“Sözün ürəyindən
öpən adam”
Bahar qaranquşundan, uca dağlar qarından, şairlər
işə şeirindən bəlli olar. Məncə, söz
adamlarının cismi heç vaxt torpaq üzərində
dayanmır. Sadəcə onlar cazibə nəticəsində “
torpağa birləşirlər”. “Aldatmaq” şair
üçün axı nədir ki?
- Düşünürəm ki, bir ovuc su içmək qədər
“asandır”. Məsələn, haqqında
danışacağım müsair poeziyamızın dəyərli qələm sahiblərinən biri
Vasif Qurbanzadə qəlbi şeir dadmaq istəyən oxucuya
deyir ki, “səni sevmək, yaşamaqdır”… Əslində bu
sözlər gözləri yolda qalan və daim söz axtaran
oxucu üçün tapıntı olur. Nə xoş həmin oxucunun
halına ki sözə belə “aldanır”. Bəlkə də aldanmır, kəşf
edir… ya tapır… ya da itirir. Tapdığı əsl poeziya,
itirdiyi isə “bir salam”dan asılı olduğu qələm
dostları olur. Düşünürəm ki, oxucu
şeiri sevəndə poeziya
şairi gözəlləşdirir. Amma oxucu həm şeiri, həm
də şairi sevəndə poeziya həmin şairi möhtəşəmləşdirir.
titrəyib,
bürünərsən çiynindəki şala,
sinəmə sığınmaq gəlməz
ağlına…
İnsan hislərinin şəklin çəkmək şairin qələminin mükəmməlliyindən
xəbər verir. Amma o xəbəri özünə
çatmağa icazə verməyən şairlər həmişə
yüksəkdə olduqlarının fərqinə
varmırlar. Çünki onlar
üçün poeziya bəşəriləşir .Həmin
yaradılmışlar
dünyanın faniliyini dərk etməyi yüksəklərlə
qürrələnməkdən üstün tuturlar. Vasif
Qurbanzadə də musair ədəbi nəslin belə nümayəndələrindən
biridir.
Deyin, necə olsun tabım,
Özümə çatmır xitabım,
Mənim də ömür kitabım.
O evdə bükülü qalıb.
Şairlərin aruzları gözlərində yox,
şeirlərində qalır.
Vasif Qurbanzadənin öz
təbi ilə desək, o evdə
bükülü qalan ömür kitabını isə
param-parça olmuş vətənindən boylanan xatirələri
küləklər şəhəri vərəqləyir…. Ancaq onun bu qəmgin notda
yazılmış şeirləri düşünürəm
ki, şairin “arxiv ədəbiyyatı” olacaq. Çünki qəlbi
doğulduğu torpağa bağlı olan bir söz adamı
üçün azad olunmuş ata yurdunda rahat gəzməyi
İlahi mükfatdəır.
Arxamca baxma dünya,
Səni buraxıb gedirəm.
Hər kəs səndən bir şey aldı,
Mən sənə baxıb gedirəm…
Elə gedişlər var ki, salamsız gələn min
gəlişdən möhtəşəmdir. Hansı ki
yaddaşlarda qalan gedişdir, o gediş. Məncə dəyərlilərin
“əlvidası” belə möhtəşəm olur. Bəlkə də bir ömür
insanın gözünü yollarda qoyur bu gediş, amma möhtəşəm
olur. Çünki unudulmur.
Unudula bilmir. Şeirdə deyildiyi kimi;- “mən sənə
baxıb gedirəm”. Ən böyük pay isə bu dünyaya
baxıb getməkdi.
İldırım dirijor,
Buludlar yağışı ifa edir.
...sən də mənim
ifamda səslənirsən!
Burda bir addim “geri çəkilmək” mütləqdi.
Sükut... Duymaq... Birdə sonu və başlanğıcı
olmayan yaşamaq... Ən
böyük sevgilərin son ünvanı buludlardır.
Soyuq sifətində əlim,
Etdik yolumuzu yarı.
Mənim əlim isinmirsə,
İsinər dünyanın bağrı…?
Əslində hər bir insan içindəki kədərin
varlığını
özü dərk edə bilmir.
Heç kədər də deməzdim. Sadəcə
insan bəzən nə arzularından xəbərsiz olur.
Dünyadakı ən böyük varımda sən,
Həyatdakı ən böyük əksiyimdə sən...
Sən... Sən... Sən...
Heç nəyim tam olmur sən tam olmadan...
AZƏRBAYCAN!!!
Bəli, heç vaxt itirməyəcəyimiz azalmayan
nemət, tükənməyən sərvət məhz vətəndir.Vücuduna
sığmayan vətən sevgisini
bircə “SƏN”də cəm etmək sözü böyüklərin “əl işidir”.
SÖZünüz qəlblərə ərməğandır, sözün ürəyindən öpən adam!
Əntiqə KƏRİMZADƏ
Ədalət .- 2024.- 4 oktyabr(¹38).-S.7.