KAN
(Müəllifin arxivindən)
Hacıbala Abutalıbov 80
(Günəşdən əvvəl doğulan
işıq silsiləsindən)
«Bahar istəklimsən başdan-binadan,
Ən gözəl qızısan, Sən təbiətin…»
Bu misralara diqqət yetirin! Görün, təbiət
şairi, gözəllik şairi, nəhayət qüdrətli
zəkaşairi, böyük Səməd Vurğun təbiətin,
ilin ən gözəl anını, zamanını necə
canlandırıb, necəinsaniləşdirib. Özü də
təkcə insanlaşdırmayıb, həm də onu əcdadlarımızın
təmizlik, paklıq, bakirəlik anlayışı olan
«qız» adı ilə ifadə edib. Yəni «qız» mlili
anlayışımızda sadəcə qadıncinsi
anlayışına gəlmir, eyni zamanda ülvilik,
toxunulmazlıq, alınmazlıq, fəth edilməzlik və s.
bukimi anlayışlarda da qəbul edilmişdir. Məsələn,
bu gün «Qız qalası» kimi təqdim olunanmüxtəlif məqsədli
qalalar, tikililər, ibadətgahlar və s…
Xan (kan – tanrı nurunun parıltısı – Tanrı,
cəmiyyətə şamil edildikdə hakimlik,
hökmdarlıq titulu, Xan – Kakan, Kaqan, Kağan – Xanlar xanı,
böyük xan, şahənşah, dahasonradan isə bir
varlığın, anlayışın yüksək, ali qiymətləndirmə
forması, ifadəsi; məsələn, XanAras – su, çay,
Xan Çinar – bitki, ağac, Xan Çoban və s.) ifadəsi
də o cümlədən…
Götürək elə Xan Çoban ifadəsini: Bu söz
– anlayış əsasən bu günümüzdə
«Apardı sellərSaranı» xalq mahnısı ilə əlaqələndirilir.
Yəni folklorşünaslarımızın
araşdırmalarına görəhansısa Xan adını
almış bir çobanın (loru dildə desək, qoyun
otaranın) evlənmə zamanıgəlinini at üstündə
gətirərkən Arpa çayından keçəndə
sel gəlib və gəlini aparıb.
Bununla da busözlər və mahnı yaranıb. Tutaq ki,
elə belədir. Onda bəs məntiqə necə yanaşaq?!
Gəlinin adınınSara (Sara – Günəş əks
oxunuşda Aras) olması təsadüfdürmü?
Təəssüflər olsun ki,
folklorşünaslarımız bu cür dərin məsələlərə
daim bəsit yanaşmışlar, yaxud da özləri bəsitləşdirmişlər.
(Əlbəttə onları da qınamaq düzgün
olmazdı. AxI, İşıq Tanrıdini və Günəşçilik
dini tarixinə girişmək hələm-hələm elm
adamının işi deyildir). Məsələn, bugün
«Qodu-qodu» («Udu-udu») «Buta» (Buda) və s. kimi anlayış, ifadələr
kimi… Hansı ki, bukimi anlayışların hər birinin
ayrı-ayrılıqda öz tarixi hadisəsi, təsivri və
s. əlamətləri olanməntiqi əsası vardır…
«Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaş(ç)dı…»
Bu ifadələr çox sadə dillə – yəni
xalqın ədəbi-bədii folklor
yaradıcılığının intibahdövrünə –
orta əsrlər dövrünə aid bir dillə ifadə
olunmuşdur. Əlbəttə bu yönümdən
yanaşsaq, hardasa bu mahnı haqqında söylənilən
müasir rəvayətləri qəbul etmək olar (necə
ki, bu günqəbul edilmşidir). Ancaq daha dərindən
fikirləşib məntiqlə yanaşsaq, yox, görərik
ki, məsələtamam başqa mətləblərdən xəbər
verir…
Mən ayrı-ayrı yazılarımda, ötən
ilki kitabımda aidiyyəti söz və ifadələrin kod
yazıformalarını, onların öz dövründəki
məna və mahiyyətlərini bacardığım qədər
verməyəçalışmışam. İndi təkrar
olsa da, fikrimi əsaslandırmaq üçün bir daha ifadə
etmək istərdim.
Məsələn: Aras sözü və bu
sözün aid olduğu çay. Bu çayın ən qədim
adı (yəni Aras adınıalana qədər) «Diyatiya»
olmuşdur. Bəs necə olmuşdur ki, sonradan Aras
adını almışdır?
