şagirdlərə,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın işğaldan azad
edilmiş Ağdam şəhərində yerləşən
Ağdam məscidini ziyarətindən bəhs etdik. Onu da qeyd edim ki, Prezidentimiz İlham
Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i
Ağdam məscidinə bağışlayıb. Bu isə
bütün ağdamlılar üçün böyük
sevinc və diqqət idi.
Artıq Ağdam Çörək Muzeyinə
çatırdıq. Uşaqlar səbirsizliklə bu qeyri adi
muzeylə tanış olmağı arzulayırdı. Bu muzey
yolun kənarında iki mərtəbəli binada yerləşməsinə
baxmayaraq ətrafını da özünə cəlb edərək
birləşdirmişdi. Binanın üzəri milli musiqimizi və
rəqsimizi ifadə edən ornamentlərlə bəzədilmişdi. Qəribədir ki,
işğalçı düşmən qüvvələrinin
hücumu zamanı muzey iki dəfə mərmi zərbəsinə
tuş gəlmişdir (1992-ci il avqustun 12-də və saat
16:40-da). Bu mərmilərin düşməsi nəticədə
muzeyin mövcudluğuna son qoysa da, binanın üzərindəki
şəkilləri olan divarı uçub,
dağılmamışdı. Biz üç tərəfi
dağılmış, bir binanın qarşısında
uçulmuş otaqlarını xəyalımızda
canlandırmağa çalışırdıq. Şagirdlər
üçün maraqlı məqamlardan biri də bu muzeydə
saxlanılan eksponantlar idi. Bu
muzey dünyada ikinci Çörək Muzeyi sayılır.
İlk dəfə bu adda muzey Almaniya şəhərində
açılmışdı və indiyə qədər fəaliyyətini
davam etdirir. Adından aydın olduğu kimi bu muzeydə
çörəyin müxtəlif növləri nümunə
kimi saxlanılır. Həmçinin qədim avadanlıqlardan
– dəyirmanlar, II əsrə aid əl dəyirmanı “kirkirə”,
“çarçar” adlandırılan taxıldöyən
xış, taxıldöyən lövhə, bıçaq,
oraq, sərgilənib. Buradakı müxtəlif buğda
növləri, taxıldan hazırlanan eksponatlar, müharibə
illərində uşaqlara verilən çörək
kartoçkaları, habelə buğda toxumlarından
hazırlanmış Azərbaycanın xəritəsi, gələn
qonaqlar tərəfindən maraqla qarşılanırdı.
Muzeyin ilk qonaqları 1983-cü il noyabrın 25-də təşrif
buyurmuşdu. Bu gün biz Ağdam şəhərində Azərbaycan
bayrağı dalğalandıqdan sonra bu muzeyin ilk ziyarətçiləriyik.
Gün günortanı keçirdi, havada Şahbulağın sərinliyi
hiss olunurdu. Uşaqlar geri qayıtmaq üçün avtobusa
minirdi. Bu muzeylə tanışlığımın
maraqlı tarixi vardır.
Ağdam işğal olunanda mənim altı
yaşım vardı. Həmin payızda mən məktəbə
gedəcəkdim. Məktəbimiz təxminən bu kücələrin
birində olmalı idi. Atam mənə məktəbi uzaqdan
göstərmişdi. O zaman bu yollarda füsünkar bir qoxu gəzirdi.
Çörəklərin ətri birbirinə
qarışmışdı. Utandım atama deyim
acımışam, soruşdum ki, bu yaxınlıqda nə
satılır? Atam məni qucağına götürərək
yolun o biri üzündən əli ilə işarə edərək,
muzeyi göstərdi. Burada dünyanın ən gözəl,
dadlı çörəkləri bişir – dedi. Məni
maşında əyləşdirib, qaçaraq yolu keçdi.
Gələndə əlində isti təndir çörəkləri
vardı...
İndi mən,
atamın maşınının dayandığı həmin
küçədə avtobusda şagirdlərimlə
oturmuşdum. Avtobus irəlilədikçə, həmin çörəklərin
qoxusu ilə sanki qucağımda atamın bu muzeydən
aldığı təndir çörəklərini bərk-bərk
qucaqlamış və səbirsizliklə anamın süfrəsinə
çatdıracağım anı gözləyirdim. Uşaqlar
isə elə hey təsüratlarını
bölüşürdü.
Bu muzeyin hələ çox qonağı olacaq. Gələcəyin
memarları muzeyin təmirdən sonrakı vəziyyətindən,
biznesmenləri digər ölkələrdən gətirəcəkləri
nüunələrdən, siyasətçiləri oradakı
xarici qonaqlardan, şairləri isə indidən qafiyə axtarırdı...
Aslanova Könül Məhərrəm qızı
Ağdam şəhəri, 1 saylı tam orta məktəbin
müəllimi
Ədalət.- 2024.- 23 fevral,¹ 7.- S.13.