QOŞA HEYKƏL
Qazaxda köhnə seminariya binasının, indiki ADA
Universitetinin Qazax filialının qarşısında
F.B.Köçərlinin
ayaq üstə,həyat yoldaşı Badisəba
xanımın isə oturmuş halda qoşa heykəli
ucaldılıb.
Bir
vaxt xalq düşməni sayılsalar da,
Axır suçsuz çıxıb işə
döndülər.
Qazaxdan çıxanda tək çıxsalar da,
Qazaxa
dönəndə qoşa döndülər.
Çoxdan repressiya tufanı yatıb,
Sahilə
çıxıbdı gəmi...oxşayır.
İndi qarşısında seminaryanın
Qoşa heykəlləri könül oxşayır.
Xidmət
etmək üçün bu yurda hələ,
Çevrilib ocağa, közə, gəliblər.
Sanki
qayıdıblar yüz il əvvələ,
Qoridən
Qazaxa təzə gəliblər.
Səsi
Ərşə çatır Badisəbanın,
(Çox istəyir Günəş, Ay xatirini.)
“Canım sənə qurban, a Firudin bəy,
Susamış olarsan, çay gətirimmi?!”
Stul gətirsə
də oturmaq üçün,
Ona
Firudin bəy nə deyir, görün:
“Tək-tənha
tufana qarşı gedəndə,
Bəşərin
gücünü artırmaq olur.
Adamın işləri yaxşı gedəndə,
Ayaq
üstündə də oturmaq olur?!”
Bir
övlad sahibi olmasalar da,
Varistək
onların adı bəsidir.
Bu adi ər-arvad
heykəli deyil,
Milləti
tərbiyə eyləyənlərin
Şanlı heykəlidir, abidəsidir.
Qoşa dayanıblar
yolların üstə,
Xalqı al sabaha səsləyəcəklər.
Qoşa girəcəklər sinfə yenə də,
Elə
bil, ilk dəfə dərs deyəcəklər!
II
“Bir insitutun
görmədiyini F.B.Köçərli
görmüşdür”
Mir Cəlal
Gözün aydın olsun a Firudin bəy,
Sən
açdığın Qazax seminaryası
Bir də
cana gəlib,
bir də
açılıb.
Öz-özünə olmur atəşfəşanlıq,
Yaylım
atəşləri birdən açılır...
Qayıdıb dünyaya mülkün sahibi,
Məşədi
İbrahim kişi də gəlib.
Gəlib
ağlı-huşu başında gəlib.
Həmişəki
kimi tək gəlməyibdi,
Qazaxlı kişilər başında gəlib!
Oxumağa neçə cavan, gənc gəlir,
Gör neçə tələbə-“əjdaha” gəlir.
Kasıb balasıdır çoxu haqq üçün,
Mehdi
bir tərəfdə, Osman bir yanda,
Gəlir
qara Səməd, bir daha gəlir.
Gəlir,
bütün millət, bir daha gəlir,
Sənin
məktəbində oxumaq üçün!
Mir Cəlalın
oğlu Hafiz müəllim,
Qazaxda
işini davam etdirir,
Sənin
də oğlundu...
elmin yolunda!
Sənin
kimi əsl müəllim idi,
İndi ruhu şaddır Mir Cəlalın da!
Bilirəm
ay atam, a Firudin bəy,
Çox yaman incidir güllə yaranı.
İzn ver, sarıyım...
sarğı yerinə
Sənə
gətirdiyim güllə... yaranı!
BARAT VÜSAL,
AYB Qazax bölməsinin sədri,
Əməkdar İncəsənət Xadimi.
25 .11. 2022-ci il.
Ədalət .-2024.- 9 may,¹16.- S.13.