A – ağ işıq, yəni ilk yaradan Tanrı. S –
söz, bəzi hallarda səs. As birləşməsində ilkin
olaraq qüdrətli söz-səs sahibi – Tanrı. Zaman
keçdikcə qüdrətli insan, alim, hökmdar, sərkərdə,
daha sonra isə kütlə, xalq, bu xalqların
yayıldığı ərazi və s.
A yenə də yuxarıda olduğu kimi. R isə şəfəqi,
şöləni bildirir. Sonradan Ar birləşməsindəisə
paklığı, təmizliyi, ülviliyi bildirir (Əks
oxunuşda; RA – Şəfəq saçan Tanrı, günəş).
Arasbirləşməsində ilkin olaraq ülvi, pak,
Tanrının sözü, qüdrət kəlamı. Nəzərə
alsaq ki, işıq Tanrıdini ibadətləri (sonradan günəş,
yəni yaradan tanrının özündən
dışartdığı, çıxartdığı
işıq, ud – od) su hövzələrində – günəşin
suda əks olunan əksində vəftiz (dəstəmaz)
olunmaqla, yuyunubtəmizlənmə ilə başlayırdı,
onda görərik ki, bu fikir nə qədər məntiqə
uyğundur. Beləliklə də, Pak Tanrıya, onun
sözünə ibadət anlayışı tədricən
ibadət edənlərin milli kimliyinə – adına, məskəninə,
yerinə çevrilməyə başlamışdır.
Digər tərəfdən bu günkü günəş
ifadəsi ən qədim səsləndirmədə Sara kimi təqdimolunduğundan
onun əksi düşən yer – suda əks olunmada… və
oxunuş (kodlaşmış) formasında – Aras kimi qəbul
edilmişdir.
Arpa çayı isə Aras çayının mənbələrindən
birini təşkil edir. Nəzər yetirək: Ar və Aifadəsi
yuxarıda olduğu mənada qalır. P isə ali, zirvə,
ucalıq, yüksəklik (sonradan rütbə,
çin-paşa, pasa, asap) mənalarında işlədilib.
Pa, Ap birləşmələrində – ən yküsəkdə
olan Tanrı, təkyaradan Tanrı, Uca Tanrı mənalarını
verir. Heç şübhə etmirəm ki, digər sözlər
kimi, arpa(bitki, taxıl), aparmaq (nəyisə harasa aparmaq) və
s. bu kimi ifadələr də sonradan, zamankeçdikcə həmin
bu ilkin sözlərdən törəmişdir:
«… Apardı sellər Saranı
Bir uca boylu cavanı.»
İndi isə keçək, Xan Çoban ifadəsinə…
Muğam musiqi ifaçılıq sənətinin
Xanı, qüdrətli Xan Şuşinski (İsfəndiyar
Cavanşirov) qeyd edir ki, bu mahnını yaylaqda qastrol səfərində
olarkən bir saz aşığından eşidib və işləyibbu
günkü formasına salmışdır…
«Gedin, deyin Xan Çobana,
Gəlməsin bu il Muğana…»
Əvvəl başlayaq Muğan (muqan, mukan) ifadə və
anlayışından: bu ifadə ilkin olaraq Muvə Kan kod
yazı formasında olmaqla zaman keçdikcə birləşmiş,
birləşdikdən sonra isə səs vəişarə
uğramalarına məruz qalaraq bugünkü şəklinə
düşmüşdür. Yəni yazının əvvəlində
qeydetdiyim kimi dəyişikliklər baş verdikcə
sözün, ifadənin ilkin məzmun və mahiyyəti dəyişərəkbaşqa
anlayışları təqdim etməyə
başlamışdır.
Tədqiqatçıların fikrincə, Mu ifadəsi
təxminən 20 min il bundan öncə mövcud olmuş –
yerüzünün tək milləti Amuların (yəni bizim əcdadlarımızın
– ukurların, uyğurların, asların, asarların)
yaşadığı qitənin (18 min il bundan öncə
vulkan püskürməsi nəticəsində
məhv olmuş, salamat qalanların Qafqaza və Nil sahillərinə
gəlmiş qohum tayfa birləşmələri olan maya vəuyğurların,
sayıs və asarların əcdallarının qitəsi)
adını ifadə edir (əlbəttə ki, yerli əhalininözlərinin
ifadə etdiyi tərzdə). Lakin tədqiqatçılar bu
ifadələrin açmasını verməmişlər.
