Sözün işıqlı anı
Ürəyimdən səssizlik
keçir. Sakit, heç kimin olmadığı mobil, elektron,
daha nə bilim nələr,nələr olmayan bir guşə...
Sadəcə su şırıltısı, yarpaq, ot
xışıltısı, bir də quşlarınsəsi.
Yetər ki, bunlar mənim ayaqda olduğumu,
yaşadığımı, mövcudluğumu xatırlatsın.Yəni
bunların mövcudluğu və mənim bunlarla təmasım
artıq özü-özlüyündə
yaşadığımı,düşündüyümü
büruzə verir. Və mən də həmin o
düşüncələri sadəcə indi xəyal edirəm,ürəyimdən
keçirirəm ki, kaş, o sakit guşəni heç olmasa
bir saatlıq haqq edə bilim,onu mənə
bağışlasınlar... o bir saatlıq anı yaşamaq
imkanı, dəstəyi versinlər...
Düşünə bilərsiniz
ki, bu nə çətin işdi ki, bunu özünə dərd
edirsən. Amma məntiqlə yanaşanda onda görürsən ki, hər kəsin
istəyi çin olana qədər hansı çətinliklərdən
keçir. Hətta bir stəkan
bulaq suyunu içmək üçün də (Bakıda
marketlərdə satılan bulaq suyundan getmir söhbət,
bulağın gözündən içilən sudan
danışıram mən- Ə.M.) həmin o
bulağın yanına gedib
çıxmaq bilirsiniz də nə deməkdi? Bilmirmirsinizsə,
xatırladım. Bu həm vaxt
deməkdi, bu həm maddi durum deməkdi, bu sağlamlıq, bu
fiziki durum və nəhayət,bu həm də kimlərinsə
izini, xeyir-duası deməkdi. İndi gördünüzmü,
bir ovuc bulaq suyu içmək
üçün bir dünya məsrəf, bir dünya səbəb
var. Gəl indi onları aş görüm,necə
aşırsan? Gəl indi bunları çöz görüm
necə çözürsən? Ona görə də
düşünməkdən,ürəyimdən keçənləri
dilimə, sözümə gətirməkdən ehtiyat edirəm.
Çünki doğru anlaşılmaya bilər, doğru
yozulmaya bilər.Və nəhayət, bu dürüst
anlaşılmazlıq hansısa qəlbi zədələyər,
hansısa ruhu incidər.Onda necə deyərlər, Kərəmi
də ağlamaq tutar...
Yeri gəlmişkən,
bax elə bu mövzuyla bağlı yaşadığım bir
məqamı xatırlayıram. Deməli,bir şeir
yazmışdım. Onu indi sizə də təqdim edəcəm, sonra həmin məqama
qayıdarıq.
İki əllə
yapışıb
Saxlamaq istəyirəm...
Vaxtın hətta əl-qolun
-
Bağlamaq istəyirəm...
Dondurmaq gəlib
keçir
Vaxtı bəzən
könlümdən...
İstəmirəm
çəkilsin -
Sənli vaxtlar
önümdən...
Bu istəklə sonadəkYaşayaraq mən ölsəm...
Diriləcəm, ürəkdən
-
İstəyimi sən
bölsən!..
Bəli,bu şeirlə bağlı bir ürək
dostum mənə bildirdi ki, söhbət hansı istəyindən
gedir.Sual mənə yaman toxundu. Ona görə də
birbaşacavab verdim:
-Məgər mənim dirilməyimin hansısa bir istəklə
bağlılığı var?
Bu cavabın ardınca
ikinci bir cavab da gəldi dilimə və dedim:
-"Nəsimi" filmi yadındadı? Orda bir məqam
var: Şəms deyir ki, "Dövlət bəyin ölüsü də
gözəldi!" Bəlkə, mənə sual ünvanlayanda
sən də bunu düşünürdün?
Ogülümsədi və dedi:
-Sən gecələr yat, Dövlət bəy!
