Azərbaycanın zəfər
salnaməsi - "Sonuncu əmr"!
...Əvvəlin sonu, sonun əvvəli... onu yazmaq,
yozmaq və iz qoymaq bacarığı ifadə olunmuş əsər
haqqında publisistik düşüncələr...
...Real hadisələrə əsaslanaraq ərsəyə
gətirilmiş "Sonuncu əmr" romanında, oxucu olaraq,
cərəyan edən hadisələrə ayna tutmaq istərdim.
Sözü gedən kitabın müəllifi "Təzadlar"
qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilidir.
Asif müəllim özü Ağdamın Mərzili kəndində
anadan olmuşdur. Qarabağ həsrəti Azərbaycanın
parçası olaraq bu səbəbdəndir. Tarixi bir əsərin
sətirləri arasında var-gəl etdikcə, 44
günlük Qarabağ müharibəsi gözlərimiz
önündə yenidən canlanır və bizlər bu
müharibənin canlı şahidləri oluruq. İki əsrə
bərabər erməni şərəfsizləri
Qarabağı özününküləşdirmək məsədilə
demək olar ki, Avropa dövlətləri daima ermənilərin
yanında olublar. Bizlər isə heç vaxt
haqqımızı bu günə qədərdə müdafiə
edə bilməmişik. Yüksək səviyyəli beynəlxalq
qurumların verdikləri qərarlar mütəmadi olaraq
kağız üzərində qalıb. Tarixə nəzər
yetirsək, bu günə qədər Qarabağ üğrunda
şəhid olanların sayı minlərlədir.
Bu kitabı səhifələdikcə, sanki hadisələr
bu gün baş vermiş kimi
gözlərim önündə yenidən cəryan edir.
Əvvəllər Qarabağ adı gələndə dilim
ağzımda yanardı. Hətta elə anlar olurdu ki, belə
söhbətləri eşidəndə qeyzlə və ikrahla
deyərdim: "Amandı, Qarabağın adını çəkməyin".
Çünki mən və digər vətənsevənlər
vardı ki, ümidlərini tamamilə itirmişlərdi. Lakin
bir deyim doğruymuş ki, "ümid sonda ölür". Nəhayət,
o gün bu gündür... O gün gəldi ki, bizim əzəli
və əbədi torpağımız olan Qarabağı
zamanında düzgün aparılmayan səriştəsiz siyasətin qurbanlarının
oğul- uşaqları otuz il sonra erməni vandallarından təmizlənərək
yeni yetişən nəslə təhfil verildi. Onlar 44
günlük müharibədə qəhrəmanlıq
nümunəsi göstərərək, vətən uğrunda
şəhid olmuşlar.
Belə bir qəhrəman "Sonuncu əmr"
romanında da öz əksini tapmışdır. Kitabda, həmçinin
Azərbaycan Ordusunun 2016- cı ilin 4 aprel və 2020- ci ilin 44
günlük döyüş əməliyyatları, nəhayət,
2023 - cü ilin 19- 20 sentyabrda həyata keçirdiyi sonuncu
qısa hərbi əməliyyatları 30 il ərzində
işğal altında qalmış bütün əraziləri
azad edərək düşmən üzərində qələbə
qazanmışdır və ermənilərin "Dağlıq
Qarabağ Respublikası" adlı qondarma - separatçı
qurumu tarixin arxivinə göndərilmişdir.
XXX
Kitabda gənclərimizə örnək olacaq çox
nüanslara rast gəlinir. Sanki milli ruh gənclərimizin qəlbinə
toxum tək səpilərək, yeni yetişən nəslə
nümunə göstərilir.
Belə ki, müəllif əsərin qəhrəmanını
önə çəkərək gənc nəslə
tanıtmağa çalışır. Təqdim edilən bədii
əsərdə qazanılan Zəfər öz
sözünü real faktlara söykənərək romanda
öz əksini tapmışdır. Hər bir şəhid və
qazinin döyüş səlnaməsi faktlara söykənərək
oxuculara təqdim edilir.