Digər yazılarımdakı izahlarımı nəzərə
alsaq, M səs və ifadəsi A səs və ifadəsinə
sinonimolaraq işlədilir. Yəni Tanrı – əsas, yaradan
maya Tanrı mənasında. Lakin zaman keçdikcə busəs
və ifadə də (M) A və digər səs və ifadələr
kimi başqa-başqa mənalarda da işlənməyəbaşlamışdır.
Məsələn, yuxarıdan aşağı millənmək
(ilkin olaraq işığın, sonradan quşun, insanın, hər
hansı bir düşən, atılan əşyanın və
s.), sallanmaq, düşmək, eyni zamanda da düzlük (xəttidüzlük,
evin damına düzülən mil-tir, corab toxumaq
üçün mil və s.), tarazlıq və s. bu kimimənalarda
da işlənməkdədir.
Hesab edirəm ki, qitədə yaşayan Amular da öz
milli adlarını da məhz bu ifadədəngötürmüşlər.
Yəni onlar yaşadıqları ərazilərin
vulkanik zona olduğunu yaxşı bildiklərindənməhvəqədərki
vulkanları maya Tanrının «ud»u (bu söz şumerlərdə
günəşə verilən ifadədir - Udu), odu, Tanrıya
məxsus olan od (ud), Maya ud, Mayanın odu (udu) və s. anlamda qəbuletmişlər.
Kan (eyni zamanda da Xan) ifadəsində isə K –
Tanrının (sonradan Günəşin də)
parıltısı, işığı (sonradan Kamas, Qamas,
qamaş(ma) gözün
işıqdan qamaşması və s., parlaq işıq;
Ayuxarıda qeyd olunan kimi, N – nur, mülayim şəfəqli,
bəlağətli işıq. Birləşmə şəklində.
Kan – Tanrı nurunun parıltısı anlamına gəlir.
Ümumilikdə, Mukan (Muğan), İşıq
tanrıçılarının, sonradan Günəşçilərin,
dahasonradan onların davamçıları olan Zərdüştlərin
həm yaşayış, həm də inam, ibadət yerləri,
məbədgahları və s. kimi təqdim olunmuşdur. Elə
buna görə də bu dini-ibadətlərindaşıyıcılarına
– kahinlərə dövrü-zamanından asılı olaraq
Mak, Muk (Maq, Muq, Muğ), buifadənin kod təqdimatında (əks
oxunuş və s.) Kam, Kum (Qam, Qum) deyərək müraciətetmişlər.
Çoban (əslində Çaaban) sözünün
açılışı da bu üsulla açılır və
mənalandırılır.
Ç (C) – çağırmaq, car çəkmək,
ibadətə dəvət etmək və s. şəkildə
təqdim olunur. Çabirləşməsində – Tanrı
carı, Tanrı ibadətinə
çağırış. B – evi, binanı özündə əks
etdirir(şumerlərdə bu şəkildə işarələnir).
Ab birləşməsində – Tanrının evi,
binası (ta qədimlərdən günəşin suda əks
olunduğu yer). An əvvəlki qaydada – Tanrının nurunu
bildirir (daha sonralar isə yer, məskən
mənasında).
Çaaban sözünün (kod
yazılışının) ümumən götürdükdə,
mənası Tanrı evinin (ibadətyerinin, Ab-ın, məbədin
carçısı, əzançısı)
carçısı, ibadətə çağıran deməkdir.
Daha qoyunotaran, naxır otaran yox…Bəlkə də bu ifadənin
qoyun otaran mənasına gəlməsi zamankeçdikcə bu
carçıların bir mühafiz, bir qoruyucu (məbədlərin)
anlamına çevrilməsi funksiyasıdaşımaları
dövrlərindən sonra formalaşmağa
başlamışdır ki, bir sıra səmavi
kitablarınverildiyi peyğəmbərləri həm real, həm
də məcazi mənalarda Tanrı bu cür təqdim
etmişdir.
Məsələn, Yaqub, Musa, İsa kimi peyğəmbərlərin
sürü otarmalarını və hətta Məhəmməd(ə.s.)in
uşaqlıq dövründə (mələklərin onun ürəyini
çıxarıb, qar kimi ağ vasitə ilə çirkli
qandantəmizləmələri dövrü) dayəsinin
oğlu ilə quzu otarmasını yada salmaq olar.
