Qadın səsi – Ana səsi
(Kəmalə Abiyevanın şeirləri haqqında
bir neçə söz)
Kəmalə Abiyevanın şeirlərini otuz ildir
oxuyuram, hər dəfə onun
bir şair kimi irəliləyişinin, yeni, təravətli
poetik sözünün şahidi oluram. O, müasir qadın
yazarları içərisində öz fərdi deyim tərzi
ilə seçilir. Qadın yazarların əksəriyyətinin
mövzuları hamımıza yaxşı tanışdır.
(mən müasirlərimizi nəzərdə tuturam): Sevgi – məhəbbət,
gözəllik, incə-zərif hislərlə bağlı
duyğuları, Ana-Qadın ürəyindən qopub gələn
sevincləri, kədərləri, Vətən və təbiət
sevgiləri daha çox öz əksini tapır. Amma
mövzular, həyata poetik
münasibətlərin fərdiliyini inkar etmir. Kəmalə
xanım da öz həmcinsi olan yazarlardan məhz fərdi,
özünəməxsus dəst-xətti ilə seçilir.
İnsan öz sevgisini (qəlbində atəşlər
yandıran əsl sevgisini) necə anlamalıdır, onu
şeirdə necə canlandırmalıdır? – burada
böyük Füzulinin xatırlamamaq olmur: “İldə bir
qurban kəsərlər xəlqi-aləm iyd üçün,
Dəmbədəm, saatbassat mən sənin qurbanınam”. Amma
bu gün insan öz sevgisini belə mübaliğəli şəkildə
ifadə edə bilməz. Sadə, səmimi sözlərlə
belə deyə bilər:
İlk sevdiyim deyilsən sən,
Sənə qədər nəyi sevdim,
Kimi sevdim, bilmirəm mən.
Bəlkə qışı, qarı sevdim,
Bəlkə də baharı srvdim.
Sənə qədər onu sevdim, bunu sevdim,
Kimisinin gözlərini, kiminin boyunu sevdim
Bəlkə sevdim mən hamıdan çirkinini,
Bəlkə də ən gözəlini?
Amma demə sənə qədər
Sevməmişəm heç birini.
Demə sənə çatanadək bilməmişəm
sevgi nədir,
Amma ki, mən səni sevdim.
Hər tikəni, hər parçanı
Gözlərimə, ürəyimə
yığdım elə
Səni bütöv sevgim elə.
“Son sevgimsən” adlı bu şeir müasir sevgi
poeziyasının xarakterik nümunələrindən
biridirmi? Bu şeirdə bizim
klassik poeziyaya məxsus yüksək romantik duyğularla
qarşılaşmırıq, amma real və
inandırıcı hisslərlə tanış oluruq.
Amma bu sevginin obyekti İnsan deyil, sevgili deyil – Vətəndir.
Niyə yanıldıq? Yox yanılmadıq. Deməli,
dünyada Sevgi deyilən bir anlayış təkcə
insanların (aşiq və məşuğun) şəxsi
münasibətlərinə aid deyil. Sevginin hüdudları və
məna dairəsi çox genişdir. Odur ki:
Hər daşını əzizlərəm,
Hər ağrını ovudaram.
Səni bütöv sevəcəyəm ömrüm
boyu.
Sən uğruna öləcəyəm,
Sən uğruna yaşadığım
varlığımsan –
Səni bütöv sevirəm mən ana Vətən.
İlk sevgilim deyilsən sən –
Son
sevgimsən
Kəmalə Abıyevanın vətənpərvərlik
ruhu ilə aşılanan digər şeirlərində də
(“Sən elə azadsan”, “Vətən ətri”, “Vətən
savaşı”), POETİK VƏTƏNİ görürük.
Mən onun Bakıya həsr etdiyi iki seiri haqqında da
xoş söz deyə bilərəm. Bu şeirlərdə
Bakı məhz Poetik Bakı kimi nəzərə
çarpır. Kımalə xanım məlum şablon təsvirlərdən
imtina edir. Bir şeirdə
Bakı Xəzər və Günəş obrazları ilə
qiyas olunur.
Səhərlər Xəzərdə güzgülənərək,
Qızılı saçların darayır Günəş.
Şirin yuxusundan Günəş hər səhər
Odlu öpüşlərlə oyadar onu.
Bakım min naz ilə durub deyinər
Onun bəxş etdiyi qızılı donu.