Vətən Müharibəsi Qəhrəmanı, kəşfiyyat
komandiri Polkovnik -Leytenant Orxan Əkbərovun göstərdiyi
şücaət xüsusi vurğulanmışdır. Müəllif
Orxan Əkbərovu bir qəhrəman kimi önə çəksə
də, mənə belə gəlir ki, Orxan Əkbərovu ideal
qəhrəman kimi yetişdirən onun düşmənə
qarşı kin və nifrətidir. Çünki bütün
hadisələr onun gözləri önündə cəryan etmişdir.
Birinci Qarabağ müharibəsi başlayanda Orxanın cəmi
8 yaşı, Xocalı, Şuşa, Laçın...
işğal ediləndə, Ağdam, Kəlbəcər,
Fizuli, Zəngilan, Ağdərə, Xocavənd, Qubadlı, Cəbrayıl...
işğal olunanda isə on bir yaşı tamam olmuşdu. O
dövrün uşaqlarının həyatlarında elə
anlar yaşanmışdır ki, dillə deyiləsi kimi deyil.
Acınacaqlı dövdə yetişən gənclərdən
biri də Rəşaddır. Bu əsərdə Rəşad
ön sıralarda yer alan qəhrəmanımızdır.
Müharibə vaxtı Rəşadgilin ailəsi təsadüfən dumana
düşdüklərindən yolu itirdikləri
üçün Xocavənd istiqamətində ermənilərlə
rastlaşırlar. Ermənilər bütöv bir ailəni azərbaycanlı
olduqları üçün əsir götürür.
Bütün bəlalar da bu hadisədən
sonra başlayır.
Haşiyə: Əsərdə faktlara əsasən ermənilərin
şərəfsiz, qansız, zalım, vəhşi
olmalarının daha bariz nümunələrilə
tanış oldum. Belə ki, gitovluqda olan balaca Rəşadın
gözləri önündə elə hadisələr baş
verir ki, vətən sevgisi və ermənilərə qarşı üsyankar nifrət
onda elə həmin anlardan yaranmışdır. Atası,
anası gözləri qarşısında erməni qəsbkarlarına
baş əymədikləri üçün
yandırılaraq öldürülür. Rəşad balaca
olduğundan əli heç yerə çatmır. Ancaq fəryad
edərək, öz uşaq dililə ermənilərə təpki
verdiyi üçün ona da işgəncə verir, zülm
edirlər. Rəşadın yaddaşına isə
anasının son məqamında oğluna eşitdirdiyi söz
qalır. "Oğlum, sən yaşa ki, böyüyüb bu qisası yerdə
qoymayarsan". Rəşadın qulağında səslənən
bu fəryad daima onu qisasa yaxınlaşdırır və qəlbini
qisas atəşilə
yandırır. Rəşad məqsədinə
çatmaq üçün çox keşməkeşli həyat
yolu keçir.
Bütün bunlar kitabda real olaraq onu tanıyanların
dediklərində öz əksini tapır. Rəşad Rusiyada
yaşayan dayısının himayəsinə verilir, Sankt-
Peterbuqda əsgərlik xidməti keçir, hərbi
akademiyanı bitirir... Və arzusunu reallaşdırmaq
üçün Azərbaycana qayıdıb Qarabağ
müharibəsində kəşfiyatçı kimi iştirak
etmək istəyir. Hətta qayıdır da... Rəşad
nümunəvi kəşfiyyatçı "Qartal" ləqəbli
Orxan Əkbərovu axtarır. Ən böyük istəyi
onunla görüşüb düşmənə qarşı
qəlbindəkiləri ona danışmaq və nə etmək
istədiyini ondan öyrənmək idi. Rəşad
böyüdükcə onun qəlbindəki kin və nifrət
də böyümüşdü, qisasa ünvan idi. Nəhayət,
günün birində təsadüfən elə şərait
yaranır ki, "Qartal" ləqəbli qəhrəman kəşfiyyatçı
Orxan Əkbərovla
görüşə bilir. Kiçik yaşından ailəsinin
başına gələnləri kəşfiyyat komandirinə danışır.