Hər şeyi başa
düşdüm, mövzudan yayınmağı da,ironiyanı
da. Amma öz-özümə həm də
düşündüm ki, dərin hisslərə
qapılmağın bəzən
tuş gəldiyi elə nöqtələr olur ki, orda hətta
meh də, şeh də adamın xətrinə dəyir.Ona
görə də dərində üzmək başqadı, dərin
hisslərə qatılmaq tamam başqa. Birində boğulmaq təhlükəsi,
birində ağrımaqacısı...
***
Bu gün istənilən
sözün başına ip salmaq, istənilən
sözü min yerə çəkib aparmaq o qədər
asanlaşıbki, hərdən SÖZə yazığım gəlir.
Amma sonra baxıb görürəm ki, heç SÖZün
özü də az aşın
duzu deyil. O da hər qələmə, hər dilə
könül verir. Bir də görürsən ki, adamın yeddi qatından keçir, bir də
görürsən ki, göyün yeddinci qatındadı... bir
də görürsənki, ayaq altında... və nəhayət,
bir də görürsən ki, könül oxşayır...
Bax, belə bir ömür
yaşayır SÖZ, belə bir meydan suvarır SÖZ!
Mən hamıya məlum
olan, hamının hər gün
qarşılaşdığı çalarları elə-belə,
SÖZün xoşuna gəlmək üçün,SÖZə
yarınmaq üçün yazmıram. Bilirəm ki,
dünyanın harasında olur-olsun, yerindən,məkanından,
zamanından asılı olmayaraq, SÖZ ünsiyyət
üçün, münasibət üçün,
anlaşmaq üçün
mütləq gərək olur. Onu dillə deyə bilməyəndə
də baxışla, yazıyla, hərəktələ çatdırırsan. Amma xəyalı
bu cür çatdırmaq o qədər də alınmır.
Çünki xəyalın dili,xəyalın ifadə vasitəsi
olan SÖZ xəyalla xəyal quran arasındakı tellərdən
asılıdı.O tellərə hər kəs toxuna bilmir. Necə
ki, Ədalətin "Ruhani"sini heç kəs çala bilmir. Lap elə
"Yanıq Kərəmi"ni də.
Deməli, bu prizmadan
baxanda, bu nöqtədən boylananda onda görürsən
ki, xəyal qurmağın nə boyda məsuliyyəti var, nə boyda yükü var, nə
qədər zərifdi, nə qədər əlçatmazdı.
Yəni xəyal qırıqlığına uğurlamaq, tuş gəlmək,
elə bil ki, isti odun üstünə soyuq su tökməkdi...
elə bilki, diri ola-ola ölməkdi, bir növü kliniki
ölüm... elə bil ki, əl-qolunun boşalıb yanına düşməsidi... elə
bil ki, Məlikməmmədin düşdüyü quyuda kəndirsiz,
nərdivansız qalmaqdı...
Bax, bu mənada mənim
xəyalpərvərliyim həmişə isti
aşıma soyuq su calayıb. Elə dünənimdə də,
bu günümdədə... elə güvəndiklərimdə
də, güvənənlərimdə də... Və nəhayət,
çalışdığım, oturub-durduğum yerdə də. Çünki xəyal
görünməzdi, əlçatmazdı,bir az da kor-kobud desəm,
ruh kimi bir anlayışdı. Amma gerçəklik, necə
deyərlər,oturub-durduğun yer, ordakı münasibətlər
görünəndi, ordakı hərəkətlər izləniləndi.Deməli,
bir az özünü ovcunun içərisində
saxlamağı bacarmalısan. Bütün pərdələri qaldırmağa ehtiyac yoxdu.
Bütün qapıları taybatay etmək, pəncərələri,
nəfəslikləri Allahın
ümidinə vermək yanlışdı. Çünki bunun
sonrası var. O sonranı isə hər kəsbildiyi kimi
düşünsün. Mən isə tamam başqa bir şey
düşünürəm və düşündüklərimi
dəsizin üçün açıqlayıram.
Mən xəyal qururam- gecəm-gündüzüm
Xəyal içindədi -sadəcə xəyal...