İncildə isə ayələr tam məcazi şəkildə
bu ifadələrlə İsa peyğəmbərə təlqin
olunur və s.
Nəticə etibarilə bu mahnının sözlərinin
mahiyyəti ondan ibarətdir ki, Xan Çobana deyinMukana
(Muğana) – ibadət yerinə gəlməsin. Çünki
dağlarda tufan qopub, yağış yağıb, selgəlib,
çay daşıb və Saranı – Günəşi
aparıb. O mənada ki, sular bulanıq olduğundan Saranın
– Günəşin əksi – evi – ibadət yeri
görünmür. Və təbii ki, ibadət – ayin, mərasim
baş tutmayacaq. Gəlib hədər yerə xalqı
çağırıb günaha batmasın…
***
Əziz qardaşım!
İndi yenə bəziləri mənə sual verəcəklər
ki, «bütün bunların Hacıbala müəllimə nə
dəxlivar?» Necə ki, o biri yazılarımda «Muğamın
Hacıbala Abutalıbova nə aidiyyəti var?» demişdilər.
Ancaq həmişə olduğu kimi, mən yenə də
narahat deyiləm. Çünki belə şeylərə
artıqöyrənmişəm. Mən təbii ki, «Bu əlaqələri»
başa düşənlər üçün yazıram,
düşməyənlər üçün yox… Bunun bir səbəbi
də odur ki, mən «qara kütlə» arasında
yazıb-yaşayan adamam. Bu cürfikirləri də əsasən
onlar söyləyirlər. Hətta qəribə
gülüşlərlə də qarşılayırlar.
Özlərini elitartəbəqə sayanlar üçün
isə belə şeylərin əsla əhəmiyyəti
yoxdur. Onları tamam başqa məsələlərmaraqlandırır.
Mənim əsib-coşmağım, ağlıma gələni
(əlbəttə ki, mənəviyyatdan kənar fikirləristisna
olmaqla) yazıb-pozmağım, belələrinin nəyinə
gərəkdir?! Heç istəmirəm də;
başımsalamat olar… Sizin dostluğunuz, mərhəmətiniz,
səmimi-təmənnasız münasibətiniz bəsimdir.
Ötən il yubileyiniz oldu. Bütün
dostlarınız kimi mən də hədsiz sevindim.
Ölkəmizin məharətli, mərhəmətli,
xalqımız üçün qəlbi hədsiz
qayğılarla doluprezidentimiz İlham Əliyev Sizin ləyaqətli
ömrünüzün çiçəklənən
anını və çox şərəfliəməyinizin bəhər
– nanını bu gün münasibəti ilə qədərincə
dəyərləndirdi, şərəfləndirdi – Siziölkəmizin
ləyaqət ordenlərindən biri ilə – «Şərəf
Ordeni» ilə təltif etdi.
Mən Sizi sevən, istəyən bütün
dostlarımız adından cənab prezidentimiz İlham
Əliyevədərin təşəkkürümü bildirirəm!
Əvvəllərdəki təbriklərimdə qeyd
etdiyim kimi, Siz elə işıqsınız, elə bir şəfəqsiniz
ki, hərgün günəş çıxmazdan qabaq
şölələnirsiniz, gecənin bağrını yararaq
doğma şəhərimizi – Bakımızı nura qərq
edirsiniz. Günəş sanki heyrətlənir özündən
əvvəl doğulan bu işığa…
Bəli, Siz, hər gün
işinizə səhərin ala-toranlığına bərq
vurmaqla başlayırsınız. Elə bil ki, günəşi
utandırmaq istəyirsiniz.
Sizi müşahidə edən dostların dediyinə
görə, Siz hər gün işinizə dan sökülməmişdənsağlığında
varlığından, indi isə müqəddəsləşmiş
ruhundan bir istilik, bir hərarət, bir güc, birqüdrət
aldığınız Ulu öndərin əbədi anım məkanını
– müqəddəs məzarını ziyarətləbaşlayırsınız.
Yəqin ki, əməyinizin bu ali şöhrətinin – yenilməz
zəfərinizin ən uca zirvəsinin sirridə elə
bundadır.
