QƏLƏBƏ SÜKUTU
Nurəngiz Günün
"Xocalı Sinfoniyası"-ından bu
günümüzə...
Tarixin elə günü
var ki, onu görməmək, duymamaq, onu
bütünlüklə canından, qanından keçirməmək mümkün deyil. Belə günlər
daha çox faciə və qələbəylə
bağlı olur. Birində dərdin
basqısı daha çox gəlir, birində sevincin həmləsi... dərd sinfoniyasına
çevrilib. Təqvimdə həmin günlər
qapını döyməyə başlayanda, o sinfoniya bizi bütünlüklə
bürüyür, biz onun aurasından çıxa bilmirik. Ona
görəki, biz ona bələnmişik, o da bizə hopub. Bir
insan olaraq, bir Allah bəndəsi
olaraq cismimizi nə qədər kənara çəkmək
istəsək də, ruhumuz o dərdsinfoniyasının notu
üzərindədi... Və elə köklənib ki, ritmlər
ruha rahatlıq vermir... Biz dərd
sinfoniyasını dinləyirik, yaşayırıq...
Tariximizin qanla boyumuza
biçilən həmin iki günün birinin adı 20 Yanvar,
digərinin adıXocalıdı!.. Daha dəqiq ifadə etsəm,
Xocalı qətliamıdı. 32 yaşı olan bu qətliamın detallarını xardalamaq,
yandırılan evləri, süngüyə keçirilən
bədənlərin, göylərə yüksələn fəryadların
və bir də 32 ildi
içimizə daman göz yaşlarının mənasını,ifadəsini
yazmaq, təkrarlamaq istəmirəm. Ona görə yox ki,
ağlamaqdan,sızıldamaqdan, qanlı dərd köynəyini
sıxıb quruda bilməməkdən yorulmuşam. Xeyr Ona görə ki, o dərd millidi...
o qətliam Azərbaycan donludu, Azərbaycan biçimlidi. Və onun Azərbaycanın
qanından, canından, varlığından elə Azərbaycan özü çıxaracaq və
çıxarmalıdı idi!!!! Çünki həmin dərdimizin
kifayət qədər sözlə
ifadəsi var. Həmin ifadələrin hər birinin
sonunda da Azərbaycanın haqqı, ədaləti və qələbəsi birmənalı
şəkildə ifadə edilibdi...
Mən isə oxuduğum
həmin o sözdən yoğrulmuş, sözə
hopmuş Xocalı qətliamının ən möhtəşəm
ifadəsini Nurəngiz
Günün "Xocalı Sinfoniyası"nda tapmışam.
Ona görə də özümün şahidi və
iştirakçısı olduğum yurd nisgilimin, qaralan
ocağımın, sovrulan
külümün ağısının və şəhid
doğmalarımın narahat ruhlarının nələr
yaşadığını, nələr dediyini bir kənara qoyub o dərdi
öz köynəyindən keçirən, öz qələmiylə
öz ürəyinə yazan
bir xanım yazarın sözünə
sığınıram. Bu azərbaycanlı xanımın Azərbaycan
dərdini,Xocalı qətliamının fonunda sinfoniyaya
çevirmək qüdrətinə heyrət və sevgimi gizlətmədən
qoşulub sinfoniyanın sədalarına qayıdıram... Qayıdıram
Bakıdan üzü Qarabağa... Qulaqlarımda səslənir:
Xocalım!..
Məğlubum!
Necəsən?
Yoxsa dağ çəkdi sinənə,
tarixi dilənçi -
Bəd qonşu? -dramatik
"Yazıq erməni"ilə
Məşhur qırmızı qospodin?" -
O, Qospodin! nə nazik
Əndişədə
olmuşdur
Köhnə sovet
humanisti? -
Motoatıcı
daşıyan
Kütləvi
qırğın maşını? -
"Möhtəşəm"bir alay!!!
Bu misralar təkcə qəzəb
deyil... təkcə içdəki yanğını ifadə
etmək deyil. Bu misralar həm də
gerçəyi birbaşa, ütüsüz, çəkinmədən,
necə var elə - çılğaça şəkildə deməkdi, bəyan etməkdi. Bu,
BMT qətnaməsi deyil!.. Bu, ATƏT bəyanatı deyil!..Bu, həqiqəti
öz adıyla hər kəsə söyləmək,
pıçıldamaq hayqırmaqdı. Bu həm də
Tanrının bildiyini Tanrının
özünə xatırlatmaqdı. Yəni Nurəngiz
Gün bir yazar olaraq Tanrıya səslənir:
İlahi!
Kömək ol! O təkdi!..
Anadır...
Tək qalıb...
Torpağın üstündə...
Biçarədir...
O, o cür köməksiz,o cür
mühti ki!..
O, ruhdur!..
Güc gəlib
torpağa...
Lağımlar,yarğanlar incidib...