İstəyi də bu olur ki, Qarabağın işğal
olunmuş ərazilərinə keçərək ailəsini
öldürmüş Ruben adlı erməni hərbi komandiri
tapsın, qisasını alsın. Rəşad onu da qeyd edir
ki, o erməni dilini yaxşı bilir. Rəşad başa
düşürdü ki, qisas almaq üçün nümunəvi
hərbçi olmalıdır.
Buna da nail olmuşdur... İlk baxışda kəşfiyyat
komandiri "Qartal" Rəşada inanmaq istəməsə də,
Rəşadın həyacanla hadisələri anlatması Orxan
Əkbərovun qəlbində müsbətə doğru iz
buraxır. Rəşad danışıqlarında
özünü kəşfiyatçı kimi onunla çalışmağı
arzu edirdi. İstəyirdi kəşfiyyatçı kimi ermənilərin arxasına
keçərək, düşmənin gizli planlarını
üzə çıxarıb, məhv etsin. Və
anasının son sözlərinə əməl edərək
erməniləri diz çökdürsün, qisasını
alsın. Onun ən böyük istəyi Ruben adlı erməni
cəlladını tapıb ondan günahsız olaraq xüsusi
amansızlıqla gözləri önündə qətlə
yetirilən Azərbaycan vətəndaşlarının və
ələlxüsus da anasının sön sözlərinə
əsasən, qisasını almaq idi. Həm də istəyir
ki, Rubeni tapıb oldürdükləri azərbaycanlılarla
yanaşı, körpə qardaşı, atası, anasıə
bibisinin çalaya gömüldüyü yeri öyrənib
ziyarət etsin. Və desin ki, "bax, mən
böyüdüm və gəlmişəm
qisasınızı almağa".
Rəşad hələ girovluqda olanda ermənilərin
gözündən yayınaraq, hərdən fürsət
düşən kimi atası və anası gömülən
yerə qaçıb çiçək dərib qoyur,
özünə söz verirdi ki, "Mən ailəmin
qisasını mütləq alacam".
O bunları "Qartal"a danışır. Onun bu
yolda iddialı olmağı da "Qartal"ı axtarıb
tapmasına zəmin yaradır.
Doğrudan da "qisas qiyamətə qalmaz" deyilən
fikir düz imiş. Nəhayət, Rəşad Orxan Əkbərovun
kəşfiyyatçı qrupuna daxil olur və bir çox əməliyyatlarda
iştirak edir. Kəşfiyyat zamanı Rəşad ilk
fürsətdə Rubeni tapır. O Rubeni tapanda görür ki,
bu mənfur qaniçən tamamilə qocalmış və əldən
düşmüşdür.
XXX
Onu da qeyd edim ki, Rəşadın erməni adı və
soyadı ilə Rusiya pasportu olduğundan və erməni himayəsində
yetişdiyindən murdarların dilini yaxşı bilir, onun erməni
olduğuna heç şübhə etmirlər.
Rəşad Rubenlə görüşəndə illər
önçə olanları xatırlatma edərək onun
yadına salır. Müəllif əsərdə bunları
yerli- yataqlı və peşəkarlıqla təsvir edir. Mənə
elə gəlir Ruben Rəşadı erməni olduğunu hesab
etdiyi üçün onun suallarına olduğu kimi cavab
veririr. Hətta azərbaycanlı girov və əsirlərə
necə işğəncə verdiyini həvəslə nəql
edir. Ancaq danışdıqca bir şeyə təəssüflənir
ki, o balaca "dələduz" uşaq əlindən necə
çıxdı. Və Rəşada deyir ki, "O
balacanı öldürmədim ona görə ki,
bacımın uşağı böyrək xərçəngindən
əziyyət çəkirdi...". Demək, erməni o
uşağın böyrəklərini bacısı
uşağına köçürtməli imiş... Bu
üzdən onu öldürməyiblər...(Buda bir bəxtdir...
taledir ki, Allah öz pənahında saxlayıb.).