Bədii təsvir vasitələrinin mükəmməl
nüunələri ilə qarşılaşırıq bu
şeirlərdə. İkinci şeir də Bakıya sevgilərin
bir ifadəsi kimi diqqəti cəlb edir:
Hər səhərdə sevgim səni,
Hər gecəylə yaşadım mən.
Dalan-dalan, küçə-küçə
Ürəyimə daşındın sən.
Kəmalə Abıyevanın şeirlərin onun daxili
dünyası, mənəvi aləminin
çırpıntıları,
bu fonda isə həyat və ömür haqqında
düşüncələri əks olunur. Özü də bu
şeirlər hisslərin səmimiliyi ilə diqqəti cəlb
edir. Sanki onun hisslərinin bütün misralarında
SƏMİMİYYƏT adlı bir işıq dolaşır.
O üzünü tanrıya tutub deyir ki: “Tanrı mənim
sənə şikayətim var”. Səbəb:
Həyat həyat deyil, tilsim olubdur,
Yaxşılar yamana təslim olubdu.
Sevgi də, nifrət də batıb günaha
Haqq da, həqiqət də batıb günaha
Yalanla gerçəyin fərqi bilinmir.
Cavabsız qalıbdı bütün suallar.
Bu səmimi etirafların səsləndiyi “İtirdim”,
“Xəyanət”, “Demədimmki”, “Elə darıxdım ki”,
“Unut” şeirləri də öz poetik səviyyəsinə
görə diqqətdən yayınmır. Bu şeirlər
içərisində “Elə darıxdım ki” mənim fikrimcə,
Darıxmaq anlayışına yeni poetik məna verir. “Elə
darıxdım ki, bu yer üzündə Buludlara dönüb
çəkildim göyə. Göydə də sığmadım sərildim yerə
bəlkəı bir damcımı tapasan deyə”.
Bu misralar : “Elə darıxdım ki, mən bu şəhərdə
bir küçə, bir qapı olmaq istədim”.
Kəmalə Abiyeva lirik şairdir – bəlkə də,
bu fikir bir qədər bəsit səslənə bilər.
Çünki haqqında söz aşdığım şeirlər
sırf lirika üstə köklənib. Amma bu lirik şeirlərin
hamısında bir kimsənin təkrar edə bilməyəcəyi
çalarlar var – bu lirikada hisslərin, duyğuların
çoxşaxəliliyi ilə rastlaşırıq. Məsələn,
“Demədimmi” şeirində vaxt və ayrılıq məfhumları
müxtəlif təbiət hadisələri çevrəsində
bir-birilə uzlaşır. Yaxud “unut” şeiri dərdin, kədərin,
ağrının bir ürəkdə necə cövlan etdiyini
poeziyanın kədər vadisinə çəkib aparır.
Boynu bükük bir
atanın
Gözlərindən cığır açan
Bir ananın saçlarında
Dən-dən olan
Dərd gördünmü?
O saçlarda dolandınmı?
Sən kədəri gördünmü heç?
Kədər vətən yarasıdı,
Kədər torpaq ağrısıdı.
Lirika üstə köklənən şair mütləq
mahnıya doğru səmt almalı, qəlbindən
süzülüb gələn bu lirik hissləri musiqiyə
çevirməlidir. Kəmalə xamı neçə gözəl
mahnıların söz müəllifidir – bəstəçilər onun şeirlərinə biganə
qalmamışılar. Baxın, onun “Məktəb illəri”
şeiri illərdən bəridir ki, gözəl müğəni
Lalə Məmmədovanın ifasında səslənir.
“Özün günahkarsan”, “Yağış yağır bu
şəhərə”, “Bu dünyanı nağıl bilək”,
“Bu sevgi”, “Can Azərbaycan” şeirləri gözəl
mahnılara çevrilib.
Mən bu yazıda Kəmalə Abiyevanın
bütün şeirlərindən deyil, yalnız “Azərbaycan”
jurnalında və “Ədalət” qəzetində dərc olunan
şeirlərindən söz açdım. Ancaq bir şairi
tanımaq və sevmək üçün onun bütün
yaradıcılığına müraciət etmək o qədər
də vacib deyil. Ən vacibi odur ki, Kəmalə Abiyeva bu
gün qadın yazarların içində seçilən fərqlənən
istedadlı bir ŞAİRDİR.
Vaqif Yusifli
Ədalət.- 2024.- 15
mart,¹ 10.- S.12.