Sizi çox yaxından tanıyan dostlar bilir ki, Siz
sözün həqiqi mənasında yenilməz və həm
dəöncül bir İstiqlalçı olmusunuz… Və
bundan da qat-qat üstünü; bütün qəlbinizlə,
ruhunuzla, hətta onun ideyaları yolunda canınızı,
vücudunuzu hər an fəda etməyə hazır olan bir Heydərçi,
bir Əliyevçisiniz.
Heyrətləndiricisi də odur ki, Siz bu ruhda, bu istəkdə
olanların birincisisiniz. Ümidvaram ki, bu yolda olanlar sözlərimdən
inciməzlər. Çünki yuxarıda qeyd etdiyim kimi, mən
daim xalqın arasındayam… Yəni ataların deyimi ilə desəm
– «Xalqın gözü tərəzidir» kimin kim olduğunu xalq
elə o kimin özündən daha da yaxşı görə
bilir…
Bax, elə buna görə də dostlarınız qəti
əmindir ki, Ölkəmizin Ən Ali Ordeni – «HeydərƏliyev
Ordeni» əgər ölkə vətəndaşlarından kiməsə
veriləsi olsa, mütləq və mütləq Sizə təqdimolunacaq…
Budur, yenə bahardır (rahabdır)… Təbiətin,
ilin ən gözəl qıza bənzədilən
dövrü, anı… Gül-gülü
çağırır, bülbül – bülbülü… Heyrətamizdir
ki, Ulu öndərimiz təbiətin məhz bu fəslindədünyaya
göz açıb. Belə qüdrətli insanın ləyaqətli
ömür-gün yoldaşı, görkəmli akademik,
şücaətli prezidentimizin əziz anası Zərifə
xanım da bu baharda dünyaya gəlib… Elə Siz də…
Onların qəbirləri nurla dolsun, ruhları şad
olsun… Sizə isə Tanrıdan diləyimiz – uzunömür,
şərəfli işinizdə dönməzlik, sağlam can
sağlığıdır…
Baharda doğulanlar elə bahar kimi, saf, təmiz, pak
olurlar. Sanki onların varlığındabahar kimi bir həyatvericilik
hərarəti vardır. Eşq olsun onlara!
Siz hər il olduğu kimi, bu il də Ulu Öndərimizin
doğum gününü əsrarəngiz bir gözəlliyəqərq
etmisiniz. Və dünyanın hər bir diyarından güllər-çiçəklər
gətirib, Bakımızı bəzəmisiniz. Siz sanki
dünyanın həyat ətrini, aləmlərin cənnət
çətirini şəhərimizə gətirməklə
UluÖndərimizin ruhunu bir daha şad etmisiniz… Sizi də daim
şad olasınız!..
Sizin bütün işlərinizə mübarək
deyirəm!
May ayının On üçünə – doğum
gününüzə mübarək deyrəm!..
Uğur olsun!
***
Hörmətli Hacıbala müəllim!
Bir neçə il bundan öncə qələmə
aldığım bu qeydlərimi bu gün üzə
çıxarmağımda məqsədim odur ki, millətimizi,
xalqımızı, vətənimizi qəlbən sevən,
qüdrətli dövlətimizin gələcək
qurucuları və qoruyucuları olan ləyaqətli gəncələrimizə
Sizin və Sizin kimi fədakar insanlarımızın həyat
və fəaliyyəti, misilsiz məsuliyyəti, vətənimizə,
dövlət və dövlətçiliyimizə hədsiz məhəbbət
və sadiqliyi bir nümunə, bir örnək olsun!..
Bu həm də Sizin 80 illik yubileyinizə bir dost hədiyyəsi
olsun!
Əlbəttə ki, Sizin həyat-fəaliyyətinizi
tam qələmə alsam… bu cildlərə sığmaz. Lakin
onu xüsusi qeyd etmək istəyirəm ki, Şanlı Vətən
müharibəsindəki qələbəmizin zəmini olan 30
illik hazırlığı dövründə Sizin də fədakar
əməyiniz danılmazdır.
Əziz qardaşım!
Yaradanımız varlığınızı öz
nuru, işığı ilə elə bələmişdir ki,
bu ancaq onun sevdiklərinə nəsib olur…
Yaradanımızın şöləsi üzərinizdən
əskik olmasın!
Bahar təravətli, bahar ətirli,
ilahi hərarətli mübarək bir duyğu ilə
Binnət Hümbətoğlu
Ədalət .-2024.- 3 may,¹15.- S.9.