Beləcə, Rəşadın Rubenlə
danışığı böyrək köçürtmək
söhbətinə çatanda o əsəblərini cilovlaya
bilmir. Rubenin boğazından tutub sürüyə-
sürüyə həmin məzarların doğru olduğu
yerə gətirir və deyir ki, öldürə bilmədiyin
o uşaq qarşındadır, indi dur gedək
öldürdüyün günahsızların
basdırıldığı yerə. Səsi boğazında
ilişib qalan Ruben xırıltı ilə danışır,
imdad diləyir. Və Rəşad Rubeni həmin qəbirlərin
üstündə diz çökdürüb: "İndi de
ki, mənim qanım sizə halaldır, əliyalın, köməksiz
insanlar, mən sizi insanlığa yaraşmayan zülm ilə
öldürdüm... De... De... De... Əclaf...".
Vəziyyətin ciddiliyini görən Ruben bu dəfə
"yazıqlaşan" erməni hiyləsindən istifadə
edərək, Azərbaycan dilində yalvarmağa
başlayır:
" - Məni bağışla, öldürmə
qoca adamam, biz qonşuyuq, vaxtilə azərbaycanlılarla dost
olmuşuq... Bizləri Koçaryan, Ohanyan, Sarkisyan kimi əclaflar
yoldan çıxartdılar, məcbur etdilər, bizi sizlərlə
düşmən elədilər...
Rəşad: -Səsini kəs, yaramaz qoca... Sizlər
Xocalıda törətdiklərinizi unutdunuzmu? Biz
unutmadıq...".
XXX
Bəli, bütün bu törədilmiş vəhşilikləri
unutmadığımız üçün Azərbaycan
xalqı yumruq kimi birləşərək, müsəlləh əsgərə
çevrilib qələbə qazandı. Bu qələbə
bütün dünyaya sübut etdi ki, Vətən sevgisi, yurd
həsrəti necə olur. Azərbaycanın 44 günlük Zəfər
müharibəsi qəhrəmanları ilə dillərdə
dastan oldu.
Əsərdə bir epizod məni çox təsirləndirdi,
həm də qürurlandırdı. Müəyyən fasilədən
sonra N saylı hərbi hissələrdən birində
döyüşlərə möhkəm hazırlıq gedir.
Düşmən gülləsi dolu kimi yağır, onlar
mühasirəyə düşürlər. Hücum planına
isə kəşfiyyat komandir Orxan Əkbərov rəhbərlik
edirdi... Hələlik sakitlik idi. Əsgərlər komandirin ətrafında
toplanmışdılar... Hər kəs xoş əhval- ruhiyyədə
olsa da, düşüncəli görünürdülər.
Çünki aralarında oğul- uşaq sahibi olanlar da var. Nədənsə
Polkovnik- leytenant Orxan Əkbərovun əsgərlərindən
birini xəyal lap uzaqlara, məktəb illərinə
aparmışdı. O bir hadisəni danışır: Müəllimin
verdiyi tapşırığa əsasən sərbəst
inşa olaraq müharibədə döyüşən atalar
haqqında inşaa yazmaq tələb olunur. Müəllim hər
kəsin yazısını özlərinə oxudaraq fikrini
öyrənir... Növbə şagirdlərdən birinə
çatanda o inşaanı
yazmadığını deyir...