O necə də sinirli,
sehrli
Gəlmişki, laylasını üst
qatda oxusun...
Məncə
övladının qətlini, süngüyə
keçirildiyini görən ananın hansı durumda
olduğunu təsviretmək, göz önündə
canlandırmaq üçün bu misraları bir kətan
üzərinə işarələr
kimi köçürmək kifayət edər. Onda həmin
tablo yaranacaq, onda həmin rəsmi görəcəyik və övladına yerin altında
layla çalan ananın səsi yerin özünü o səs
çatan hündürlüyə
qaldıracaqdır!..
Bu məqamda da sakitləşməyən
ananın yarasını ovutmaq, göz yaşına
qoşulmaq, fəryadına
içindəki sızıltıları qatmaq bir daxili
ehtiyaca, bir vətəndaş borcuna və nəhayət,ən
əsası isə bir İNSANlıq missiyasına
çevrilir. Sən laqeyd qala bilmirsən və səni laqeyd qalmağa qoymayan amillərin
içərisində sən Nurəngiz Günün də səsini eşidirsən. Nurəngiz xanım
deyir:
İlahi,təskin et!..
Sən onlara səma
nəğmələr
igöndər,
təsəllisən...
Yox,rüzgar! O cürə əsmə sən!
Torpaqda...
Torpağın
altında dip-diri
Ölülər var
Diksinə bilər
Onlar...
Alt-üst etmə
torpağı
Ey rüzgar
Onlar onsuz da yazıq!
Tələfolubdu Onlar!
Yerin üstündə
canlı saydığımız, insan bildiyimiz, anketlərdə
insan kimi göstərdiyimiz erməni
qonşumuz qırmızı qospodinlərin 366-cı
motoatıcı alayın əliylə, köməyilə,yardımıya,
hətta yönəltməsiylə törətdikləri qətliamın
fərqinə varmadan həyasızcasına öz
"yazıqlığını" dünyaya
sırımaqda, "yedirtməkdə" davam edir. İkili standartların ətəyini
buraxmayanlar bu "köməksiz
yazıqların" dünyaya fahişəliyi gətirənlərin
"göz yaşına" dəsmal tutur. Amma həqiqətin
ağzını tıxamaqla susdurmağı da unutmur. Lakin bu
məqamda gerçəyin
gücü qarşısında titrəyir və
yavaş-yavaş geri çəkilməli olur. 32 ildirki, biz Xocalı qətliamı
önündə addım-addım da olsa geri çəkilmələri
müşahidə edirik. Burda
dövlət siyasətinin, milli mücadilənin fonunda bir Nurəngiz
Gün fəryadıda öz içini görməkdədi.
Axı o, üzünü hər kəsə, hətta
cansız olanlara da tutub eyir;
özü də qətiyyətlə, bir sinfoniyanın qətiyyəti
kimi ən yüksək notda dilə
gətirir bunu. Deyir ki:
Və son nəqarət,
Epiloq kimi O,
Elə hey
hayqırsın:
Cavabdehsiz!
Cavabdehsiz,Cavabdehsiz,
Cavabdehsiz belində hərb
gəzdirən
Cahanşümül
Şümürlər!
Düşünürəm ki, kimin cavabdeh olduğunu,
kimin Tanrı və ədalət məhkəməsi
önündə diz çökəcəyibu
hayqırtıdan bəllidir. Və o da bəllidirki, Xocalı
sinfoniyası kədərin məğlubiyyətidir... Göz
yaşının bitib tükənəcəyinə yüklənmiş duyğuların
misralanmış formasıdır.
Və nəhayət,
Xocalı qətliamı günü "Xocalı
sinfoniyası" şəhidlərimizə Nurəngiz Günün ağısı,
laylası və bir də bu kədərin məğlub olacağına
ucaltdığı abidədir.
P,S, Bəli , 44 günlük
VƏTƏN SAVAŞININ
Böyük
ZƏFƏRİ, 24 saatlıq antiterror əməliyatının Və
NİDA!-sı bütün
dünyaya Ali Baş Komandanın Dəmir Yumruğunun, Azərbaycan
Əsgərinin Qəhrəmanlıq səlnaməsinin və
Azərbaycan xalqının Yenilməzliyinin bütün cizgilərini,
detallarını, məqamlarını birmənalı göstərdi! Bu ZƏFƏR mərhum
şairimiz Nurəngiz Günün də RUHUNU
SEVİNDİRDİ! Onun öncədən duyub, inanıb
sinfoniyaya çevirdiyi Haqqın
ZƏFƏRİ həqiqət
oldu! Ona görə də bu
gün Xocalı abidəsi önündə qürurla
sükut edirik- QƏLƏBƏ
, QİSAS SÜKUTU!
Əbülfət Mədətoğlu
Ədalət.- 2024.- 1 mart,¹8.- S.8.