Bir anlıq xəyal qur,sən də nə olar -
Məni xəyalların əlindən gəl, al!..
Nə uzaq gedirəm,nə də ki, yaxın
Sadəcə çevrəndə fırfırayam mən...
Özü öz içini səssiz əridən -
Dərdin əlindəki kirkirəyəm mən!..
Düşünmə xəyaldı
günüm,ayım da
Düşün ki, xəyal da,gün də, ay da Sən!
Mənim ömür adlı özəl dünyamda-
Tanrının verdiyi
şirin pay da sən!..
***
Yaşananlar o vaxtşirin olur, yaddaqalan olur ki, onu
xatırlayanda ürəyin ağrımır. Özündən,
yaşadıqlarından,ümumiyyətlə, dünənindən
incimirsən, küsmürsən,bezmirsən və dünəninə
də, özünə də acımırsan. Bu mənada mənim
dünənimdən incidiyim məqamlar
heç də az deyil. Amma neyləyim ki, hər dəfə
dizimə dəyən daşlar ağlımı özümə qaytarmır.
Axırda dizim daşdan bezir, daş da dizimdən. Və hər
ikisi"eh" edib başını bulayıb çəkilir
öz işinin arxasına.
Buna görə də həm
doğmalar, həm simsar olanlar, məni mənim kimi duyan
sənin özün də hər dəfə məni qınayırsan, mənə nəsihət
edirsən, məsləhət verirsən, ağıllı
olmağa, özümü toparlamağa
çağırırsan. Mən isə ağıllana bilmirəm. Deyəsən
südlə gələn sümüklə çıxacaq
axırda. Yəni normal, səmimi
yanaşıb qayğı-diqqət
ayırdığım insanın divarın o üzündəki
mövqeyi, yanaşması, hətta
açıqlamalar verməsi "qulağı" olan
yerin yaratdığı fürsət hesabına çoxda
gizlin qalmır, açılır üstü, bəlli olur hər
şey. Bax, onda ürəyim ağrıyır,
özümü
qınayıram. Amma bu da bir an çəkir.
Çünki mən təbiətən tamam fərqli
baxmışam dünyaya.Bunun da əsas səbəbi müəllimlərim
olub - həm məktəbdə, həm də həyatda. Hər
zamanda onların öyrətdikləri, onlardan öyrəndiklərim
əlimdən tutub və o sarsıntıları,o ürəyimə
dəyənləri büküb bir kənara qoymaqda mənə
kömək olublar. Və mən yenə öz yolumla, öz axarımla getmişəm,
gedirəm... onlar da yenə öz axarlarıyla, öz
yollarıyla gedirlər. Bu yollar
kəsişən deyil. Bu yolların bəxtinə paralellik
yazılıb. Ona görədə paralel olanın bir-birindən
qurtulması üçün hansısa birinin sıradan
çıxması lazımdı.Bu da Allahın
ixtiyarındadı. Mən də Allahın işinə
qarışmağı nə bacarmıram, nə dəbu barədə
heç düşünmürəm də. Sizə də məsləhət
görmürəm. İstəyirəm ki, bu həyatın
bütün rənglərini, bütün çalarlarını
gözünüzün önünə gətirib necə var
elə qəbul edəsiniz. Reallığa, gerçəyə sığınasınız, onu
önə çəkəsiniz, onun yanında olasınız.
Bax onda görəcəksiniz ki,bu dünyanın
"qaradaş"ı də göyərməsə,
üstündə ot göyərdir. Axı, iradə
Allahındı! Hökm onundu!
P.S. Mən güvəncim olan
Allaha və Sənə üz tutub həmişə
dediyim, etiraf etdiyim və bu yazıda da yazdığım nəticəyə zaman-zaman
yaxınlaşmışam, zaman-zaman özümü bu nəticənin içərsində görmüşəm! Və əgər Sizdə də
bu inam və inanc olsa, Siz də
onu mənim kimi qəbul edəcəksiniz...
Əbülfət MƏDƏTOĞLU
Ədalət .- 2024.- 6 sentyabr (¹34).- S.8.