Səbəbini öyrənməyə çalışan
müəllim çox təəsirlənir. Başını
aşağı salan şagird müəlliminə deyir ki, yaza
bilmədim, çünki mənim atam yoxdur, ermənilər
öldürüb... Bu xatirəni kəşfiyyata gedən əsgərindən
eşidən "Qartal" xəyaldan ayılaraq, əsgərlərini
toplayıb əmr verir ki, ailəsi, uşaqları olanlar
döyüş meydanını tərk etsin, subaylar
qalsın... Bu fikir əsgərlər tərəfindən birmənalı
qarşılanmır və hər biri bu döyüşdə
iştirak etmək istədiyini bildirir. Az keçmiş
döyüş əmri verilir. Polkovnik Əkbərov önə
keçərək əsgərlərə qəzəbli şəkildə
yenidən əmr verir ki, ailəlilər mühasirədən
çıxmaq üçün geriyə
çıxsınlar... Komandirin əmrindən çıxmaq
nə demək idi, əsgərlər çox gözəl
başa düşürdülər. Bu döyüşdə
humanist komandir istəmirdi ki, zamanında özü atasız
böyüdüyü kimi himayəsində olan əsgərlərin
balaları da atasız qalıb daima qəlbləri nisgilli
olsun. Orxan Əkbərov həm də belə bir ürəyə,
qəlbə sahib idi.
Bu və bunun kimi nümunələri əsərdə
çox önə çəkmək olar. Çox təəssüflər
olsun ki, bu döyüş və verilən əmr sonuncu olur.
Polkovnik- leytenant Orxan Əkbərov Qarabağ uğrunda gedən
döyüşlərdə öndə gedərək, qəhrəmancasına
şəhid olur və Vətən torpağına
tapşırılır. O, bu gün Azərbaycanın real qəhrəmanıdır-
Vətən Müharibəsi Qəhrəmanıdır! Onun
adı əbədiləşdirilərək hər bir Azərbaycan
vətəndaşının qəlbində yaşayır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin...
XXX
Mənə elə gəlir ki, Asif MƏRZİLİ bu
kitabı yazmaqla ağzına su alıb oturan qələm əhlinə
yeni yol açdı. Qeyd edim ki, roman qələbəmizdən
bəhs edən ilk əsərdir! Amma müharibədə
şəhid olan və Milli Qəhrəman adını
daşıyan vətən sevdalılarımız çoxdur.
Onların hər biri bir əsərin, bir romanın qəhrəmanıdır!
Hörmətli qələm sahibi olan
yazıçılar, qələminizi itiləyin və
yazmağa başlayın ki, millətimizin döyüş rəşadətini
dünyada tanıda bilək... Axı Azərbaycan xalqı təkcə
44 günlük Vətən savaşında üç mindən
çox şəhid verib. Bu gün onların ruhları
şaddır ki, doğrudan da "Qisas qiyamətə
qalmadı"!
Mən elə düşünürəm ki,
"Sonuncu əmr" romanı tarixi əsər olaraq məktəblərdə
müasir Qarabağ tarixi kimi tədris edilməli və gənclərimizin
şüur və təfəkkürünə həkk edilməlidir.
Həkk edilməlidir ki, arxamızca gələn yeni nəsil
ürəklə və qürurla "Qarabağ Azərbaycandır"
desin! Bu gün ermənilər tərəfindən viran
edilmiş Qarabağ torpağında yenidən abadlıq
işləri aparılır. Azərbaycan prezidenti İlham
Əliyev var qüvvəsi ilə çalışır ki,
vaxti ilə elindən, obasından didərgin
düşmüş insanlar öz ana torpaqlarına
qayıtsınlar.
Qeyd: Tarixlər boyu "sonun əvvəli" ilə
düşünənlər anlamalı idilər ki, vaxt gələcək
"əvvəlin sonu" ilə də tarixin arxivinə
gömüləcəklər...
Müəllifə daha böyük
yaradıcılıq uğurları arzusu ilə:
Təranə Şəms,
Ədəbi tənqidçi, filoloq
Ədalət .-2024.- 17 may,¹17.- S.12.